Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə82/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   78   79   80   81   82   83   84   85   ...   181
ALMA+ÜZÜM ŞİRƏSİ
Alma+üzüm şirəsi üçün alma və üzüm şirəsi ayrılıqda hazırlanır, 1:1 nisbətində (1 litr şirə üçün 500 ml alma və 500 ml üzüm şirəsi götürülür) qarışdırılır, süzülür, 80–85°C tem­pe­­ratura qədər qızdırılır, bankalara tökülüb pasterizə edilir. Alma-üzüm şirəsi əsasən şəkərsiz, bəzi hallarda isə 5% şəkər şərbəti əlavə edilməklə hazırlanır. Şəkər əlavə etdikdə 500 ml alma şirəsi, 450 ml üzüm şirəsi və 50 ml 50%-li şəkər şərbəti qarışdırılır və konservləşdirilir.
ARMUD+ALMA ŞİRƏSİ
Armud+alma şirəsi alma-armud şirəsindən onunla fərq­lənir ki, əsasən armud şirəsi götürülür və şirənin dadını yaxşılaşdırmaq məqsədilə şirin armud şirəsinə turş alma şirəsi (bəzən meşə alması şirəsi) əlavə edilir. Armud və alma şirəsi ayrıca hazırlanır. 1 litr qarışıq şirə üçün 800 ml şirin armud şirəsinə 200 ml turş alma şirəsi qatılır, süzülür, 80–85°C temperatura qədər qızdırılır, bankalara töküldükdə ikinci dəfə süzülüb pasterizə edilir.

Qeyd. Saxlanma zamanı qarışıq şirələrdə çöküntü müşa­hidə edilir. Bu şirənin xarab olmasını göstərmir. İstifadə edər­kən əvvəlcə şirənin üst hissəsini götürüb başqa qaba boşaldır, alt hissəni 3–4 qat tənzifdən süzür və ümumi şirəyə qatırlar.


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin