ifadə etməyə başlayırlar. Məsələn: yola vermək, qulağına çatdırmaq, öz gözündə tiri görməmək,
özgə gözündə qıl axtarmaq, göz qoymaq və s.
Sabit söz birləşmələrinin tərkibindəki leksemlər ayrılıqda bildirdikləri müstəqil mənalarından
uzaqlaşır. Onlar üzvi surətdə əlaqələndikləri üçün bir-birindən ayrıla bilmir. Belə birləşmələrin hər
hansı komponentini başqası ilə əvəz etmək olmur. Bu, haqqında danışdığımız birləşmələrin
mahiyyətini təşkil edir.
Sabit birləşmələr dildə hazır şəkildə, daşlaşmış vəziyyətdə olur.
Frazeoloji birləşmələr sabit birləşmələr deməkdir. Belə birləşmələrin tərkibindəki sözlər
arasında sıx məna bağlılığı olur, onları bir-birindən ayırmaq mümkün deyildir. Bu birləşmələrin
komponentlərində sərbəstlik yoxdur.
Frazeoloji birləşmələr dilin tarixi inkişafı prosesində yaranmış və sabitləşmişlər. Ünsiyyət
prosesində bunlardan hazır şəkildə istifadə edilir. Belə birləşmələri yaradan sözlər öz əvvəlki
mənalarından az və ya çox dərəcədə uzaqlaşır. Frazeoloji birləşmələrin tərkib hissələri əlaqələnərək
ümumi bir məna fonu əmələ gətirir. Yəni tərkib hissələrinə ayrılıqda xas olan mənalar birləşmədə
itir. Həmin hissələr vahid məcazi məna bildirir.
ƏDƏBİYYAT
1. M.N.Özön. Türkçe tabirler sözlüğü. İstanbul, 1943.
2. С.К. Кенесбаев. Устойчивые сочетания слов казахского языка (парные слова, идиомы
и фразы). Докт. дисс. Алма-Ата, 1944.
3. А.Н.Кононов. Грамматика современного турецкого литературного языка. М., Л. 1956.
4. В.В.Виноградов. Об основных типах фразеологических единиц в русском языке. Сб.,
А.А.Шахматов, М. 1947.
5. З.Г.Ураксин. Фразеология башкирского языка. М. 1975.
6. С.Т.Наурузбаева. Фразеологические единицы в каракалпакского-русском словаре.
Ташкент, 1972.
7. M. Hüseynzadə. Müasir Azərbaycan dili. B. 1954.
8. S.Cəfərov. Müasir Azərbaycan dilinin leksikası. B. 1958.
9. Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. B. 1962.
10. A.Qurbanov. Müasir Azərbaycan dilinin frazeologiyası. B. 1963.
11. R.Məhərrəmova. Sabirin dili. B. 1976.
12. Ə.Ə.Orucov. Azərbaycanca-rusca frazeoloji lüğət. B. 1976.
13. K.Əliyev. Bədii ƏDƏBIYYATda frazeologiyanın üslubi xüsusiyyətləri. Nam.diss. B.
1966.
14. N.Rəhimzadə. Azərbaycan dilində idiomatik ifadələr. Nam. diss. B. 1967.
15. H.Bayramov. Azərbaycan dili frazeologiyasının əsasları. B. 1978.
16. H.Həsənov. Azərbaycan dilinin frazeologiyası. B. 1979.
17. Z.Əlizadə. Azərbaycan atalar sözlərinin həyatı. B. 1985.
18. A.Axundov. Ümumi dilçilik. B. 1979.
19. M.Mirzəliyeva. Türk dilləri frazeologiyasının nəzəri problemləri. B. 1995.
20. S.Mehdiyeva. Mətnlə frazeoloji ifadənin qarşılıqlı münasibəti // EA Xəbərləri. B. 1988,
№4
N.F.Seyidaliyev
On the question of phraseology in Turkic studies
ABSTRACT
In the article, firstly, short information is given about the 1
st
Turkological Congress which was held
in 1916; then investigation of phraseology in turkology is commented. Furthermore, detailed
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
36
information about scholars who have done first researches about phraseology in Turkish nations’
family is also presented in the article.
In the article, scientific theoretical and practical investigations relating to phraseology in Azerbaijan
linguistics which have been made since the middle of the last century are also indicated in detail.
Keywords:
Turkological congress, turkology, Turkish language, Azerbaijan linguistics,
phraseology
Yaşar Qasımbəyli, fil.ü.e.d.
AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi
ÖZBƏK MAARİFÇİLƏRİNİN MİLLİ DİL GÖRÜŞLƏRİ
(Mahmudxoca Behbudinin yaradıcılığı əsasında)
Özbək xalqının XX əsrdə yetişdirdiyi böyük tarixi şəxsiyyətlərdən biri olan Mahmudxoca
Behbudi (1875-1919) özünün çoxcəhətli və zəngin yaradıcılığı ilə Türküstanda milli mədəniyyətin
və maarifin yüksəlişində misilsiz rol oynamışdır. İlk dəfə Kırımda fəaliyyət göstərməyə başlayan
“üsuli-cədid” məktəblərinin və İsmayıl bəy Qaspıralının başlatdığı maarifçilik hərəkatının
Türküstanda geniş əks-səda verməsində və yayılmasında Mahmudxoca Behbudinin zəhməti və
əməyi müqayisə edilməzdir. XX əsrin əvvəllərindəki Türküstan xalqlarının bütün ictimai-siyasi,
ədəbi-mədəni, iqtisadi, həyati ehtiyaclarına və qayğılarına onun zəngin yaradıcılığında, atəşin
vətənpərvərlik və vətəndaşlıq mövqeyindən yazılmış məqalələrində fəal münasibət bildirilmişdir.
Çoxsaylı və çoxmillətli Türküstan xalqlarının yeni ictimai-siyasi problemlərinin həllində, ölkənin
Rusiya istiliasından sonrakı dövrdə həyat və ictimai münasibətlərinin təzədən formalaşdırılmasında,
yeni ədəbi-mədəni və milli dil siyasətinin ərsəyə gəlməsində Mahmudxoca Behbudi ideyalarının, o
dövr üçün yüksək professionallıqla yazılmış publisistika və məqalələrinin əhəmiyyəti bugün də öz
təsir gücünü və qüdrətini qoruyub saxlamaqdadır. Müstəqillik dövründə tanınmış özbək tarixçiləri
və ədəbiyyatşünasları Mahmudxoca Behbudi yaradıcılığının və fəaliyyətinin öyrənilməsi sahəsində
xeyli əhəmiyyətli tədqiqatlar ortaya qoymuşlar. Onlardan xüsusən, Nəim Kərimovun (1), Payan
Rövşənovun (2), Həlim Seyidovun (3) və başqalarının müstəqillik illərində ərsəyə gələn
tədqiqatlarını və araşdırmalarını ayrıca qeyd etmək məqsədə müvafiqdir.
Tanınmış özbək ədəbiyyatşünası, filologiya elmləri doktoru, prof. Naim Karimov
“Mahmudxoca Behbudi” kitabında yazır: “Mahmudxoca Behbudi XX əsrin əvvəllərində
Türküstanda meydana gələn milli oyanış hərəkatının görkəmli rəhbərlərindən biri olaraq, bu dövrdə
özbək xalqı ictimai şüurunun oyanmasında mühüm rol oynamışdır. O, Türküstanda yeni üsul
məktəblərinin açılması , milli mətbuatın yaranmasında fəal iştirak etməklə kifayətlənməmiş, eyni
zamanda, birinci özbək dramını yazıb, professional özbək teatr sənətinin meydana gəlməsinə zəmin
hazırlamışdır. O, xalq və cəmiyyəti maarifləndirmək vasitəsilə müstəqilliyə nail olmaq ideyasını
irəli sürən və bu müqəddəs yolda həyatının və yaradıcılığının çiçəkləndiyi bir vaxtda həlak olan ulu
əcdadımızdır.” (1, s. 3).
Ötən yüzilin 20-ci illərinin əvvəllərində Mahmudxoca Behbudinin faciəli və sirli ölüm xəbəri
məlum olan kimi ən məşhur və sadiq davamçıları mətbuatda matəm məqalələri ilə çıxış edirlər.
Həmin məqalə və xatirələrdən Hacı Muin (4), Vədud Mahmud (5), Ləziz Əzizzadənin (6) qələminə
məxsus olan yazılar xüsusi ilə diqqətə layiq idi. Məsələn, L.Əzizzadə ustadının xatirəsinə həsr
etdiyi məqaləsində aşağıdakıları vurğulayırdı: “Onun qiyməti tarixin məlum bir mərhələsində və
milli-ictimai inkişafımızın müəyyən dövründəki xidmətləri ilə səciyyələnir. Ustad Behbudinin
xidmətlərini fransızların Jan Jak Russoları, rusların Lomonosov, Çernişevski, Dobrolyubovları,
Qafqaz türklərinin Mirzə Fətəli Axundov və Nəcəf bəy Vəzirovları, tatarların Ş.Mərcani və
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
37
K.Nasiri kimi klassikləri ilə müqayisə etmək olar. Özbək elmi fəlsəfi və maarifçi ƏDƏBIYYATı
M.Behbudi ilə başlanıb, yeni bir mərhələyə yüksəldi. M.Behbudi birincilərdən olaraq, Türküstanın
çar Rusiyası əsarətindən xilas olmaq ideyasını irəli sürdu, əhalinin müstəmləkə zülmü altında
əzildiyini də cəmiyyətə birinci o məlum qıldı. O, Türküstan milli oyanış hərəkatının təsisçisi və
lideridir”. M.Behbudinin şərəfinə söylənmiş bu sözlərdə onun maarif və mədəniyyətimiz
tarixindəki yeri də, milli azadlıq mübarizəsinin dərinləşməsindəki misilsiz xidmətləri də, eyni
zamanda, özbək xalqının xilası və inkişafı tarixindəki silinməz izləri də öz əksini tapmışdır”. (1, s.
4).
XX yüzilin əvvəllərindən – 1913-cü ildən Mahmudxoca Behbudinin nəşr etdirməyə başladığı
“Ayna” jurnalı Türküstan ölkəsinin ictimai-siyasi və ədəbi-mədəni həyatında silinməz iz qoydu. Bu
jurnalın səhifələrində təkcə M.Behbudinin məşhur və tarixi məqalələri – “Dil məsələsi”, “İki deyil,
dörd dil lazımdır”, “Ehtiyaci-millət”, “Millət necə tərəqqi edər”, “Teatr nədir”, “Sart sözü
məchuldur”, “Buğda haqqında”, “Gənclərə müraciət”, “Amalımız və ya muradımız”, “Tənqid –
seçməkdir”, “Türküstan tarixi lazımdır”, “Cəhalət dərdləri”, “Bizdəki hallar və işlər”, “Bizə əziyyət
verən mərəzlər”, “Mübahisə mədəniyyəti” və s. əsərləri deyil, müasirlərinin və davamçılarının
Türküstan mədəniyyəti tarixində proqressiv rol oynamış onlarla məqalə və publisistik yaradıcılıq
nümunələri də işıq üzü görmüşdür. Türküstan mədəniyyətinin və maarifinin inkişafı tarixində həri
biri özünəməxsus səhifə açmış Abdulla Əvlani, Sədrəddin Ayni, Seyid Rza Əlizadə, Əbdurauf
Fitrət, Siddiqi-Əczi Səmərqəndi, Təvvalla, Hacı Muin, Mahmud Tərzi və onlarla başqa müəlliflərin
dünyagörüşü M.Behbudinin başçısı və təşkilatçısı olduğu ədəbi mühitdə formalaşmış, qələmləri
məhz bu jurnal səhifələrində cilalanmışdı.
XIX əsrin 90-cı illəri və XX əsrin əvvəlləri çar Rusiyasının tərkibində yaşayan türk
xalqlarının ictimai-siyasi və mədəni-iqtisadi həyatında yenilənmə dövrü kimi səciyyələnir. Xüsusən,
1905-ci il rus inqilabından sonra müstəmləkə xalqlarının ictimai və mədəni həyatında baş verən
dəyişikliklər bariz surətdə nəzərə çarpırdı. Rusiya imperiyasının nisbətən mərkəzi əyalətləri hesab
olunan Kazan və Volqaboyu, eyni zamanda, Ukrayna və Krım regionunda yaşayan tatarların,
Cənubi Qafqazda yaşayan müsəlman xalqlarının, xüsusən, azərbaycanlıların və Mərkəzi
Türküstanda yaşayan müsəlman əhalisinin həyatında və güzəranında baş verən yeniliklər qarşılıqlı
surətdə bir-birlərinə təsir edirdi. İctimai-siyasi və iqtisadi həyatdakı köklü dəyişmələr, feodal
geriliyinin yeni kapitalist münasibətlərlə, orta əsrlər təsərrüfat həyatının yeni sənayeçilər və
islahatçılarla əvəz olunması milli təfəkkürü hərəkətə gətirir, onun inkişafında yeni mərhələnin
başlanmasına təkan verirdi. Türk xalqlarının ədəbi-mədəni həyatında maarifçilik hərəkatının
yaranmasında və sürətlə yüksəlişində məhz yuxarıda qeyd etdiyimiz ictimai-siyasi və iqtisadi
proseslər dayanırdı.
Bu nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycan və Türküstanda maarifçilik hərəkatının mənşəyi,
inkişaf yolları və mərhələləri arasında özünəməxsusluqlarla birlikdə, xeyli uyğunluqlar və
bənzərliklər də diqqəti cəlb edir. Hər iki regionda maarifçilik mədəniyyətinin təşəkkülü, tarixi və
mənşəyi son dərəcə yaxın olsa da, onların yaranma və ərsəyəgəlmə dövrləri arasında bir qədər
fərqlilik mövcuddur. Məsələn, əsas bənzərlik bundan ibarətdir ki, hər iki ölkədə maarifçiliyin
təşəkkülü və ilk rüşeymlərinin cücərməsi Rusiya istilasından sonrakı dövrlərə aiddir. Azərbaycan
Türküstana nisbətən, təxminən, 50 il, yəni yarım əsr əvvəl Rusiya əsarətinə düşmüşdü. Elə bu
səbəbdən də, bizdə maarifçilik meyllərinin ərsəyə gəlməsi də xeyli əvvələ təsadüf edir. Türküstan
ölkəsinin Rusiya tərəfindən zəbt edilməsi XIX yüzilin 60-cı illərində başa çatır. Türküstan
maarifçilik hərəkatının tarixini də tədqiqatçılar sonrakı onilliklərdən başlayırlar.
Təbii ki, yeni epoxanın ictimai-fəlsəfi və estetik dünyagörüşü kimi formalaşmağa başlayan
maarifçilik məfkurəsi özünə qədərki proqressiv mənəvi-mədəni dəyərləri qoruyub saxlamaqla
birlikdə, bir sıra yeniliklər də gətirdi. Maarifçilik dünyagörüşünün bədii təfəkkürdə
özünəməxsusluğunu açıq-aşkar göstərən ədəbi növ və janrlar meydana gəldi. Azərbaycanda
maarifçilik estetikasının banisi və ilk böyük nümayəndəsi M.F.Axundzadə öz yaradıcılığında
Şərqdə birinci olaraq maarifçi ədəbiyyatın nümunələrini yaratmağa müvəffəq oldu. Bu vaxta qədər
Azərbaycan ədəbiyyatı üçün naməlum olan və işlək olmayan bir çox publisistik janrlar və məqalə
janrı, dramatik janrlar meydana gəldi. Ümumən, ədəbiyyat şünaslıqda göstərildiyi kimi, maarifçilik
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
38
hərəkatının əsas bədii təzahürləri kimi publisistika, eyni zamanda, teatr və dramaturgiya diqqəti cəlb
edir. Bu da ondan irəli gəlirdi ki, maarifçilər öz fikir və mövqelərini xalqa birbaşa çatdırmaq,
oxucuya və tamaşaçıya daha yaxından və təsirli müraciət etmək istəyirdilər. Maarifçilərin
yaradıcılığında publisistika və dramaturgiya janrlarının üstünlük təşkil etməsinin əsas səbəbləri
məhz bu mənəvi-estetik məqsəd və ehtiyaclarla qırılmaz surətdə bağlı idi.
Maarifçi ədiblərin ədəbi-mədəni fəaliyyətində bədii yaradıcılıq, təbii ki, əsas yer tuturdu.
Amma onlar sadəcə yeni ədəbiyyat yaratmaqla öz işlərini bitmiş hesab etmirdilər. Maarifçilər
millətin ictimai-siyasi və mədəni dünyagörüşünü dəyişmək, müasirləşdirmək, xalqın həyatını
yenidən qurmaq istəyirdilər. Məhz bu məqsəd və ehtiyacın nəticəsidir ki, onların ədəbi əsərlərində,
xüsusən publisistikasında xalq və ölkə həyatının o dövr üçün aktual və zəruri olan, demək olar ki,
bütün məsələlərinə, qayğılarına, həlli zəruri olan iş və milli vəzifələrə münasibət bildirildiyinin
şahidi oluruq. Yeni dövlət quruculuğu, parlament, muxtariyyət, seçki mədəniyyəti, millət həyatınn
müasir və sivil qaydalara uyğun tərzdə yenidən formalaşdırılması, teatr və mədəniyyət ocaqlarının,
yeni və Avropasayağı məktəblərin yaradılması, cəmiyyətdə gedən çoxspektrli və mürəkkəb
yenilənmə prosesində dilin mövqeyi və statusu, milli dilin mahiyyəti və funksiyası barəsində
maarifçilər çoxsaylı məqalələr yazır, qızğın diskussiyalar aparırdılar. Türküstan maarifçilik
hərəkatının banisi və XX əsrin əvvəllərindəki liderlərindən biri kimi Mahmudxoca Behbudinin
məhsuldar və vətənpərvərlik duyğuları ilə yoğrulmuş yaradıcılığı yuxarıda qeyd etdiyimiz məsələlər
nöqteyi-nəzərindən xüsusi ilə əhəmiyyətə malikdir.
Özbək maarifçilərinin yaradıcılığında, xüsusən, publisistikasında milli dilin yeniləşən
cəmiyyətdəki roluna və mövqeyinə fəal münasibət daha çox diqqəti cəlb edir. “Üsuli-cədid”, yəni
yeni tipli, yeni tədris və təlim üsullarına əsaslanan məktəblərin tərəfdarları və təşkilatçıları kimi
məşhur olan maarifçiləri onların fəaliyyətinin məhz bu cəhətinə görə həm də “cədidlər”
adlandırırdılar. Mahmudxoca Behbudinin Türküstan cədidlərinin müəllimi və lideri kimi
fəaliyyətini də məhz bu xüsusiyyət səciyyələndirirdi. Rusiya imperiyasında müsəlman xalqları
həyatında və tarixində silinməz iz qoymuş maarifçilik hərəkatının, o cümlədən “Üsuli-cədid”
məktəblərinin banisi kimi şöhrətlənmiş kırımtatar xalqının böyük oğlu İsmayıl bəy Qaspıralı
Türküstan cədidlərinin də ehtiram bəslədikləri və pərəstiş etdikləri mənəvi lider idi. M.Behbudi özü
və ardıcılları məhz İsmayıl bəy Qaspıralı məktəblərinin Türküstandakı ilk havadarlarından və
yaradıcılarından biri olmuşdur. Yuxarıda söylədiyimiz kimi, yeni məktəb ideyası və ümumən,
cədidizm hərəkatı milli dil məsələsinə özünəməxsus və təzə mövqelərdən yanaşmağı tələb edirdi.
Türküstan cədidlərinin, o cümlədən, Mahmudxoca Behbudinin bu mövzudakı məqalələri fikrimizin
isbatı ola bilər. Məsələn, M.Behbudinin “Dil məsələsi” və “İki deyil, dörd dil lazımdır” (1913)
məqalələri bu cəhətdən diqqətəlayiqdir. Müəllif, xüsusən, “İki deyil, dörd dil lazımdır” məqaləsində
burjua münasibətlərinin daxil olmağa başladığı Türküstan cəmiyyətində dil problemlərinin həlli
nöqteyi-nəzərindən bir sıra maraqlı fikirlər irəli sürür: “Biz Türküstanlılara türk, fars, ərəb və rus
dillərini bilmək zəruridir. Türk, yəni özbək dilini ona görə bilməliyik ki, Türküstan xalqının
əksəriyyəti bu dildə danışır. Fars dili isə mədrəsə və ədəb dilidir. Bugünə kimi Türküstanın hər
tərəfində, bütün köhnə və yeni məktəblərində farsca nəzm və nəsr kitabları tədris edilməkdədir.
Bütün mədrəsələrdə şəriət və dini kitablar ərəbcə tədris edilsə də, müdərrislərin təhlil və tərcümələri
farsadır. Bu qayda, yəni dərs kitabının ərəbcə olması, müəllimin – türk, şərh və tərcümənin isə
farsca olması bizdə bir ənənədir”. (7, s. 12-14).
M.Behbudinin məqaləsində Türküstanda üç dilin – türk (özbək), ərəb və fars dillərinin
zəruriliyindən bəhs edilərkən bu məsələdə ənənənin həlledici əhəmiyyətə malik olması ətraflı təhlil
edilir. Müəllifin gətirdiyi əsas arqumentlər maraqlı və cəlbedicidir. O, yazır: “Türküstanda
qədimdən bəri bu üç dil fəaliyyət göstərməkdədir. Məsələn, qədim tarixi “yarlıq”lardan, yəni tarixi
sənədlərdən məlum olur ki, Türküstanda keçmişdə əmir və xanların əmr və fərmanları, mübarək
göstərməyə və isbat etməyə çalışır: “Türküstanın Səmərqənd və Fərqanə vilayətlərində fars dilində
(müəllif “tacik” dilində demək istəyir. – Y. Q.) danışan bir neçə şəhər və kənd mövcuddur. Buxara
dövlətinin dili farscadır. Fars şair və ədiblərinin əsərləri qiyamətə qədər ləzzəti tükənməyən bir
mənəvi xəzinədir, bugün avropalılar ondan faydalanmaq üçün milyardlar sərf edirlər. Biz xoşbəxtik
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
39
ki, türkcə və farscanı təhsilsiz öyrənə bilirik. Hər türkün farsca, hər farsın isə türkcə bilməyi
lazımdır”. (7, s. 12-14).
Böyük maarifçi və mədəniyyət xadimi M.Behbudi öz söylədiklərini dərindən və ətraflı təhlil
etməklə kifayətlənmir, həm də irəli sürdüyü tezis və müddəaların həyati əsaslarını və zərurətini öz
zamandaşlarına anlatmağa çalışır. XX yüzilin amansız reallıqları müstəvisində bu fikir və ideyalar
bir qədər idealist təsir bağışlasa da, amma onların müasir dövrdə də mədəniyyətlərin qarşılıqlı təsiri
və zənginləşməsi baxımından aktullığı, gərəkliliyi mübahisəsizdir: “Farsca bilənlər Firdovsi, Sədi,
Hafiz və “Məsnəvi”dən (Cəlaləddin Ruminin məşhur əsəri nəzərdə tutulur.– Y.Q) necə ləzzət ala
bilirlərsə, türkcə oxumağı bilənlər də Nəvai, Füzuli, Baqi, Sami, Əbdülhəq Hamid, Əkrəmbek,
Sənayi, Nabi, Naci və başqalarından, həm də Tolstoy, Jül Vern və başqa müasir Avropa
müəlliflərinin türkcəyə tərcümələrindən o dərəcədə zövqlənə bilirlər.” (7, s. 12-14).
Məqalədə rus dilinin lazımlığı və cəmiyyətin mənəvi-ictimai ehtiyaclarını ödəmək üçün son
dərəcə mühüm əhəmiyyətə malik olması barəsində də rasional fikirlər irəli sürülüb. M.Behbudi
müasir Avropa elminin və texnologiyasının yenilikləri ilə tanış olmaqdan ötrü fransız və rus
dillərini bilməyin mühüm əhəmiyyəti olduğunu ayrıca vurğulayır: “Fərəng və rus alimlərinin
əsərlərindən faydalanmaq rus və ya türk dillərini bilməklə mümkün olur, çünki bugün Osmanlı,
Qafqaz və Qazan türkləri müasir elm adamlarının əsərlərini türkcəyə çevirib yaymışlar, yəni türkcə
bilən adam zamanla ayaqlaşa bilir. Hər bir yeni və faydalı kitablar müxtəlif dillərdən türk dilinə
tərcümə olunub. Ərəb mədəniyyəti Sokrat, Hippokrat, Əflatunlar kimi məşhur yunan mədəniyyəti
nümayəndələrindən qidalandığı kimi, hazırkı zamanda biz də Tolstoy, Jül Vern, Keppler, Kopernik,
Nyutonlardan öyrənməliyik”. (7, s. 12-14). Müəllifin rus dilinin Türküstan xalqlarının milli-mənəvi
ehtiyaclarına cavab verməsi barəsindəki fikirləri, rusca ünsiyyətin ictimai-siyasi əhəmiyyəti
haqqındakı düşüncələri də çox maraqlıdır: “Bizə lazımdır ki, öz xeyrimiz üçün rusca bilək, hökümət
məktəblərində oxuyaq. Dövlət vəzifələrində işləmək üçün də rus dilini bilmək zəruridir. Vətənimizə
və öz dinimizə xidmət etmək üçün, bir müsəlman kimi inkişaf etmək üçün rusca ünsiyyət qurmağı
bacarmalıyıq. Çünki indiki zamanda ticarət də, sənayə və məmləkət işləri də, hətta dini-islama və
millətə xidmət də elmsiz, təhsilsiz mümkün deyil. Məsələn, bugün “padşahın dumasında” öz
dinimiz və millətimiz mənafeyi haqqında söz söyləmək, fikir demək imkanımız var. Amma orada
gedib çıxış etməyi, söz deməyi bacaran bir adamımız varmı? Bu səviyyəyə çatmaq üçün azı 10 il
məktəbdə təhsil almalısan, zamanın ehtiyaclarından, qanunlardan, yeniliklərdən xəbərdar
olmalısan”. (7, s. 12-14).
Ötən yüzilin əvvəllərində qələmə alınmış bu məqalədə, əsas tezislərindən göründüyü kimi,
Türküstanın ən mühüm icimai-siyasi və milli-mədəni ehtiyacları ardıcıl şəkildə təhlil edilir. Burada
söylənmiş bir çox fikirlər o dövrdəki Azərbaycan maarifçilərinin və ziyalılarının mövqeləri ilə də
üst-üstə düşür. Məqalədə XX əsrin əvvəllərinə qədər Türküstan ədəbi-ictimai mühitində yaşamış və
davam edib gəlmiş ən mühüm ənənə və təcrübələr həm də yeni və müasir milli-mənəvi qayğılar
aydın və sərrast şəkildə ifadə edilmişdir. Məqalənin əsas ideyası və nəticəsi XX əsrin
əvvəllərindəki Türküstanın gələcəyində mühüm rol oynayacaq milli dil siyasətini dəqiq
ümumiləşdirirdi: “Fikrimizin xülasəsi budur ki, bizə dörd dil, yəni ərəb, fars, türk və rus dilləri çox
lazımdır. Ərəb dili din üçün nə dərəcədə lazımdırsa, rus dili də yaşamaq , inkişaf etmək və müasir
dünya ilə ünsiyyət qurmaq üçün o qədər zəruridir”. (7, s. 12-14).
Əgər tale imkan versəydi, M.Behbudi də 1926-cı ildə Türk xalqlarının Birinci Türkoloji
Qurultayının iştirakçıları sırasında olacaqdı. O, Türküstan nümayəndə heyətinin rəhbəri və ya ən
azından liderlərindən biri kimi bu tarixi və misilsiz mədəni tədbirdə yüksək səviyyədə çıxış
edəcəkdi. Amma amansız və namərd ölüm böyük maarifçinin arzularını yarımçıq qoydu. Yalnız
M.Behbudinin yox, ümumən, özbək cədidlərinin milli varlıq, istiqlal və milli dil uğrunda Birinci
Dünya müharibəsi ərəfəsində geniş vüsət alan vətənpərvərlik mübarizəsini, təəssüf ki, Böyük
Oktyabr sosialist inqilabı sona çatdırmağa imkan vermədi. Türküstanın tarixi taleyi və
mədəniyyətinin sonrakı inkişaf yolları özlərini vətən uğrunda fəda etməyə həsr etmiş gənc və bir
qədər idealist dünyagörüşlü maarifçilərin arzuladıqları kimi olmadı. İnqilabdan sonra Türküstan beş
müstəqil respublikaya bölündü və bu respublikaların heç birində milli dil dövlət dili statusu
qazanmadı. Mahmudxoca Behbudinin arzuladığı və ehtirasla müdafiə etdiyi dörd dil deyil, heç iki
|