Hüseynov Mövlud


Ovşala şərbətinin keyfiyyətini qoruyan amillər



Yüklə 2,07 Mb.
səhifə115/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   111   112   113   114   115   116   117   118   ...   181
6.2. Ovşala şərbətinin keyfiyyətini qoruyan amillər
Ovşala şərbətinin keyfiyyətini qoruyan amillərə aşağıdakılar aiddir.

  1. Məhsul qablaşdırılan taranın keyfiyyəti.

  2. Məhsulun qablaşdırılması.

  3. Qablaşdırılmış məhsulun markalanması.

  4. Qablaşdırılmış məhsulun nəqliyyat tarasına yığılması.

  5. Hazır məhsulun daşınması.

  6. Məhsulun saxlanılması şəraiti və müddəti.

Ovşala şərbəti 0,1; 0,2; 0,25; 0,33; 0,5; 0,75 və 1,0 litrlik təkrar istifadə olunmayan və şərbətin yararlılıq müddəti ərzində təhlükəsizliyini və keyfiyyət göstəricilərini təmin edən şüşə qablara qablaşdırılır.

İstehlak və nəqliyyat qablaşdırmaları, qapaqlar və tıxac vasitələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfındən bu tip məhsulların təmasına icazə verilmiş materiallardan hazırlanmalı, daşınma və saxlanma qaydalarına riayət etmək şərti ilə, yararlılıq müddəti ərzində məhsulun keyfıyyətini, təhlükəsizliyini və texniki şərtlərin tələblərinə uyğunluğunu təmin etməlidir.

Ovşala şərbətinin hər bir qablaşdırma vahidinin istehlak qablaşdırmasına etiket vurulur və ya mətbəə üsulu ilə markalanır, markalanmanın tərkibi aşağıdakı məlumatları əks etdirməlidir:

- məhsulun adı, məhsulun çeşidi, firma adı (olduqda) dırnaq arasında;



  • istehsalçının adı və yerləşdiyi yer (hüquqi ünvanı) əmtəə nişanı;

  • xalis kütlə və (və ya) həcm;

- məhsulun tərkibi (inqredientlərin kütlə payının ardıcıl azalma sırası ilə, qida əlavələrinin, ətirvericilərin və digər icazə verilən komponentlərin məcburi göstərilməsi ilə);

- 100 q məhsulun qida və enerji dəyəri;



  • istehsal tarixi;

  • yararlılıq müddəti;

  • saxlanma temperaturu;

- istehlak qablaşdırması açıldıqdan sonra məhsulun saxlanması haqqında tövsiyələr (tövsiyə olunan mətn – “sərin və qaranlıq yerdə saxlamalı”;

  • texniki şərtlərin işarəsi;

  • ştrixkod.

Nəqliyyat tarasının hər bir vahidinin üzərində məhsulu səciyyələndirən aşağıdakı məzmunda markalanma vurulma-lıdır;

  • istehsalçının adı və yerləşdiyi yer (hüquqi ünvanı), əmtəə nişanı;

  • məhsulun adı, məhsulun çeşidi, firma adı olduqda;

  • xalis çəki və qablaşdırma vahidinin ədəd sayı və ya yal-nız ədəd sayı;

  • qablaşdırma vahidinin xalis kütləsi;

  • istehsal tarixi (gün, ay, il);

  • yararlılıq, son istifadə və ya saxlama müddəti və saxlan-ma şərtləri;

  • sertifıkatlaşdırma haqqında məlumat;

  • standartın işarəsi.

Manipulyasiya işarələri "Günəş şüalarından qorunmalı", "Kövrəkdir. Ehtiyatla", "Tez xarab olan yük", "Yuxarı" (ehtiyac olduqda) QОST 14192 üzrə vurulur və nəqliyyat qablaşdırmasının üst- üstə maksimum yığım sayı da göstərilir.

Nəqliyyat markalanması QОST 14192 üzrə aparılır. Nəqliyyat markalanmasına əlavə tələblər alqı - satqı müqaviləsinin şərtlərinin tələblərinə uyğun olmalıdır.

Ovşala şərbətinin xalis kütləsinə nominal miqdardan yol verilən kənara çıxmalar QОST 6687.0-86 üzrə təyin edilir.

Ovşala şərbətinin qablaşdırılması sanitariya qaydalarına uyğun olaraq həyata keçirilməli, daşınma və satış zamanı məhsulun qorunub saxlanmasını təmin etməlidir.

Ovşala şərbətinin qəbulu QОST 6687.0 üzrə aparılır.

Ovşala şərbətininin keyfıyyəti, eləcə də mikrobioloji, orqanolep­tiki və fıziki- kimyəvi göstəriciləri, istehlak qablaşdırma vahidi­nin xalis kütləsi, qablaşdırmanın və markalanmanın keyfiyyəti hər partiyada yoxlanılır.

Ovşala şərbətində konservantların (qoruyucuların), antiok­sidləşdiricilərin və digər icazə verilmiş qida əlavələrinin miqdarının vaxtaşırı olaraq yoxlanılması qaydası istehsalata nəzarət proqramında müəyyən edilir və texniki sənədlərdə əks etdirilir.

Ovşala şərbətinin daşınması QОST 23285 tələblərinə uyğun olaraq həyata keçirilir.

Ovşala şərbəti istehsalçıda və istehlakçıda anbarlarda, soyudulan satış otaqlarında və soyuducularda havanın dövr edilməsi şərti ilə, 0°C-dən aşağı olmayan və 18°C- dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.

Ovşala şərbətinin qablaşdırıldığı gündən etibarən yararlılıq müddəti; qazlaşdırılmış konservantsız - 10 sutka, qazlaşdırılmış konservantla – 20 sutka, qazlaşdırılmamış – 5 sutkadır.




Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin