Ə. A. Rəsulov və R. Ə. Rüstəmov yazmışlar: “Türk dilində nəqli keçmiş zaman –mış, - miş,
- muş, - müş şəkilçiləri vasitəsilə düzəlir. Şühudi keçmiş zamandan fərqli olaraq nəqli keçmiş
zaman hərəkətin qeyri-qəti icrasını deyil, keçmişdə icra olunmuş işin nəticəsini göstərir” (9, 98).
Azərbaycan dilinin dialekt və şivələrində, xüsusilə Qazax, Qarabağ, Gəncə, Şəmkir
şivələrində nəqli keçmiş zaman bəzi xüsusiyyətləri ilə diqqəti cəlb edir. Qarabağ danışığında çox
vaxt nəqli keçmiş zaman şəkilçisi –mış
4
feil şəkillərinin rəvayətini əmələ gətirən “imiş” hissəciyi
ilə bərabər işlənir.
Məsələn,
Tək Cəm
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
180
I.Gəlmişmişəm Gəlmişmişik
II.Gəlmişmişsən Gəlmişmişsən
III.Gəlmişmiş Gəlmişmişlər.
Məmmədağa Şirəliyev 1941- ci ildə Azərbaycan dialektlərini təkrar təsnif edərkən Dərbənd
şivəsini də həmin bölgüyə daxil etmiş, lakin sonralar bu şivəni bölgüdən çıxarmışdır. Halbuki tarixi
faktlar sübut edir ki, Dərbənddə tarixən azərbaycanlılar yaşamış, onların şivəsi Azərbaycan dilinin
şimal-şərq ləhcəsinə uyğun gəlmişdir. Dərbənd şivəsində nəqli keçmiş zaman III şəxsdə “ -ıtdı,-itdi
“ şəkilçisi ilə düzəlmişdir (11, 198). Məsələn; alıtdı, geditdi, baxıtdı, gəlitdi... və s.
3. Feilin indiki zamanı: Bütün şəxslərin tək və cəmində indiki zaman şəkilçisinin (ır
4
) –ey
variantına Noxudlu, Yuxarı Cürəli və s. Şivələrdə təsadüf edilir. Onu da qeyd etmək yerinə düşər ki,
-ey zaman şəkilçisi Azərbaycan dilinin Qərb dialektində xüsusi yeri olan ayrım şivəsində yalnız III
şəxsin təkində özünü göstərir. Əsas cəhət isə ondan ibarətdir ki, Ayrım şivəsində bu şəkilçi 3
variantda işlənməkdədir: -ey,-oy,-öy. Məsələn; aley, baxey, göröy,duroy və s.
Sonu saitlə qurtaran feillərdə isə -yey// e,y,yoy//o,y,yöy//o,y – qəbul edir. Məsələn; dinliyey//
dinleiy; yoxluyoy// yoxlo:y; söylüyöy// söylö:y və s.
Nümunələrə baxaq: I şəxsi təkində eyr, oyr – yazeyrım, duroyrum, göröyrüm ...
Sonu saitlə qurtaran feillərdə isə -yeyr// eiyr; -yoyr//a:yr; -yöyr// ö:yr şəkilçiləri qəbul edilir.
Məsələn, saxlıyeyrım // saxle:yrım, yoxluyoyrum// yoxlo:yrum, söylüyöyrum// söylö:rum və s.
Azərbaycan dilinin qərb dialektinə daxil olan ayrım şivəsində sonu samitlə bitən feillərdə -
eyr, -oyr,-öyr şəkilçisindən istifadə olunur. I şəxsdə sonu saitlə bitən feillərdə isə -yeyr//ye:r; -yoyr//
yo:r; -yöyr// yö:r şəkilçilərindən istifadə edilir. Məsələn, aleyrım, baxeyrdım, yaşdeyrım və s.
1. Sanqa bazardan nə aleyrımsa, öz halal pulumnan aleyrım. 2. Tezdənnən sizə gəleyrım, bir
yana getməginən. 3. Hamıdan əvvəl gəlif işdiyeyrem burda.
