İkinci seriya
. Kontrol və eksperimental qruplar üçün seçilmiş I kurs tələbələri
ilə K.Rocers, R.Deymondun “Şəxsiyyətin sosial-psixoloji adaptasiyası”nın
diaqnostikasıaparıldı. Bu test ali məktəbə yeni qəbul olunmuş tələbələrin təhsil
mühitinə adaptasiyasındakı çətinlikləri aydınlaşdırmağa imkan verdi.
Təlimata görə, bu test sorğuda insanın həyat tərzi, təəssüratları, adətləri,
davranış üslubu haqqında mülahizələr göstərilir. Respondent onların hər birini öz
həyatı ilə müqayisə edə bilər. Tələbələrə bildirildi ki, mülahizələri oxuyaraq onları
öz adətləri, həyat tərzi ilə uzlaşdırmalıdırlar.Testin aşağıdakı şkalaları vardır:
adaptivlik; dezadaptivlik; yalançılıq; özünüqəbuletmə; özünü qəbul etməmək;
başqalarını qəbul-etmə; başqalarını qəbul etməmək; emosional komfort, emosional
diskomfort; daxili nəzarət, xarici nəzarət; dominantlıq; çərçivədə olmaq; problemdən
qaçmaq.
Məlum oldu ki, şəxsiyyətin sosial-psixoloji adaptasiyasınındiaqnostikasına
görə tələbələrin cavablarında hər şeydən əvvəl cinsi fərqlər özünü göstərir. Bəzi
şkalalarda (doğruçuluq, başqalarını qəbuletmə, dominantlıq) oğlanların, bəzilərində
52
isə qızların (adaptivlik, daxili nəzarət, problemdən qaçmaq) nəticələri daha
yüksəkdir. Bütövlükdə oğlanlar bu dövrdə özünümüəyyənləşdirməyə, qızlar isə
mühitə uyğunlaşmağa daha çox meyillidirlər.
I kurs tələbələrinin K.Rocers, R.Deymondun
“Şəxsiyyətin sosial-psixoloji adaptasiyası”nın göstəriciləri
Cədvəl 2.3.
№
Göstəricilər
Təbələrin sayı
Normalar
oğlan - 30 nəfər
qız - 30 nəfər
1
a
Adaptivlik
17
19
68-136
b
Dezadaptivlik
13
11
2
a
Yalançılıq
9
8
18-36
b
Doğruçuluq
21
22
3
a
Özünüqəbuletmə
22
21
22-42
b
Özünü qəbul etməmək
8
9
14-28
4
a
Başqalarını qəbuletmə
23
25
12-24
b
Başqalarını qəbul etməmək
7
5
14-28
5
a
Emosional komfort
11
10
14-28
b
Emosional diskomfort
21
20
14-28
6
a
Daxili nəzarət
20
22
26-52
b
Xarici nəzarət
10
8
18-36
7
a
Dominantlıq
13
11
6-12
b
Çərçivədə olmaq
17
19
12-24
8
Problemdən qaçmaq
16
22
10-20
Bu nəticələr əsasında I kurs tələbələrinin əsas adaptasiya şkalaları üzrə göstəri-
cilərini müəyyənləşdirdik. Həmin şkalalar bunlardır:“Adaptasiya”;“Özünüqəbul-
etmə”;“Başqalarını qəbuletmə”;“İnternallıq”;“Emosional komfort”;“Dominantlığa
cəhdetmə”
I kurslarda K.Rocers, R.Deymondun “Şəxsiyyətin sosial-psixoloji
Adaptasiyasınındiaqnostikası” üzrə şkalalara görə yekun nəticələri
Cədvəl 2.4.
Şkalalar
1 2
3
4
5
6
üstün
zəif
üstün
zəif
üstün
zəif
üstün
zəif üstün
zəif
üstün
zəif
Tələ-
bələr
Oğlan
nəfər
17 13
22
8
23
7
20
10
11
19
13
17
qız
19 11
21
25
5
22
8
10
20
11
19
53
nəfər
Cəmi
36 24
43
17
48
12
42
18
21
39
24
35
Bu test bizə I kursa qəbul olunmuş tələbələrin emosional sahəsində yarana
biləcək neqativ halları müəyyən etməyə imkan verdi. Bu məqsədlə testin şkalaları
üzrə verilmiş əks anlayışların hansı emosional halı ifadə edə biləcəyini ayırd etdik.
1)
dezadaptasiya: həyacan, narahatlıq, sıxıntı, utancaqlıq, stress, tənhalığa meyil;
2)
özünüqəbuletməmək- özündənnarazılıq, natamamlıq və səriştəsizlik hissi,
özünüqiymətləndirmənin aşağı olması, özündən bədgümanlıq və s.;
3)
başqalarını qəbul etməmək: eqosentrizm, qrupda qəbul edilməməkdən yaranan
yadlaşma hissi, reallıqdan qaçmaq, təkəbbür, sıxışdırılma, təəssüf, təəccüb;
4)
eksternallıq: sosial qiymətləndirmədən asılılıq, həyacan, təşviş, qəbulo-
lunma;
5)
emosional diskomfort: həyəcan, qorxu, aqressiya, frustrasiya, təəssüf;
6)
çərçivədə olmaq: frustrasiya, həyəcan, qorxu, təşviş, stress, suisidal meyl.
Qeyd olunan şkalaların alternativ tərəfləri ilə bağlı olaraq aşağı bal toplamış
tələbələrlə apardığımız müsahibə və söhbətlərdən onların emosional hallar
haqqında söylədiyimiz ehtimallar özünü doğrultdu. Onların əksəriyyəti, həqiqətən
də irəli sürdüyümüz fərziyyələrdə göstərilmiş emosional halları yaşayırlar. Yalnız
suisidal davranış meylinin ola biləcəyi ehtimalı özünü doğrultmadı. Yəni
tələbələrdən heç biri be-lə bir addım atmaq qədər ruh düşkünlüyünə qapılmağa
gərək olduğunu düşünmürlər, lakin onların bəziləri (2 oğlan, 3 qız) bu addımı atan
həmyaşıdlarını anladıqlarını bildirdilər. Əslində, bu özü də təhlükəli vəziyyət hesab
olunmalıdır. Ona görə ki, həmin tələbələr də hansısa məqamda özlərini çıxılmaz
vəziyyətdə, “tələyə düşmüş” kimi hiss ediblər.
Testin nəticələrinə görə I kursda təhsil alan tələbələrin elə tərəfləri vardır ki,
(emosional diskomfort), hətta sınanılanların 36 nəfəri (60 %) bundan əziyyət
çəkir. Həmin tələbələrdə həyacan, qorxu, aqressiya, frustrasiya, təəssüf kimi
54
emosional halların hamısının bir arada ola bilməsi də mümkündür. Beləliklə,
şkalalar üzrə nəti-cələri belə sıralıya bilərik:
1)
emosional diskomfort - 36 nəfər;
2)
çərçivədə olmaq - 35 nəfər;
3)
dezadaptasiya - 24 nəfər;
4)
eksternallıq- 18 nəfər;
5)
özünüqəbuletməmək- 17 nəfər;
6)
başqalarını qəbul etməmək - 12 nəfər.
Göründüyü kimi, hələ I kursda təhsil alan tələbələrin emosional sahəsində
kifayət qədər problemlər vardır ki, onların şəxsiyyətə təsiri qaçılmazdır. Biz
tədqiqatın gedişində məhz bu faktlara əsaslanaraq onlarla aparmalı olduğumuz
korreksiya işlərinin metodologiyasını və vasitələrini müəyyyənləşdirdik.
Dostları ilə paylaş: |