Üçüncü qrupa aid: bolşevik, sosializm, anarxizm, dekabrist, zemstva, çinovnik.
Milli demokratik mübarizənin güclənməsi ilə dövrün siyasi mənzərəsi daha da genişləndi.
H.Yusifbəyli, Ə.Hüseynzadə, Ü.Hacıbəyov və başqaları öz əsərlərində Azərbaycan dilinin
zənginləşməsində əhəmiyyətli rol oynadılar. Türk, elm, elani-istiqlal, mücadilə, uşkol, hürriyyəti-
mətbuat, hərəkat, milliyyət, ictimaiyyət, demokrasi, federasion, və s. sözlər dövrün siyasi
mənzərəsini anlamaq üçün kifayət edir.
Görkəmli Azərbaycan maarifçisi Əli bəy Hüseynzadənin məşhur “Siyasəti fürusət” əsərinin
zəngin termin birləşmələri ilə dolu olduğunu müşahidə edirik. Bu birləşmələr əsasən metoforik
xarakterlidir. Məsələn Pruşkeviç obrazı –çarizmin müstəmləkəçiliyini ifadə edən obraz, əjdaha-
Çar Rusiyası, tarixi yol- cənubi Azərbaycanda xalqın birgə mübarizəsi, istiqlal qazanması, qara
çətə - quldur, şuluqluq salan, quyruq həvəskarı – irticaçı qüvvələr, odlardan yanıb kül olan, sonra
yeni dirilən Feniks- hürriyət vətən yolunda canlarını, həyatlarını qurban verən Təbriz mücahidləri,
Feniks- inqilab quşu, Qacarlar –İranın qanlı gözləri.
Fransız yazıçılarından böyük Fransa inqilabını öz 14 iyul, Danton, Robespyer əsərlərində
geniş işıqlandıran Roman Rolanı göstərmək olar. Onun əsərində istifadə edilən terminlər
internasional xarakterlidir. Onların arasında alınma kök və prefiks vasitəsilə istifadə olunanlar da
var. Məsələn – béchénier – konventin deputatları. Fəhlə və sənətkarların istehsalatla olan
narazılıqlarını təqdim edən ultra sağçı partiya. Le marais – istehsal və ticarət burjuaziyasının
nümayəndələri. Konventdə bir qrup deputatlar. Les montagnares – konventdə demokratik
deputatlar qruplaşması. Bu qruplaşmanın adını Konventdə deputatlar iclas zalında ən yüksək
kürsüdə oturduqlarına görə götürmüşdülər. Dağlıların çox hissəsi Yakobinçi klubunun üzvləri
idilər. Les Dantonistes – Yakobinçilərin sağ qanadı, qışda 1793- cü illərdə Dantonun ətrafında
qruplaşan yakobin hakimiyyətini təqdim edən (xüsusən Robespyeri) müxalifət. Le décret
messidor- (26 iyun 1794) məhsulun müsadirə edilməsi haqqında dekret. Commune – Kommuna,
1789-cu il iyulda yaranan Paris yerli idarəetmə orqanı. Yakobin diktaturası zamanı təsiredici orqan
idi, konventə nisbətən. Les gillotineurs- Lion cəlladları. Lionda 1793-cü il (may – oktyabr),
aylarında əksinqilabi üsyan və onun iştirakçıları ilə qəddar haqq-hesab. Les muscadins- inqilab
zamanı küçə çaxnaşmalarında reaksionerlərə silahlı dəstək verən gənc zədagən dəstələri.
Yuxarıda sadalanan termin və termin birləşmələri fransız dilini qədim latın, yunan
dillərindən keçmiş suffikslər və artiklin müəyyən forması hesabına əmələ gəlmişdir. Bu
terminlərdə biz metaforanı və hadisələrin cərəyan etdikləri ərazi ilə bağlılığını müşahidə edirik.
Fransız dilinin bazasını latın dili təşkil edir.
Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyovun publisist məqalələrində işlədilmiş frazeoloji
birləşmələr zənginliyi və üslubi xüsusiyyətləri ilə diqqəti cəlb edir. Məsələn, dövlət dumasına cilov
vurmaq, yəni qapılarını əbədi bağlamaq, quyuları dolanıb, yol aparmaq, yəni ittifaqda çalışmaq.
Əkinçi qəzeti və onun naşiri H.Zərdabi da Azərbaycan dilində termin yaradıcılığına xüsusi diqqət
yetirmişdir.
Əkinçi qəzeti Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında baş verən bütün hadisələrlə
maraqlanır və öz səhifələrində bunlara geniş yer verirdi. Ona görə də, qəzetdə hökumət, dövlət,
cəmiyyət, sinif, istismar, millət, vergi, məvacib, gömrükxana, xırda, ticarət, dövlət bankı, gömrük
siyasəti, qətnamə kimi terminlər tez-tez işlənir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
218
Fransız dilinin ictimai-siyasi terminlərlə zənginləşməsində XIX əsrin görkəmli
nümayəndələri Balzak, Hüqo, Qotye də öz əsərləri ilə göstərmişlər. Hətta belə bir ifadə də mövcud
idi: “Nous sommes trois à Paris, qui savons notre langue, Hugo, Gautier et moi” (5стр, 274).
Dilimizi Parisdə dərindən bilən bizik, Hüqo, Qotier və mən.
XIX əsr fransız ƏDƏBIYYATını vərəqləyəndə görürük ki, bu dövrün yazıçıları Qonkur
qardaşları, A.Doza, Jorj Sand, Mopassan, Flober neologizm-terminlərdən yan keçməmişdilər,
onları kiçik dairədə də olsa təqdim etmişlər. Məsələn, Qonkurların dilində Bruno fransız dilinin
tədqiqatçısı misallar gətirir: empoignant (qəsb edən), échappade (qaçqın), éclairenement (aydın),
serpentenement (qarıçıq), éveillée (şübhə oyadan). Düzdür bu terminlərin bəziləri əsərlərin
daxilində qalsa da yəni “couleur locale”, bəziləri geniş əhatə dairəsinə daxil olaraq işləklik
qazanmışlar.
Bir məqamı da qeyd etməliyik ki, fransız dilinin ictimai-siyasi terminləri digər dillərin o
cümlədən ingilis dilinin bədii ƏDƏBIYYATına da təsir etmişdir. Məsələn XIX-XX əsrin ingilis
yazıçılarından olan Uilyam Meykpis Tekkerey, O.Xaksli , R.Oldinqktonun əsərlərində biz fransız
ictimai-siyasi terminlərinin alınmasını müşahidə edirik. Bu yazıçıların əsərlərində işlədilən
terminləri aşağıdakı kriteriyalara bölmək olar:
1.
Orfoqrafiyası və tələffüzü saxlanılmış terminlər: ménage (qarmaqarışıqlıq), demagogue
(demaqoq)
2.
–ment, -able,-tion,-sion suffikslərinin iştirakı ilə: indispensable (vacib), situation (vəziyyət)
3.
–ai, -ion,-lie: hərf birləşmələrinə görə, affaire (iş), conclusion (nəticə), aide-de-camp
(adyütant)
İctimai-siyasi həyatı əks etdirən əsərlərdə aşağıdakı terminlər mənimsənilmə olmadan
işlədilmişdir: employé (fəhlə), partie (partiya), monde (cəmiyyət), camaraderier (dini moizə), abbé
(abat), noblesse (zadəganlıq), mouvement (hərəkat) və s.
Bu terminlər ona görə olduğu kimi işlənmişdir ki, o dövrün ictimai-siyasi hərəkatları gənc
yazıçıların şüuruna böyük təyziq və U.Tekkereyin fransız dilinə olan hədsiz məhəbbəti onu bu
terminlərə dəyişiklik edilmədən işlənməsinə təsir etmişdir.
XIX əsr fransız yazıçılarnın əsərlərində də yeni ictimai-siyasi xarakterli terminlər də vardir.
Məsələn, absolutism (mütləqiyyət), absolutiste (mütləqiyyətçi), abstentionniste (bitərəf), coopérative
(ünsiyytəçil), centralisateur (mərkəzləşdirici), codifier (kodlaşdırmaq), constitutionnaliser
(konstitutsiya çərçivəsinə salmaq), démangogique (istiqamətsizlik), étatiser (dövlət qurmaq),
étatisme (dövlətçilik), électionner (səs vermək), protectionnisme (müdafiə), protocole (protokol),
radical (radikal, köklü dəyişilklik), reéactionnaire (inqilabçı), solutionner (razılığa gəlmək), ultra-
libéral (ultra-liberalçı),socialiste (sosialist), capitalisme (kapitalizm), industrialisme (sənaye),
prolétariat (proletariat), grève générale (ümumi nümayiş), grèviste (nümayişçi) və s.
XIX əsrin əvvəllərində Azərbaycan dilinin zənginləşməsi uğrunda mübarizədə, eləcə də
Azərbaycan dilində yeni ictimai-siyasi terminlərin yaradılmasında “Molla Nəsrəddin” jurnalının və
həmin jurnalın ətrafında toplaşan ziyalıların böyük xidməti olmuşdur. Molla Nəsrəddin jurnalında
ən müxtəlif sahələri aid terminlərdən, o cümlədən də ictimai-siyasi terminlərdən istifadə edilirdi.
Jurnalda oktyabrist, istiqlaliyyət, komitə, partiya, məclis, konfrans kimi terminlər çox tez-tez
işlədilirdi.
Fransız dilində dərc olunan Le Point siyasi-ictimai jurnal terminlərin tədqiqi üçün faydalı
mənbələrdən hesab olunur. İctimai-siyasi xarakterli terminlərin işlədilməsi və yeni mənalar
qazanmasında jurnallar münbit mənbə hesab olunur. Məsələn, La fusion verte - 1. Yaşıl tüfəng,
2.təbiəti qoruyan, le flamboyant poète – 1. çiçəklənən şair, 2. prezident haqqında, une pomme de
discorde – 1. əsas mübahisəli ərazi, 2. mübahisəli alma, le téléphone rouge -1. qırmızı telefon, 2.
dövlət rəsmləri arasında vacib danışıqlar, bras de fer – 1. dəmir qol, 2. Nəhəng hərbi potensiala
malik dövlət, un cactus – 1.bitki, maneə siyasətdə, la nuit verte – 1.yaşıl gecə, 2. avropalıların
müsəlmanlara qarşı təşkil etdikləri şəhər təşkilatı.
Müasir ədəbi dilin üslubları üzərindəki müşahidələr (burada publisistik, bədii, elmi üslublar
nəzərdə tutulur) belə bir həqiqəti aşkara çıxarmışdır ki, elmi üslubun tikinti materialları olan
terminlər daha çox kütləviliyə meyllənir və bunlar məcazi mənada da işləkliyi ilə seçilir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
219
S.Cəfərov də haqlı olaraq bir çox dillər kimi Azərbaycan dilinin də bu cür alınmalardan
kənarda qalmadığını, əksinə bu prosesin günümüzdə də davam etdiyinə diqqət çəkir: “Dünyanın
başqa xalqları kimi, Azərbaycan xalqı da tarix boyu müxtəlif xalqlarla yaxın və uzaq bir şəkildə
əlaqə və münasibətdə olduğundan həmin xalqların dillərindən Azərbaycan dilinə minlərcə söz
keçmişdir. Bu proses dilin leksikasını zənginləşdirən əsas amil olaraq indinin özündə belə, fəal
surətdə davam etməkdədir (2, səh 10).
Nəriman Nərimanovun XIX əsrin axırı XX əsrin başlanğıcında ədəbi dilimizin bədii,
publisist və elmi üslubunun inkişafında böyük xidmətləri olmuşdur. O, həm bədii əsərlərdə, həm
də elmi əsərlərində Azərbaycan ədəbi dilinin saflığı və təmizliyi uğrunda fəal mübarizə
aparmışdır. Onun əsərləri ədəbi dilimizin tarixinə, elmi üslubuna, lüğət tərkibinə, eləcə də
terminologiyaya aid qiymətli material verir.
N.Nərimanovun terminologiya ilə bağlı fikirləri “Türk Azərbaycan dilinin müxtəsər sərf-
nəhvi (Bakı 1899) və “Müəllimsiz türk dilinin öyrənməkdən ötrü ruslar üçün asan kitabça”
dərsliklərində tibbə dair yazdığı əsərlərində elmi-pulisistik məqalələrində və ayrı-ayrı
yığıncaqlarındakı məruzə və çıxışlarında öz əksini tapmışdır (1, səh.200).
N.Nərimanovudilimizə başqa dillərdən keçən sözlər də düşündürmüşdür. N.Nərimanov
publisist məqalələrində də terminlərin mənası, işlənmə məqamlarına da toxunmuşdur onları izah
etməyə çalışmışdır. Məsələn, o “sosializm” terminini insanların bir-birinə yoldaş, müttəfiq, iqtisadi
və siyasi həyatda milyon qazanıb, bir qarın çörəyə dustaq olub heyvan dərəcəsinə düşməməsi kimi
başa düşürdü. N.Nərimanov bir sıra terminləri əvvəlki variantları ilə paralel şəkildə işlətmişdir.
Məsələn, Rusiya-Respublika, kapital-sərmaye, xərc-naloq, idareyi-ürfiyyeyi-əksəriyyə- voyennaya
polojeniye.
Müəllifin terminləri paralel şəkildə işlətməyin səbəbi- xalq içərisində yenicə işlənməyə
başlayan terminlərin əvvəlki mənasını oxucuya çatdırmaqdır.
N.Nərimanov ingilis mənşəli “boykot” terminindən fel düzəldib ana dilinə daxil edilməsinə
etiraz etmirdi. Əksinə, “boykot”, termininin başqa nitq hissələrinə aid edilməsinin də tərəfdarı idi.
Məqalələrində xalqa zülm edənlərə, hürriyyətə düşmən kəsilənlərə qarşı “boykot” terminindən
cəsarətlə istifadə etmişdir. Demək, təkcə terminləri işlətmək deyil, hətta dilimizin leksik fondunun
artması prosesini izah etmişdir.
N.Nərimanov əsərlərində rus dilindən alınmalara da üstünlük vermişdir. O,
qosudarstvennıy sovet, revolusioneri terminlərini geniş işlətmişdir. O, sələfi olan M.F.Axundovun
liberal, fanatik, despotizm, temb terminlərini də tərcümə edilmədən olduğu kimi işlənməsini lazım
bilmişdir. Süni olaraq yeni sözlər düzəltmək bizə çox aydın olan sözləri ərəb, fars sözlər ilə əvəz
etmək çox məzmunsuz bir işdir.
Hər iki dilin bədii və publisistik əsərlərində geniş alınmaların və onların mənalarının
dəyişilməyinin ictimai-siyasi terminologiyaya zənginlik gətirməyinin şahidi olduq.
ƏDƏBIYYAT
1.
Əli bəy Hüseynzadə. Siyasəti fürusət. Bakı-Elm-1994, 226 s
2.
Məmməd Əmin Rəsulzadə. Azərbaycan Cumhuriyyəti. 1990
3.
Sayalı Sadıqova. Dilçiliyin nəzəri problemləri. Bakı – Elm – 2010, 212 s.
4.
Səlim Cəfərov. Azərbaycan dilində söz yaradıcılığı. Bakı -1960,203 s
5.
М.Сергиевский. История французского языка. Москва-1947, 247 стр
Summary
Sources of enrichment of socio-political terms
This paper researched sources of socio-political terms in fiction. The process of their
emergence was studied.
Кеу words: sources, internation terms, enrichment, suffix.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
220
Fidan Salayeva, fil.ü.f.d.
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçi
salayeva_fidan@mail.ru
AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTLƏRİNƏ DAİR MƏSƏLƏLƏR
Mənbələrdən də məlum olur ki,1925-ci ildə nəzərdə tutulan Birinci Türkoloji qurultay [1, 29]
1926-cı il fevralın 26-da keçirilmişdir. Qurultayın rəyasət heyətinə 22 nəfər nümayəndə təklif
olunmuşdur ki,onların içərisində iki nəfər azərbaycanlı – Səmədağa Ağamalıoğlu və Ruhulla
Axundov təmsil olunmuşdu.Qurultayın fəxri rəyasət heyətinə isə Əlibəy Hüseynzadə (o vaxt
Ə.Hüseynzadə İstanbul Universitetinin professoru idi), redaksiya heyətinə isə Bakıdan filoloq
A.Z.Zifeld, katibliyinə isə Pənah Qasımov və Ayna Sultanova kimi görkəmli simalarımız
seçilmişdir.
Böyük əhəmiyyəti olan qurultayda türk tayfalarının etnoqrafiyasının öyrənilməsinin vəziyyəti
və ən yaxın vəzifələri(S.İ.Rudenko), Qafqaz türklərinin etnoqrafiyasının öyrənilməsi sahəsində
yaxın vəzifələr (Çursin), türk xalqlarının təsviri incəsənəti haqqında (A.A.Miller), türk dillərinin
yaxın qohumluğu məsələsi(N.N.Poppe), qədim türk dillərinin öyrənilməsi(S.Y.Malov) və bir çox
məsələlər haqqında çıxışlar olmuşdur.
Qurultayda diqqətçəkən məsələlərdən biri də bu olmuşdur ki,- ( indiki dövrümüz üçün də çox
vacibdir) - erməni nümayəndəsi HraçyaAcaryan Azərbaycan türkcəsində çıxış etmişdir. O,çıxışında
qeyd etmişdir ki, türk dilinin erməni dilinə təsiri çox böyükdür.Mən bu işə 1902-ci ildə xüsusi
irihəcmli əsər həsr etmişəm. Bu əsərdə mən,demək olar ki, İstanbul, Van, Qarabağ, Naxçıvan və s.
yerlərdə türk dillərindən erməni dilinə keçən bütün alınmaları qeyd etmişəm. Bu alınmaların sayı 4
mindir. Bir qayda olaraq alınmalar isimə, bəzən sifətə, nadir hallarda feilə aid olur. Saylar,
bağlayıcılar, zərflər bir dildən başqasına keçmir. Amma bu elementlər türk dillərindən erməni dilinə
eyni dərəcədə keçmişdir. Bir çox əyalətlərdə 70,80 və 90 say adları 99-a qədər təmamilə türkcədir.
(Görəsən, Azərbaycan torpağının 20 faizini işğal edən mənfur ermənilər hazırda bu faktı görüb
utanıb xəcalət çəkmirlərmi ?!).
Qurultayda müzakirə olunan sahələrdən – orfoqrafiya, terminologiya və əlifbada əsas
məsələlərdən olmuşdur.
Biz burada yalnız orfoqrafiya ilə bağlı məsələlərdən bəhs etməyi qarşımıza məqsəd qoyduq.
Qeyd edək ki, qurultayın altıncı və yeddinci iclası məhz orfoqrafiya ilə bağlı məsələyə həsr
olunmuşdur.
İlk olaraq iclasda L.V.Şerba “Orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti” adlı
məruzəsi ilə çıxış etmisdir. O, öz məruzəsində orfoqrafiyanın tərtibi ilə bağlı dörd prinsip
göstərmişdir:
1.Fonetik prinsip.
2.Morfoloji prinsip.
3. Tarixi prinsip.
4.İdeoqrafik prinsip.
Bu prinsiplər daha çox rus dilinin orfoqrafiyası ilə bağlı olsa da, L.V.Şerba türk dilləri üçün
fonetik və morfoloji prinsipləri daha əlverişli hesab edirdi. Qurultayın iclasında Fərhad Ağazadə də
Azərbaycan dilinin orfoqrafiyası ilə bağlı məruzə etmişdir. O, məruzəsində Azərbaycan dilinin
orfoqrafiya qaydalarının tərtibi üçün 9 tezis irəli sürmüşdür ki, həmin tezislər indi də öz
əhəmiyyətini saxlamaqdadır.
Məsələn, o, orfoqrafiya lüğətinin tərtibində əsas fonetik prinsipi əlverişli hesab edir, dilimizə
keçən ərəb sözlərinin heç bir istisna olmadan yazılmasını irəli sürür, türk dillərinə keçməyə
başlamış Avropa sözlərini türk dillərinin fonetik qanunlarına tabe olmasını vacib sayır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
221
Doğrudur, Birinci Türkoloji Qurultayda bəzi məsələlərdə ümumi yollar göstərilmişdir. Lakin
istər Azərbaycan dilinin orfoqrafiyasında, istərsə də Azərbaycan ədəbi dili məsələləri konkret olaraq
həll olunmamışdır. Bu məsələlər nəinki Azərbaycan dilçiliyində, həmçinin türkologiyada belə öz
həllini tapmamışdı.
Qeyd edək ki, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadə hələ Şerbadan da əvvəl
dilimizin orfoqrafiyasında fonetik prinsipi əsas götürməyi irəli sürmüşdür. Onun bu fikri yalnız əsl
azərbaycanca olan sözlərə aid olmamış, həmçinin ərəb və fars dilindən milli dilimizə daxil olmuş və
xalq dilində müəyyən dəyişikliklərə uğramış sözlərə də aid olmuşdur. M.F.Axundzadənin fikri bu
idi ki, ərəb və fars dillərindən alınmalar xalq dilində necə tələffüz olunursa, o cür də yazılmalıdır.
Odur ki, onun dram əsərlərinin dilində də həmin sözlər canlı xalq danışıq dilində deyildiyi kimi öz
əksini tapmışdır. O dövrdə Fərhad Ağazadə və bir çox müəllimlər də bu təşəbbüsü bəyənmişlər.
Çünki o vaxt ibtidai siniflərdə Azərbaycan dilinin əlifbası fonetik üsulla öyrədilirdi. Fərhad
Ağazadə bu məsələni Birinci Türkoloji Qurultayda “Türk dilində imla qaydaları” adlı məruzəsində
daha ətraflı qeyd etmişdir. Onun rəyi bu idi ki, türk dilində ərəb sözləri çox olsa da, hətta onlar
doxsan faizlik bir çoxluq təşkil etsə də, türk dilinə daxil olduqları üçün mütləq türk qrammatikası
qanunlarına tabe olmalıdır. Bu həmçinin başqa dillərdən alınmalara da aiddir.
Qurultayın müzakirə etdiyi orfoqrafiya ilə bağlı məsələlərdən sonra 9 bənddən ibarət qətnamə
qəbul edildi və orada fonetik və morfoloji prinsipə üstünlük verildi.
Artıq Birinci Türkoloji Qurultaydan kecən 90 il ərzində Azərbaycanda lüğətçilik sürətlə
inkişaf etmiş, dilimizin orfoqrafiya lüğətinin 6-cı nəşri, dördcildlik “ Azərbaycan dilinin izahlı
lüğəti” iki dəfə, üçcildlik “Rusca-Azərbaycanca lüğət” 6 dəfə, dördcildlik “Azərbaycanca-rusca
lüğət” iki dəfə çap olunmuşdur.
Bu lüğətlərlə yanaşı, bir çox sahələri əhatə edən ikidilli və çoxdilli terminoloji və birdilli izahlı
lüğətlər də nəşr olunmuşdur.
Qeyd edək ki, orfoqrafiya lüğəti hər bir dilin qaydalarına görə hazırlanır və istər alınma,
istərsə də milli sözlərin yazılışı da bu qaydalar üzrə aparılır.
Orfoqrafiya lüğəti fonetik, morfoloji və tarixi-ənənəvi prinsiplərə əsaslanmaqla, sözlüyə
əsasən, müasir ədəbi dildə işlənən sözlər daxil edilir. Burada sözün ədəbi dildə necə yazılması
göstərilir.
Azərbaycan dilçiliyində ilk orfoqrafiya lüğəti H.Həsənovun da qeyd etdiyi kimi, 1911-ci ildə
nəşr olunmuş M.Mahmudbəyovun “İmlamız” adlı kitabıdır[2,241].Müəllif burada orfoqrafiya
qaydalarını düzəltməkdə fonetik prinsipi qəbul etmir, yalnız morfoloji prinsipi əsas götürür. O yazır
ki, imlamızı islah etmək üçün yeganə yol dilimizin əsasına və sərt (qrammatika - S.F.) qanunlarına
rica edib bunlara mütləq müxtəlif imlamızı tədqiq edək. Hansı imla bu iki şərtlə düz gələr isə onu
qəbul, düz gəlməz isə rədd edək.
Göründüyü kimi, orfoqrafiya məsələsi hələ o dövrdən polemika doğurur və bu, hələ də öz
həllini tam şəkildə tapmamışdır.
Sonda o, belə nəticəyə gəlir ki, Azərbaycan dili yazısında azərbaycanca olan sözlərdə və
mümkün olduğu dərəcədə azərbaycanlaşmış ərəb və fars sözlərində hərəkələr ləğv edilib, əvəzində
imla hərfləri, yəni sait hərfləri yazılsın. Yazıda dilimizin ahəng qanununa riayət edilsin, yəni qalın
hecalarla bitən sözlərə şəkilçilər qalın, incə hecalarla bitən sözlərə bitişən şəkilçilər isə incə şəkildə
yazılsın.
Brinci Türkoloji Qurultaydan sonra bir sıra orfoqrafiya konfransları keçirilmişdir. Bu
konfranslardan biri 1928-ci ildə Bakıda keçirilmişdir. Konfransa sədrlik edən B.Çobanzadə məruzə
ilə çıxış etmişdir. Konfransda B.Çobanzadənin “İmlada ümumi prinsiplər” adlı məruzəsinin
tezislərinə əsaslanaraq aşağıdakıları qərara almışdır:
1) Türk dili və onun yazı qanunlarına əsas olaraq fonetik prinsip qəbul edildi.
2) Şəkli-morfoloji prinsip dilimizdə üç cür tətbiq olunmalıdır: a) sözlərin köklərində; b) fars-
ərəb və Avropa dillərindən alınmış sözlərin yazılışında; c) suffikslərdə (ədatlarda).
3) Bu dörd (namus, qarpuz, sabun, pambuq) sözdən başqa bütün türkcə və türkləşmiş
kəlmələrdən, tarixi ənənə və formanı atmalı, bu kimi sözlər canlı dilin tələffüz etdiyi kimi
yazılmalı və oxunmalıdır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
222
4) Azərbaycan türkcəsində səslərin yerdəyişməsi hadisəsi nəticəsində bəzi sözlər müxtəlif
cür yazılır: topraq,yapraq və s. Bunu torpaq, yarpaq kimi işlətməli.
5) Dilimizdə “x” ilə bağlı sözləri “k” ilə yazmalı...[1,165-166].
1929-cu ildə isə latın qrafikalı Azərbaycan əlifbası ilə Vəli Xuluflunun tərtib etdiyi “İmla
lüğəti” [3] 5000 tirajla çap olunmuşdur. Bu lüğətin çapı qurultaydan üç il sonraya təsadüf edir.“
İmla lüğəti” birinci Azərbaycan imla konfransının qərarları ilə uyğunlaşdırılmış və dövlət elmi şura
tərəfindən təstiqedilmişdir. Odur ki, lügətdə ön sözdən sonra konfransın 41 bənddən ibarət qərarları
verilmişdir. Bundan sonra isə Azərbaycan birinci imla konfransında H.İmanovun “Avropa istilahları
yazılışı” mövzusundakı məruzəsinə dair cıxarılan imla qaydaları verilmişdir.
Lüğətin sonunda isə əlavə olaraq ixtisar sözlərin yazılışı, məşhur adamların və dövlət
fəallarının adlarının, bəzi coğrafi yerlərin və Azərbaycanın qəza mərkəzlərinin siyahısı öz əksini
tapmışdır. Nəhayət, axırda isə “söz ardı” verilmişdir.
“İmla lüğəti”ndə nöqsan cəhətlər də az deyildir. Belə ki, lüğətdə fonetik prinsip əsas
götürülüb, dialektizmlərə geniş yer verilib, sözlərin yazılışında ikilik özünü göstərir və s. Lakin
lüğətin tərtibində yol verilən nöqsanlara baxmayaraq, bu kitabın Azərbaycan dilinin sonrakı Dostları ilə paylaş: |