İndiki zaman iş, hal və hərəkətin icrası haqqında həmin an xəbər verir. Başqa sözlə desək,
icranın baş verdiyi anda ondan xəbər verilir. Bu zaman bir cəhət də qeyd olunmalıdır. Bu da ondan
ibarətdir ki, indiki zamanda ifadə olunan fellər Hind- Avropa dillərində olduğu kimi, Azərbaycan
ədəbi dilində də , danışıq dilində də xüsusi şəkilçi ilə düzəlir. Məsələn; 1. Mən səhərlər işə gedirəm.
2.Bu saat məxtuf yaziram , – verilmiş hər iki nümunədə fellər indiki zamandadır. Lakin 1-ci
nümunədə nisbətən qeyri-müəyyənlik, 2-ci nümunədə isə müəyyənlik ifadə edilmişdir. Azərbaycan
ədəbi dilində indiki zaman şəkilçiləri aşağıdakılardır:
1. -ır,-ir,-ur,-ür—samitlə bitən feillərdə: gəlir, baxır, qaçır və s.
2. -yır,-yir,-yur,-yür—saitlə bitən feillərdə: oxuyur, toxuyur və s.
Ədəbi dildən fərqli olaraq, dialekt və şivələrdə, müxtəlif bölgələrdə indiki zaman şəkilçisi də
müxtəlif variantlarda işlənir.
I.Azərbaycan dilinin qərb bölgəsində saitlə bitən feillərdə -er,-or,-ör variantı işlənir; aler,
baxer, görör, duror və s.
II.Samitlə bitən feillərdə isə -yer//e:r; -yor// yör ; saxlıyer, yoxluyor, söylüyör// söylö:r...
Nümunələr: 1. Əmim gejdənnən duruf da həyəti təmizde:r.2. Xalamın oğlu məytufları çamadanda
saxle:r. 3. Hamı dünəndən onu gözdö:r.
Azərbaycan dilinin bəzi dialekt və şivələrində: Quba, Xaçmaz, Xudat danışığında indiki
zamanı ifadə etmək üçün –adu, -ədü şəkilçisindən istifadə edilir. Bu cəhətə Türkmən dilinin
dialektlərində də təsadüf edilir. Həmin şəkilçi Azərbaycan klassik ƏDƏBIYYATında XIV, XV
əsrlərdə, Nəsimi, Xətai və Kişvərinin əsərlərində qeydə alınmışdır. Məsələn,
1.Nəsiminin qeyzi ərşə çıxadır (Nəsimi).
2.Sular axadır kənarı Gaqdan (Xətai).
3.Üstə ölədür çəkən dəxi dili-nigərani (Kişvəri) və s.
İndiki zamanda feilin bu şəkilçisi Azərbaycan dilinin Muğan şivələr qrupunda – ad, - əd +
şəxs şəkilçiləri formasında özünü göstərir. Aşağıdakı nümunələr bunu isbat edir:
Tək Cəm
I ş. Aladam aladux
II ş. Alasan alasuz
III ş. Aladı(i) aladı(i)
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
181
Nümunələr: 1. Görədəm sən çox ağıllı adamsan.
2. Mən sana bazardan at aladam.
3. Süzə nə dedüksə, aladux.
Nəticə olaraq elə bir qənaətə gəlmək olar ki, cənub ləhcəsində indiki zaman “-ır,-ir,-ıy,-iy,-
ey, -ı, -i,-r” şəkilçiləri ilə, Qərb ləhcəsində -ır
4
, -er, -or,-ör şəkilçisi ilə düzəlir. Dərbənd şivəsində
indiki zaman aşağıdakı formada özünü göstərir:
Feil kökü + (-a,-ə) + “durur” sözü = indiki zaman.
Azərbaycan dilinin Ərdəbil, Muğan, Ordubad, Astara, ayrım, Lerik və Biləsuvar
şivələrində - ey, -oy, -öy şəkilçisi daha işləkdir. Məsələn; aliyəm, aleysən, aley; gəleyəm, gəleysən,
gəley və s. buroyrum, buroylar və s.
Cəlilabad şivəsində II və III şəxslərdə qalın saitli feillərdə şəkilçi –yə,- ay, -əy variantında
işlənməkdədir.
Ən qədim indiki zaman şəkilçisi (-ı
4
) formaca feili bağlama şəkilçisi olsa da, indiki zaman
şəkilçisi funksiyasında çıxış edir. Bu şəkilçi Bakı, Şamaxı, Xanlar, Göyçay, Cəbrayıl, Tovuz və
qismən də, Lənkəran şivələrində işlənməkdədir. Məsələn, olur-olı; gəlir- gəlü; alır- alı; bilir- bili və
s.
4. Feilin gələcək zamanı:Feilin gələcək zamanı iş, hal və hərəkətin danıçılan andan sonra icra
ediləcəyi haqda xəbər verir. Azərbaycan ədəbi dilindən bir qədər fərqli xüsusiyyətlərə malikdir.
Feilin zamanları içərisində gələcək zaman da öz spesifik xüsusiyyətləri fərqlənir. Azərbaycan
dilinin dialektlərində də ədəbi dilimizdə olduğu kimi, feilin gələcək zamanı iki yerə bölünür:
qətigələcək və qeyri- qəti gələcək zaman.
a)
Qəti gələcək zaman: Qəti gələcək zaman şimal-şərq ləhcəsində -acaq
2
, yacaq
2
; qərb
ləhcəsində isə -ajax,əjəx variantında işlənir. Məsələn, gələjəx , gedəjəx , oxuyajax ,
baxajax ...
Bəzi şivələrdə, xüsusilə Şəki, Borçalı, Ayrım şivələrində bu şəkilçinin ixtisar olunmuş
variantları işlənir. Məsələn,
1. -cam variantı: alcam, gəlcəm, getcəm, baxcam....
2. -as,- əs + şəxs sonluqları: Naxçıvan və Göyçay şivələrində: alassan, gələssən, gedəssən və s.
3. -aş, əş + şəxs sonluqları: Qazax şivəsində gələşsən, gedəşsən, alaşsan, baxaşsan, görəşsən....
4. -aştan, -əştən: Tovuzun bəzi kənd şivələrində; alaştan, gələştən, gedəştən, görəştən və s.
5. -ajax,- əjəx: Qərb qrupu dialekt və şivələrində; (Gəncə, Şəmkir, Gədəbəy Qarabağ və s.)
Gələjəx, baxajax, oxuyajax, gedəjəx və s.
b) Qeyri-qəti gələcək zaman: Qeyri-qəti gələcək zaman Azərbaycan ədəbi dilində olduğu
kimi, dialekt və şivələrdə də -ar, -ər şəkilçisi ilə düzəlir.Qaxın İlisu kənd şivəsində qeyri - qəti
gələcək zamanda feillər şəxs şəkilçisi qəbul etmir. Məsələn, I ş. men alar, II ş. sen alar, III ş. o alar
.. və s.
Qeyri-qəti gələcək zaman şəkilçisi Azərbaycan dilinin bəzi şivələrində inkarda tamam
fərqli bir formada -- “manam
2
” variantında işlənməkdədir. Məsələn, almanam, baxmanam,
gəlmənəm, bilmənəm...
Şamaxı, Mərəzə, Əli Bayramlı ( indiki Şirvan), Ağdam və Zaqatalanın bəzi kənd
şivələrində I şəxsdə (inkarda) –ma,-mə + ar
2
= mar şəkilçisi hər üç şəxsdə işlənir.
Tək Cəm
I ş. Almaram Almarıq
II ş. Almarsan Almarsınız
III ş. Almar Almar
Qeyri- qəti gələcək zaman Azərbaycan dilinin dialekt və şivələrində o qədər də fərqli
keyfiyyətləri ilə diqqəti cəlb etmir və çox fəal da işlənmir. Izlədiyimiz bəzi keyfiyyətlər isə qeyri-
qəti gələcək zamanı, onu müasir Azərbaycan ədəbi dilində kəsb etdiyi müstəsna cəhətlərdən o qədər
də fərqləndirmir. Bu zaman şəkilçiləri dialektlərimizi Azərbaycan ədəbi dilinə daha da
yaxınlaşdırır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
182
ƏDƏBIYYAT
1. A. Axundov. Felin zamanları. Bak, 1961
2. Azərbaycan dilnin dialektoloji lüğəti . Bakı, Şərq- Qərb, 2007.568 s.
3. Bayramov İ. Qərbi Azərbaycan şivələrinin leksikası. Bakı. Elm və təhsil, 2011. 439 s.
4. Bayramov İ. Azərbaycan dilinin dialekt leksikası. Bakı, Elm və təhsil. 2011. 119 s.
5.Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı.1999. 354 s.
6.Hacıyev T. Cəbrayıl rayonu şivələrinin morfologiyası. ADU- nun əsərləri. Bakı. 1963. N4.
7. Hüseynov A. Azərbaycan dialektologiyası. Bakı. APİ. 1979. 86 s.
8.Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı. 1973. 367 s.
9.Rüstəmov R. Quba dialekti. Bakı. 1961. 281 s.
10.Sadıqov B. Azərbaycan dilinin Gədəbəy şivələri. Bakı. (nam dis.)1963. 258 s.
11.Sadıqov B. Azərbaycan dilinin tarixi qrammatikasından xüsusi kurs. Bakı, 1977. 96 s.
İ.Hasanaova
Summary
Dialects of verbs in the present
Different aspects of the dialects are explored in the article, noted the ways of verbs in
present time.
Key words: dialects, verbs, present tense, sentence ...
Ləman Qasımlı
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Tətbiqi dilçilik şöbəsinin elmi işçisi
AVROPA DİLÇİLİYİNDƏ VƏ TÜRKOLOJİ DİLÇİLİKDƏ SİFƏTİN TƏDQİQİ
Sifətin avropa dillərində, eyni zamanda türk dillərində də bir nitq hissəsi kimi
müəyyənləşdirilməsi çətinlik törədir. İngilis dilində bu söz kateqoriyasının yeganə morfoloji əlaməti
müqayisə dərəcəsinin olmasıdır ki, o da bütün sifətləri əhatə etmir. İngilis qrammatika ənənəsində
“adjective” termini ilə adlandırılan sifət XIX yüzillikdə müstəqil nitq hissəsinə çevrilir. İngilis
dilinin ilk nəzəri qrammatikasının müəllifi Henri Suit tərəfindən sifət ilə bağlı təklif olunan
təsnifatda, şübhəsiz ki, onun nitq hissələri nəzəriyyəsinin təsiri özünü göstərir. Nitq hissələrinin
təsnifində əsasən morfoloji meyara üstünlük verən Henri Suit sifəti dəyişən (declinable) nitq
hissələrinə aid edir. O, sifəti isimdən ayırır, ona müstəqil nitq hissəsi kimi yanaşır. Bununla yanaşı,
o, cümlədə sifətə oxşar funksiya daşıyan sözləri də əlavə etməklə sifətin sərhədlərini genişləndirir.
H.Suit onları “adjective-words” adlandırır? sifət, sıra sayları və əvəzliyin bir çox növlərini onlara
aid edir (5, s. 35-38). O, sifətləri iki böyük qrupa ayırırdı: attribute-adjectives – predmetlərin
əlamətlərini əmələ gətirən sifətlər; 2) qualifying adjectives – əlaqədə olduğu ismi təyin edən və ya
məhdudlaşdıran sifətlər. Bu qrupa tədqiqatçı artikldən əlavə, əvəzlik-sifətləri (adjectives pronouns),
mücərrəd isimlə işlənən istənilən sifəti aid edir. (5, s. 67-69)
Məşhur Danimarka dilçisi O.Yespersen sifətə ayrıca yer ayırsa da, onları daha çox ismə
yaxınlaşdırır. “Sifət və isimlərin ümumi cəhətləri çoxdur və elə hallar olur ki, konkret bir sözün
hansı sinfə aid olduğunu demək çətin olur. Onların ikisini də birləşdirən bir terminin olması yaxşı
olardı. Avropada qrammatika üzrə yeni yazılmış əsərlərdə geniş şəkildə istifadə edilən Latın
terminologiyasına uyğun olaraq, həm isimlərin, həm də sifətlərin daxil olduğu ümumi sinfi
bildirmək üçün mən ad (lat. nomen) terminindən istifadə edəcəyəm.”(10, s. 61). Məlum olduğu
kimi, O.Yespersenin dil təliminin təməlində onun üç dərəcə nəzəriyyəsi durur. Bu təlimdə sözlərin
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
183
siniflər üzrə qrammatik bölgüsü məntiqi bölgü ilə üç dərəcə ilə çulğaşır. Sifətlərin siniflər üzrə
təsnifatı ikinci dərəcəli sözlərin adyunkt (adjuncts) funksiyasında təsnifatı deməkdir. Alim
adyunktların bir neçə sinfini fərqləndirir. Onların ən mühümləri məhdudlaşdırıcı (restrictive), qeyri-
məhdudlaşdırıcı (non-restrictive) və kəmiyyət (quantitative) adyunktlardır. Qeyd etmək lazımdır ki,
sifətlərin siniflər üzrə təsnifində O.Yespersen təkcə semantik deyil, həm də üslubi momentlərə də
fikir vermişdir.
İngilis dilində nitq hissələrinin vahid təsnifat prinsipini axtaran müəlliflər arasında Ç.Frizin
tədqiqatı xüsusi önəm daşıyır. O, ənənəvi təsnifatı rədd edərək cümlədə sözün mövqeyinə əsaslanan
siniflər sistemini qurmağa cəhd göstərir. Əvəzetmə cədvəlləri vasitəsilə Ç.Friz ənənəvi olaraq isim,
fel, sifət və zərf adlandırılan sözlərin dörd sinfini fərqləndirir. Ç.Friz sifətləri 3-cü sinifə daxil edir
(3, s. 82-83). Bu sinfə daxil edilən sifətlər “The (good )concert was good” modelindəki good
sözünün mövqeyində dururlar. Bu modellərin də müəyyən yarımtipləri vardır. Ç.Friz qeyd edilən
dörd sinifdən əlavə 15 qrup da fərqləndirir. Həmin qruplarda da ardıcıl olaraq mövqe prinsipi
istifadə olunur. “Funksional sözlər” adlandırılan bu qruplara ən müxtəlif sözlər daxil olur.
Ç.Friz strukturalistlər arasında yeganə tədqiqatçıdır ki, ingilis dilində söz siniflərinin ardıcıl
tətbiq edilən bir meyar-əlamət – sözün cümlədəki mövqeyi – əsasında təsnifatını verməyə cəhd
edir. Digər strukturalistlər isə nitq hissələrinin yalnız mövqe əlaməti əsasında təsnifatını verməyin
mümkünsüzlüyünü dərk edərək başqa meyarlara da müraciət edirlər.
Kembric Universitetinin nəşriyyatı tərəfindən nəşrə hazırlanan “Linguistics: An
Introduction” (“Dilçiliyə giriş”) əsərində sözlərin nitq hissələrinə bölgüsü üçün üç meyar (semantik,
morfoloji və sintaktik) əsas götürülür. Bu üç meyara əsasən müəlliflər “lexical categories” (leksik
kateqoriyalar) və “functional categories” (funksional kateqoriyalar) adlandırdıqları söz siniflərini
müəyyən edirlər. Müəlliflərin istifadə etdikləri “lexical categories” termini “əsas nitq hissələri”,
“functional categories” termini isə “köməkçi nitq hissələri” terminlərinə uyğun gəlir. Göstərilən
meyarlar əsasında müəlliflər “lexical categories” daxilində beş söz sinfi və ya leksik kateqoriya
fərqləndirirlər ki, onlar da isim, fel, sifət, zərf və sözönünü əhatə edir (4, s. 129-132).
Germanşünaslıqda sifət ilə bağlı məsələlərdən biri də təsnifləndirilmədir. Keçmiş sovet
dilçiliyində ingilis dilində sifətlər əsli (keyfiyyət) və nisbi olmaqla iki yerə ayrılır. V.D.Arakin
göstərir ki, “ingilis dilində sifətlərin yalnız bir aydın təsəvvürə gətirilən leksik cərgəsi vardır – əsli
(качественные) sifətlər” (6, s. 136). İngilis dilində nisbi sifətlərin yoxluğu, alimin fikrinə görə,
birincisi ikincinin təyini olan iki isimdən ibarət atributiv söz birləşmələri hesabına aradan qaldırılır:
a stone wall , a gold watch. Sifət kateqoriyası, onun dilin qrammatik mexanizmindəki mövqeyi, rolu
hələ də tam şəkildə həllini tapmamışdır. Bir sıra dillərdə keyfiyyət kateqoriyasının ifadəsi üçün
təyin və təyinolunan münasibətində prepozisiya kifayət etsə də, digər dillərdə bu mövqe
postpozisiya olur. Belə bir hal hər bir dilin daxili qanunauyğunluqları əsasında realizə olunur.
Sifətin uzunmüddətli öyrənilməsi ənənəsi olsa da dilin leksik səviyyəsinə aid vahidlər olaraq onların
semantik səciyyəsi hələ də birmənalı şəkildə şərh olunmur.
Avropa dillərində olduğu kimi, türk dillərində də nitq hissələri məsələsi, sözlərin leksik-
qrammatik söz siniflərinə bölünməsi, bu bölünmənin meyarlarının müəyyənləşdirilməsi mürəkkəb
və həllini tam şəkildə tapmamış problem olaraq qalmaqdadır. Burada əsas çətinlik ad nitq hissələri,
ilk növbədə, sifət ilə bağlıdır. Türk dillərində tarixi baxımdan sifətin bir nitq hissəsi olaraq xüsusi
morfoloji göstəriciləri olmamışdır, hələ sifətin özünün müstəqil nitq hissəsi kimi mövcudluğu
türkoloqlar arasında mübahisə yaratmışdır. Türkologiyada bu məsələyə XX əsrdə yeni baxış
bucağından yanaşılmağa başladı. Bu yanaşmanın mahiyyəti özünü onda ifadə edirdi ki, sözün bu və
ya digər nitq hissəsinə aid edilməsi bir yox, müxtəlif əlamətlər əsasında təyin edilməlidir və hər bir
söz sinfinin özünün əsas əlamətləri vardır. Bu yanaşmanın formalaşmasında türk dillərini tədqiq
edən rus dilçi alimlərinin və ümumiyyətlə rus dilçiliyinin təsiri olmuşdur. Həmin faktın təsiri ilə
türk dillərində nitq hissələri nəzəriyyəsinin əsas müddəaları keçən əsrin ortalarında təxminən belə
formalaşdırıldı ki, sözlərin nitq hissələrinə aid edilməsi üçün mühüm olan meyarlar morfoloji,
semantik və sintaktik olaraq götürülməlidir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
184
Sifətə N.A.Baskakovun yanaşması maraq doğurur. Tədqiqatçı qeyd edir ki, “sifət və zərf öz
növbəsində semantik planda əvvəllər vahid leksik ad kateqoriyasını təşkil edən isimlərdən zəif
diferensiasiya olmuşdur.” (7, s.204.)
Semantik cəhətdən sifətlər ismin sözdəyişdirici kateqoriyaları olan hal, kəmiyyət,
mənsubiyyət və şəxsə görə dəyişmir, sifət təyin etdiyi adla hala və kəmiyyətə görə uzlaşmır. Bu,
sifətin xüsusiyyətlərindən birini təşkil edir ki, o (həmçinin say da), ismin formasından asılı deyildir.
Türk dilləri ilə müqayisədə rus dilində sifətin forması onun təyin etdiyi adın formasından tam
şəkildə asılıdır. “Sifət nitq hissəsinə aid söz ismə xas kateqoriyaların birinin əlamətini qazandıqda
substantivləşirlər” (7, s. 65). “Substantivləşmə müxtəlif şəraitdə, müxtəlif səbəblərlə əlaqədar
təzahür etsə də, sifətin substantivləşməsi, başlıca olaraq, əlamət, keyfiyyət mənasını saxlamaqla
sözün, yəni sifətin əşya bildirən sözü – ismi əvəz etməsi, əlamət, keyfiyyət mənasını saxlamaqla
yanaşı, əşya mənası da kəsb etməsi əsasında yaranır”. (1, s. 112).
A.M.Şerbakın fikrinə görə, “semantika və funksional yönümün dəyişməsi təkcə əsli
sifətlərin deyil, həm də nisbi sifətlərin inkişaf yoludur. Ancaq nisbi sifətlərin inkişafı üçün əsas ilkin
forma yox, törəmə forma təşkil etmişdir və indinin özündə də onların bəziləri yalnız şərti olaraq
sifətlərə aid edilə bilər.” (12, s. 7). O göstərir ki, belə sözlərin sifətə aid edilməsində funksional
əlamət, yəni təyin kimi istifadə edilməsi əsas rol oynayır.
Türk dillərində sifətlərin aydın ifadə olunan morfoloji əlamətləri olmadığından, ona ilk
yanaşmada digər sintetik dillərdə, xüsusən rus dilində olduğu kimi nitq hissəsi baxımından
fərqləndirmə aparmaq o qədər də asan olmur. Şor dilinin qrammatikasının müəllifi N.P.Direnkova
nitq hissəsi olaraq ismi və sifəti fərqləndirmir. O qeyd edir ki, kara, taş, aqaş tebir kimi sifətlər
morfoloji cəhətdən həm də isimdirlər. Türk dillərində sifət kateqoriyasını fərqləndirən xüsusiyyət
dərəcə kateqoriyasına malik olması, qüvvətləndirici sözlərlə (энъ, тынъ və s.) işlənə bilməsi, ар-
ак, кып-кызыл tipli birləşmələr əmələ gətirməsidir (9, s. 26).
K.M.Musayev qeyd edir ki, sifət nitq hissəsi isimlə ifadə olunan əşyaya xas olan daimi
(постоянный) əlamət, xassə və keyfiyyəti bildirir (11, s. 167). Əgər K.M.Musayev karaim dilində
sifətin xüsusiyyətləri haqqında daha ətraflı məlumat verirsə, L.A.Pokrovskaya qaqauz dilinin
qrammatikasına həsr etdiyi kitabında sifətləri və isimləri ümumi səciyyədə təsnif edir.
L.A.Pokrovskaya müasir dövrdə adlar arasında isim və sifətin bir-birindən artıq kifayət qədər
fərqləndirildiyini göstərir: “daş köprü”, “dəmir yol” tipli söz birləşmələrində atributiv funksiyadakı
isim isim olaraq qalır, sifətə keçmir”. Bu fakt onunla şərtlənir ki, türk dillərində isim özünün ilkin
formasını dəyişmədən təyin funksiyasında işlənmə xüsusiyyətinə malikdir.
A.A.Dobrınina sifətə predmet və hadisələrin statik əlamətini bildirən dəyişməyən nitq
hissəsi kimi yanaşır. O ənənəvi olaraq sifətləri əsli və nisbi sifətlərə ayırır. Əsli sifətlər predmetlərin
hiss orqanları ilə bilavasitə qavranılan keyfiyyət və xassələrini bildirir. Nisbi sifətlərlə müqayisədə Dostları ilə paylaş: |