qrammatik cəhətdən dəyişdirilərək istifadə olunan konstruksiyalardır. “...əksər dilçilər üçün
frazeoloji vahidlər sərbəst söz birləşmələrinin əks qütbü olan sabit söz birləşmələridir”(1, 30).
Bu dil vahidinin formalaşma və inkişaf xətti Türkiyə dilçiliyi ilə müqayisədə Azərbaycan
dilçiliyində müəyyən səviyyələrdə öyrənilmişdir; monoqrafiyalar, dissertasiyalar, məqalələr
yazılmış, lüğətlər tərtib edilmişdir. Türkiyə dilçiliyində nəzəri biliklərlə müqayisədə deyim
sözlükləri daha çoxdur. Bildiyimiz kimi, bəzi ifadələr dilin tarixi inkişaf prosesində sabitləşib leksik
vahidə çevrilir. İfadənin tərkibindəki sözlər öz ilkin leksik mənasını itirərək məcazlaşır və
qoşulduğu sözlə birlikdə tamamilə yeni məna yaradır. Müasir türk dillərində deyimlərin sayı
qədimlərdən daha çoxdur. Eyni dil ailəsinə və qrupuna daxil olan Türkiyə türkcəsində və
Azərbaycan dilində işlənən frazeologizmlər çox qədim tarixə malik olsalar da, onlar dilin təşəkkül
tapmasından sonrakı dövrlərdə yaranmışlar. Çünki dillərin ilkin formalaşma dövründə sözlər yalnız
nominativ mənada işlənmişdir. Ona görə də deyimlərin yaranmasına ehtiyac olmamışdır. Sonrakı
dönəmlərdə sərbəst birləşmələr əsasında sabit birləşmələr əmələ gəlmişdir və bu proses daim davam
edir.
H. Bayramov deyir: “...qədimlərə doğru getdikcə frazeoloji vahidlərin kəmiyyəti müasir
dilimizdəkinə nisbətən azalır”(2,54).
Hər bir dilin lüğət tərkibində frazeologizmlər çox önəmli yer tutur. Bu dil vahidlərini
önəmli edən cəhət frazeologizmlərin hər birinin birbaşa xalqın adət-ənələri, dünyagörüşü, həyata
baxışı ilə bağlıdır. “Dilçilikdə tez-tez belə bir ifadə işlənir ki, dildə sinonimlərin çoxluğu o dilin
zənginliyinə dəlalət edir. Biz isə deyərdik ki, dilin zənginliyi onun tərkibindəki frazeoloji vahidlərin
çoxluğu ilə ölçülür”(3, 17).
Оğuz qrupu türk dillərində, xüsusilə Azərbaycan dilində və Türkiyə türkcəsində frаzеоlоji
vаhidlərin əksəriyyətinin üst-üstə düşməsi, bəzən isə çох cüzi dəyişikliklərlə mövcud оlmаsı həmin
türk dillərinin kök birliyi və bu хаlqlаrın özünün tаriхən еyni sоydаn оlmаsı fikrini bir dаhа təsdiq
еdir.
Türk xalqlarının yaşı qədər qədim olan türk deyimləri hər kəlməsində bir müdrik kəlamı
hifz edib saxlayır. Türk xalqlarının deyim dünyası türklərin tarixləri, adət və ənənələri,
mədəniyyətləri qədər qədim və zəngindir. Dünyadakı bütün türklərin deyimləri illərlə araşdırılsa,
onlara aid cild -cild kitablar, əsərlər yazılsa belə bütün türk dillərindəki deyimləri sonuna qədər
bitirə bilmərik. Azərbaycan dili kimi Türkiyə türkcəsi də deyimlərlə zəngin dildir. Bu dildəki
deyimlər tarixən müxtəlif sənətkarların dilində işlənmişlər.
Öyrənib birtirmək bir yana qalsın, hətta bütün türklərin deyimlərini bir araya toplayıb
onların müqayisəli sözlüyünü yaratmaq çox çətindir. Türk dillərindəki deyimləri tədqiq edərkən ilk
öncə eyni dil qrupuna ald olan dillərdəki deyimlərin bənzər və fərqli yönlərinin necə ortaya
çıxdığını öyrənmək gərəkdir.
Linqvokulturoloji ümumiliyi, milli özünəməxsusluğu daha aydın göstərən frazeologıya dilin
qədim qatlarına aid köhnəlmiş sözləri, arxaik forma və sintaktik konstruksiyaları özündə qoruyub
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
202
saxlayır. Frazeologizmlərin bu xüsusiyyəti onları “dil və mədəniyyət” , “dil və təfəkkür” kimi
məsələlər zəminində öyrənməyi zəruriləşdirir. Frazeoloji vahidin mənası konseptual strukturdur. Bu
struktura konsept yaradan semantik, praqmatik və kulturoloji səciyyəli əlamətlər toplusu daxil olur.
Frazeologizmlərdə milli özünəməxsusluq onların semantik xüsusiyyətlərində, məzmununda özünü
göstərir.
Türkiyə türkcəsi və Azərbaycan dili bir-birlərinə çox yaxın, eyni zamanda fərqli
xüsusiyyətləri olan dillərdir. Hər hansı bir dili mükəmməl öyrənməyin önəmli şərti o dilin
deyimlərini dərindən bilməkdir. Ümumiyyətlə deyimlər dilin ən çətin mənimsənilən qatıdır. Dildəki
deyimlər dil daşıyıcılarının tarix və etnoqrafiyasının, psixologiyasının və düşüncə tərzinin dildə
ifadəsi kimi meydana çıxır. Məhz buna görə də bir xalqın deyimlərinin dilçilik yönündən
araşdırılması nəticədə o xalqın tarix və etnoqrafiyasının, həyat və yaşayış tərzinin öyrənilməsinə
səbəb olur. Məruzəmizin mövzusu deyimlərin müqayisəsi olduğundan biz həm də eyni zamanda
türk və Azərbaycan xalqlarının, qismən də olsa, fərqli tarix və coğrafiyası, adət və ənənələrinə işıq
tutacağıq. Türk və Azərbaycan dillərinin, o sıradan da xalqların nə qədər yaxın olduğunu bir daha
vurğulamağa, bizcə, gərək yoxdur. Tarixin müxtəlif dönəmlərində bu xalqları bir-birindən
uzaqlaşdırmağa, ayırmağa çalışsalar da, bunu bacarmamışlar. Bu iki xalqın qəlbində bir-birinə
duyduqları sevgi atəşini heç kimsə söndürməmişdir. Dil qədər insanları bir-birinə yaxınlaşdıran
ikinci bir amil, zənnimizcə, yoxdur. Türk və Azərbaycan dilləri arasındakı bu eynilik və bənzərlik
sözsüz ki, dildə ən qarışıq qat olan deyimlər arasında da vardır. Bununla birgə bu dillərdəki
deyimlər arasında fərqliliklər də vardır. Çünki hər bir deyim aid olduğu dilin və xalqın özünə xas
özəlliklərini əks etdirir. Azərbaycan xalqının və osmanlı türklərinin qarşılıqlı dil əlaqələri XX əsrin
əvvəllərinə qədər davam etmişdir. Bildiyimiz kimi, Azərbaycan dili türk dillərindən həm coğrafi,
həm də siyasi yöndən ayrılmışlar. İllərcə bu xalqlar müxtəlif sosial quruluşlarda yaşamış və bu da
Azərbaycan və Türkiyə türkcəsində izini buraxmışdır. Buna görə də Türk və Azərbaycan
deyimləri arasında bənzərliklərlə birgə fərqliliklər də vardır. Bu fərqli cəhətlər deyimlərin
semantikasında özünü göstərir. İki dilin deyimlərinin qrammatik quruluşlarında heç bir fərqli cəhət
yoxdur.
Ortaq mədəniyyətə sahib olan türklərin deyimləri də ortaqdır.Lakin Azərbaycan və Anadolu
mühitində yaranan deyimlərin fərqli xüsusiyyətlərinin olması da təbiidir. Türkiyə türkcəsində olan
deyimlərin önəmli özəlliklərindən biri Türkiyənin yerli dəniz, tarixi abidə adlarını özündə əks
etdirən deyimlərdir. Məsələn, Azərbaycan dilində bu türk deyimlərinə rast gəlinmir: Atı olan
Üsküdar`ı keçər; Amasiya`nın bardağı biri olmazsa, biri daha; Herkes gider Mersin`e, biz gederiz
tersine, Senin aradığın kantar Bursa`da kestane dartar; Karadeniz`de fırtına, al pırtına, sırtına;
Ayasofya`da dilenip, Sultanahmet`de sadaka verir(6); Amasiya, Karadeniz, Üsküdar, Mersin,
Erzurum və s. Türkiyə ilə əlaqəli olan xüsusi adlar məhz Türkiyə tarixi, coğrafiyası ilə bağlı olduğu
üçün yalnız Türk deyimlərinin içində yaşamaqdadır. Lakin Türkiyə türkcəsində tərkibində yer adları
olan elə deyimlər də vardır ki, eyni ilə Azərbaycan dilində də mövcuddur. Məsələn: Türk: Burnu
Kaf dağında olmak; Azərb: Burnu Qaf dağında olmaq(5). Maraqlıdır ki, Anadolu Türklərinin və
Azərbaycan türklərinin düşüncəsində Qafqaz dağları ən uca dağlardır. Özündən çox razı, burnu
havada, heç kimsəni bəyənməyən adamlar haqda hər iki xalq “Sanki burnu Qaf dağında!” deyimini
işlədirlər. Bəzən elə deyimlər olur ki, tərkibindəki coğrafi adlar hər iki dildə fərqli olur. Məsələn,
türk: Karadeniz`de gemilerin mi batdl?(7); azərb: Xəzərdə gəmilərinmi batdı? və s.
Deyimlərin içərisində yalnız yer adlarını deyil, dastan qəhrəmanlarının tarixi şəxslərin
adlarını mühafizə edən elə abidələrimiz var ki, onlar türk və Azərbaycan xalqları üçün ortaq
abidələrdir. Belə abidələrdən biri də “Koroğlu” dastanıdır. Bu dastanla əlaqədar deyimlər türk və
Azərbaycan dillərində ortaq işlənirlər. Məsələn, Azərb: Qoç Koroğlu, Misri qılınc; Çünki oldun
dəyirmançı, çağır gəlsin dən, Koroğlu; türk: bir Koroğlu, bir Ayvaz. və s. Bəzən türk dilində
çoxvariantlı işlənən bir deyim Azərbaycan dilində birvariantlı işlənir. Məsələn. türk: İmaret(mescit)
yapılmadan dilenciler (körler) dizildi(7,68). Azərb: Məscid tikilməmiş kor əsasını dirədi(4,98).
Türkiyə türkcəsində işlənən deyimlərin böyük bir hissəsinin içərisində alınma sözlər işlənir.
Bu alınmalar, əsasən, ərəb və farscadan alınmalardır. Bəzən də elə olur ki, Türkiyə türkcəsindəki
deyimin tərkibindəki alınma Azərbaycan dilində anlaşılmır. Məsələn, Belaya berzah. Buradakı
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
203
“berzah” kəliməsi ərəbcədən alınmadır və sıxıntılı yer deməkdir. Bəzi hallarda türk dilində
ərəbcədə eyni mənada işlənən deyimlərdən birinin içində alınma söz işləndiyi halda, digər dildə
eyni alınma söz türk sözü ilə dəyişdirilir. Məsələn. Türk: Hak ile yeksan etmek(8,122); azərb: yer
ilə yeksan etmək(4,156).
İstər Türkiyə türkcəsində, istərsə də Azərbaycan dilində tərkibində alınma söz işlənən
deyimlərin böyük bir qismi İslam dini ilə bağlıdır. Məsələn, Türk: Anası onu Kadir gecesi
doğurmuş(6,69). (“Kadir gecəsi” ramazan ayının 27-ci gecəsinin adıdır.) Dini inanclara görə o gün
ən gözəl günlərdən biridir. Qədr gecəsi dünyaya göz açan uşaq çox xoşbəxt olur. Lakin burada da
müəyyən fərqli cəhətlər mövcuddur. Bu tip frazeologizmlərdən bəziləri Azərbaycan dilində
işlənmir. Məsələn, Arafat`da soyulmuş hacıya dönmək(8,89). Arafat- Hacıların Qurban
bayramından bir gün qabaq Məkkə ətrafında ziyarətdə olduqları müqəddəs yer. İslam dini ilə bağlı
olub Türkiyə türkcəsində işlənib, Azərbaycan dilində işlənməyən digər bir deyim “Rufailer karışır”
deyimidir. Rufailik ərəb sözü olub islam dini və təsəvvüfü ilə bağlı deyimdir. Başqa bir örnək kimi
isə “Gayya quyusu”deyimini göstərə bilərik. “Gayya” cəhənnəmdə olduğuna inanılan bir quyu və
yaxud dərin bir dərə”. Azərbaycan dilində buna qarşılıq kimi “cəhnnəm quyusu”, və yaxud “elə bil
səsi cəhənnəm quyusundan çıxır” kimi sabit ifadələr işlənir.
Türkiyə türkcəsində və Azərbaycan dilində eyni mənada işlənən elə deyimlər var ki, onların
semantik yükü eyni olsa da, leksik tərkibləri fərqlidir. Məsələn, Türkiyə türkcəsi: Çantada keklik;
Azərbaycan dili: torbada pişik var. Bu deyimlər eyni anlamda olsalar da, bir dildə “kəklik”, o biri
dildə “pişik” sözü işlənmişdir.
Araşdırma apararkən şahid olduq ki, Türkiyə türkcəsində və Azərbaycan dilindəki bədən
üzvlərinin adı ilə bağlı olan deyimlər arasında çox az fərqliliklər özünü göstərir. Əksəriyyəti eyni ilə
hər iki dildə işlənir.
Hər iki qohum dildə işlənən deyimlərə nəzər saldıqdan sonra onu söyləmək istərdik ki, hal-
hazırdakı dönəmdə Türkiyə türkcəsi Azərbaycan dilinə çox güclü təsiretmə mövqeyinə malikdir.
Əlbəttə ki, burada söhbət leksik vahidlərdən gedir. Lakin bununla belə son zamanlar çox maraqlı bir
faktı da müşayət edirik ki, Türkiyə türkcəsindən Azərbaycan dilinə leksik vahidlərlə bərabər
deyimlər də keçməkdədir.
Bildiyimiz kimi, Türkiyə türkcəsi və Azərbaycan bir dil ailəsinin eyni dil qrupuna aid
olsalar da, bu dillər arasında gedən diferensiasiya hadisəsindən sonra əlaqələr uzun müddət
səngimişdir. XX əsirin əvvəllərində bu iki dil arasında inteqrasiya prosesi gücləndi. Türkiyə
türkcəsinin leksikası və qrammatikası birbaşa Azərbaycan dilinə təsir etməyə başladı. Türkiyə ilə
Azərbaycan arasında XX əsrin əvvəllərində 5 əsrlik fasilədən sonra yenidən Türkiyə türkcəsi ilə
Azərbaycan dili arasında inteqrasiya prosesi baş tutdu. XX əsrdə baş tutan bu inteqrasiya prosesi
özü iki mərhələyə ayrılır:
1. XX əsrin əvvəllərindən 1920-ci ilə qədər olan dövr.
2. XX əsrin sonlarından-1990-cı illərdən bu günə qədər olan dövr.
Bu mərhələdə Türkiyə türkcəsindən çoxlu sayda sözlər sürətlə Azərbaycan dilinə keçdi,
Türkiyə türkcəsi ilə Azərbaycan dili arasında dil əlaqələri intensivləşdi. Azərbaycan dövlət
müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə işgüzar əlaqələrin genişlənməsi və müxtəlif sahələr
üzrə mütəxəssislərin birgə fəaliyyəti ilə bağlı dilimizdə işlədilən ərəb-fars mənşəli bəzi leksik-
terminoloji vahidlərin müasir türk dili faktları ilə yenidən əvəzlənməsi meyili müşahidə olunur. Bu
cür dil vahidlərini xarakterik cəhətlərinə görə iki cür qruplaşdırmaq olar: 1) ümumişlək xarakter
qazanaraq normativ dil elementlərinə çevrilənlər; 2) ümumişlək xarakter daşımayan və normativ dil
elementinə çevrilməyənlər.
Müstəqillik illərində Azərbaycan dilinə Türkiyə türkcəsindən leksik vahidlərlə bərabər
deyimlər də keçmişdir. Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə elə deyimlər keçmişdir ki,
onlar yalnız müstəqillik illərində dilimizdə işlənməyə başlamışlar. Biz Türkiyə türkcəsinin təsiri ilə
Azərbaycan nitqində işlənən bu deyimləri iki qrupa bölmüşük.
1.İsmi frazeoloji birləşmələr: əlinə sağlıq; ayaqlarına sağlıq; keçmiş olsun; kisənə
bərəkət; alan razı, satan razı; ana-baba günü; sıxıntı çəkmək; sağı-solu bilinməz; sırası deyil;
sırası gəlmək; işin pərdə arxası və s.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
204
2. Feili frazeoloji birləşmələr: Məsələn, dili papuc kadar olmak; ağzında bakla
islanmamak; bizim papucumuz dama atılıp; ağzından baklayı çıkarmak; burnundan fitil fitil
gelmek; Halep orada ise arşın burada; dilin bal-şəkər yesin; ağzın paxlava yesin; soyuq duş almaq;
gözü kəsmək və ya gözüm heç nə kəsmədi; göydən yerə vurmaq; üzərinə almaq; universitet
qazanmaq; üzünün ifadəsi dəyişmək; adı keçmək; ağır başlı; ağız dadı; ağzını yoxlamaq; ağlında
qalmaq, kiməsə alət olmaq; al gülüm, ver gülüm; önünə keçmək; önə sürmək; ödü qopmaq; kiçik
görmək, ortada buraxmaq; kilo almaq; kilo vermək; kefini çıxarmaq və s.
Gördüyümüz kimi, Türkiyə türkcəsindən dilimizə keçən deyimlərin böyük əksəriyyəti feili
frazeologizmlərdir. Ümumiyyətlə, Türk dillərində işlənən deyimlərin böyük əksəriyyəti feil
tərkiblidir.
Təbii ki, bu deyimlər hələ bəzi kütlələr arasında işlənir və ümumişlək xarakter qazanaraq
normativ dil elementlərinə çevrilməyiblər. Bu tip deyimlərin Azərbaycan dilində işlənməsində isə
televiziyanın əvəzsiz dərəcədə rolu olduğunu unutmamalıyıq. Bir faktı da nəzərinizə çatdırmağı
lazım bilirik ki, bu tip ifadələr daha çox gənc nəslin dilində işlənməkdədir.
Bu deyimlərin çoxu Türkiyə türkcəsindən Azərbaycan dilinə keçmiş, ancaq hələ vətəndaşlıq
statusu qazanmamış vahidlərdir.
ƏDƏBIYYAT
1.
Mirzəliyeva M. Türk dillərinin frazeologiyası.(Oğuz qrupu türk dilləri) I. Hissə. Bakı.
2009
2.
Bayramov H.Azərbaycan dili frazeologiyasının əsasları. Bakı, 1978.
3.
Mahmudova Q. Türk dillərinin frazeologiyası.(Qıpçaq qrupu türk dilləri) II hissə, Bakı,
2009
4.
Azərbaycan dilinin frazeologiya lüğəti. Bakı: Altun, 2015, 287s.
5.
Sеyidəliyеv N.F. Frаzеоlоgiyа lüğəti. Bаkı: Çırаq, 2004, 272 s.
6.
Аksоy Ömеr Аsim.Аtаsözlеri vе dеyimlеri sözlüğü. Аnkаrа: Mаyа Mаtbааcılık
Yаyıncılık Ztd. Şti, 1978, I c., 390 s.
7.
Аksоy Ömеr Аsim.Аtаsözlеri vе dеyimlеri sözlüğü. Аnkаrа: Mаyа Mаtbааcılık
Yаyıncılık Ztd. Şti, 1978, II c., 967 s.
8.
Aksan D. Türkçenin sözvarlığı, Engin Yay, Ankara,1996.
SUMMARY
Rehman Kuliev
The linguistical analysis of the phaseological units which passed from Turkish language into
Azerbaijani language during independence years
In the independence years the lexical units passed from Turkish language into Azerbaijani
language. The education and economical contacts between two countries have great role in this
process. Not only lexical units, but also phraseological units and fixed expressions passed to the
Azerbaijani language. The television plays an important role here. These phrases are spoken
especially by young generation. The samples are taken from phraseological units, scientific
literature and dictionaries.
Key words: Turkish language, Azerbaijani language, phraseological units, lexical units
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
205
Rəna İskəndərli
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,
Multidistiplinar əlyazmalar və çap kitabları şöbəsinin elmi işçisi
iskenderli76@ gmail.ru
ŞƏMSƏDDİN SAMİ YARADICILIĞINDA “QAMUSİ - TÜRKİ” LÜĞƏTİ
Əslən arnavud (alban) olan Fraşeri Şəmsəddin bəy(1850-1904) Yanya vilayətinin Ergiri
sancağına tabe Pərmədi qəzasında nahiyyə mərkəzi olan bir kənddə dünyaya gəlmişdir. Şəmsəddin
Sami bəyin ailəsi Beratdan gəlmiş Fraşer bəylərindən idi. Saminin “Qamusül-Elam”da verdiyi
məlumata əsasən, Fraşer bəyləri daima Osmanlı səltənəti xidmətində olmuşlar. Elmə dəyər vermək
ənənəsi olan bu bəylər qonaqlarında xüsusi müəllimlər tutub övladlarına mükəmməl şəkildə ərəb və
fars dillərini öyrədirdilər.(6;3352)
Şəmsəddin Sami türk və Alban tarixini, mədəniyyətini, ədəbiyyatını tədqiq edən, müxtəlif
elm sahələrinə dəyərli əsərlər bəxş etmiş alimdir. Sadə jurnalistlik fəaliyyəti ilə başlanan müəllifin
yazı həyatı bədii əsərlər, tərcümələr, ensiklopedik nəşriyyatlar və dilçilik sahələrinə qədər inkişaf
etmişdir. Qeyd etmək vacibdir ki, onun istər elmi, istərsə də öz dövründə aktuallığı ilə seçilən bədii
əsərləri xüsusi diqqətə layiqdir. O, ilk türkçə romanı olan “Təəşşük-i Tələt və Fitnət”(1872), ilk türk
ensiklopediyası sayılan “Qamusül-Elam”(1889-1898) və müasir üslubda ilk geniş əhatəli türkcə
lüğət olan “Qamusi-Türki”nin (1901) müəllifidir. Ayrıca “Qamusi-Fransavi” (fransızca lüğət) və
“Qamusi-Arabi” adlı ərəb lüğətini qələmə almışdır. Ümumiyyətlə, türkcəni araşdırmaq, inkişaf
etdirmək və öyrətmək sahələrində Saminin əvəzsiz xidmətləri olmuşdur.
Türk ədəbiyyatında roman və ensiklopediya sahələrinə ilk əsərləri vermiş, türk dilinə və
mədəniyyətinə böyük xidmətlər göstərmiş Şəmsəddin Sami Azərbaycan xalqına da öz
yaradıcılığından bir pay ayırmışdır. Onun “Qamusül-Elam” adlı ensiklopedik əsərində çoxlu sayda
Azərbaycan müəlliflərinin, alimlərinin adları sadalanır.
Alim ömrünün son iyirmi üç ilini yalnız ensiklopedik və dilçilik əsərlərinə həsr etmişdir.
Onun “Qamusi-Fransəvi”, “Qamusi-Türki”, “Qamusül-Elam”, “Qamsusi-Arabi” kimi mühüm
əsərləri nəinki Türk dünyasının, o cümlədən Qərb mütəxəsislərin və alimlərin diqqətini cəlb
etmişdir. Əlli dörd il kimi qısa bir ömür yaşamış müəllif 55 əsər, 13750 səhifəlik bədii əsər və 2000
səhifəlik tərcümə əsərlərini yazmışdır.
Hazırki məqalə Şəmsəddin Saminin “Qamusi-Türki” lüğətindən bəhs edir. Müasir türk
lüğətçiliyinin bünövrəsi sayılan “Qamusi-Türki” əsəri 1317-ci ildə (1901) tamamlanmışdır. Qeyd
etmək vacibdir ki, iki cilddən ibarət olan bu lüğət “türk” adı ilə nəşr olunan ilk Osmanlı sözlüyü
kimi də böyük əhəmiyyət kəsb etmişdir. Müəllif əsərin yazılışına iki ilini həsr etmişdir. Türk dili ilə
bağlı bu önəmli əsər türk kəlmələrinə yer verən və ilk lüğət sayılan Əhməd Vefik Paşanın “Ləhce-i
Osmani”sindən (1876) sonra o dövrün danışıq və ədəbi dilində əks olunan türk əsilli kəlmələrlə
birlikdə ərəb, fars və qərb mənşəli kəlmələri bir araya gətirən zəngin, ətraflı bir lüğətdir (3;521).
Lakin “Ləhce-i Osmani” lüğəti dolğun və zəngin bir sözlük olsa da, orada bir çox mühüm nöqsanlar
vardır. Əsərin tərtibatı da qarışıq olduğundan istifadəsi çətin idi (2;419). Şəmsəddin Saminin isə bu
lüğətdən öncə üç böyük lüğət təcrübəsi olduğu üçün o, “Qamusi-Türki” əsərini tərtib və tərkib
baxımından ən zəngin və mükəmməl lüğət cildinə salmışdır. Müəllif, Qərb üsulundan istifadə
edərək lüğəti əlifba sırası ilə düzmüş (31 hərfdən ibarət Osmanlı əlifbası əsasında) və hər sözün
yanında yalnız onun kökünü deyil, dil bilgiləri ilə bağlı bütün məlumatları açıqlamışdır.
Şəmsəddin Sami “Qamusi-Türki” lüğətinə həsr olunmuş 20 Ramazan 1317-ci il tarixli
“İfadəyi-məram” adlı ön sözündə lüğətin vacibliyini və yazılma səbəbini vurğulayaraq yazmışdır ki,
lüğət kitabı dilin xəzinəsidir və dünyada elə bir adam təsəvvür etmək olmaz ki, dilin bütün lüğətini
bilsin. Və çox az adamlar var ki, dillərini tamamilə qaydaya uyğun söyləyə bilsinlər. Dilləri
xətalardan qoruyan isə ədəbiyyat və udəbalardır (Ədəbiyyatçılar). Yəni, udəbanın əsas xidməti dilin
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
206
məmləkətini təşkil edən sözləri və fəsahət qaydalarını mühafizə etməkdir. Bunun üçün isə birinci,
dilin bütün sözlərini əhatə edən, onları əks etdirən mükəmməl bir qamusun (lüğətin) və ikincisi, sərf
və nəhv qaydalarını cəm edən müntəzəm bir qrammatik kitabın mövcudluğu danılmazdır. Hər iki
kitab ədəbiyyatın əsasıdır. Mükəmməl bir şəkildə tərtib olunmuş lüğəti olmayan dil öz sərvətini və
sərmayəsini gündən-günə tərk edərək qeyb olacaq. Eyni zamanda, müntəzəm bir sərf və nəhv kitabı
olmayan dil getdikcə daha yalnış söylənilir və sonda xətalarla dolu bir hal alınır. Daha sonra alim
bu məsələyə tənqidi yanaşaraq, türklərin illər ərzində mükəmməl bir qrammatik kitabın olmaması
ucbatından xeyli geniş və zəngin olan türk dilinin əksər sözləri istifadəsiz qalaraq itməsindən və
bunun nəticəsində daha çox ərəb, fars kəlmələrindən istifadə etmələrindən, hətta ərəb-fars kəlmələri
olmadan bir şey ifadə etmək iqtidarında olmamalarından söz açdı. Tədqiqatçı şərq və qərb
türkçələrinin xüsusiyyətlərini şərh edərək şərq şivəsinin tələffüzcə və ifadəcə daha kobud, lakin dil
qaydaları etibarı ilə daha doğru, qərb türkcəsi (Osmanlı türkcəsi) isə çox zərif, lakin qayda etibarı
ilə daha çox səhvlərə məruz qalmasını qeyd edərək söyləmişdir: “Ərəb və fars kimi əcnəbi dillərin
söz və islahatları sayəsində bizim (qərb) türkcəmiz daha genişdirsə də, əsl türk söz ehtiyatı və
cümlələrin quruluşuna gəlincə, çağatay dili bizimkindən daha zəngindir.”(5;3) Qərb və Şərq Dostları ilə paylaş: |