I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə9/88
tarix31.01.2017
ölçüsü2,74 Mb.
#7272
1   ...   5   6   7   8   9   10   11   12   ...   88

–Qunça şəkilçili feili bağlama formasında iştirak edən şəxs, mənsubiyyət şəkilçisinə uyğun ifadə 

olunur. Həmin şəkilçi –qunça şəkilçisinin birinci ele-metinə birləşir. Misal gətirək: Biz ukiqinimizça 

– biz oxuyana qədər; Uzim borq-ma-qunimça kampirninq kungli tulmaydi – Mən getməyənədək 

qocanın (ağbirçəyin) ürəyi sakitləşməyəcək [8, s.244].  

         - Qanşa, - qenşe; - kanşa, - kenşe şəkilçili feili bağlama qaraqalpaq dilində  for-ması da şəxs 

şəkilçiləri qəbul edir. Məsələn, Üyqe kelip cetkenimşe otırqanımda  ara-dan  taqı da eki saat yötti –

mən evə gələnədək, evdə oturdum, iki saat vaxt keçdi [ 2, s.472].  

          Tuva  dilində  də  belə  hallara  rast  gəlmək  olur.  Məsələn,  kelqijemçe – mən gələnə kimi; 

kelqijençe – necə ki, mən gəlməmişəm [6, s.405]. 

          Müasir  türk  dilinin  bəzi  dialektlərində bir sıra feili bağlamaların şəxs və hal şəkilçilərini 

qəbul etmələrini göstərməmək maraqlı olmazdı. Belə ki, türk dilində -arak/-erek şəkilçili feili 

bağlamalar Vidin, Ərzincan, Kütahya və Ərzurum dialektlərində –dan/-dən çıxışlıq halın 

şəkilçilərini qəbul edir: duşunerekten, gezınerekten (Vidin); acıyanahdan, dayanarahdan, 

sogerekden (Ərzincan), deerekten, harlayarakdan, gurleyelekden (Kütahya), alarahdan (Ərzurum).  

          -Alı/-eli şəkilçili feili bağlama formaları türk dilinin Karaman dialektində beri  sözü ilə 

çıxışlıq halın şəkilçisini qəbul edir: “Cunki helaset Mesias geleliden beri bunlardan hokum ve 

kahinlik (papazlık) kalkdı” (İM 19: 21-22).  

          Eski anadolu türkçəsində də analoji fonetik variant müşahidə olunur. Bununla yanaşı burada 

həmçinin  -dan beru fonetik variant da mövcuddur. Lakin bu formaya nadir hallarda rast gəlinir. 

Misallara baxaq: :“Fakat karadenizde bulunurumuş. Rab-binoslar kendileri sahilendiriorlar ki 

Rabbinin Yerusalimdebulunan hanesi veran olalıdan beru bu gune gelene kadar garyu denizdede 

bulunmaz oldu, bu balık deyi sahihlendiriorlar” (İM 182: 9-14).  

            Müasir  türk  dili  dialekt  və  şivələrində  -dık/- dığından şəkilçili feili bağlama forması şəxs 

şəkilçisi qəbul edir.  

          Misal:    Musinin yehudileri Mısırdan cıkardığında kelplerin havlamadığı gibi, Hristozunda 

canları cehimden cıkardığında, şeytanlar karşı koymaya kadir olmadılar (İM 14: 26). 

          Bu feili bağlama şəkilçisinə türk dilinin Urfa və Ərzurum dialektlərində rast gəlinir. Həmin 

feili bağlamanın Urfa dialektində zaman zərfi olduğunu, Ərzurum dialektində isə eyni zamanı 

bildirməsini qeyd etmək mühümdür. Bunu misallarla izah edirik: kırdığında, vardığında (Urfa 

dialekti); Tah aldığımda atdım “ta aldığım zaman, gorduğunde elini opdi  və s.  

- Dıqda, - dikdə, - duqda, - dükdə şəkilçili feili bağlama formasının qədim Azərbaycan dilində tez-

tez mənsubiyyət şəkilçisini qəbul etdiyini qeyd etmək maraqlıdır. Bu şəkilçilər –dıq və da 

elementlərinin aralarına qoyulur. Misallara baxaq: açdığımda – mən açanda, gəldiyində - o gələndə 

və s.  

          Qeyd edək ki, “Dədə Qorqud Kitabıda” həmin feili bağlama forması tez-tez “ləyin” sözü ilə 



işlədilir. Qeyd edək ki, bu feili bağlamanın “leyin” sözü ilə işlənməsi hərəkətin tez həyata 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



46

keçməsini bildirir. Misal gətirək: Qazılıq Qoca onu gördügündələyin yel kimi yetdi – Qazılıq qoca 

onu görüb küləək kimi qaçaraq gəldi ; Qazılıq Qoca qələyə yetdigindələyin cəngə başladı- Qazılıq 

qoca qalaya çatan kimi döyüşməyə başladı [Kitabi Dədə Qorqud, Bakı, 1962, c.106-107].  

-Dıqda şəkilçili feili bağlama forması müasir Azərbaycan dilində mənsubiyyət şəkilçisi qəbul etmir 

və “ləyin” sözü ilə işlənmir. Azərbaycan dilinin yazılı abidələrində -dıqca şəkilçili feili bağlamanın 

həmçinin mənsubiyyət şəkilçisi ilə işlədilməsinə tez-tez rast gəlinir. Həmin feili bağlama forması 

mənsubiyyət şəkilçisi ilə uyğunlaşaraq aşağıdakı formaları mənimsəyir: - dığımca, - diğimcə, - 

duqumca, - düqümcə, - dıqınca, - diqincə, - duqunca, - düqüncə. Misallara baxaq: Baxduqunca hər 

nəzərdə qeyri-zat Allahı gör (Nəsimi, 14 əsr); Rəqibindən cəfalar çəkdigimcə qılırmən bəd dualar 

dürlü - dürlü(Xətai, 15 əsr) [10, s.18]. -Dıqca şəkilçili feili bağlama forması müasir Azərbaycan 

dilində mənsubiyyət şəkilçisi qəbul etmir.  

           Qeyd  edək  ki,  türk  dillərində  ikincili    feili  bağlamalar  şəxs  şəkilçilərindən  başqa  hal 

şəkilçiləri qəbul edirlər. 

          Bildiyimiz  kimi,  qoşmalar  hallana  bilən söz kateqoriyaları ilə işlədilir. Belə ki, feili 

bağlamalar hallanmır, qoşmalar onlarla nadir hallarda uyğunlaşırlar.  

          Feili bağlamalar bəzi müasir türk dillərində isə yalnız o zaman hal şəkilçiləri qəbul edir ki, 

onlardan sonra qoşmalar gəlsin. Məsələn, qumuq ədəbi dilində qınça, - qinçe, - qunça, - qünçe 

şəkilçili feili bağlama forması berli- ilə,- danbaşlayaraq qoşması ilə uyğunlaşaraq –çıxışlıq halın 

şəkilçisini qəbul edir. Məsələn, Sen aytqınçadan  berli de  anqlaqan edim men o xabarnı – Mən bu 

xəbəri sən mənə danışandan xeyli əvvəl eşitmişdim [3, s.39].  

          Çıxışlıq  halın  şəkilçisi  başqırd  dilində  bəzən  –qas şəkilçili feili bağlama forması alır. 

Məsələn: kaytkastan - qayıdaraq, uylağastan – fikirləşib və i.a. [4, s.186].  

          Bəzi feili bağlamalar Tuva dilində hal, şəxs və kəmiyyət şəkilçilərini qəbul edə bilər. Belə ki, 

tuva dilində - kaş şəkilçili feili bağlama forması aşağıdakı hal və kəmiyyət formalarına malikdir.  

Məsələn: adlıq hal – kelqeş  – gələrək tək hal, kelqeşter – gələrək- cəm hal; yiyəlik hal – kelqeştin- 

gələrək – tək hal, kelqeşternin – gələrək cəm hal; yerlik hal – kelqeşte –gələrək  tək hal, kelqeşterde 

–  gələrək   cəm hal; çıxışlıq hal – kelqeşten-gələrək  tək hal, kelqeşterden – gələrək cəm hal [3, 

s.335]. Tuva dilində belə hallar əsasən folklor dilində müşahidə olunur.     

-Pışaan şəkilçili feili bağlama forması Tuva dilində yalnız kəmiyyət və hallar üzrə dəyişmir, 

həmçinin şəxs şəkilçisi qəbul edir. Bu feili bağlamanın tuva dilində iki müxtəlif təhlili var: 1) həmin 

forma feili bağlama kimi təhlil edilir; 2) bu feili bağlama bəzi feili bağlama əlamətləri ilə 

əsaslandırılmış feili sifət hesab olunur.  

          Feili bağlama formaları bəzi müasir türk dillərində yerlik və çıxışlıq hallarının şəkilçilərinin 

vasitəsilə əmələ gəlir. Məsələn, Azərbaycan dilində  -  anda, - əndə - danışanda, gələndə; - dıqda/ - 

dikdə - aldıqda,  gördükdə. Bu cür feili bağlamalar qoşmalarla birləşə bilərlər, misal üçün: 

Azərbaycan dilində - oxuyandan sonra, gəldikdən sonra, yedikdən sonra və i.a.  

         Türk xalq danışıq dilində feili bağlamaların çıxışlıq halın şəkilçisi ilə işlənməsi həmçinin qeyd 

olunur. Bu növ feili bağlamalara – (y)arak/erek ikincili feili bağlamalar aiddir. Həmin feili 

bağlamalar çıxışlıq hal şəkilçiləri ilə işlədilərək aşağıdakı formanı alır: - (y) araktan/ - (y) erekten. 

Misallara baxaq:  

  “Tek tek basaraktan, bade süzerekten 

   İnce dizerekten, gel yarim, gel aman” [15, s.431]. 

  basaraktan, süzerekten, dizerekten. 

–Arak/-erek şəkilçili feili bağlamaların həm çıxışlıq, həm də yerlik hallarının şəkilçiləri ilə 

işlənməsi hallarına türk dilinin Rize dialektində (Rize ilçəsi) təsadüf edilir. Misallar: “ gelu, diyor, 

şindi nerdeyse, diyerekten buni nasi duydisa miktat diyanamadi... [16, s.267]; Bindi, bi şey yapti, bi 

marifet yapti, kuş-lar bağladi attina ustine et kodi falan diyerekte...[16, s.267]. Göründüyü kimi, -

(y)arak/-(y)erek  şəkilçili feili bağlama forması birinci misalda çıxışlıq halında, ikinci misalda isə 

yerlik halında işlədilir - diyerekten (çıx.h.), diyerekte (yer.h).  

          Müasir  türk  dilində  -(y)alı/-(y)eli şəkilçili feili bağlama forması beri qoşması ilə birləşərək 

çıxışlıq halda işlənə bilər. Məsələn: Ben mektubunuzu alalı(dan) beri iki hafta oldu [7, s.481].  

          Qədim  osman  mətnlərində,  A.N.Kononovun  qeyd  etdiyi  kimi,  -(y)alı/-(y)eli şəkilçili feili 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



47

bağlama forması çıxışlıq halda beri qoşmasız işlədilir [7, s.481].  

           Belə hala 14-19 əsrlərdə Azərbaycan dilinin yazılı abidələrində də təsadüf edilir.  

          Məsələn,  14-cü  əsrin  görkəmli  şair  Nəsiminin  əsərlərində  -alı/-eli şəkilçili feili bağlama 

forması bəzən –dan/-dən çıxışlıq hal şəkilçiləri ilə işlədilir. Misallar gətirək: Saçların düşəlidən 

bədri-zülfün tabına; Ey latə tapici sənə eyb etməzəm nədən [10, s.16]. 

          Müasir türk dillərinin bəzi dialektlərində də feili bağlama şəkilçisi -iken/-ken çıxışlıq halının 

şəkilçiləri ilə işlədilir. 

           Məsələn,  müasir  türk  dilinin  Kipr  və  Anadolu  dialektlərində  -iken/-ken şəkilçisi –dan/-den 

çıxışlıq halının şəkilçiləri ilə birləşərək iki məna verir: 1) müqayisə “daha yaxşı” və  2) tez keçmə. 

           Misallar:1) Pişerken hem koku bakımından çekici olurken yerkenden daha fazla lezzet verir 

[15, с. 64]; 2) gelirkandan = gelir gelmez [16, с. 95]. 

          Göründüyü  kimi,  hal-kəmiyyət  formaları  və  başqa  kateqoriyalar  adətən  ikincili  feili 

bağlamalara məxsusdur.  

           Qeyd  edək  ki,  birincili  feili  bağlamalar çox nadir hallarda hal şəkilçiləri ilə birləşmir. Hal 

şəkilçilərinin birincili feili bağlamalarla işlənməsi halları əsas etibarilə türk dillərinin dialekt və 

şivələrində, həmçinin xalq-danışıq dilində qeyd olunur.  

          Azərbaycan  dilinin  qərb dialekt və şivələrində M.Ş. Şirəliyev - ıp

4

 şəkilçili birincili feili 



bağlamaların çıxışlıq hal şəkilçiləri - ıfdan, - ifdən, - ufdan, - üfdən ilə işlənməsi hallarını aşkar 

etmişdir. Misal: Qızarıfdan yerə keçmərsən, hələ bir üzümə də baxersan? [14, s.98-99].  

           Maraqlıdır  ki,  müasir  qumuq  dilində  birincili feili bağlamaların hal şəkilçiləri ilə işlənməsi 

qəti müşahidə olunmur.  

          Müasir türk dillərinin materiallarını araşdıraraq biz belə bir nəticəyə gəlirik ki, türk dillərinin 

feili bağlama formalarının dəyişməyən forma kimi şərhi əsassızdır. Belə ki, bir sıra türk dillərində 

feili bağlama formaları şəxs, kəmiyyət və hal şəkilçiləri qəbul edə bilərlər. Hər şeydən əvvəl, bu 

halı yakut dilinin feili bağlamalarına aid etmək olar. Həmin dildə feili bağlamaların şəxs və 

kəmiyyət üzrə dəyişə bilər, həmçinin hal şəkilçiləri qəbul edir. Bir fakt da maraqlıdır ki, yakut 

dilində yalnız –bıçça şəkilçili feili bağlama forması mütləq dəyişməyən formadır, yəni nə şəxs, nə 

də hal şəkilçilərini qəbul edir, həmçinin inkar aspekti yoxdur.  

         Hal-kəmiyyət  formaları  adətən  ikincili feili bağlama formalarına məxsusdur. Türk dillərində 

birincili feili bağlamaların hal şəkilçiləri ilə birləşməsi çox nadir müşahidə olunur. Həmin hal əsas 

etibarilə türk dillərinin dialekt və şivələrinə (Azərbaycan dilinin qərb dialekt və şivələri), həmçinin 

xalq-danışıq dilinə aiddir.  

         Müasir  türk  dillərində  feili  bağlamaların bir çox hallarda çıxışlıq və yerlik hallarının 

şəkilçilərini qəbul etməsi də maraqlı faktdır. Məsələn, başqırd dilində - kaytkastan– qayıdaraq, 

qumuq dilində -aytqınçadan berli –sən söyləyəndən əvvəl; tuva dilində - kelqeşte– gələrək; türk 

dilində - basaraktan - basaraq. 

 

-Arak/-erek şəkilçiləri türk dilinin Rize dialekt və şivələrində həm çıxışlıq, həm də yerlik hal 



şəkilçilərini qəbul edir: diyerekten buni – bunu deyərək, falan diyerekte- nə isə deyərək.  

            Zənnimizlə, türk dillərində şəxs və kəmiyyətə görə dəyişə və hal şəkilçiləri qəbul edə bilən 

feili bağlamalara feilin xüsusi forması kimi baxmaq zəruridir.  

 

 



ƏDƏBIYYAT 

 

1.



  Аскарова М. Деепричастие в современном узбекском языке, автореф. канд. дисс., 

Ташкент, 1950 

2.

  Баскаков Н.А. Каракалпакский язык, т. 2, ч. 1, М., 1952 



3.

  Джанмавов Ю.Д. Деепричастия в кумыкском литературном языке, Изд-во «Наука», 

М., 1967 

4.

  Дмитриев Н.К. Грамматика башкирского языка, М.-Л., 1948 



5.

  Дыренкова Н.П. Грамматика ойротского языка, М.-Л., 1940 

6.

  Исхаков Ф.Г., Пальмбах А.А. Грамматика тувинского языка. Фонетика и морфология, 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



48

М., 1961 

7.

  Кононов А.Н. Грамматика современного турецкого литературного языка, М.-Л., 1956 



8.

  Кононов А.Н. Грамматика современного узбекского литературного языка, М.-Л., 1960 

9.

  Коркина Е.И. Деепричастия в якутском языке, Новосибирск. 1985 



10.

 Мамедов Г.Г. Деепричастия в письменных памятниках азербайджанского языка 14-19 

веков, автореф. канд. дисс., Баку, 1967 

11.


 Павлов И.П. Деепричастия в чувашском языке и их синтаксические функции; 

автореф. канд. дисс., М., 1953 

12.

 Турсунов А. Деепричастия в современном киргизском языке, автореф. канд. дисс., 



Фрунзе, 1958 

13.


 Убрятова Е.И. Исследования по синтаксису якутского языка, М.-Л., 1950 

14.


 Ширалиев М.Ш. Об этимологии деепричастной формы на - ыбан, - ибəн, - убан, - 

үбəн // «Вопросы языкознания», № 3, 1960 

15.

 Argunşah M. Türkçede zarf-fiil eklerinin durum ekleriyle kalıplaşması // Turkish Studies - 



International Periodical for the Languages, Literature and History of Turkish or Turkic, 

Winter 2011, Volume 6/1, p. 55-68  

16.

 Argunşah M. Kıbrıs Ağzında Ünlü Değişmeleri // Kıbrıs Konuşuyor, Kıbrıs Ağzı Üzerine 



İncelemeler, 2009, s. 85-108  

17.


 Banguoğlu T. Türkçenin grameri, Ankara, 2007 

18.


 Günay T. Rize ili ağızları, Ankara, 2003 

 

Mənbələr 



     Kitabi Dədə Qorqud, Bakı, 1962  

     İM: HİEROMONOHOS, Neofitos, (1857), İspat-ı Mesihiye, ceviren: Yoanis 

     Yorgiadis, A. Popovic Kumpanya Basmahanesi, İstanbul. 

     İN: İrfanname I-II (derleme), (1846), Agati Elpis Basmahanesi, İstanbul. 

 

 

AYNEL ENVER MESHADIYEVA 



 

Academic secretary

 

of the Institute of Linguistics named after Nasimi of Azerbaijan National 



Academy of Sciences, PhD and Associate Professor 

 Azerbaijan, Baku 

 

Abstract 



On personal and case arrangement of the adverbial participles in the modern Turkic 

languages and dialects 

 

The paper investigates the basic features of functioning of the adverbial participles’ personal 



and case arrangement in the modern Turkic languages and dialects. The author identifies the causes 

of the combination of the adverbial participles with personal and case affixes, describes the facts 

and circumstances of the implementation of the adverbial participles’ personal and case 

arrangement in the modern Turkic languages. 

 

Keywords and phrases: personal and case arrangement, the primary adverbial participles, 



the secondary adverbial participles, the modern Turkic languages and dialects, affixes. 

 

 



Aytən Allahverdiyeva, fil.ü.f.d., dosent 

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Nəzəri dilçilik şöbəsinin böyük elmi işçisi 

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



49

TÜRKOLOJİ DİLÇİLİKDƏ FEİLLƏRİN LEKSİK-SEMANTİK BAXIMDAN 

QRUPLAŞDIRILMASINA DAİR 

 

Türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində feil ən çox araşdırılmış nitq 



hissələrindəndir. Ən zəngin nitq hissəsi sayılan feil bəhsinin müxtəlif aspektlərinə həsr olunmuş 

araşdırmalar ya bir dilin, ya qohum olan dillərin, ya da müxtəlif sistemli dillərin materialları 

əsasında aparılmışdır. Lakin bu heç də feilin bir nitq hissəsi kimi mövcud xüsusiyyətlərinin 

hərtərəfli tədqiqi demək deyil. Feil semantik-struktur zənginliyi ilə digər nitq hissələrindən 

fərqləndiyindən, feillə bağlı öyrənilməmiş problemlər çoxdur. Belə araşdırılması vacib olan 

mövzulardan biri də feilin leksik-semantik məna qrupları məsələsidir. Feillərin leksik-semantik 

baxımdan qruplaş-dırılması müasir dilçilikdə ən aktual məsələlər sırasındadır. 

Türkologiyada feillərin leksik-semantik təsnifatı məsələlərinə XX əsrin 50-ci illərindən 

başlayaraq rast gəlinir. Bu dövrdən başlayaraq feillərin tematik baxımdan da qruplaşdırılmasına 

xüsusi diqqət yetirilməyə  başlanır. İlk dövrlərdə işin bu istiqamətdə aparılması ümumtürkoloji 

baxımdan həyata keçirilirdi. Həmin illərdən başlayaraq türkoloq-alimlərdən N.K.Dmitriyev, 

E.R.Tenişev, A.A.Yuldaşev, N.Z.Hacıyeva, V.F.Veşilova, K.M.Musayev və digər tədqiqatçıların 

əsərlərində müxtəlif türk dillərinin materialları əsasında feillərin bu və ya digər xüsusiyyətləri ön 

plana çəkilərək müxtəlif sayda leksik-semantik qruplara bölünür, hər bir tədqiqatçı öz mövqeyini 

rəhbər tutaraq verdiyi təsnifatda müəyyən yarımqruplar da qeyd edirdi. Onu qeyd etmək lazımdır ki, 

ayrı-ayrı türk dillərinə, xüsusilə, oğuz qrupu türk dillərinə aid materiallar əsasında feillərin leksik-

semantik bölgüsü Azərbaycan dilində də özünü göstərir ki, bu da feillərin əksəriyyətinin həmin 

dillərdəki feillərlə ortaq semantikaya və oxşar fonetik qabığa malik olması ilə bağlıdır. 

Belə ki, bu sahədə ilk təşəbbüslərdən biri kimi dəyərləndirilən N.K.Dmitriyev, 

V.M.Çistyakov və N.Z.Bakeyevanın 1952-ci ildə yazdıqları tatar və rus dili feillərinin 

semantikasının müqayisəli şəkildə araşdırılmasına həsr edilmiş iri həcmli məqalədə tatar və rus dili 

feilləri dörd semantik qrupda təsnif edilir: 1) hərəkət feilləri; 2) iş feilləri; 3) nitq feilləri; 4) təfəkkür 

feilləri (1, s. 162-242). 

T.Çımanova məhz bu məqalədəki təsnifata əsaslanaraq qırğız dilindəki  nitq və deyim 

məzmunlu feilləri səkkiz qrupa ayırmağı lazım bilir: 1) nə isə haqqında danışmaq aktını bildirən 

feillər; 2) danışma tərzini bildirən feillər; 3) məlumatın ötürülməsini metaforik şəkildə ifadə edən 

feillər; 4) sual bildirən feillər; 5) cavab bildirən feillər; 6) xahiş bildirən feillər; 7) təsdiq bildirən 

feillər; 8) inkar bildirən feillər (2, s.122). 

E.R.Tenişevin “Türk dillərində hərəkət feilləri” adlı məqaləsi də feillərin leksik-semantik 

baxımdan qruplaşdırılması istiqamətində aparılan uğurlu tədqiqat əsəri hesab edilə bilər (3, s. 232-

294). Burada müxtəlif türk dillərinin materialları əsasında hərəkət feillərinin xarakterik xüsusiy-

yətləri araşdırılır, onların ifadə imkanları üzə çıxarılır və bir çox leksik-qrammatik səciyyəsi verilir 

ki, bu da feillərin leksik-semantik qruplarından biri olan hərəkət feilləri haqqında geniş təsəvvür 

əldə etməyə imkan yaradır. 

N.Z.Hacıyeva və A.A.Koklyanovanın “Türk dillərində nitq feilləri” adlı əsəri də feillərin 

leksik-semantik qruplarından biri olan nitq prosesi ilə bağlı feillər və onların leksik-qrammatik 

xüsusiyyətlərinin izahı baxımından əhəmiyyətlidir (4, s. 94).Bu, türk dillərində danışıq aktı ilə bağlı 

olan feillərin ilk təsnifatı kimi də dəyərləndirilə bilər. 

Ümumiyyətlə, “Türk dilləri leksikasının tarixi inkişafı” adlı məqalələr məcmuə-sində çap 

olunmuş əsərlərin əksəriyyəti feillərə, onun ayrı-ayrı xüsusiyyətlərinin araşdırılmasına həsr 

olunmuşdur. Bu əsərlərdən biri də A.A.Yuldaşevin türk dilləri materialları əsasında yazdığı “Hissi 

qavrayış feilləri” adlı məqaləsidir. Burada da təfəkkürlə bağlı olan feillərin bir hissəsini özündə 

birləşdirən qavrayış prosesi ilə bağlı feillər semantik və qrammatik baxımdan geniş təhlil edilir, 

onlara məxsus olan spesifik semantik əlamətlər və funksional xüsusiyyətlər dil faktları əsasında 

araşdırılır. Tədqiqatçı bu zaman bilavasitə həmin yarımqrupa daxil olan feillərin dilin ayrı-ayrı 

üslublarında və müxtəlif məqamlarda işlənməsi zamanı özünü göstərən səciyyəvi əlamətlərə xüsusi 

diqqət yetirir, onların sintaktik mövqeyi haqqında ətraflı məlumat verir. Bu isə müəyyən leksik-

semantik qrupa daxil olan feillərin əsas xüsusiyyətlərinin üzə çıxarılmasına, onlara xas olan 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



50

əlamətlərin müəyyənləşdirilməsinə bilavasitə kömək etməklə bütövlükdə dilin leksik qatının təsnif 

olunmasında əhəmiyyətli rolu ilə seçilir (5, s. 294-322). 

1947-ci ildə V.Veşilova “Türk dillərində hərəkət feilləri” adlı dissertasiyasında feillərin 

təsnifatı məsələsinə toxunsa da, daha sonralar dərc olunmuş “Türk dilində hərəkət feilləri” 

məqaləsində daha geniş və təkmil bir təsnifatla çıxış edir (6, s. 101-114). Bu məqalədə türk dilindən 

verilmiş dil faktları-hərəkət feilləri həm fonetik qabığı, həm semantik mənası, həm morfoloji 

quruluşu, həm də sintaktik xüsusiyyətləri ilə Azərbaycan dilinin uyğun semantik qrupa daxil olan 

feilləri ilə ortaq keyfiyyətə malik olduğundan türk dili hərəkət feilləri haqqındakı mülahizələri 

eynilə Azərbaycan dili feillərinə də aid etmək olar. 

Şərti olaraq üç bölmədən ibarət olan bu məqalədə müəllif türk dili feillərinin leksik-semantik 

qruplarını öz tərkibi və mənası etibarilə dörd leksik-semantik yarımqrupa bölür (hərəkət, iş, həyati 

proses və təbiət hadisələrini bildirən feillər) və türk dilindəki hərəkət feillərinin morfoloji quruluşu, 

qrammatik xüsusiyyətləri və leksik mənası haqqında müfəssəl məlumat verməklə onlar haqqında 

müəllifin şəxsi mülahizələri öz əksini tapmışdır. V.F.Veşşilova türk dili hərəkət feillərini morfoloji 

strukturuna görə kök feillər, düzəltmə (adlardan düzələn) feillər və mürəkkəb feillərə bölür və 

onların spesifik əlamətləri haqqında dil faktları əsasında ətraflı məlumat verir. Düzəltmə quruluşlu 

hərəkət feillərinin isimdən, sifətdən və nidalardan yarandığını qeyd edən tədqiqatçı, düzəltmə 


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin