amillər nəticəsində meydana gəlmişdir (5, s. 160). O, türk-tatar dillərini mənsub olduqları Ural-
Altay dil ailəsindən ayıran səbəblərlə türk-tatar şivə və ləhcələrini əmələ gətirən səbəblər
arasında bir eynilik görürdü. Bu amilləri, öncə də qeyd etdiyimiz kimi, 3 istiqamətdə
qruplaşdırırdı: üzvi, coğrafi və ictimai. Bu üç amildən hər hansı biri öz təsir və mahiyyətini
daimiləşdirdikdə dildə bir sıra yeni xüsusiyyətlər meydana gəlir ki, sonradan bu xüsusiyyətər
daha da möhkəmlənə və genişlənə bilir. Türk xalqlarının həyatında coğrafi, siyasi, sosial amillər
nəticəsində Çin, İran, yunan, rum, sami, italyan, slavyan və s. xalqlar arasında həm dil, həm də
irqi baxımdan inteqrasiya prosesləri olmuşdur.
Tukyular, birinci türklər şimali-cənubi, yaxud şərqi-qərbi olmaqla iki hissəyə bölünmüşlər.
Orxon kitabələrində qırğız, doqquzoğuz, türkəş kimi bir çox türk-tatar qəbilələrinə rast gəlirik.
B.Çobanzadə XI əsrdə bir-birindən daha qabarıq dil xüsusiyyətlərinə görə fərqlənən ləhcələrin
meydana gəlməsinin səbəbini üzvi və coğrafi amillər nəticəsində baş verdiyini qeyd edir.
Bundan başqa o, şivələrin formalaşmasında ətraf-mühitin rolunu xüsusi şəklildə vurğulayaraq
yazırdı: “Köçəbə ilə köylü və şəhərlilərin lüğət, sərf və fonetik cəhətindən dilləri, şivələri bir-
birindən fərq edər” (5, s. 161). B.Çobanzadə bu fikri ilə dövrünün J.Vandries kimi dilçi
alimlərinin müxtəlif sənət və peşə adamlarının dillərini (dini, hüquqi, tələbə, sənətkar, hətta oğru
dili sayılan arqoların və s.) ləhcə adı altında təqdim etmələrinə ciddi iradını bildirirdi.
O, hər bir qohum dili ayrı-ayrılıqda tədqiq etməyin və öyrənməyin tərəfdarı idi. Bu
mənada, Avropada, xüsusən də Fransada, Almaniyada dialektologiya sahəsindəki elmi
nailiyyətlər B.Çobanzadəni çox sevindirirdi. O, tezliklə dilçilik coğrafiyasının inkişafına inanır,
türk dillərinin tədqiqi ilə bağlı dil xəritələrinin meydana gəlməsini arzulayırdı.
Hələ 1926-cı ildə B.Çobanzadə “Sovetlər İttifaqında yaşayan türklərin dil atlası”nın
hazırlanmasını təklif etmişdi. Sağlığında reallaşması mümkün olmasa da, B.Çobanzadənin bu
təklifini yetişdirdiyi dilçilərdən M.Şirəliyev və onun tələbələri ölümündən çox sonra 1980-cı
illərdə həyata keçirmək üçün işə başlayırlar. 1990-cı ildə Azərbaycan dilinin dialektoloji
atlasının, 2015-ci ildə Azərbaycan dilinin Naxçıvan dialektoloji atlasının çap olunması görkəmli
dilçi alimin qoyduğu bu uğurlu yolun layiqli davamçılarının böyük əməyi idi.
B.Çobanzadə eyni zamanda türk şivələrinin tədqiqi üçün əldə olan materialların azlığını da
ciddi problem kimi diqqətə çatdırırdı. Bunun səbəbini müəllif türk ziyalılarının daha çox klassik
ədəbiyyatın təhlili ilə məşğul olduqları üçün xalq dillərinə, ədəbi mahiyyət daşımayan şivələrə
əhəmiyyət verməmələri ilə əlaqələndirmişdir.
Bu mənada, görkəmli alim öz tədqiqatları fonunda M.Kaşğarlının “Divani-lüğət-it türk”
əsərinin qiymətini nümayiş etdirməyi qarşısına əsas məqsəd qoymuşdur. ”Türklərin qürur
mənbəyi” adlandırdığı bu əsər barədə alim yeri düşdükcə münasibətini bildirir. Müəllif
M.Kaşğarlıdan verdiyi bu sitatla razılaşaraq, “Türk dillərini şimdiyə qədər tədqiq edən
lisançılardan heç birinin bu məsələdə diqqətcil və qətiyyətli olmadıqlarına” təəssüf etmişdir.
İradlarını əsaslandırmaq üçün şəxsi mövqeyini irəli sürmüşdür: ”Dialektoloji üçün başlıca
məsələ bu lisani-sövti-şəkli ayrılıqların bulunub meydana çıxarılmasıdır (5, s. 172). Alimin də
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
191
razılaşdığı bu meyar əsasında M.Kaşğarinin verdiyi şivə və şivə qruplarının səciyyəvi
xüsusiyyətləri böyük təmkin və həssaslıqla şərh olunur.
O, öz doktorluq işini həsr etdiyi “Kodeks komanikus” abidəsinin də türk tayfalarının dili
ilə bağlı materiallarla zəngin bir əsər hesab edir. B.Çobanzadənin özünün qeyd etdiyi kimi bu
əsər bir vaxtlar Krımda, Qara dəniz sahillərində yaşamış və Macarıstan ovalıqlarında
məskunlaşmış hunların arasında gəzib-dolaşan italyan, alman missionerləri tərəfindən tərtib
olunan bir əsər idi (5, s. 168). O, qətiyyətlə türk dialektologiyasının tarixini XI əsrdən
öyrənməyi təklif edirdi.
B.Çobanzadə türk dialektlərinin bölgüsü məsələsində rus və Avropa türkoloqlarının
xidmətlərini də unutmamışdır. Tədqiqatçı XVIII əsrdə ilk dəfə olaraq isveçli fon Stralenberqin
türk-tatar dilinin bütün budaqlarının müqayisəli tədqiqinə yol açdığını söyləmiş və onun
yaratdığı Ural-Altay dil ailəsi nəzəriyyəsini çox bəyənmişdir. B.Çobanzadə qeyd etmişdir ki,
1713-cü ildə türk-tatar və fin-oğuz dilləri arasında bir əlaqə olduğunu bəyan edən alim öz fikrini
hələ 1834-cü ildə müqayisəli tarixi dilçiliyin ilk əsərini yaradan isveçli R.K.Raskdan bir əsr
öncə söyləmişdir.
B.Çobanzadə tarixən türk dillərinin təsnifini verən dilçilərin fikirlərini qüsurlu saymışdır.
Onun fikrincə, türk dillərinin təsnifini verən dilçi alimlər yalnız qrammatik cəhətlərə üstünlük
verərək tarixi xüsusiyyətləri və faktları nəzərə almamış və bir çox prinsiplər bir-biri ilə
qarışdırılmışdır.
Hələ “Türk-tatar lisaniyyətinə mədxəl” əsərində hər bir dil ailəsini budaqlara ayıran
müəllif dillərin əsas xüsusiyyətlərini, bu dillərdə danışan xalqların tarixi, yayıldığı coğrafi
ərazilər və abidələri haqqında məlumat vermişdir.
Bu əsərində B.Çobanzadə Asiya və Şərqi Avropanın geniş bir qismini Ural-Altay ailəsinə
daxil olan dillər əhatə etdiyini ehtiva etmişdir. “Mədxəl”də türkoloq alim bu dil ailəsinin beş
budağını qeyd etmişdir:
1. Fin-oğuz budağıdır ki, bunu da öz növbəsində daha iki qrupa bölünür: 1) oğuz, 2) fin.
2. Samoyed budağı samoyed xalqalrının danışdıqları dillərdir. Bu xalqlar Şimal buzlu
okeanının Avropa və Asiya sahillərinin sakinləridirlər. Fin-uqor və samoyed budağı arasında
həm kəlmə təşkili, həm də lüğət baxımından yaxın münasibət var.
3. Tunquz budağına mancu, Tunquz dilləri və daha başqa hələ ətraflı tədqiq edilməmiş
dillər daxildir.
4. Moğol budağına buryat və kalmık dilləri daxildir ki, bunların birincilərinə şərqi,
ikincilərinə isə qərbi moğollar deyilir. Moğol budağı ilə türk-tatar budağı arasında olduqca yaxın
bir bağlılıq nəzərə çarpır.
5. Türk-tatar budağı. Ural-Altay ailəsinin ən zəngin budağıdır. Buraya daxil olan dillər: 1)
yakut, 2) Altay türklərinin dili, 3) teleut dili, 4) komandin dili, 5) Yenisey yuxarısındakı
türklərin dili, 6) Uryanxay dili, 7) parapinlərin dili, 8) qırğız dili, 9) noqay dili, 10) kuuk dili,
11) qaraçay dili, 12) başqırd, 13) sart dili, 14) özbək dili, 15) türkmən dili, 16) Osmanlı
türklərinin dili, 17) tatar dili (Qazan, Krım), 18) Azərbaycan dili, 19) cuvaş lisanı, 20) kun dili
(5, s. 72).
“Türk-tatar dialektolojisi” əsərində isə tədqiqatçı türk-tatar şivələrini belə təsnif edir:
”Çuvaş – yakut - Sibir və Altay –Yenisey – Uryanxay - qazax və qırğız - Şərqi Türküstan –
Türküstan - Ural və Volqaboyu – Qazax - Cənubi Rusiya - Kiçik Asiya” (5, s. 191).
Alim adları qeyd olunan türk xalqlarının mənşəyi, yerləşdiyi ərazilər, təqribi sayları
barədə məlumat verməklə bərabər, həmin şivələrin tədqiqatçılarının mülahizələrinə aydınlıq
gətirmişdir.
O, adları çəkilən türk-tatar şivələri haqqında məlumat verərkən onların özlərini bu gün
tədqiqata cəlb etdiyindən həmin xalqların tarixini araşdırmağı ehtiyac görmür. Adı çəkilən
Qafqaz türklərindən danışarkən B.Çobanzadənin Cənub Qafqaz xalqlarından Azərbaycan
türkləri haqqında olan fikirlərinə diqqət yetirək: “Cənubi Qafqaza gələcək olursaq, burada siyasi
və mədəni səviyyəsi etibarilə başqa türk-tatr xalqları arasında mühüm bir yer tutan azəri
türklərinə rast gəlirik. Azəri türkləri bir kaç əsrlik olduqca işlənmiş və çox uzaqlarda yaşayan
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
192
türk-tatar xalqlarının ədəbiyyatlarına da öz təsirini göstərən bir ədəbiyyata malikdirlər” (5, s.
214).
Əsərdə “ədəbi dil”in mahiyyəti də müasir dilçilikdə nəinki hər tədqiqatçıya, hətta hər
şagirdə məlum olan “Ədəbi dil canlı xalq danışıq dilindən seçmə və əvəzetmə yolu ilə
yaradılmış, normaya salınmış süni dildir” hökmünün tam əksidir. Müəllif yazır: ”Ədəbi dil, təbir
etdiyimiz dil, çox dəfə hakim sinfin şivə və ləhcəsindən başqa bir şey deyildir” (5, s. 162).
Göründüyü kimi, burada da “ləhcə” və “şivə” termini də müasir anlamdakı kimi deyildir.
Professor məsələyə münasibətinin əsasını fransız dilçiləri Qaston Pari və Pol Meyerin fransız
dilinin hüdudlarının mümkünsüz olmasını guya sübut etmələrinə bağlayır. Əslində isə, bu,
fransız dilinin aristokrat təbəqənin dili kimi bütün Avropada qəbul edilməsinə yönəlmiş səhv bir
ideya idi. Əfsus ki, bu dil mifi nəinki bütün Avropanı bürüdü, hətta onun hüdudlarını da aşdı.
Müəllif bununla İohan Şmidtin “Dalğa nəzəriyyəsi”nə tərəfdar olduğunu əsaslandırır.
B.Çobanzadə dialektolojinin əhəmiyyətini sübut etmək məqsədi ilə yenə də Fransada dilçilik
atlasının tərtib olunmasından bəhs edərək bu işlə dilçilikdə “lisani coğrafiya”adlı yeni bir
şöbənin açilmasını bildirir. Görünür ki, professorun da “Dialektoloji atlas” yaratmaq istəyi
olmuşdur: ”Ümumiyyətlə, bütün Avropa məmləkətlərində bir çox zaman əvvəllər başlanmış
olan canlı şivələr tədqiqi keçirməkdə olduğumuz əsrin başlarına doğru, dediyimiz kibi, lisan
coğrafiyası şəklində təkrar dirilmişdir və daha konkret, elmi bir şəkil almışdır (5, s. 164).
B.Çobanzadənin ömür yolunu, yaradıcılığını izlədikcə bir insanın ömrü boyu soykökünə,
millətinə, xalqına, dilinə sonsuz bağlılığı istər-istəməz insanı heyrətə gətirir. Krımlı şair və
jurnalist Y.Kandımın dediyi kimi: “B.Çobanzadə ağıl-idrakını, iradəsini, biliyini, qəlbini, canını
türkşünaslıq elminə bağışladı” (9, s. 3).
Onun bütün elmi əsərləri kimi, “Türk-tatar dialektolojisi” kitabı da öz mündəricəsinə, elmi
tutumuna, maraqlı faktlarına görə türkologiyanın bənzərsiz qaynaqlarından biridir. Müəllifin bu
tədqiqatı bütün türk dillərinin təsnifini aparmaq, xüsusiyyətlərini müəyyənləşdirmək
baxımından dəyərli əsərdir: Birincisi, burada türk xalqlarının qədim yazılı abidələrinə və klassik
dilçilik əsərlərinə istinad olunur; ikincisi, o dövr rus-Avropa dilçilərinin müxtəlif dillərdə
yazılmış əsərlərinə müraciət edilir; üçüncüsü, müxtəlif türkcələrə adi nümunələr və faktlar
sistemli şəkildə təqdim olunur. Müəllif bu əsəri ilə türkoloji arenada ilk dəfə dilçilik coğrafiyası
üzrə tədqiqatlar aparılması fikrini səsləndirir, atlasların hazırlanmasının vacibliyini qeyd edir.
Bu gün istər türkologiyada, istərsə də Azərbaycan dilçiliyində dialektoloji fikrin inkişafı və bu
istiqamətdə görülmüş işlərin ideya-müəllifi, “əsrin dilçisi” (T.Hacıyev) B.Çobanzadədir. Hesab
edirik ki, dialektogiyanın gələcək də nailiyyətlərində də görkəmli dilçi alimin bu əsəri öz
aktuallığını saxlayacaqdır.
ƏDƏBIYYAT
1.
Aslanov V. Bəkir Çobanzadə // Ədəbiyyat və incəsənət. Bakı, 1988, № 51
2.
Babayev A. Azərbaycan dilçiliyinin tarixi. Bakı, 1996
3.
Babayev A. B.Çobanzadə. Bakı: Şərq-Qərb, 1998
4.
Babayev X. Azərbaycan dövlət dilinin təşəkkülü tarixindən. Bakı: Elm və həyat
nəşriyyatı, 2002
5.
Çobanzadə B. Seçilmiş əsərləri. V cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007
6.
Çobanzadə B. Türk-tatar lisaniyyatına mədxəl. Bakı: Aspoliqraf, 2006
7.
Eyvazov P. Bekir Çobanzade ve Türk Dillerinin Çağdaş Sorunları / IX Uluslararası
Büyük Türk Dili Kurultayı (bildiri metnleri). Ankara, 2014 s. 224-229
8.
Rəcəbli Ə. Azərbaycan dilçiliyi. Bakı: Nurlan, 2007
9.
Къандым Ю. 43-нджи талебе // Йылдыз. 1998, № 4, s. 71
10.
Ашнин Ф.Д. Бекир Вагапович Чобан-заде // Народы Азии и Африки, 1967, №1,
c. 208-216
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
193
11.
Emirova A.M. Bekir Çobanzadenin Dil Bilimi Anlayışı // Karadeniz Araştırmaları,
2006, №11, s. 1-11
12.
Modern Türklük Araştırmaları Dergisi. 3. Cilt , sayısı 3, 2006
13.
Otar İ. Kırımlı türk şair və bilgini Bekir Sıdkı Çobanzade. İstanbul: Lebib Yalkın, 1999
14.
Taymas A.B. Kırımlı filolog-şair Bekir Çobanzade`yi tanıtma tecrübesi // Türk Dili
Araştırmaları yıllığı. Ankara: Türk Tarih Kurumu basımevi, 1954
THE DIALECTOLOGICAL PROBLEMS OF THE TURKIC LANGUAGES IN THE
WORK “TURKIC-TATAR DIALECTOLOGY” BY BAKIR CHOBANZADE
Summary
In the article it is said about the famous turkologist professor Bakir Chobanzade’s
dialectological investigations. Basing on the work “Turkic-Tatar dialectology” by the investigator it
is said about the role in turkology and in the development of the dialectological thinking in
Azerbaijan in details. The discussions are carried out about the dialectological problems of Turkic
languages investigated by the author and today’s successes done by him are also noted. According
to the theme B.Chobanzade’s scientific works and the definite scientific literatures are based on.
Key words: B. Chobanzade, Turkic-Tatar dialects, Ural-Altay family, dialectology,
linguistics’ geography, atlas, dialect
Nüşabə Əsədova
Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi
asadova.nushabe@rambler.ru
AZƏRBAYCAN DİLİNDƏ ANTROPONİM VƏ TOPONİM TƏRKİBLİ
FRAZEOLOJİ VAHİDLƏRDƏ MÜSBƏT VƏ MƏNFİ MƏNA ÇALARLARININ
İFADƏSİ
Hər bir xalqın kimlik pasportu kimi təzahür edən, etnokulturoloji və linqvokulturoloji
xüsusiyyətlərini əks etdirən, adət- ənənə, məişət, mərasim və ayinlərini özündə təcəssüm etdirən
leksik layın böyük bir hissəsini əhatə edən və “dildə hazır şəkildə işlənən” [1,5] frazeoloji
vahidlərin semantik tutumunun əsasında müxtəlif mənalar öz əksini tapır və “istər məzmun və
istərsə də forma etibarilə frazeoloji vahidlərin zənginliyi” [2,100] dilə yaxından bələd olmaq
istəyənlərdə frazeoloji vahidlərin təcəssüm etdirdiyi semantik çalarları tam anlayıb başa düşmək
zərurəti yaradır. Bizi əhatə edən obyektiv aləmin, kainatın ibarət olduğu gecə- gündüz, səhər-
axşam, soyuq- isti, xeyir- şər, qorxu- sevinc, bədbəxtlik- xoşbəxtlik, zülm- mərhəmət və başqa bu
tip antonomik anlayışları pozitiv və neqativ olmaqla ikili xüsusiyyət daşıyır. Bu mənada insan
təfəkkürünün ifadə vasitəsi olan dilin və onun vahidlərinin ifadə vasitələrindən olan və insanın
psixoloji vəziyyətinin, mənəvi aləminin, mentalitetinin güzgüsü kimi əks etdirən frazeoloji
vahidlərdə də mənfi və müsbət mənalar hər bir xalqın öz milli xüsusiyyətlərinə əsasən əks olunur.
Azərbaycan dilində mənfi və müsbət məna çalarların bir sıra antroponim və toponim tərkibli
frazeoloji vahidlərdə necə ifadə olunduğunu izləmək dilçiliyimizdə semantika məsələlərinin və bu
fonda frazeoloji vahidlərin söz qılafı altında “gizlənən” müxtəlif konnotasiyalarının aşkarlanıb təhlil
olunması mühüm əhəmiyyət daşıyır və Azərbaycan dilinin frazeoloji vahidlərinin özünəməxsus
semantik çalarlarının müəyyənləşdirilməsi baxımından aktuallıq kəsb edən bir məsələdir. M.
Mirzəliyevanın da qeyd etdiyi kimi “hər hansı milli dilin frazeologiyasının dərindən öyrənilməsi
həmin dilin tam mənimsənilməsində əsas halqadır və eləcə də o dilin daşıyıcılarının zəngin,
rəngarəng və bir qədər də sirli aləmlərinə açılan pəncərədir” [3,25].
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
194
Azərbaycan dilinin leksik bazasının mühüm bir qatını təşkil edən antroponim tərkibli
frazeoloji birləşmələri oppozisional münasibətlərin ifadə vasitəsi kimi semantik baxımdan müsbət
məna daşıyan antroponim komponentli frazeoloji vahidlər və mənfi məna daşıyan antroponim
komponentli frazeoloji vahidlər kimi qruplaşdırmaq olar.
1) Müsbət məna daşıyan antroponim komponentli frazeoloji vahidlər. Müsbət semantik
yüklü antroponim komponentli frazeoloji vahidlər
Yusif onun yanında heç nədir= Yusif ona tay ola bilməz –çox gözəl bir insan (kişi) nəzərdə
tutulur. İmam Hüseyn cücəsi - həm məsum, həmdə yazıq bir insan deməkdir; Ürəyi yanıq Həlimə-
əliaçıq, hamıya əl tutan insan mənasında Azərbaycanın cənub bölgələrində çox işlənir.
“Nikolay yağı” - Rusiya çarı II Nikolayın adı ilə bağlı olan bu frazeoloji ifadə əslində
haqqında danışılan insanın fiziki cəhətdən sağlamlığına, güclülüyünə işarə edir. Belə ki, bu ifadənin
daşıdığı müsbət semantik yükün əsasını qədimdə və eləcə də çar II Nikolayın yaşadığı elmin-
texnikanın inkişaf etmədiyi bir dövrdə insanların qida rasionunun əsasını kustar üsulla hazırlanan
qatqısız ərzaq təşkil etdiyindən və yaşlı nəslin cavanlıqda bugünkü inkişaf etmiş sənaye dövründə
uzun müddət saxlamaq üçün kimyəvi maddələrin qatıldığı ərzaqla qidalanmadığı və
orqanızmlərinin sintetik ərzaqla zəhərlənmədiyini nəzərə çarpdırmaq durur. Kiminsə tükənməz
enerjisini, yüksək şövqlə çalışdığını görəndə Azərbaycan xalqının “Canında Nikolay yağı var!”
işətdiyi ifadə sağlamlığın əsasında təmiz qidanın önəmli yer tutduğunu bildirir.
Məhəmməd dağa sarı getməsə, dağ Məhəmmədə sarı gedər- İnsanların çətin vəziyyətlərdə
bir- birnə güzəştə getməyinin, insanlar arasında kompromisin vacibliyini göstərmək üçün işlədilir.
Sözünün Məmmədqulusunu demək- fikrini, məqsədini tam bildirmək, fikrini açıq şəkildə
bildirməkdir. Ağa durur, Ağacan durur- bir işi görmək üçün hələ vaxtın və fürsətin olduğunu
bildirən [4,11] ifadədir.
2) Mənfi məna daşıyan antroponim komponentli frazeoloji vahidlər:
Əlinin papağını Vəlinin başına qoyur, Vəlinin papağını Əlinin- heç bir işi kamil görə bilməyən,
bir işdən kəsib o biri işi etməyə çalışan və nəticədə heç bir işə nail olmayan adam deməkdir.
Sözünün Mustafasını de= Mıs- mıs deyincə, bir dəfəlik Mustafa de!- Bir şeyi uzadaraq deyən adam,
fikrini qəti bildirə bilməyən adam deməkdir. Əli aşından da oldu, Vəli aşından da- Çox şey
istəyərək hər şeyi əlində saxlamağa cəhd göstərmək, ancaq nəticədə heç nəyə nail olmamaqdır. At
Balaxanım= At Maral- kobud, yöndəmsiz hərəkətlər edən qadın mənasında işlənir. Ağanəzərəm, bir
yumruğa qırxın əzərəm- özündən razı, yekəxana, kobud adam üçün işlədilir.
Ya keçəl Həsən, ya Həsən keçəl- “müqayisə olunan iki şey arasında heç bir fərq olmadığını
bildirən ifadədir” [4, 269]. Bu ifadə eyni zamanda eyni mövzuda danışıb, ancaq bir- birlərini başa
düşmədən mənasız mübahisə edilən zaman işlədilir.
Şah Abbası taxtda görüb, Nadiri qundaqda= Nadiri taxtda görüb, Süleymanı qundaqda
=İsgəndəri taxtda görüb, Süleymanı qundaqda – üç variantda işlədilən bu frazeoloji vahidin mənası
bir adamın yaşının həddən artıq olduğuna işarədir. Dərdi Əyyub peyğəmbərin dərdindən çox dərdi
olmaq – problemlərin bitib-tükənmədiyinə işarədir. Aləmin malı-mülkü, Qənbərin yırtıq kürkü –
dəyərsiz bir şeyin üstündə əsəndə ironiya ilə işlədilən frazeoloji vahiddir. “Bir həsirdir, bir də
Məmmədnəsir”- frazeoloji ifadəsinin mənasının əsasını kiminsə kasıblığını, yoxsulluğunu
göstərmək, vurğulamaq təşkil edir. Məsələn: “Əşi, onda pul nə gəzir, bir həsirdir, bir
Məmmədnəsir” (Ç. Hüseynov). Yaxud başqa bir nümunə:
Yoxsul bir həsirdi, bir Məmmədnəsir,
Nə atı, nə də ki, arabası var.
Könülsüz dərvişdi düşər yollara,
Bir dəmir çarığı, bir əbası var. (Zəlimxan Yaqub)
“Pıçhapıç (yaxud “piçpiç”) Nikolayın evini yıxdı” (yaxud “yıxıb”) frazeoloji ifadəsi mənfi
mənada işlədilir. Belə ki, hər cür gizli sövdələşmələrin, əl altından görülən işlərin xoşməramlı
olmadığına, sonunun kiminsə fəlakəti, bədbəxtliyi ilə nəticələnəcəyinə işarədir.
“Nuh əyyamından qalıb” frazeooji ifadəsi həm insana, həm də əşyaya şamil edilir və
haqqından danışılan şəxsin fikirlərinin, dünyagörüşünün və yaxud da bəhs edlən əşyanın, predmetin
bugünkü müasir dünya ilə ayaqlaşmadığını, köhnəldiyini bildirir. Məsələn:“Elə Nuh əyyamından
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
195
hamı qız götürüb qaçır, dedim biri də olarsan sən”. (İsmayıl Şıxlı).
“Tarixi- Nadiri yarıya qədər oxumaq”- savadsız, məhdud dünyagörüşlü və ya yarımçıq təhsilli
olmaq [4, 249] deməkdir. Bu yerdə Qəribi ağlamaq tutdu- “çarəsiz vəziyyətdə qalmış, çətinliklə
üzləşmiş adam haqqında işlədilən” ifadədir [4, 63].
Azərbaycan dilinin frazeoloji sisteminin bir layı olan toponim komponentli frazeoloji
vahidlərin arasında müsbət və mənfi semantik yüklü frazeoloji vahidlərində insan psixologiyasının,
insanın mənəvi dünyasının sevincini, kədərini, kinini, qəzəbini və mərhəmətini əks etdirərək
özünəməxsus yer tutur. Məsələn:
1)
Müsbət məna daşıyan toponim komponentli frazeoloji vahidlər:
İrandan Turana qədər – çox geniş əhatə dairəsi deməkdir. Rumla Şam – hər yerdən, yəni böyük
bir yer nəzərdə tutulur. Tur dağına dönmək- yüksəlmək, hörməti, nüfuzu artmaq [4, 254]
mənasını bildirir.
2)
Mənfi məna daşıyan toponim komponentli frazeoloji vahidlər:
Ərdəbildə yel əsib, qoz tökülüb- başqa yerə şirnikib öz yerini, vətənin tərk edən adamlara deyilir;
Burda mənəm, Bağdadda kor xəlifə- mənəm- mənəm deyən adam nəzərdə tutulur. Bakı küləyi-
etibarsız, dar ayaqda arxalana bilinməyən adamdır. Naxçıvana duza getmək- avam, sadəlövh olmaq
mənasında işlədilir. Həccdən gələn mən, Məkkədən xəbər verən sən = Cəhənnəmdən gələn mən,
xəbər verən sən – məlumatı olmadığı halda bir şey (hadisə) haqda danışarkən işldilir. Nuh deyir-
Dostları ilə paylaş: |