peyğəmbər demir- tərs, inadkar, mübahisə etməyi sevən adam üçün işlədilir. Nikolaydan qalma-
köhnə, nimdaş mənasını bildirmək üçün işlədilir.
“Araz aşığındandır, Kür topuğundan” frazeoloji vahidi “heç bir dərdi, fikri, qayğısı olmayan, heç
nəyi vecinə almayan adam haqqında işədilən ifadədir” [4, 26] və əhli kef adam nəzərdə tutulur.
Yevlax qaraçısı- Bu ifadə Azərbaycanın Yevlax rayonunda məskunlaşan qaraçılar və onların həyat
tərzinə müvafiq olaraq yaranmış və semantik əsasında “üstü- başı tör-töküntü, acgöz, hər
gördüyündən pay uman adam” mənası durur. Ənzəli yemişi- sırtıq, yapışdığından əl çəkməyən adam
deməkdir.
“Kərbəla müsibəti” İraqın Kərbəla şəhərində şəhid olmuş İmam Hüseyn və onun tərəfdarlarının
qətli əsasında yaransa da böyük qırğını, fəciəni qeyd edəndə Kərbala çölündəki böyük müsibətlə
müqayisə olunaraq işlədilir. Bu ifadənin başqa variantı “Azərbaycan dilinin frazeologiya lüğət”ində
qeyd olunmuş “Varfolomey gecəsi”dir ki, bu frazeoloji birləşmənin mənası “günahsız insanların
kütləvi şəkildə qətlə yetirilməsi”dir [4, 268].
Azərbaycan dilində antroponim və toponim komponentli frazeoloji vahidlərin semantik
tutumunda əks olunan mənfi və müsbət mənaların təhlili bu dilin leksik qatının zəngin hissəsini
əhatə edən frazeoloji birləşmələrin daxil olduqları hər hansı kontekst daxilində tam olaraq
anlaşılması, başa düşülməsi üçün lazımlıdır. Frazeoloji lüğətlərin tərtibində də bu tip frazeoloji
vahidlərin verilməsi multikulturalizm şəraitində yaşayan cəmiyyətimiz üçün önəmli bir hadisədir.
ƏDƏBIYYAT
1.
Bayramov H. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı- “Maarıf”-1978.
2.
Cəfərov S. Müasir Azərbaycan dili. Leksika. II hissə. Bakı- “Maarıf”-1982.
3.
Mirzəliyeva M. Türk dillərinin frazeologiyası. I cild. Bakı-“Nurlan”- 2009.
4.
Məhərrəmli Q., İsmayılov R. Azərbaycan dilinin frazeoloji lüğəti. Bakı- “Altun kitab”-
2015.
5.
Zəlimxan Yaqub. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb",2006, 288 səh.;
s.106
6.
Hüseynov Ç. “Qələmin yuxularından” http://www.azadliq.org/a/25450684.html
7.
İsmayıl Şıxlı. Seçilmiş əsarləri. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 ,408 səh.; s.217
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
196
Asadova N. N.
The Expression of Positive and Negative Semantic Shades in the Phraseological Units of the
Anthroponymic and Toponymic Components in the Azerbaijani Language
Summary
This article studies the expression of positive and negative semantic shades in the
phraseological units of the anthroponymic and toponymic components in the Azerbaijani
Language. The author analyses the semantic shades which the phraseological units of the
anthroponymic and toponymic components in the Azerbaijani Language express. Here is shown
the national features which are depicted with these type of phraseological units as well.
Key words:phraseological unit, anthroponym, toponym, semantics, semantic shades,
positive and negative meanings.
Pərvin Əsədullayeva
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, İran filologiyası şöbəsi
“BÜRHAN-E QATE”DƏ TÜRK LEKSEMLƏRİ
Hər bir xalqın mədəniyyət tarixində leksikoqrafik əsərlərin mühüm rolu olduğu kimi, fars
leksikoqrafiyası tarixində dilçiliyin müxtəlif sahələrinə həsr edilmiş çox və rəngarəng lüğətlərin
rolu olmuşdur. XVII əsrdə yaranan fars dilçilik əsərləri içərisində görkəmli Azərbaycan alimi
Məhəmməd Hüseyn ibn Xələf Təbrizinin “Bürhan-e qate” adlı məşhur izahlı lüğəti özünəməxsus
yer tutur. Lüğətin müqəddiməsindəki qısa qeydlərdən məlum olur ki, Məhəmməd Hüseyn ibn Xələf
Təbrizi əsəri h.862 (m.1652-53)- ci ildə Hindistanın Heydərabad şəhərində yazmış və onu
Heydərabad valisi Sultan Abdulla ibn Qütbşah Xəlidullaha ithaf etmişdir. “Bürhan-e qate” doqquz
“faidə” (fəsil) və iyirmi doqquz “qoftar”dan (bölüm) ibarətdir. Müəllif doqquz “faidə”yə böldüyü
müqəddimə hissəsində fars dilinin mənşəyi, fonetikası, qrammatikası, leksikası, dialektologiyası,
orfoqrafiyası və orfoepiyası haqqında məlumat vermişdir. Əsərin istər müqəddimə, istərsə də lüğət
hissəsində bir neçə türk alınmalarına rast gəlinir.
Müasir fars dilinin leksikası keçmişdən ta bu günədək tədricən formalaşmışdır. Biz onun
tərkibində, yəni fars dilinin leksikasında müxtəlif yolla formalaşan və müxtəlif dövrdə daxil olan
sözlərə rast gəlirik. Bu inkişafın bütün mərhələlərində söz tərkibinin zənginləşməsində xüsusi rolu
olan bütün aparıcı proseslər dəyişilir. Lakin fars dili tarixinin bütün mərhələlərində leksikanın
inkişafında əsas və daha intensiv proseslər özünü söz yaradıcılığının daxili modelləri, sözün
semantik quruluşunun dəyişilməsi və alınmaların bu dilə keçməsində göstərir. Fars dilinin lüğət
tərkibinin zənginləşməsində bu proseslərdən hansının mühüm rol oynamasını demək çətindir. Fars
dilinin inkişafının üç tarixi mərhələsində (qədim, orta, yeni) lüğət tərkibinin formalaşmasında söz
yaradıcılığı və sözün dəyişilməsi aparıcı, başlıca proseslərdən biri olmuşdur. Xarici dil leksikasının-
alınmaların bu dilə keçməsi, fars-tacik ədəbiyyatinin çiçəklənməsi dövründə üstünlük təşkil etməsi,
xüsusən, XI və XVI əsrlərdə daha intensiv oldu və ərəb sözləri bu dilin lüğət tərkibini dolduraraq
fars-dəri ədəbi dilinin formalaşmasının əsas amilinə çevrildi. (4, s.36) XIX əsrin sonu - XX əsrin
əvvəllərində söz yaradıcılığı və semantik proseslər yenidən canlandı, birbaşa və dolayı yolla fransız
və digər Avropa dillərindən bu dilə keçən sözlər fars ədəbi dilinin və xüsusilə də onun zəngin
şaxələnmiş terminalogiyasının formalaşmasında mühüm yer tutdu.
Məlumdur ki, fars dilinin lüğət tərkibi qarışıq xarakterə malikdir. Bu dilin lüğət tərkibində
Hind-Avropa, İran mənşəli, ərəb dilindən keçmiş, Avropa və türk mənşəli sözlər mövcuddur. Ta
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
197
qədim tarixi zamanlardan qərbi və şərqi iranlılar türk xalqı ilə sıx münasibətdə olmuşlar və bunu
çoxlu sayda tarixi faktlar, arxeoloji qazıntılar, bədii ədəbiyyat, leksikoqrfik abidələr sübut edir. Türk
alınmaları fars dilinə İslamdan öncə tədricən daxil olmağa başlamışdır. Sonrakı dövrlərdə fars dili
tərəfindən mənimsənilmiş türk alınmalarının sayı getdikcə artmağa başlamışdır. Firdovsinin
“Şahnamə”sində bir neçə türk sözünə (tagin-igid, cəngavər, cəsur; buq- qışqırıq, siqnal və s.) və
çoxlu sayda türk toponimlərinə rast gəlinir. Dövrümüzə qədər gəlib çatmış leksikoqrafik, əsərlər
içərisində Əsədi Tusinin “Lüğət-e furs” lüğətində “yarandaq” - xam gön dəri, “çaroq” - kəndli
ayaqqabısı, “somaq” - sumaq, “qalpa” - baş salı kimi bir neçə türk məişət sözləri qeyd olunmuşdur.
Səfəvilər dövründən bir-iki əsr əvvəl və əsas etibarilə də Səfəvilər dövründə türk (Azərbaycan)
mənşəli sözlər fars dilinə daha çox keçmişdir. Bu dövrdə fars dilinə keçmiş olan yüzlərcə söz
arasında
[şəmlə] çalma;
ش
[qezelbaş] qızılbaş;
ا[əxtərme] qənimət;
[beglərbeygi] bəylərbəyi;
ق [qəbaq] qabaq, balqabaq və s. Azərbaycan sözlərini
göstərmək olar. (1, s.41)
Alınma sözlərin fonetik tərkibi çox zaman dəyişir. Buna səbəb alan dilin daxili fonetik
qaydaları və başqa bir dil vasitəsilə alınmaların dilə keçməsidir. Fars dilinə keçən türk alınmaları
məcazi məna qazana, daha geniş və ya dar mənada işlənə bilir. Nəticə etibarilə alınmaların
dəyişməsi çox geniş və tədqiq ediləsi mövzudur. Bəzən alınmaları müəyyən etmək çətin olur, bəzən
də mümkün deyildir və bu, dilin daxili qaydaları, dil tarixi, qrammatika, xalqların tarixi əlaqələri ilə
bağlıdır. Alınma sözlər keçdiyi dilin qaydalarına tabe olur. Dildə yer alan alınmaları tapmaq üçün
tədqiqatçı dili dərindən bilməli və müqayisəli araşdırma aparmalıdır. Əgər alınmalar daxil olduğu
dilin qrammatikasına uyuşmursa, onları tapmaq çox asan olur.
Yuxarıda da qeyd etdiyimiz kimi fars dilində işlənən alınmalar bu dilin daxili qaydalarına
uyğun olaraq dəyişir. Bu dildə ərəb əlifbası işləndiyi üçün alınmalar ikinci dəfə dəyişikliyə məruz
qalırlar. Bu səbəbdən alınmaların incəlməsi çətinləşir, məsələn, tərkibində “ı”, “ü”,“ö” saitləri olan
türk sözləri fonetik dəyişikliyə məruz qalır. Dilin əlifbası alınmaları alan dilin daxili qaydalarına
görə dəyişməsini və yeni mühitə adaptasiyasını həm sürətləndirə, həm də ləngidə bilir. Fars dilində
işlənən ərəb əlifbası ərəbcədən alınan sözlərin fars dilinə uyuşmasını ləngitdiyi halda türk dilindən
keçən alınmaların fonetik dəyişimini sürətləndirmişdir. Və nəticə etibarilə ərəbcədən alınan sözlər
dəyişməmiş türk dilindən alınan sözlər isə farslaşmışdır. Məhz bu səbəbdən alınmaları müəyyən
etmək çətin olur. Ərəb əlifbası türk alınmalarının fonetik tərkibini göstərmək baxımından münasib,
əlverişli əlifba deyildir. Məsələn “Divanü lüğati it türk”də “at”, “ət”, “ut”, “it” sözləri eyni şəkildə
yazılmışdır (3, s.194-195).
Fars və türk dilləri forma və mənşə baxımdan fərqlidirlər. Türk dilləri iltisaqi, fars dili isə
flektiv dillərə aiddir. Bu səbəbdən türk və fars dillərinin özünə xas fonetik qaydaları vardır.
Məsələn, türk dillərində mövcüd olan sait və samit sistemi fars dilində yoxdur. Məhz bu səbəbdən
türk dilindən keçən sözlər fars dilinin fonetik qanunlarına tabe olur, yəni alınma söz fars dilində
olmayan fonemə malikdirsə, dəyişilmək məcburiyyətində qalır. Azərbaycan türkcəsində doqquz,
fars dilində isə altı sait səs vardır. Yəni türk dilində mövcud olan “ö”, “ü”, “ı” fars dilində yoxdur.
Tərkibində bu sait səslərdən bir və ya ikisi olan sözlər fars dilində işləndiyi zaman mütləq surətdə
dəyişir. Məsələn, “tüfəng” sözü [tofəng], “çadır” sözü [çador], “ördək” [ordək], “kötək” [kutəng]
şəklində tələffüz edilir. (1, s.82)
Mövzumuzun əsas məqsədi XVII əsrdə Azərbaycan alimi Məhəmməd Hüseyn ibn Xələf
Təbrizi tərəfindən qələmə alınmış “Bürhan-e qate” adlı məşhur izahlı lüğətdə türk alınmalarını
tədqiq etmək və onların fars dilinin daxili inkişaf qanunlarına tabe olaraq hansı dəyişikliklərə məruz
qaldıqlarını göstərməkdir. Lüğətdə istifadə olunan cağatay - türk sözləri aşağıdakılardan ibarətdir:
ا[ata] ata
ا[ətabək] Atabəy- böyük ata deməkdir.
ق وا
-
ق ا
[ocaq] 1) ocaq, mətbəx, 2) ailə, böyük qəbilə
ا[ətsiz] ətsiz, arıq
روا -
روا[urmək] yun papaq
شاد [adaş] eyni ada malik iki və ya daha çox şəxs
درا[ordək] ördək
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
198
ق ا[u/oşaq] uşaq
غ ا
)
وا
غ
,
ق ا
,
ق وا
(
[ulağ] ulaq
ا[Eldəgez] Şəmsəddin Eldəniz-türk hökmdarının adı
ن را[ərməğan] sovqat
د را[ərmud] armud
ا[əkmək] çörək
ا[uluğ] ulu, böyük
ا[u\oləng] yaşıllıq, çəmənlik
جوا[ovc] 1)xəsis; 2) uca, yüksək
ج وا[umac] umac- undan hazırlanan sulu yemək
ز ا[əyaz] Ayaz- Sultan Mahmud Qəznəvinin türk nökərinin adı
غ ا[əyağ] 1) ayaq; 2) piyalə
ا[el] 1) əl; 2) el, oba; 3) camaat, millət, dəstə
ا [İla] İla- Türküstanda yaşayan qəhrəmanın adı
ق ا[əylaq] körfəz
ا[Ə/Eylək] 1) Türküstanda yer adı; 2) Türküstanda hökmdarın adı
ق [ağ] ağ rəng
[ağa] böyük qardaş
[ağsunğur] 1) türk hökmdarlarının ləqəbi; 2) ağ şahin; 3) məcazi mənada gün, günəş
ل [al] 1) hökmdarların möhürü; 2) qırmızı; 3) alın
[ala] qırmızı
[alaçoğ] alaçıq
ل
-
ا
-
ن ا
[altəmğa] hökmdarların möhürü
ن [altun] qızıl
[Batu] 1) Batu xan; 2) güclü, qüvətli, çətin
[bace] 1) qapı; 2) baca
[baleş] boğça, sandıq
ق
[başmağ] ayaqqabı
ش [Bektaş] Bektaş-Xorasan hökmdarının adı
ر [belderçin] bildirçin
[big] bəy
[tacek] tacik
ر
-
ر
-
[tatar] tatar
[tork]1) cəsur, mərd; 2) türk
ن
[torkmən] türkmən
[təmur/Timur] 1) dəmir; 2) Əmir Teymur
ن
[təng-e torkan] Türküstanda yer adı
پ [tup] top-odlu silah
پ [tupçi] topçu
نار [Turan] Turan- Mavərənnəhr tərəfdə yerləşən vilayətin adı
-
ود
[tuşək] döşək
[tuy] toy
[tiz] tez
ر [çapar] qasid (7, 608)
رد [çador] çadır
غر
-
غور
-
قور
[çaroq] çarıq
ج
-
ج
[çakuş] çəkic
غ
-
ق
[çə/epaq] balıq növü
-
ق
[çubuq] çubuq, taxta parçası
[çeçek] çiçək. “Bədai əl-lüğət” də
[cecäk] 1)çiçək 2) uçuq, suluq (2,176)
خ
-
ق
[çəxmax] bir-birinə vurmaq
اد ق
[çaxmaq daşı] çaxmaq daşı
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
199
[çək] çəkmək feilinin əmr forması
-
[çok] çökmək feilinin əmr forması
ل [çol] çöl
ق
-
ق
[çulaq] çolaq
ق
-
ق
[çumaq] çomaq
لوا [çəndul] ordunun arxasınca gələn qrup
ر
[çətur] balaca burun
ن
[çopan]çoban
[çuğa] cuxa
[çi] söz düzəldici şəkilçi:
-yalançı,
- başmaqçı
[çix] arxaik. həsir
ن
[xatun] xanım, qadın
-
ش ر
[xərxəşe] mübarizə aparmaq, ədavət aparmaq, münaqişə
وداد[dadu] dayə
غاد[dağ] dağlamaq (heyvanı)
دد[dədə] 1)baba, qoca 2) vəhşi heyvan
د [dəngəl] üzbəüz oturmaq
شو
[sağduş] bəyin sağ yoldaşı
ا
-
ا
-
-
ر
[toqra] Səlcuqların dövründə geniş yayılan xətt
ل
-
لو
[Toğrol] 1)Toğrul-Səlcuq hökmdarının adı; 2) ov quşu
-
-
ن ا
[ğədəğən/qədəğe] qadağa
ن [qaan] Monqolustanda hökmdarların ləqəbi, məsələn, Mənqu xan, Oktay xan
ر [qar] qar
ز
-
ز
[qaz] qaz (quş)
ن ز [qazqan] qazan (7,1514)
س [qas] qaş
ق [qaq] 1) quru 2) uzun, arıq adam
-
[qəteq/qateq] qatıq
ر
-
ر
[quçqar/ quckar] qoç
ن ر [Qədərxan] Səmərqənd hökmdarının adı
فر
-
ف
-
[Qədrəf/Qətrəf/Qətrif] Buxara yaxınlığında yerləşən şəhər
ا
-
ر
[Qərasunqur/Qəresunqur] 1) Qarasunqur - Sultan Səncərin adı; 2) qara rəngli ov
quşu
-
-
[qerğuy/qerqi/qerği] qırğı
[qəla] sapand
[qəlma] sapand
ش [qolmaş] arx. boş-boş danışmaq
ز
-
زو
[qunduz] qunduz (heyvan)
چ [quç] qoç
ل [qul] göl (8,1860)
[maşe] maşa
ق
[məncuq] 1)çətir; 2) bayraq. “ Fərhəng-e farsi” bu söz türk mənşəli [mo(ə)ncuq] 1) muncuq 2)
arx. çətir, bayrağın başına keçirilən aypara kimi verilib(5, 980)
ق و
-
ق وا
[uşaq] 1) uşaq 2) nökər
لوا ه
-
لو ه
[he(ə)ravul] orduda öndə gedən hissə.H. Əmidi qeyd edir ki, bu söz [hə(e)ravol ] tatar
ordusunda öndə gedənlərə deyilirdi (5,1063)
ن
[yataqan] türklərin döyüşdə istifadə etdikləri xəncər növü(9,2412)
-
[yasa] 1) qayda, qanun 2) yas, matəm
ق [yasaq] 1) xəbərdarlıq, çəkindirmək, təhdid 2) əzab, əziyyət, istirab
[yale] şərab içilən taxtadan tas
م [yam] çapar at və çaparxana
ق [yətaq] qaravul, növbə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
200
[yətaqi] qaravolçu, gözətçi
-
[yəxe] yaxa (köynəyin)
[yuxe] yuxa- çörək növü
-
[yəde/cəde] sehr, əməl
غا
-
غ
[yərağ] yaxşı çapan at
ن
-
ن را
[(y)ərməğan] hədiyyə, töhfə
[yərməq] pul vahidi- dinar, dirhəm
-
[yəğləv(i)] yağ dağ etmək üçün qulplu dəmir qab
غ [yeğnağ] insanların, qoşunun bir yerə toplanması
ق [Yəlaq] Yəlaq - türk padşahlarından biri
[yeme] cübbə -üstdən geyinilən uzun paltar; müərrəbidə
[yəlməq]dir
ت [yut] kütləvi tələf olma, qırılma
تر
-
طر
-
تروا
[yurt] məskən, iqamətgah
شر [yuriş] yürüş
[yoncə] yonca. Cağatay türkcəsində
[yonuçka], osmanlı türkcəsində isə
ز [yondza]
kimi tələffüz olunmuşdur
Türk və İran xalqları arasındakı qonşuluq, ticarət və mədəni əlaqələr əsrlər boyu davam
etmişdir. Bu əlaqələr dillərə öz təsirini göstərmiş və onların zənginləşməsində mühüm rol
oynamışdır. Hər bir dilin lüğət tərkibinin inkişafında və zənginləşməsində həmin dilin daxili
imkanları ilə bərabər alınma sözlər də çox önəmli rol oynayır. Başqa dillərdən keçən sözlər keçdiyi
dilin daxili inkişaf qanunlarına tabe olaraq işlədilir və bunun nəticəsində də çox zaman həmin
sözlərin alınma söz olduğunu müəyyənləşdirmək çətin olur. Başqa dillərdən söz almaq müasir
dillərin zənginləşməsi üçün zəruri proses hesab edilir.
Qaynaqlar:
1. Zərinəzadə H.H Fars dilində Azərbaycan sözləri. Bakı-1962, 435 səh
2. Боровков А. К " Бада и ал-лугат"., Словарь Тали Имани Гератского к сочинениям
Алишера Навои. М.,1941, 244 с.;
3. Махмуд ал-Кашгари "Диван Лугат ат-Турк", Алматы: дайк-Пресс, 2004, 1299 с.;
4. Пейсиков Л.С. Лексикология современного персидского языка
5.
نا ،
ه ،
١٣٧٥
ص
١٤٨٨
6 .
,
ن ه
,
د م ها
,
لوا
,
نا
,
١٣٦٢
,
ص
٥٥٠
7.
,
ن ه
,
د م ها
,
مود
,
نا
,
١٣٦٢
,
ص
١٢١٦
8.
,
ن ه
,
د م ها
,
م
,
نا
,
١٣٦٢
,
ص
١٩٢٢
9.
,
ن ه
,
د م ها
,
م
,
نا
,
١٣٦٢
,
ص
٢٤٦٩
ASADULLAYEVA Parvin
Summary
Turkic lexemes in "BORHĀN-E QĀTE"
It is known that the composition of persian dictionary has mixed character. There are words
from many languages, including: Indo-european, Iranian descent, Arabic, European and Turkish
origin in the vocabulary of this language. From ancient times, western and eastern iranians were in
close relation with Turkish people and a number of historical facts, excavations, literary arts and
lexicographical monuments prove the mentioned realationship. Words in turkish origin started to
enter Persian language before Islam accidentally. in subsequent years, the number of turkish origin
words assimilated by persian language gradually started to rise. this research studies turkish origin
words in Persian in 17th century, their phonetic variation.
Key words: Persian language, Turkish language, words with foreign origin,semantic
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
201
Rəhman Quliyev
Qafqaz Universiteti
MÜSTƏQİLLİK İLLƏRİNDƏ TÜRKİYƏ TÜRKCƏSİNDƏN AZƏRBAYCAN DİLİNƏ
KEÇƏN DEYİMLƏRİN LİNQVİSTİK TƏHLİLİ
Deyimlər (frazeologizmlər) dilin lüğət tərkibində əsas yerlərdən birini tutaraq insanların
emosional durumunu emosional-ekspressiv yöndən izah edən dil vahidləridir.
Deyimlər Azərbaycan dilində və Türkiyə türkcəsində fikrin, düşüncənin təzahüründə
bilavasitə tərkib hissəni təşkil edən, iki yaxud daha çox təkmənalı sözün tarixən birləşməsindən
ibarət olub, komponentləri sintaktik və semantik baxımdan ayrılmayan, quruluş etibarı ilə söz
birləşməsinə ya cümləyə bənzəyən, semantik xüsusiyyətlərinə görə leksik vahidə, söz birləşməsinə
və cümləyə qarşılıq olan, dildə hazır modellər şəklində var olub, ənənəyə görə bir biçimdə, ya da Dostları ilə paylaş: |