Hft fənninin vəzifələri və bölmələri. Təhlükəsizlik – həyat fəaliy­yətinin məqsədini təşkil edir və buna nail olmaq üçün «həyat fəaliyyətinin təhlükəsizliyi»



Yüklə 238,34 Kb.
səhifə1/15
tarix15.04.2023
ölçüsü238,34 Kb.
#98324
  1   2   3   4   5   6   7   8   9   ...   15
cvb


  1. HFT fənninin vəzifələri və bölmələri.

Təhlükəsizlik – həyat fəaliy­yətinin məqsədini təşkil edir və buna nail olmaq üçün «həyat fəaliyyətinin təhlükəsizliyi» fənni təhlükələri öyrənir və onları ara­dan qaldırmaq üçün vasitələr, yollar və metodlar hazırlayır. Bununla əlaqədar olaraq HFT bir-biri ilə əlaqəli üç məsələni həll edir.
1. Təhlükələrin eyniləşdirilməsi, yəni kəmiyyət göstəri­ci­lərini və təhlükənin koordinatlarını müəyyən etməklə hadi­sələri aşkara çıxarmaq və öyrənmək.
2. Xərclərin və mənfəətin müqayisəsi əsasında təhlükə­lər­dən müdafiə olunma yollarını müəyyən etmək.
3. Mümkün ola bilən təhlükələri aradan qaldırmaq.
Həyat fəaliyyətinin təhlükəsizliyi bir elmi fənn kimi özü­nün nəzəriyyəsi, metodologiyası və metodiki üsulları vardır. Lakin bununla yanaşı o, mühəndis psixologiyası, insanın fiziologiyası, əməyin mühafizəsi, ekologiya, erqonomika, iqtisadiyyat və s. fənlərin naliyyətlərindən də geniş istifadə edir. Bu fənnin metodoloji əsasını sistemli analiz təşkil edir.
HFT fənni dörd bölmədən ibarətdir.

  1. HFT- in nəzəri əsasları

  2. HFT-in ekoloji əsasları

  3. İstehsalat şəraitində HFT

  4. Fövqəladə vəziyyət şəraitində HFT


3.Təhlükələrin taksonomiyası və nomenklaturası
Taksonomiya mürəkkəb hadisələrin, anlayışların, obyektlərin sistemləşdirilməsi və təsnifatı ilə məşğul olan elm sahəsidir. Təhlükə mürəkkəb, çox əlamətli anlayış olduğundan onların taksonomiyası, yəni sistemləşdirilməsi və təsnifatı təhlükələrin təbiətini dərindən anlamağa və təhlükəsiz fəaliyyət sahəsində elmi biliklərin təşkilinə imkan yaradır.

Müəyyən əlamətlərə görə sistemləşdirilmiş terminallar və adlar siyahısı


TƏHLÜKƏNİN NOMENKLATURASI adlanır.


4.Təhlükələrin kvantifikasiyası və eyniləşdirilməsi

kəmiyyət göstəricilərini daxil etməklə mürəkkəb, keyfiyyətcə təyin olunan anlayışları qiymətləndirmək üçün tədbiq edilir.


Kvantifikasiyanın rəqəm, bal və digər vardır.
Təhlükələri qiymətləndirmək üçün ən geniş tətbiq edilən risk üsuludur.

Həyat fəaliyyətinin təmin olunmasına yönəldilən operativ və profilaktik tədbirlər hazırlamaq üçün miqdar, vaxt və digər göstəriciləri və müəyyən etmək prosesi təhlükələrin eyniləşdirilməsi adlanır. Eyniləşdirmə prosesində təhlükələrin nomenklaturası, onların yaranması ehtimalı, lokallaşdırılması (harada baş verdiyi) mümkün olan ziyan və digər göstəricilər müəyyən olunur.




  1. Yüklə 238,34 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin