kibi qoşaraq, Köy içinə yetişdilər, çaparaq (AŞG79).
Söz önündə y-laşma Azərbaycan dilinin yazılı abidələrində özünü göstərir: Bu evi xarab
olası, ərə varalidən bəri qarnım toymadı, yüzüm gülmədi, ayağım başmaq, yüzüm yaşmaq görmədi
(DQ5). Firqətindən yandı bağrım yürəgim qan oldi, gəl! (NI,444).
Müasir dövrdə söz önündə y samitinin işlənməsi bir sıra türk dilləri üçün səciyyəvi hesab
edilir. Azərbaycan dilinin şimal-şərq qrupu dialektlərində həmin hadisəyə rast gəlmək olur [7, 17].
Beləliklə, XX əsrin əvvəllərində uşaq ƏDƏBIYYATının dilində işlənən arxaik sözlərin bir
qismi müasir Azərbaycan ədəbi dili üçün arxaikləşmiş, müəyyən qismi türk dillərində işlənir, bir
qismi də dialekt və şivələrimizdə yaşamaqdadır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
212
ƏDƏBIYYAT
1.
Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, “Elm”, 1964, 479 səh.
2.
Cavadova M.N. Şah İsmayıl Xətainin leksikası. Bakı, “Elm”, 1977, 213 səh.
3.
Dəmirçizadə. Ə.M. Azərbaycan dilinin üslubiyyatı. Bakı, Azərtədrisnəşr. 1962, 270 s.
4.
Qədimalıyeva A.F. Q.Bürhanəddin divanının leksikası, Bakı, “Nurlan”, 2008, 183 səh.
5.
Mehdiyeva S.H. Folklor abidələrinin linqvo-poetik tədqiqi. Bakı. “Elm”, 2003, 220 səh.
6.
Mehdiyeva S.H. Yazılı dastanların dili. Şəhriyar dastanının materialları əsasinda Bakı,
“Elm”, 1991, 132 səh.
7.
Şirəliyev M.Ş. Azərbaycan dialektologiyasının əsasları. Bakı, “Elm”, 1962, 422 səh.
İxtisarlar və bədii mənbələr
1. AKUƏA. – Azərbaycan Klassik Uşaq ədəbiyyatı Antoloigiyası. Bakı, “Elm”, 1998, 300
səh.
2. AŞ.Ə. – Abdulla Şaiq. (Talılbzadə). Əsərləri. III c. Bakı, Azərnəşr, 1972, 650 səh.
3. AŞ.G. – Abdulla Şaiq. (Talıbzadə). Gülzar. Orucov qardaşlarının elektrik mətbəəsi, 1912,
235.
4. FK.BH. – Firidunbəy Köçərli “Balalara hədiyyə”. Bakı, “Gənclik”, 1967, 86 səh.
5. RƏ.BƏ. – Rəşid bəy Əfəndiyev. Bəisirətül-Ətfal. Bakı, 1901.
İstifadə olunmuş tarixi lüğətlər
1. Будагов Л.З. Сравнительный словарь тюркских татарских наречие. СПб... т. I, 1869,
810 с. т. II, 1871, 415 c.
2. Древнетюркский словарь. Л. «Наука». 1969, 672 с.
3. Qəhrəmanov C. Nəsimi “Divan”ın leksikası. Bakı, “Elm”. 1970. 566 səh.
4. Kaşqarli M. Divanü lüqati-it-türk. Tərcüməsi, çevirən B.Atalay. Ankara, 1 c., 1939, 530
səh., 11 c., 1940, 366 səh., 111 c., 1941, 452 səh.
5. Радлов Б.Б. Опыт словаря древнетюркских наречии. СПб, 1893, ч. I, 968 с., ч. II, 1914
с.; т. II, 1899, ч. I, 1052 с.; ч. II, 1814 с.; т. III, 1905, ч. I, 1260 с., ч. II, 2204 с., т. IV, 1911, ч. I,
1116 с., ч. II, 2230 с.
Zumrud Heydarova
Summary
The archaic lexics in the language of the Azerbaijani childish
literature in the beginning of the XX c.
In the article had been comprehensively analysed the words of Turkish origin which become
archaic in our modern literary language revealed in the Azerbaijani childish literature of the
beginning of XX c. The majority of these words have their reflection in the number of Turkic
linguistic sources and the works of classical writers and in the dialects and subdialects.
Key words: archaic words, Turkish language, dialect, subdialect.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
213
Zülfiyyə Quliyeva (İbrahimova)
AMEA Nəsimi adına Dilçilik İnstitutu
CƏLİL MƏMMƏDQULUZADƏNİN BƏDİİ ƏSƏRLƏRİNDƏ
ANTROPONİMLƏRİN İŞLƏNMƏ MƏQAMLARI
Hər bir xalqın milli-mədəni inkişafında, ədəbi dilinin zənginləşməsində mühüm rol oynayan
amillərdən biri də onomastik vahidlərdir. Bədii ƏDƏBIYYATın dilində onomastik vahidlərin
işlənməsi ədəbi dil baxımından xüsusi əhəmiyyət kəsb edir. Akad. T. Hacıyev doğru olaraq qeyd
edir: “Söz ustasının yenilik məharəti sözdə olan potensial mənalardan birini bədii məqsədə, üslubi
maneraya uyğun fəallaşdırmaqda, hərəkətə gətirməkdə özünü göstərir. Sözdəki mənaları yazıçı
qayəsinə görə növbələşdirmək, onlardan bədii məqsədə ən çox münasib olanını görmək isə əsl sə-
nətkarların həmişə icad etdiyi dil əməliyyatıdır. Üslubi seçmə budur (1, s. 5).
Böyük dramaturq, nasir, “Molla Nəsrəddin”in banisi, satira ustası, kiçik hekayələrin böyük
ustadı kimi şöhrət qazanmış Cəlil Məmmədquluzadənin Azərbaycan ƏDƏBIYYATının inkişafında
böyük xidmətləri vardır. Görkəmli ədibin poetik dili sayəsində əldə etdiyi uğurların böyük bir qismi
onun antroponim və toponimlərdən məqsədyönlü istifadə etməsi sayəsində mümkün olmuşdur.
“Sənətkar dəqiq, sərrast seçilmiş adlar vasitəsilə elə obrazlar yaradır ki, bu obrazlar həyatı tam
qüvvəsi ilə əks etdirir, adlar obrazı fərdiləşdirir, tipikləşdirir, tanıdır. Bədii üslubda çox zaman adla
obraz bir-birinə tam layiq olur. Şəxs adları müəllifin obraza bəslədiyi rəğbətindən, nifrətindən asılı
olmayaraq bədii dildə obrazın xarakterini, onun daxili dünyasını açır, həm də üslubi yük daşıyır ( 2,
s. 41- 42).
Bədii əsərdə şəxs adlarının qarşısında qoyulan bu elmi tələblərə C.Məmmədquluzadənin an-
troponimikası da yüksək səviyyədə cavab verməklə, bu sahədə aparılacaq tədqiqatları zəngin ma-
terialla təmin edir. Yazıçının qarşıya qoyduğu ideya-estetik vəzifə və məqsəddən asılı olaraq, bədii
əsərdəki şəxs adları müxtəlif məqamlarda işlənə bilər. Bunların arasında gerçək və ironik məqamlar
xüsusilə seçilir. Qeyd edək ki, bu problemin terminologiyasında fərqli yanaşmalara da rast gəlmək
mümkündür. Belə ki, A.Qurbanov “Poetik onomastika” adlı əsərində bunları real və poetik ono-
mastik vahidlər kimi təsnif edərək aşağıdakı elmi açıqlamanı vermişdir:
“Real onomastik vahidlərdən bütün yazıçılar eyni dərəcədə istifadə edir, bunların köməyi ilə
müəyyən tarixi hadisələrin, yerlərin, şəxslərin haqqında oxucuda real təsəvvür yaradırlar. Poetik
onomastik vahidlərdə obrazlılıq daha güclü olur. Bu növ onomastik vahidlər müxtəlif janrda və
üslubda yazılmış əsərlərdə işlənə bilir (3, s.12-13).
Ə.Mikayılova isə başqa bir terminologiya tətbiq etmişdir. Bu məsələyə toxunan tədqiqatçı
yazır: “Hər hansı bir əsərdə obrazlara həm ənənəvi adlar, həm də yazıçılar tərəfindən yaranan – uy-
durulmuş adlar verilə bilər. Ənənəvi adlar, qeyd etdiyimiz kimi, adətən zamanın tələbinə uyğun
olaraq verilir. Ənənəvi adlarda millilik və tarixilik prinsipi əsas götürülür. Uydurulmuş adlar isə
ləqəblərə bənzəyir, yəni yazıçı tərəfindən uydurulmuş adlar obrazın mənəviyyatına, xarici görü-
nüşünə, fiziki qüsuruna və digər cəhətlərinə uyğun olaraq verilir” (2, s. 42).
İstər “real və poetik, istərsə də “ənənəvi və uydurulmuş” terminləri məzmunca nəzərdə tu-
tulan araşdırma obyektini kifayət qədər ehtiva edə bilmir.
Bizim tədqiqat obyektimiz C.Məmmədquluzadənin bədii yaradıcılığı olduğundan və burada
satirik və yumoristik üslubun üstünlüyünü nəzərə alaraq, “ gerçək” və “ironik” terminlərə üstünlük
vermək qərarına gəldik.
C. Məmmədquluzadənin yaradıcılığında işlənən şəxs adlarını iki qrupa bölmək olar: a)
gerçək məqamda işlədilən şəxs adları; b) ironik məqamda işlədilən şəxs adları
a) Gerçək məqamda işlədilən şəxs adları
Bunlar əsasən müəllifin hüsn-rəğbət bəslədiyi, ciddi münasibət göstərdiyi, yaşadığı cəmiy-
yətdə işlək olan şəxs adlarıdır ki, özləri də bir neçə qrupda nəzərdən keçirilə bilər. Xüsusi halda,
bunların arasından qadın və kişi şəxs adlarını seçmək istərdik.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
214
C.Məmmədquluzadə istər bədii, istərsə də publisistik yaradıcılığında qadın azadlığı (hür-
riyyəti-nisvan) probleminə geniş yer verərək, onu milli-mədəni azadlığın mühüm tərkib hissə-
lərindən biri kimi daim diqqət mərkəzində saxlamışdır. Bu səbəbdəndir ki, Mirzə Cəlilin bədii əsər-
lərində, demək olar ki, satirik tənqidin hədəfi olan mənfi qadın obrazına rast gəlmək mümkün deyil.
Təbii ki, yazıçının rəğbət bəslədiyi qadın adlarının əksəriyyəti də gerçək məqamda işlədilmişdir.
Ara-sıra ironik çalar kəsb edən qadın şəxs adları isə yumoristik üslubun sərgilənməsinə xidmət edir.
C.Məmmədquluzadənin əsərlərində gerçək məqamda işlətdiyi XIX əsrin sonu, XX əsrin
əvvəllərində Azərbaycan ictimai-mədəni mühitində çox yayılmış qadın adlarıdır. Bir qədər diqqətli
yanaşsaq, əslində “Danabaş kəndinin əhvalatları” əsərinin əsas mövzusu məhz qadın azadlığıdır və
bu baxımdan əsərin baş müsbət qəhrəmanı da elə Zeynəbdir. Ərəb mənşəli antroponim olan Zeynəb,
Mirzə Cəlilin təsvir etdiyi şiə mühitində çox yayılmış adlardan biridir. Bunun səbəbi – Həzrət
Əlinin qızının, imam Həsən və imam Hüseynin bacılarının adının da Zeynəb olmasıdır. Kərbəla
hadisələrində özünü mərd və mübariz bir qadın kimi göstərən Zeynəb sonralar şiə mühitində
məşhur şəxsiyyətlər zümrəsinə daxil olmuş və Kərbəla qətlindən sonra sürgün edildikləri Şam
(Dəməşq) şəhərində vəfat edərək orada da dəfn olunmuşdur. Hazırda Dəməşqdə möhtəşəm “Xanım
Zeynəb məqbərə kompleksi vardır və hər il yüz minlərlə şiə həmin məqbərəni ziyarət etməyi özünə
bir dini borc hesab edir. Bundan başqa, Xanım Zeynəbin ibrətamiz həyatı və mübarizəsi haqqında
da ilahiyyatçı alimlər tərəfindən elmi araşdırmalar aparılmaqdadır (4).
Mirzə Cəlilin qadın qəhrəmanı da əvvəlcə öz tarixi prototipinə layiq səviyyədə çıxış edir,
Xudayar bəyin elçilərinə rədd cavabı verərək təhqir edir. Ancaq Kərbəla hadisələrində olduğu kimi,
burada da qüvvələr nisbəti həddən artıq fərqli olduğundan, sahibi Kərbəlayı Heydəri itirən, oğlu
Vəliqulu hiylə ilə əlindən alınan Zeynəb son nəticədə məğlubiyyətlə barışmaq məcburiyyəti qar-
şısında qalır. Həzrət Əlinin qızı Zeynəb Şamda qaçqın-əsirlər arasında bir xarabada məskən saldığı
kimi, Mirzə Cəlilin də Zeynəbinin xoşbəxt günləri miskin durumla əvəzlənir. Bu mənada böyük
yazıçının öz qəhrəmanının xoşbəxt və bədbəxt günlərini müqayisə edən final səhnəsi çox təsirli
alınmışdır: “Zeynəb haman biz gördüyümüz evdə ki, indi heç bir şey qalmayıbdı, – köhnə palaz üstə
oturub, dizlərini qucaqlayıb, gözlərini dikmişdi səqfə; guya ki, pərdiləri sayır. Zeynəbin libası lap
halına müvafiq gəlirdi; yəni lap mündər idi. Sifəti də biz gördüyümüz sifət deyil. Bu dörd ilin
ərzində lap qocalıbdır” (5, s. 122).
“Danabaş kəndinin əhvalatları”nda Zeynəblə yanaşı, başqa qadın adlarından da istifadə
edilmişdir ki, bunların da hamısının gerçək məqamda işləndiyini görmək olar. Bu mənada əsərdə ilk
rast gəlinən qadın şəxs adı – Məhəmmədhəsən əminin həyat yoldaşı İzzətdir. Ancaq Məhəmməd-
həsən əminin tərcümeyi-halını qısaca nəql edən yazıçı əvvəlcə İzzətin adını çəkmir ki, bu da, ümu-
miyyətlə, islam aləmində qadının adının mümkün qədər az çəkilməsi ənənəsi ilə bağlıdır. Məsələn,
elə Məhəmmədhəsən əminin atasının adı (Hacı Rza) iki yerdə çəkilirsə, anasının adı çəkilmir və
sadəcə “anası (Məhəmmədhəsən əmiyə nisbətdə) və “övrəti (Hacı Rzaya nisbətdə) deyə yad
edilir.“Elə ki, Hacı Rza və övrəti öldülər, Məhəmmədhəsən əmi qaldı başsız-paraxsız” (5, s. 47).
Eyni üsulla Məhəmmədhəsən əminin həyat yoldaşı da əvvəlcə “bir qız” deyə xatırlanır:
“Sonra bir qıznan sevişdi (Məhəmmədhəsən əmi – Z.Q.), həmin qızı aldı və bir neçə il gedib İrəvan
tərəflərində qürbətlik çəkdi, bəlkə puldan-zaddan qazanıb gətirib əlində maya eləsin (5,s. 47).
Zeynəb, onun qızları Fizzə və Ziba, Xudayar bəyin qızı, Vəliqulunun nişanlısı Gülsüm, Xu-
dayar bəyin arvadı Şərəf kimi qadın adları gerçək məqamda işlənib və heç bir ironik çalara malik
deyil. Təsadüfi deyil ki, Xudayar bəyin matəmə səbəb olduğu haqqında məlumat verən yazıçı, bu
matəmlərin mərkəzinə məhz qadın talelərini qoyur:
“Bəli, bu saat, elə bu dəqiqə, bu gecə səhərə kimi Danabaş kəndində üç evdə matəm quru-
lubdur. Biri Məhəmmədhəsən əminin evində, – necə ki, məlumdu, – biri Xudayar bəyin öz evində
və biri də Xudayar bəy istəyən övrətin, yəni Zeynəbin evində” (5, s. 67).
Gülsüm və Şərəf adları də mənşəcə ərəb və islam antroponimkasına bağlanırlar. Bunlar –
Ümm Külsüm və Şərəf ən-nisa adlarının Azərbaycan antroponimik mühitində qısaldılmış variantla-
rıdır. Hərfi tərcüməsi “almacıq sümükləri çıxmış qadın, yaxud “dəyirmi yanaqlı qadın”olan Ümm
Külsüm Həzrət Əlinin və Məhəmməd peyğəmbərin qızı Fatimənin övladı olmuşdur. Hərfi mənası
“qadınlığın şərəfi” olan Şərəf ən-nisa isə Peyğəmbər əleyhissəlamın sevimli qızı, Həzrət Əlinin
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
215
həyat yoldaşı, bütün müsəlman qadınları üçün örnək olan Fatimeyi-Zəhranın fəxri adlarından
biridir.
Beləliklə, öz əsərində göstərilən qadın adlarını işlətməklə, C.Məmmədquluzadə təsvir etdiyi
tarixi şiə mühitində geniş yayılmış antroponimlərdən istifadə etmişdir.
C.Məmmədquluzadənin son komediyası sayılan və akad. İ.Həbibbəyli tərəfindən aşkar
edilərək 1987-ci ildə ilk dəfə nəşr edilən “Ər” pyesində də şəxs adlarının rəngarəng üslubi məqam-
larda işləndiyini görürük. Bu əsərdə qadın adları bildirən xeyli sayda antroponim işlənmişdir ki, bu
da əsərin mövzusu ilə – ər axtarmaqla bağlıdır. Bu adlardan bir çoxu, məsələn, Çiçək, İzzət,
Zərəfşan, Dilşad, Mərcan və b. ciddi planda işlənmişdirsə, Yarpız, Ərik, Qızıl, Çəpkən, Dükcə, Çöl-
mək və b. yumoristik üslubi çalar daşıyır.
“Danabaş kəndinin əhvalatları”nda gerçək məqamda işlənən kişi adlarının isə maraqlı üs-
lubi xüsusiyyətlərindən biri də saxta kəbin mərasimində saxta şahidlik edən şəxslərin öz adlarını
qəsdən dəyişdirmələridir. Bu saxtakarlığı həm Xudayar bəy, həm də bu işi rəsmişləşdirən qazı bilir.
Ancaq Mirzə Cəlil üzünü oxucuya tutub xüsusi qeyd edir ki, bunu yazıçı ilə oxucu da bilir: “Söz
yoxdur ki, bizə məlumdur ki, bu ağalar nə səbəbə indi gəlib burada əyləşiblər. Bunları Xudayar bəy
gətirib: Qasıməli Zeynəb tərəfindən vəkildi və qalanlar şahiddirlər.
Əlbəttə, biz bunu da bilirik ki, bunların vəkillikləri və şahidlikləri saxtadı. Bu səbəbə Xuda-
yar bəyin tədbirinə görə bunlar üçü də qazıya özlərini özgə cür nişan verib adlarını dəyişdilər. Qa-
sıməli adını qoymuşdu Vəliqulu ki, olsun Zeynəbin oğlu qazıya dedi ki, anam Zeynəb məni bu xü-
susda vəkil edib; yəni Xudayar bəyə getmək rizasını veribdi. Kərbəlayı Qafar adını qoydu Kər-
bəlayı Baxşalı. Kərbəlayı Səbzəli də adını qoydu Məşədi Orucəli” (5, s. 99).
Bu addəyişmə prosesindən Mirzə Cəlil öz mənfi obrazlarının simasızlığını və şəxsiyyətsiz-
liyini daha da qabarıq şəkildə göstərmək üçün uğurla istifadə etmişdir.
b) İronik məqamda işlədilən şəxs adları
Satirik üslubun bədii gerçəkləşdirilməsi prosesində yazıçı ironiyasının müxtəlif təzahür for-
malarını üzə çıxarmaq mümkündür ki, bunlardan biri də şəxs adlarının ironik məqamda işlədil-
məsidir.
İronik məzmun daşıyan antroponimlərdəki komiklik həm fonetik əsasa, həm də semantik
əsasa malik ola bilər. Ancaq elə poetik situasiyalar da mümkündür ki, bu əsasların heç biri olmadan,
əsərin bədii kontekstindən çıxış edərək hər hansı bir antroponimin ironik məqamda işlədilməsini
söyləmək olar. Fonetik əsasa malik olan ironik antroponimlərdən “Qəza müxbiri” hekayəsindəki
Sevdimalı, Qəzi kimi xalq arasında çox yayılmamış və deyilişi təbəssüm doğuran şəxs adlarını
göstərmək olar. Eyni kateqoriyaya “Atlar dayandı” hekayəsindəki Qəbzi bəy antroponimini də aid
etmək mümkündür.
“Şeir bülbülləri” hekayəsindəki Yeldai və Səqərül-Qadiri də elə ilk səslənişdən gülüş doğu-
ran adlar sırasına aid edilə bilər. Səqərül-Qadiri həm də semantik baxımdan komik məzmun daşıyır;
belə ki, ərəb dilindən tərcümədə “Qadirin cəhənnəmi” mənasına uyğun gəlir. Tələfxan bəy oğlu
“Bəlkə də qaytardılar” hekayəsinin qəhrəmanlarından biridir və onun adı semantik mənasına görə
komik məzmun daşıyaraq oxucuda gülüş yaratmağa xidmət edən ironik antroponimdir.
“Ucuzluq” hekayəsində Mirzə Cəlil texnikum müdirinin adını çəkməyərək ona “müdir filan”
deməkləironik məzmun aşılamış olur. “Sabahısı gün geyinib getdim texnikuma və müdir filanı
orada dəftərxanada tapdım. Girdim içəri, xoş-beş... Və müdir filan ayağa durdu və bir əlini yox, iki
əlini də mənə tərəf uzatdı” (5, s. 319).
Cəlil Məmmədquluzadənin bədii əsərlərində antroponimlərin üslubi xüsusiyyətləri olduqca
zəngin və rəngarəngdir. Ədib bədii yaradıcılığında antroponimlərin üslubi imkanlarından yüksək sə-
nətkarlıqla yararlanmağa nail olmuşdur. Bu məqalədə biz yalnız bəzi adları verməklə kifayətləndik.
ƏDƏBIYYAT
1.
Hacıyev T. Satira dili. “Molla Nəsrəddin”in dili. Bakı: “ADU”, 1975, 178 s.
2.
Mikayılova Ə. XIX əsrin II yarısında Azərbaycan ədəbi dilinin bədii üslubunun
onomastikası (nəsr əsərləri əsasında linqvistik tədqiqat). Fil.e.dok.diss.. Bakı, 2008
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
216
3.
Qurbanov A. Poetik onomastika. APİ nəşri, Bakı, 1988
4.
Abbasova S. Həzrəti Zeynəbin (s.ə) Kərbəla dərsləri // islamaz.com
5.
Məmmədquluzadə C. Seçilmiş əsərləri. 4 cilddə. I cild, Bakı, “Öndər” nəşriyyat, 2004
ZULFIYA GULIYEVA (IBRAHIMOVA)
SUMMARY
The article deals with the stylistic peculiarities of anthroponyms used in the artistic works by
the outstanding Azerbaijani writer – satirist Jalil Mammadguluzadeh very skillfully and on the high
level. Depending on writer’s ideological-aesthetic purpose anthroponyms are used in the different
stylistic situations, especially in real and ironical situations, and such anthroponyms are of great
interest. The author’s position and attitude play an important role in formation of stylistic nuances
of anthroponyms.
Key words: artistic language, anthroponyms, women’s names, stylistic nuance, ironical
anthroponyms.
Sevil Adıgözəlova
İCTİMAİ-SİYASİ LEKSİKANIN ZƏNGİNLƏŞMƏ MƏNBƏLƏRİ
(Azərbaycan və fransız dillərinin materialları əsasında)
Bədii ƏDƏBIYYAT ədəbi dilimizin inkişafında faydalı mənbələrdən biridir. Termin-söz
birləşmələrinin bədii ƏDƏBIYYATda işlədilməsi maraqlı məqamlardan hesab edilir. Bu sözlərin
dilin daxili imkanlarına əsaslanması xüsusilə maraqlıdır.
Azərbaycan dilində ictimai-siyasi leksikanın zənginləşməsində XIX əsrin II yarısı və XX
əsrin əvvəlləri xüsusi diqqət çəkir. Təsadüfü deyil ki, bu dövr Azərbaycanda maarifçiliyin inkişafı,
yeni ziyalı nəslinin yetişməsi, mətbuat vasitələrinin, qəzetlərin, jurnalların dərci, teatr sənətinin
inkişafı ilə tarixə damğasını vurmuşdur. M.F.Axundov, Q.Zakir, A.A.Bakıxanov, M.Ş.Vazeh,
İ.Qutqaşınlı, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, H.B.Zərdabi yaradıcılığı dövrün ictimai-siyasi
mənzərəsinə çox böyük təsir etmişdir.
Dəyişikliklər elmi və publisistik ƏDƏBIYYATdan yan keçə bilmir. Seneanın Rable dilində
apardığı tədqiqatlar onu göstərir ki, Rable dilinin zənginləşdirilməsi üçün bütün mümkün
vasitələrdən istifadə etmişdir. Rable yeni sözlər yaradıb onları öz əsərlərinə daxil edirdi (5,
səh.125). Məsələn, arboriser – (nümayişə təqdim etmək), causeur (səbəbkar), croyable (inandırıcı),
croisade (xaç yürüşü), désorde (hərcmərclik), dominer (hökmranlıq etmək), fanfare (marş).
M.F.Axundovun istifadə etdiyi ictimai-siyasi terminlərə onun dram əsərlərində də rast
gəlmək olar. Məsələn,
1. Dövlət, idarə bildirən terminlər: dəftərxana, divanxana, məşvərətxana.
2. Müxtəlif növ rəsmi sənəd adları bildirən terminlər: vəkalətnamə, hibənamə, nüfuz dəftəri.
3. Dövrə aid olan cəza vasitələri və tədbirləri bildirən terminlər: dar ağacı, sürgünə
sürükləmək, dustaq etmək.
4. Müxtəlif vəzifələrin icrasını ifadə edən: nəzarət etmək, xanlıq etmək, divan kəsmək
5. Müxtəlif şəxslərin dövlət idarə və müəssisələri, həmçinin dövlət aparatı nümayəndələri ilə
münasibəti göstərən terminlər: ərizə vermək, şikayət etmək, vəzifəxor olmaq, vəkil tutmaq.
M.F.Axundov həmin dövrdə geniş yayılan bir sıra hadisələri ifadə edən frazeoloji
vahidlərdən də çox mühüm siyasi-ictimai əhəmiyyətə malik dil vasitələri kimi istifadə etmişdir.
Məsələn, quldurluq etmək, qaçaq olmaq, qaçaq mal, yol kəsmək, adam soymaq, karvan çapmaq,
bunt salmaq.
Bu qrupdan olan frazeoloji ifadələrin bəzisi arqotik xarakter daşıyır ki, bunun da daha böyük
üsulu və məna əhəmiyyəti vardır. Məsələn, quldurluğa getmək əvəzinə bəzən gəzməyə getmək,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
217
rüşvət vermək əvəzinə yolun görmək, yoluna baxmaq ifadələrinin işlənməsi arqotizimdir. Bu
ifadələrin işlənməsi onları işlədən surətlərin xarakteri daha yaxşı açmaq, həm də bunların ifadə
etdiyi hadisələrin həmin dövrdə geniş yayılmasını göstərmək üçün əhəmiyyətlidir.
M.F.Axundovun əsərlərində istifadə olunan ictimai-siyasi terminləri alınma mənbələrinə
görə üç qrupa bölmək olar:
1. Avropa mənşəli;
2. Ərəb-fars mənşəli;
3. Rus mənşəli.
Bu dillərdən alınan terminlər Azərbaycan dilinin qanunlarına tabe edilmişdir. Birinci qrupa
aid: despot, konsul, bank, protest, konfederasiya, arenda.İkinci qrupa aid: vilayət, xalq, padşah,
qanun, məmləkət, casus, məsləhətçi, müharibə, məlik, məmur, hökmdar, bəşəriyyət, sülalə. Dostları ilə paylaş: |