I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə85/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   81   82   83   84   85   86   87   88   ...   94

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



433

Рафик Зека, Мирза Ибрагимов, Мир Джалал Пашаев, Сулейман Рустам, Сулейман Рагимов, 

Ильяс Эфендиев, Сабит Рахман , Гылман Илькин, Нариман  Гасанзаде и др. 

ЛИТЕРAТУРA 

1.Первый всесоюзный тюркологический съезд. Общество Обследования и Изучения 

Азербайджана. Стенография  Баку - 1926 г. Баку: «Нагыл еви», 2011. 

2. Çobanzadə B. Seçilmiş əsərləri. 5 cilddə,1 cild. Bakı: “Şərq-Qərb”, 2007. 

3.Elm və həyat, 2009, №2, s.20-22. 

4. Сумбатзаде А. С. Азербайджанцы, этногенез и формирование народа. "Элм", 1990.  

5. Асланов А.М. Азербайджанский язык в орбите языкового взаимодействия 

(Социально-лингвистическое исследование). Баку: Элм, 1989.  

 

 



 

 

Ələkbər Qasımov, sənət.ü.f.d., dos. 



AMEA Naxçıvan Bölməsi  

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, böyük elmi işçi 

E-mail: elekberqasimov@mail.ru 

 

“ÜMİD” KÖRPÜSÜNDƏ QOVUŞAN MƏDƏNİYYƏT 



 

28 may 1992-ci il... Bu tarix müstəqil Azərbaycanla Türkiyə arasında XX əsrin sonlarında 

bərpa olunan dostluq və qardaşlıq əlaqələrinin yeni salnaməsinin ilk səhifələrinə qızıl hərflərlə həkk 

olunub. Həmin gün Araz çayı üzərindən salınan, naxçıvanlıların “Ümid”, türkiyəlilərin isə “Həsrət” 

adlandırdıqları Sədərək-Dilucu körpüsünün təntənəli açılış günü idi. 

 

Türkiyənin ozamankı Baş naziri Süleyman Dəmirəl başda olmaqla qardaş ölkədən gəlmiş 



nazirlər, dövlət məmurları, millət vəkilləri və jurnalistlərdən ibarət 155 nəfərlik nümayəndə heyətini 

Naxçıvan Hava Limanında salamlayan Muxtar Respublika Ali Məclisinin Sədri Heydər Əliyev belə 

demişdir: “Əminəm ki, hörmətli Baş nazir, Sizin səfəriniz siyasi, iqtisadi və mədəni 

əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə güclü təkan verəcəkdir” (6). Böyük uzaqgörənliklə 

deyilmiş bu sözlər elə həmin ilin ortalarından reallığa çevrildi.  

 

“Qarşılama mərasimi başa çatdıqdan sonra dünyanın nüfuzlu və müdrik siyasətçiləri sayılan 



Heydər Əliyev və Süleyman Dəmirəl, eləcə də Bakıdan və Türkiyədən gəlmiş qonaqlar Sədərəyə 

yola düşdülər. Yol boyu qonaqları qarşılamağa çıxmış minlərlə adam dahi siyasətçiləri hərarətlə 

salamlayır, öz sevgi və məhəbbətlərini, hörmət və ehtiramlarını bildirirdilər. Əhalinin çox toplaşdığı 

yerlərdə - yol kənarlarında maşın karvanı tez-tez dayanır, Heydər Əliyev və Süleyman Dəmirəl 

adamlarla görüşüb söhbət edirdilər.  

 

Bir azdan qarşıda möhkəm beton dayaqlar üzərində tikilən əzəmətli, yaraşıqlı körpü 



görünür. Bu, Heydər Əliyevin uzaqgörənliyi sayəsində inşa olunan, bir millət, iki dövləti bir-birinə 

birləşdirən "Ümid körpüsü"dür. Elə körpüyə bu adı da Heydər Əliyev vermişdi.  

 

Arazın o tayında isə özgə bir büsat qurulmuşdu. Minlərlə adam bir-birlərilə görüşür, 



qucaqlaşırdılar. Sovet hakimiyyətinin 70 ili ərzində ayrılığa məruz qalmış yaxın adamlar bir-birinə 

qovuşur, bu vüsaldan, bu sevincdən doğan göz yaşlarını gizlədə bilmirdilər. Türkiyə ərazisində, 

körpüdən bir az aralıda peyk teleötürücülərinin antenləri qurulmuş, körpünün açılış mərasimini 

dünyaya nümayiş etdirmək üçün hazırlıq işləri görülmüşdü” (1). 

 

Nəhayət, təntənəli açılış mərasimi başlanır. Heydər Əliyev, Süleyman Dəmirəl, onlarla 



bərabər Ankaradan, Bakıdan gəlmiş dövlət və hökumət nümayəndələri burada hazırlanmış xüsusi 

tribunaya qalxırlar. Ətrafı bürüyən gurultulu və sürəkli alqışlar altında təntənəli mərasim açıq elan 

edilir. 

 

“Mərasimdə çıxış edən Heydər Əliyev qürurla dedi: "Bu gün bu qocaman Araz çayı 



üzərində, qədim türk dünyasında, Azərbaycan torpağında böyük bir tarixi hadisə baş verir. Türkiyə 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



434

ilə Azərbaycan arasında "Ümid" körpüsü, "Həsrət" körpüsü açılır. Biz azərbaycanlılar, türklər əsrlər 

boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə 

görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik. İndi 

isə bizim bu arzularımız, diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni 

bağlayan nəhəng bir körpü tikilmişdir". 

 

“...Süleyman Dəmirəl isə çıxışında belə dedi: "Bu gün burada cərəyan edən hadisə tək bir 



körpünün açılışı deyildir. Cərəyan edən əsas hadisə 70 il bir-biriylə qürbətdə, həsrətdə qalmış 

qardaşlarımızın yenidən görüşməsidir. Bu coşqunluğu anlaya bilmək lazımdır. Bu, bir birlik, milli 

coşqunluqdur... Qardaşlıq, dostluq bundan sonra daha da sıx olacaqdır. Türkiyə ilə Azərbaycan, 

Naxçıvan arasında əlaqələr genişlənəcək, adamlar bir-biri ilə yaxınlaşacaqdır. Bu körpü təkcə 

Azərbaycanı və Türkiyəni birləşdirmir, bu, Avropa ilə Asiya arasında körpüdür" (1).  

 

Sonrakı illər, müstəqil Azərbaycanın inkişafı, tərəqqisi və çiçəklənməsi bir daha “Ümid” 



körpüsünün təkcə Azərbaycanı və Türkiyəni deyil, həm də Avropa ilə Asiyanı birləşdirən körpü 

olduğunu sübuta yetirdi. Bu körpüdən Azərbaycanın və Türkiyənin mədəniyyəti də bir-birinə 

qovuşdu. 

 

Lakin danılmaz faktdır ki, bu sahədə ilk addımları məhz Naxçıvan Muxtar Respublikasının 



mədəniyyət və incəsənət xadimləri atmışlar. 1992-ci ilin noyabrında Cəlil Məmmədquluzadə adına 

Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyəyə ilk qastrol səfəri etdi. Qars şəhərində nümayiş 

etdirilən Nazim Hikmətin “Ölən adam”, Hüseyn Cavidin “Ana” və Üzeyir Hacıbəyovun “Ordan-

burdan” tamaşaları böyük rəğbətlə qarşılandı.  

 

Bundan sonra teatrın kollektivi 1993-cü ilin iyun və oktyabrında, 1994-cü ilin sentyabrında, 



1997-ci ilin yanvarında, 1998-ci ilin noyabrında, 1999-cu ilin yanvarında və iyulunda, 2000-ci ilin 

dekabrında Qars şəhərində Ü.Hacıbəyovun “Məşədi İbad”, “Arşın malalan”, “Ər və arvad”, 

Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan”, Georgi Xuqayevin “Arvadımın əri”, Rauf 

İçərişəhərlinin “Kələkbaz qızlar” tamaşalarını nümayiş etdirdilər. “Arşın malalan” və “Məşədi 

İbad” tamaşaları 2001-ci ilin noyabrında və dekabrında İğdır şəhərində də göstərildi. 1993-cü ildə 

Naxçıvan Dövlət Filarmoniyasının da Qars Vilayətində möhtəşəm qastrol səfəri olmuşdur (3, s. 

338). 

 

1993-cü ildə Naxçıvan Dövlət Kukla Teatrında Türkiyə Cümhuriyyətinin 70 illiyi ərəfəsində 



“Türkiyə günü” təşkil olundu. Baş konsulluğun əməkdaşları, şəhərdəki Türkiyədən olan iş adamları, 

Naxçıvan Türk Bankının kollektivi, Naxçıvan Türk Liseyinin müəllim və şagird heyəti həmin 

gecəyə dəvət olundular. Qonaqlara Naxçıvan Dövlət Kukla Teatrının 4 illik fəaliyyəti, repertuarı və 

yaradıcı heyəti barədə bədii rəhbər-direktor tərəfindən ətraflı məlumat verildikdən sonra Abdulla 

Şaiqin “Tülkü həccə gedir” mənzum nağılının motivləri əsasında Ə.Qasımovun səhnələşdirdiyi 

“İnanmayaq tülkülərə!” tamaşası nümayiş etdirildi. Teatr bu mənzum tamaşanı Xocalı soyqırımına 

ithaf etmişdi (7). 

 

1994-cü ilin mart ayında Naxçıvan Dövlət Kukla Teatrına Ərzincan Radio və Televiziya 



İdarəsindən (ERT) xüsusi məktub gəldi. Məktubda teatr bir tamaşa ilə Ərzincan şəhərinə dəvət 

olunurdu. O zaman teatrın ədəbi hissə müdiri işləyən, görkəmli şairə-dramaturq Kəmalənin (indi 

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü) xalq nağılı əsasında 

səhnələşdirdiyi “Göycək Fatma” mənzum tamaşası ilə iyun ayında Ərzincan şəhərində bir həftəlik 

qastrol səfərində olan teatr ERT-nin “Fəxri Təşəkkürnamə”si ilə geri döndü. 

 

1995-ci il fevralın sonunda isə kukla teatrının yaradıcı heyəti İzmir Valiliyinin dəvətilə bu 



şəhərə yola düşdü. Demək olar ki, mart ayının sonunadək İzmirin özündə, həmçinin İzmir 

Vilayətinin Səlcuqlu, Menemen, Efes, Berqama, Turqutlu, Bayraqlı kimi bölgələrində teatr 

“Göycək Fatma” və Tofiq Ağayevin “Cırtdanın kələyi” tamaşalarını böyük müvəfəqiyyətlə nümayiş 

etdirdi. 

 

“O vaxtlar İzmirin “9 Eylül” Universitetinin incəsənət fakültəsində çalışan SSRİ Xalq artisti, 



professor Lütfiyar İmanovun köməkliyilə martın 10-u –  Azərbaycan Milli Teatrı Günü ayrıca bir 

tədbir kimi İzmirdə qeyd olundu. Martın 9-da axşam məhşur İzmir Fuarının (Beynəlxalq 

Nailiyyətlər Sərgisinin) ərazisində yerləşən İsmət İnönü Salonunun 800 nəfərlik zalı Böyükşəhər 

Bələdiyyəsinin bu gecə üçün buraxdığı xüsusi dəvətnamələr əsasında tam dolmuşdu. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



435

 

Gecədə İzmir Valiliyinin və Böyükşəhər Bələdiyyəsinin rəhbərləri də iştirak edirdilər. 



Lütfiyar İmanov Azərbaycan teatrının dünəni və bugünü haqqında müfəssəl danışdıqdan sonra qeyd 

etdi ki, Naxçıvan Dövlət Kukla Teatrı prezidentlər Heydər Əliyevin və Süleyman Dəmrəlin üç il 

əvvəl birgə açdıqları, həsrətləri qovuşduran “Ümid” körpüsündən keçərək, 2000 kilometrdən artıq 

yol qət edib İzmirə gələn ilk Azərbaycan dövlət teatrıdır” (4).  Beləliklə, gecənin birinci hissəsi 

Lütfiyar İmanovun və onun kukla teatrının yaradıcı heyətindən təşkil etdiyi xor qrupunun ifasında 

maraqlı konsert proqramı ilə, səhnəciklərlə və Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” tamaşası 

ilə başa çatdı. İkinci hissədə isə “Göycək Fatma” tamaşası göstərildi (2). 

 

Həmin il martın 21-i Novruz bayramı Türkiyədə ilk dəfə olaraq rəsmi surətdə, dövlət 



səviyyəsində qeyd olundu. Bu bayramın İzmirdə təşkilində və keçirilməsində Naxçıvan Dövlət 

Kukla Teatrının da özünəməxsus rolu oldu. Naxçıvanlı aktyorların bu şənliklərindəki fəal iştirakı 

böyük rəğbətlə qarşılandı (5). Martın 25-də İzmir valiliyində təntənəli qəbul oldu. İzmir Vilayətində 

uğurlu və səmərəli çıxışlarına görə Naxçıvan Dövlət Kukla Teatrı və onun səfərdə iştirak edən 

bütün işçiləri İzmir Valiliyinin Fəxri fərmanları ilə təltil edildilər. 

 

1995-ci ilin avqust ayında Trabzon vilayətinin Uzungöl bölgəsindəki istirahət kompleksində 



“Milli-mənəvi dəyərlər və teatr” mövzusuna həsr olunmuş beynəlxalq konqres keçirildi. Bu tədbirə 

Azərbaycandan Bakı Kamera Teatrı və Naxçıvan Dövlət Kukla Teatrı dəvət olunmuşdu. Trabzona 

Bakıdan deyil, “Ümid” körpüsündən keçib-getməyə üstünlük verən kamera teatrının kollektivi 

Naxçıvana gələrək, buradan kukla teatrının aktyorları ilə birlikdə birbaşa Trabzona yola düşdü və 

çox uğurla keçən 10 günlük səfərdən hər iki kollektiv xoş təəssüratla geri döndü.  

 

1996-cı il Türkiyə ilə Naxçıvan arasında ən məhsuldar və çoxşaxəli mədəni əlaqələr ili kimi 



yadda qalmışdır. “Ümid” körpüsü həmin ildəki qədər otaylı, butaylı mədəniyyət və incəsənət 

xadimlərini, xüsusən də teatr sənətkarlarını qarşılayıb yola salmamışdı.  

 

Həmin ilin fevralında Naxçıvan Dövlət Musiqili Dram Teatrında türk dünyasında aşıq 



sənətinin görkəmli nümayəndələrindən sayılan Aşıq Veysəlin anadan olmasının 102-ci ildönümü 

dövlət səviyyəsində, böyük təntənə ilə qeyd olundu. Aşıq Veysəlin oğlu da daxil olmaqla Sivas 

şəhərindən gəlmiş nümayəndə heyəti də gecədə iştirak edirdi. Türkiyəli vətəndaşlar hələ 20 il əvvəl 

sovet dövründə Naxçıvanda Aşıq Veysəlin həyatını əks etdirən həvəskar kinofilmin çəkildiyini, 

Azərbaycanda dəfələrlə onun şeirlərinin dərc olunduğunu, kitabının buraxıldığını, haqqında tez-tez 

radio və televiziya verilişlərinin hazırlandığını eşidib heyrətlərini gizlədə bilmirdilər. Naxçıvanın 

incəsənət ustalarının çıxışları ilə başa çatan bu gecədən sonra Naxçıvandan bir qrup nümayəndə 

heyəti Sivasda keçirilən tədbirlərdə iştirak etdi (8). 

 

Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun təşəbbüsü və köməkliyi ilə 



Naxçıvan Dövlət Kukla Teatrı 1996-cı ilin aprel ayında Van şəhərinə yola düşdü. Bu səfərdə 

məqsəd Türkiyədə hər il keçirilən ənənəvi “23 Nisan – Çocuk Bayramı”na Van şənlikləri 

çərçivəsində qatılmaq idi. Vanlı uşaqlar 3 gün ərzində naxçıvanlı aktyorların ifasında “Göyçək 

Fatma” tamaşasını və rəngarəng səhnəcikləri böyük maraqla və alqışlarla izlədilər. Səfərin sonuncu 

günü müvəffəqiyyətli çıxışlarına görə Naxçıvan Dövlət Kukla Teatrı Van Milli Təhsil Müdirliyinin 

Fəxri Fərmanı ilə təltif edildi. Elə həmin ilin mayında isə naxçıvanlı sənətkarlar yenə də 3 gün 

olmaqla İğdır məktəblilərinin qonağı oldu. 

 

Muxtar Respublika Ali Məclisi Sədrinin xüsusi dəvəti ilə İstanbul Dövlət Teatrı 1996-cı ilin 



mayında Naxçıvana gəldi və Dövlət Musiqili Dram Teatrının binasında “İçəridəkilər” tamaşası ilə 

çıxış etdi. Teatrın səhnə amiri (baş inzibatçısı) Ediz Baysal və teatrın aparıcı aktyorlarından, 

Türkiyənin məhşur teatr və kino aktyoru Uğur Polad, yaradıcı qrupun digər üzvləri səfərin və 

tamaşanın yüksək səviyyədə təşkilindən, mehribanlıqla qarşılanmaqlarından, tamaşaçıların böyük 

rəğbətindən ağızdolsu danışdılar və vurğuladılar ki, “Ümid” körpüsünün hesabına bu mədəni 

əlaqələr daha da genişlənəcək bir-birimizə daha sıx qaynayıb-qarışacağıq, təki belə görüşlər tez-tez 

olsun. 1996-cı ilin noyabrında Ankara Dövlət Teatrı “Haray” tamaşası ilə naxçıvanlı tamaşaçıları 

sevindirdi. 

 

1996-cı ilin oktyabr ayında Naxçıvanda daha bir mədəni əməkdaşlıq tədbiri həyata keçirildi. 



Türkiyə Respublikasının Baş Konsulluğunda Naxçıvan Dövlət Kukla Teatrı rəssamlarının sərgisi 

təşkil olundu. Konsulluğun üç zalında müxtəlif tamaşaların personajları olan kuklalardan, 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



436

rekvizitlərdən, butafor əşyalardan, eskizlərdən, maketlərdən və ayrı-ayrı rəssamların – teatrın baş 

rəssamı Əli Səfərovun (indi muxtar respublikanın əməkdar rəssamı), kuklahazırlayan Rafael 

Qədimovun və butaforçu Akif Həsənovun öz əl işlərindən ibarət (ağac üzərində oyma, mis üzərində 

döymə və s.) əşyalar və yağlı boya, akvarellə müxtəlif janrlarda çəkilmiş əsərləri nümayiş 

etdirilirdi. Bu sərgi Naxçıvanda fəaliyyət göstərən Türkiyə vətəndaşlarının, həmçinin 

naxçıvanlıların böyük marağına və rəğbətinə səbəb oldu (9). 

 

1997-ci ilin yanvarında Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Məşədi İbad” tamaşası ilə 



Trabzon və Ankara şəhərlərinə dəvət olundu. Teatr 1998-ci ilin oktyabr-noyabr aylarında isə Qars, 

sonra isə Ankara, İstanbul və Bursada “Arşın malalan” tamaşası ilə qastrolda oldu. Dövlət Musiqili 

Dram Teatrının bu səfəri Türkiyə Respublikasının 75 illiyinə həsr edilmişdi. 

 

1999-cu ilin fevral ayında Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun təşəbbüsü ilə 



nəinki muxtar respublikada, 15 ildən artıq bir müddət ərzində bütün Azərbaycanda məşhur olan bir 

özfəaliyyət kollektivi – “Hüseynlilər” ailə ansamblı Afyon şəhərində, yeni, nəhəng “Orucoğlu” 

istirahət və sağlamlıq kompleksində bir həftəlik konsert proqramı ilə çıxış etdi. Ansambl üzvlərinin 

maraqlı və rəngarəng çıxışları yerli vətəndaşlarla yanaşı xarici turistləri də məftun etdi (10).   

 

Həmin ilin iyununda isə Van Dövlət Teatrı naxçıvanlıların qonağı oldu. Dövlət Musiqili 



Dram Teatrında göstərilən “Köhnə fotoşəkillər” tamaşası böyük maraq və rəğbətlə qarşılandı. Bu 

görüşlər, qarşılıqlı əlaqələr daha intensiv xarakter aldı. 

 

2001-ci il noyabr ayının əvvəllində İğdırda “Naxçıvan Muxtar Respublikası günləri” təşkil 



olundu. Rəsmi səviyyədə keçirilən bu günlər  gün ardarda muxtar respublika incəsənət ustalarının 

rəngarəng çıxışları ilə yaddaşlara həkk olundu. Noyabrın 5-də Naxçıvan Dövlət Kukla Teatrının 

çıxışı və naxçıvanlı rəssamların əsərlərindən ibarət sərginin açılışı ilə başlayan mədəniyyət günləri, 

noyabrın 6-da Naxçıvan Dövlət Musiqili Dram Teatrının tamaşası ilə davam etmiş, noyabrın 7-də 

isə Naxçıvan Dövlət Filarmoniyasının və muxtar respublikanın digər musiqi kollektivlərinin iştirak 

etdikləri möhtəşəm konsert proqramı ilə yekunlaşmışdır. Bağlanış mərasimində Muxtar Respublika 

Ali Məclisinin Sədri Vasif Talıbov və İğdır valisi Mustafa Tamel başda olmaqla hər iki tərəfdən 

rəsmi nümayəndələr, ziyalılar iştirak etmiş və  nitq söyləmişilər (11).  

 

2003-cü ilin iyun ayında Qars şəhərində “Heydər Əliyev Parkı”nın və həmin parkda bu dahi 



şəxsiyyətin büstünün təntənəli açılışı böyük tarixi hadisə ilə yanaşı əsl mədəniyyət bayramına 

çevrildi. Yerli özfəaliyyət kollektivlərinin və Şərur rayonunun xalq yallı ansamblının gözəl çıxışları 

həmin tədbiri daha da rövnəqləndirmişdi. 

 

Son 15 il ərzində “Ümid” körpüsü üzərindən təsviri sənət sahəsində də yaddaqalan və 



məhsuldar sərgilər vasitəsilə mübadilələr olmuşdur. Əsasən Naxçıvanın fırça ustaları, sonralar xalq 

rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamları Hüseynqulu Əliyevin,  Mircəlil 

Seyidovun, Şəmil Mustafayevin, Telman Abdinovun  Ülviyyə Həmzəyevanın, digər gənc 

sənətkarların bu körpü vasitəsilə Ankarada, İstanbulda, İzmirdə, Bursada, Vanda, Qarsda, İğdırda, 

eləcə də Türkiyənin başqa şəhərlərində fərdi və birgə sərgiləri nümayiş etdirilmişdir. 

 

Qarşılıqlı olaraq Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun vasitəçiliyi ilə 



2010-cu ildən üzübəri, demək olar ki, hər il qardaş ölkə rəssamlarının da  Naxçıvan şəhərində - həm 

Baş Konsulluğun salonunda, həm də MR Rəssamlar Birliyinin sərgi salonunda maraqla qarşılanan 

sərgiləri təşkil olunmuşdur. Buna bir neçə misal olaraq Naxçıvan Rəssamlar Birliyinin sərgi 

salonunda Türkiyənin tanınmış rəssamlarından Nilüfər xanım İnaltonqun 2011-ci il aprelin  7-də 

açılan və ayın sonuna – 30-dək nümayiş etdirilən sərgisini, Tamer Tuğrulun 2013-cü il noyabrın 26-

dan həmin ayın sonunadək davam edən sərgisini, eləcə də naxçıvanlı rəssam Məmmədəli 

Ələkbərovun Baş Konsulluğun salonunda təşkil olunmuş fərdi sərgisini nümunə göstərmək olar 

(13).  


 

2013-cü il avqust ayının 30-31-də Trabzon Dövlət Teatrı Naxçıvanın qonağı oldu. Teatrın 

bir qrup yaradıcı heyəti naxçıvanlılara və şəhərin qonaqlarına iki gün “Bu da keçər ya hu” adlı 

tamaşanı təqdim etmişdir. Barış Erdenkin rejissorluğu ilə Uğur Saatçının eyniadlı əsəri əsasında 

hazırlanmış bu tamaşada Osmanlının süqutu və türkiyənin işğala məruz qaldığı bir vaxtda 

İstanbulda baş verən hadisələr canlandırılır (12). Türkiyənin Zəfər bayramı münasibətilə təşkil 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



437

olunmuş bu səfər böyük rəğbətlə qarşılanmışdır. Yaradıcı heyət üç gün ərzində muxtar 

respublikanın muzeyləri, tarixi abidələri və digər görməli yerlərilə tanış olmuşlar.  

 

2014-cü ildə Naxçıvan MR Rəssamlar Birliyi və TR Baş Konsulluğunun birgə təşkilatçılığı 



ilə “Türkiyədə və Naxçıvanda keramika-rəsm sənəti və öncülləri” mövzusunda konfrans keçirilmiş 

və həmin gün martın 8-dək fəaliyyət göstərən “Qadınlarda nağıllar” adlı sərginin açılışı olmuşdur. 

Adından göründüyü kimi bu sərgi Beynəlxalq Qadınlar Gününnə, həmçinin Naxçıvan Muxtar 

Respublikasının 90 illiyinə həsr edilmişdi. Həmin sərgidə Türkiyənin dünyaşöhrətli keramika 

rəssamı, onlarla ölkədə əsərləri sərgilənən professor Zəhra Çobanlının əl işləri tamaşaçılarda böyük 

maraq və rəğbət hissi oyatmışdır (13). 

 

2015-ci ilin 8-10 aprelində İğdır Universitetinin təşkil etdiyi “Xalq sənətləri sərgisi”  



Naxçıvan Dövlət Universitetində nümayiş etdirilmişdir. Sərgidə Rəbiə Karta və Pelin Güledanın 50 

adda ebru, miniatür, nəqqaşlıq və xalçatoxuma nümunələri məmnunluqla qarşılanmışdır. Həmin il 

aprelin 9-da Baş Konsulluğun Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 

dəstəyilə təşkil etdiyi “Son məktub” filminin təqdimat mərasimi keçirilmişdir. Çanaqqala zəfərinin 

100 illiyinə həsr olunmuş bu filmə Naxçıvan Şəhər Kino Mərkəzində baxış və yaradıcı heyətin bir 

qrupu ilə görüş böyük müvəffəqiyyətlə keçmişdir. 

 

2015-ci ilin 23-25 iyununda Naxçıvan Rəssamlar Birliyinin sərgi salonunda Türkiyə 



İncəsənət Əsərləri Sahiblərinin Məslək Birliyindən (GESAM) 30 üzvün əsərlərindən ibarət bir rəsm 

sərgisi də təşkil olunmuşdur (13). 

 

MR Rəssamlar Birliyi tərəfindən 2014-cü ildən bəri mütəmadi keçirilən “Naxçıvan – 



Bəşəriyyətin beşiyi” adlı beynəlxalq festivalda bir sıra ölkələr kimi Türkiyədən də rəssamlar gəlib 

iştirak edirlər. 2016-cı ilin mayında təşkil olunan III festivalın yekun sərgisində Minə S. Çaylak, 

Olqa Eren, Xülya Sezgin və Nevin Aytəkin kimi türkiyəli rəssamlar uğurla iştirak etmişlər. 

 

Ümumiyyətlə, 1995-ci ildən başlayaraq Azərbaycanın paytaxtı Bakıda və digər bölgələrdə 



olan teatr və musiqi kollektivlərinin də “Ümid” körpüsü üzərindən qardaş ölkəyə səfərləri başladı. 

Türkiyənin müxtəlif şəhərlərinə belə yaradıcı səfərlər həmin vaxtdan bugünədək davam etməkdədir. 

 “Ümid” körpüsü eyni zamanda iki qardaş ölkə arasında elm və təhsil mübadiləsinə də böyük vəsilə 

olmuşdur. Bu işdə ilk növbədə körpüdən daha mütəmadi və səmərəli yararlanan AMEA Naxçıvan 

Bölməsinin elmi işçilərini, Naxçıvan Dövlət Universiteti, Müəllimlər İnstitutu, “Naxçıvan” 

Universiteti professor-müəllim heyətlərini beynəlxalq səviyyəli tədbirlərdə, simpoziumlarda iştirak 

etmələrini nümunə göstərmək olar. 

 

Sədərək-Dilucu körpüsü təkcə ölkələrimiz arasında iqtisadi əlaqələrin göstəricisi yox, həm 



də mənəvi-tarixi dəyərlərin möhkəmləndirilməsinin göstəricisi oldu. Azərbaycan Respublikasının 

Prezidenti möhtərəm İlham Əliyevin dediyi kimi, "Naxçıvanın inkişafında, xüsusilə, onun 1990-cı 

illərin əvvəllərində yaşanan böhranlı vəziyyətdən çıxmasında Türkiyə ilə olan əlaqələr, körpünün 

tikilməsi və bütövlükdə Türkiyədən alınan dəstək çox mühüm rol oynamışdır" (1). 

 

Ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə açılan “Bir millət, iki 



dövlət”in “Ümid”-“Həsrət” körpüsündə qovuşan mədəniyyəti daha da inkişaf edərək 

çiçəklənməkdədir. 

ƏDƏBİYYAT 

1. “Azərbaycan” qəzeti, 28 may 2011-ci il. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin