22. Bədbəxt hadisələrin qeydiyyatı 1. Statistik üsul – bu üsul qeydiyyatdan keçmiş bədbəxt hadisələrin analizinə əsaslanır. Bu üsul istənilən istehsalat müəssisəsində travmatizmin səviyyəsini xarakterizə edir.
Statistik üsul müəssisənin ayrı-ayrı bölmələrində (sexlərində) bədbəxt hadisələrin baş verməsinin xarakterini və səbəbini müəyyən etməyə imkan verir. Yalnız bədbəxt hadisələrin sayına görə müəssisənin texniki təhlükəsizliyini dəqiqləşdirmək mümkün deyil, orada çalışan işçilərin sayı və iş günlərinin sayını da nəzərə almaq lazımdır. Ona görə də, müqayisəli nəticələri əldə etmək üçün zədələnmələrin tezlik və ağırlıq kimi nisbi göstəricilərini təyin etmək lazımdır.
Zədələnmənin tezlik göstəricisi (Kt) hesabat dövründə hər 1000 nəfər işçiyə düşən zədələnmənin sayı ilə müəyyən edilir:
, (1)
A – hesabat zamanı müəyyən zaman kəsiyində baş vermiş zədələnmənin sayı;
B – hesabat dövründə işçilərin orta sayıdır.
Zədələnmənin tezlik göstəricisi hər bir zədələnməyə müvafiq olan itirilmiş iş günlərinin sayı ilə müəyyən edilir
, (2)
- hesabat dövründə işçinin iş qabiliyyətini itirdiyi iş günlərinin sayı;
A – həmin dövrdə zədələnmənin sayıdır.
2. İqtisadi üsulla istehsalat travmatizmindən müəssisəyə dəyən iqtisadi zərərin müəyyən edilməsi və istehsalat zədələnmələrin qarşısının alınmasına yönəldilən xərclərin iqtisadi səmərəliliyinin qiymətləndirilməsinə əsaslanır.
3. Qrup üsulu. Oxşar bədbəxt hadisələr (baş vermə şəraitinə, ilin fəslinə, gününün çağına. İş növbəsinə, işçinin sənətinə, peşəsinə, təlimat dərəcəsinə və s.) qruplaşdırılır.. Burada işin ağırlılıq dərəcəsi nəzərə alınmır.
4. Topoqrafik üsul. Bu üsulda müəssisənin ayrı-ayrı sexlərində sxemlər tərtib edilir və zədələnmə baş verən yerlərdə şərti işarələrin qeyd olunur. Bu üsul diqqəti cəlb etmək və xəbərdarlıq etmək xüsusiyyətinə malikdir .
5. Monoqrafik üsul. Bu üsul uzun müddətli tədqiqatların nəticəsidir. O imkan verir ki, nəyin ki, bədbəxt hadisələrin səbəbləri araşdırılsın, həmçinin onu aradan qaldırmaq üçün tədbirlər işlənib hazırlansın. İstehsalat zədələnmələrinin qeydiyyatı aşağıdakı kimi aparılır.
İstehsalatda işçilərin bir gündən az olmayaraq əmək qabiliyyətlərinin itirilməsi ilə nəticələnən hər bir bədbəxt hadisə üçün Z-1 aktının tərtib olunması ilə nəticələnir (aktın tərtib olunma forması 1№-li əlavədə verilir).
Təsdiq olunmuş akt xəsarət almış şəxsə hadisə baş verən vaxtdan üç gündən gec olmayaraq verilməlidir.
Z-1 aktı tədqiqat materialları ilə birlikdə 45 il müddətində müəssisənin arxivində saxlanılır.
Z-1 aktının düzgün tərtib olunmasına və saxlanılmasına müəssisənin müdriyyəti cavabdehlik edir.
İstehsalatda baş verən hər bir bədbəxt hadisə haqqında zərərçəkən yaxud ona şahid olan şəxs təcili rəhbərliyə xəbər verir və ona ilk yardım edildikdən sonra tibbi məntəqəyə müraciət edilir.
Müəssisə rəhbəri və həmkarlar təşkilatına xəbərdarlıq edilənə qədər hadisə yeri və avadanlıqlar olduğu vəziyyətdə (əgər bu vəziyyət ətrafdakı insanların səhhətinə və sağlamlığına mənfi təsir etmirsə) saxlanılır.
Müəssisənin rəhbəri bədbəxt hadisəni araşdırılmaq və tədqiq etmək məqsədi ilə komissiya təşkil edir. Komissiyanın tərkibinə t/t mühəndisi, həmkarlar təşkilatı və sex rəisi daxil edilir.
Komissiya 24 saat müddətində bədbəxt hadisənin səbəblərini araşdırmalı və aradan qaldırmaq üçün tədbirlər müəyyən etməlidir. Həmçinin sex rəisi, t/t mühəndisi, həmkarlar təşkilatı və texniki müfəttişliyin iştirakı və imzası ilə Z-1 aktı tərtib edilməlidir.
Əgər işçi tələbədirsə və istehsalat təcrübəsinə gəlmişsə, o zaman aktın tərtib olunmasında tədris müəssisəsindən göndərilmiş nümayəndə də iştirak edir.
İstehsalat zədələnməsi qrup halında (2 və daha çox) baş vermişsə və zədələnmə ağır nəticələr vermişsə, ölüm hadisəsi varsa, o zaman xüsusi xarakterli tədqiqat işləri aparılır. Tədqiqatın aparılmasında müəssisə rəhbəri, yuxarı təşkilatlardan nümayəndə, mərkəzi həmkarlar təşkilatından nümayəndəsi, tibbi ekspert, dövlət prokurorluğundan nümayəndə iştirak edir.
Bədbəxt hadisənin səbəbləri və nəticələri müəyyən edilir, tibbi arayışın nətiəcələri, hadisə yerinin foto şəkli, şahidlərin ifadələri tərtib edilən Z-7 aktına əlavə edilir.
Z-7 aktının bir nüsxəsi dövlət prokurorluğuna verilir. Ağır nəticələnən bədbəxt hadisələrə və ölümlə nəticələnən bədbəxt hadisələrə cavabdehlik edən və istintaq nəticəsində təsbiq edilən günahkar şəxs Azərbaycan Cinayət məcəlləsinin 162-ci maddəsini əsas tutatarq 1ildən 5 ilə kimi azadlıqdan məhrum edilmə cəzasına məhkum edilir.
Aktın digər bir nüsxəsi əlil olmuş şəxsə, yaxud ölmüş şəxsin sahibinə, bir nüsxəsi müəssisədə qalır, bir nüsxəsi müvafiq yuxarı təşkilata göndərilir.
Xüsusi istintaq materialları 10 gün ərzində tərtib edilməlidir