I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə60/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   56   57   58   59   60   61   62   63   ...   94

expression in the written text with ancient Turkish alphabet and only consonant sound marks the 

words show itself. So it is possible to determine the development of the ancient Turkish alphabet: 

a) The first stage of formation icon and ideographs` 

b) The second stage is not expression the vowel sounds. 

c) The third stage consonant sound marks` expression vowel phonemes`. 

      The first stage development of an ancient Turkish alphabet`s involves formation pictographic-

ideographic in the writing form. Some ancient Turkish alphabet marks` anthropomorphic and even 

there is the genetic proximity zoomorphic drawings. 

Key words:  Anancient Turkish, alphabet, pictographic writing, ideographic writing. 

 

 



 

 

Aynur Qədimaliyeva, fil.ü.f.d.,dosent 



Azərbaycan Dövlət İqtisad Universiteti 

 

aynur_familqizi@rambbler.ru 



 

OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ FEİLLƏRİN LEKSİK-SEMANTİK İNKİŞAFI 

Türk dillərinin müqayisəli şəkildə öyrənilməsi bu gün dilçiliyimizin qarşıya qoyduğu ən aktual 

məsələlərdən biridir. Belə ki, müxtəlif dil yaruslarında baş verən hadisələri yalnız bir dilin 

faktlarına əsaslanaraq təhlil etmək və müəyyən nəticəyə gəlmək istənilən effekti vermir. Hər hansı 

bir dilin formalaşmasını, onun daşıyıcısı olan xalqının tarixi keçmişini üzə çıxarmaq üçün qohum 

dillərdən müqayisəli şəkildə istifadə tədqiqata cəlb olunan dilin keçmişini, bu gününü və gələcəyini 

təmin edir. 

Bu baxımdan qədim tarixə malik olan türk dillərinin müqayisəsinin filoloji askpektdə 

öyrənilməsi əsrlər boyu ümumtürk ədəbi dilinin mövcudluğunu və vaxtilə süni şəkildə bir-birindən 

təcrid olunan müasir türk dillərinin qədim türkcənin varisi olduğunu bir daha sübut edir. Türk 

dillərinin bir-birinə qohumluğu və yaxınlığı tarixi faktlarla, qədim yazılı abidələrin dilində rast 

gəlinən müştərək elementlərlə yanaşı, eyni zamanda bu dillərin müasir mərhələsində, xüsusən 

dialekt və şıvələrində də öz əksini tapır. Son dövrlərdə aparılan türkoloji tədqiqatların əsasında 

qohum qrupu türk dillərinin keçdiyi inkişaf prosesini izləmək üçün həmin dillərin lüğət tərkibində  

kifayət qədər qorunub saxlanılan dil faktlarını ortaya çıxarmaq, müqayisələr aparmaq və  bu 

müqayisə zamanı lazımi nəticəyə gəlmək kimi məsələlər bu gün diqqəti cəlb edir. 

Dilin leksik qatında son dövrlərdə baş verən dəyişikliklər türkoloqların da maraq dairəsinə 

səbəb olmuşdur. Bu məsələyə aydınlıq gətirən M.Mirzəliyevanın fikrincə, türk dillərinin 

leksikasında son illərdə baş verən dəyişikliklər təbiidir və bu dəyişmələr türk dillərinin bütün 

normalarına uyğun yeni sözlərin yaranması, dilin passiv fondunda qalmış söz və terminlərin 

yenidən dilə gəlməsi, yeni mənalarda çıxış etməsi, dünyaya inteqrasiya ilə əlaqədar yabançı sözlərin 

müstəqil türk dillərinə güclü axını və s. ilə müşahidə etmək olar. Şübhəsiz ki, son nəticədə türk 

dillərinin leksikasında baş verən əsaslı dəyişikliklər bütövlükdə dillərin zənginləşməsinə, onların 

təkmilləşməsinə səbəb olur (9, 291-293). 

Müqayisəli araşdırmalar çərçivəsində müəyyənləşdirilmişdir ki, müasir türk dillərinin leksikası 

o dillərin daşıyıcılarının tarixi keçmişi ilə bağlı olaraq formalaşmış lüğət tərkibinin, söz 

ehtiyatlarının müasir durumunu, leksik sisteminin vəziyyətini, leksik vahidin inkişaf 

qanunauyğunluqlarını öyrənir. Aydın olur ki, bir-birinə qohum dillərin söz tutumu eyni ola bilmir. 

Məsələn, qaqauz dilinin ləng inkişafı onun lüğət tərkibinin zənginləşməsinə mane olmuşdur. Əksinə 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



303

Türkiyə türkcəsi, Azərbaycan və türkmən dillərinin inkişaf sürəti leksik tərkibin zənginləşməsinə 

münbit şərait yarada bilmişdir (10, 17). 

Türkologiyada fellərin semantikasının müqayisəli tədqiqinə dair müxtəlif fikirlər mövcuddur. 

K.M.Musayev cənubi qıpçaq dillərində işlənən felləri digər qohum olan və qohum olmayan dillərlə 

müqayisə etmişdir. O, fellərin semantik inkişafına səbəb olan amillərdən biri kimi çoxmənalılığı 

əsas götürür (18, 310). E.Z.Kajıbəyov isə türk dillərində təkhecalı fellərin mənasının dəyişməsində 

əsas səbəblər sırasında ilkin komponentin şəklinin dəyişməsi və ya sait əvəzlənməsini xüsusi qeyd 

edir. Təkhecalı fellərdə bir saitin digər saitlə əvəz edilməsi də məna diferensiasiyasına gətirib 

çıxarır. Məsələn, sız- “sızmaq, sızıb keçmək”; süz- “süzmək, süzgəcdən keçirmək” (19, 106).  

Azərbaycan dilçiliyində fellərin leksik-semantik inkişafını ilk dəfə araşdıran Q.Bağırov 

Azərbaycan dilində işlənən felləri digər türk dilləri ilə müqayisə edərək onların ilk təşəkkül 

dövrünün aydınlaşdırılmasında yazılı abidələrin materiallarından istifadə etmişdir. O, müasir 

Azərbaycan dilindəki felləri qədim türk yazılı abidələrindəki fellərlə müqayisə edərək belə bir 

nəticəyə gəlmişdir ki, təkhecalı fellərin özülü əsasında fellər kəmiyyətcə artmışdır(1, 18-19).   

X.İ.Əfəndiyeva “Azərbaycan və türk ədəbi dillərində kök və düzəltmə fellərin semantik 

diferensiallaşması” adlı tədqiqat işində türk və Azərbaycan dillərində kök və düzəltmə fellərin 

semantik inkişafında üç istiqamət – mənanın şaxələnməsi, mənanın konkretləşməsi və məna 

keçməsi müəyyənləşdirilmişdir (2, 21). 

Göründüyü kimi, aparılan tədqiqatlar həm dillərin tarixi inkişafını, həm də müasir vəziyyətini 

əhatə edir. Oğuz dillərinin dördünün də bir arada tədqiqata cəlb etmək, tarixi-müqayisəli 

araşdırmalar aparmaq həmin dillərin söz köklərində vahid türk dilinin dayandığını, inkişaf 

dövrlərini, ayrılma tarixini dəqiqləşdirməyə kömək edə bilər. Tədqiqat zamanı bu prinsipləri nəzərə 

alaraq, verilən nünunələri istər qədim mənbələrlə, istərsə də orta əsr yazılı mənbələrilə, eləcə də 

həmin dillərin müasir mərhələsi ilə tutuşdurulur, bəzən də dialekt və şıvələrə müraciət olunurdu. Bu 

baxımdan Oğuz qrupu türk dillərində işlənən fellərin əksəriyyəti öz ilkin mənasını itirməyərək, 

müasir dövrdə də məhsuldarlığını qoruyub saxlasa da, müəyyən qismi fonetik dəyişikliyə uğramış, 

bəziləri isə arxaikləşərək (ağmaq “qalxmaq”, tayınmaq “sürüşmək”, ivmək “tələsmək” və s. ) ədəbi 

dildən çıxmışlar. Tədqiqat zamanı fellərin çoxluğunu nəzərə alaraq, həmçinin fellərin hamısını oğuz 

dilləri ilə müqayisə etmək imkan xaricində olduğu üçün yalnız bir neçə nümunə üzərində araşdırma 

aparmağı məqsədəuyğun hesab etdik. Məqsədimiz həmin nümunələr əsasında oğuz dillərində gedən 

leksik-semantik dəyişmələri izləməkdir. 

Getmək. Bu fel türk dillərində get//git//kit//ket//kət//qet//qed və s. fonetik variantlarında özünü 

ğöstərsə də,  müxtəlif məna variantlarında işlənir. Müasir Türkiyə türkcəsində gitmək feli “bir yerə 

yönəlmək”, “yoxlamaq”, “yaraşmaq”, “tükənmək, xərcləmək” mənalarında işlənir. Orta əsr türk 

(osmanlı) abidələrində isə bu felin “var olmaq”, “yox olmaq” mənalarına rast gəlinir:Bizim Çin 

İlinde bu adet gider; Kim ol günler ol günler er arvatı terk eder; Gece ile belimden giden altı yüz 

seksen akçayı mezburdan taleb ederin(3, III, 1705-6). Müasir Azərbaycan dilində getmək feli 

“addım atmaq, yerimək, hərəkət etmək, olduğu yeri tərk etmək, köçmək” mənalarında işlənir (4, 

145). Müasir türkmən dilində qitmək “yox olmaq, yönəlmək, xərclənmək” mənalarında işlənir (5, 

181). Qaqauz dilində isə “getmək” mənasında təsadüf olunur (6, 116). 

Getmək feli ge-//-gi sinkretik kökündən və -t icbari növ əlamətinin birləşməsindən yaranmışdır. 

Q.Kazımovun fikrincə, ulu dilin sözlərinin müxtəlif dil ailələrindəki forma və semantik 

xüsusiyyətlərinin müqayisəsi göstərir ki, hətta müasur dövrdə antonim məqamda işlənən bir sıra 

leksik vahidlər də bir kökdən törəmişdir. Buna ən tipik misal *gi sözüdür. Bu söz ulu dilin 

parçalanması ərəfəsində bütün canlı və cansız varlıqların müxtəlıf növ hərəkətini bildirmiş, bütün 

protodillərə keçmiş, dil ailələrinə yayılmışdır (7, 36). Müəllif hesab edir ki, sözün çoxmənalılığı ulu 

dildən başlayır və bu hal şumer dilində də öz izlərini saxlamışdır. E.ə. IV minilliyə aid şumer 

ideqramlarında ayaq şəkli “getmək, “gedir”, “gəlir”, “qayıdır” mənalarını ifadə edirdi. E.ə.III 

minilliyin əvvəllərinə aid şumer sillaboqramlarında da gi, gin sözləri 

“getmək”,”gəlmək”,”qayıtmaq”, “gedir” mənalarındadır (7, 37). 

Qədim türk lüğətində də ki-//ke- kökü “getmək” mənasını ifadə edir və ket “yox olmaq, itirmək, 

ölmək”, “yollanmaq, getmək”, “özünü saxlamaq” mənalarında qeyd olunmuşdur: ben bir otuz 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



304

yaşımda sizima kettim (“İyirmi bir yaşım olanda özümünküləri itirdim”) (20, 303). V.V.Radlov öz 

lüğətində  qit variantını verərək, sözün “getmək, uçmaq, keçmək, göndərmək, ölmək, casusluq 

etmək” kimi mənalarını vermişdir (21, II, 1922). 

XIV əsr abidəsi olan Nəsiminin dilində getmək felinin “uzaqlaşmaq”, “keçmək”mənalarına rast 

gəlinir: Çün gedə ortadan hicab, eynə mübəddəl ol elm, Buluna andə kim, kimün qəlbi səlim 

içindədür (11, 210). 

Getmək felinin yuxarıda qeyd olunan məna variantlarından “uçmaq”, “izləmək”, “cəsusluq 

etmək”, “göndərmək”mənaları oğuz dillərində təsadüf edilməsə də, “yox olmaq”, “uzaqlaşmaq” 

mənası türkmən dilində mühafizə olunmuşdur. 

Düşmək. Bu fel “enmək”,”yerə yıxılmaq” mənalarını ifadə edir. Qədim türk lüğətində də eyni 

mənada- “yıxılmaq, enmək” mənasında verilmişdir (20, 600). Türk dillərində bu felin 

düş//tüş//tuş//çüş//tis//kis//töş variantlarına rast gəlinir (12, III, 330). Orxon-Yenisey abidələrinin 

dilində  tüş//tüs varintlarında”düşmək, yıxılmaq, yerdəyişmək” mənalarında işlənmişdir: Tenri 

yarlıkadu, yaydımız, ügüzkə tüsdi (“Tanrı yar olduğu üçün dağıtdıq(yaydıq), çaya töküldü”) (13, 

118). 


Orta əsr türk-osmanlı mənbələrində isə düşmək felinin “hücum etmək”, “vaqe olmaq”, “məğlub 

olmaq”, “qonaq etmək”, “şəhid olmaq”, “yıxılmaq” , “aciz, çarəsiz”, “girmək, sığınmaq”, 

“yaraşmayan” kimi müxtəlıf mənalarına rast gəlınir. Məsələn; Ey furu-maye, yirmi kişi düşürdün, 

dükelinin intikamını senden alayım(3, II, 1350); Kafesi sıdım bir tahta ilə suya düştüm, tahtanı yel 

sürdü on gün gittim (3, II, 1350); Ey sultanım, vacip budur kim evvel İstanbula düşesin(3, II, 1349) 

və s. Müasir Türkiyə türkcəsində düşmək feli mənasını daha da genişləndirərək, otuza yaxın 

mənada işlənir. Məsələn; “yıxılmaq”: Çocuk koşarken yere düştü; “yuxarıdan aşağıya enmək”: 

Havada uçan kuş vurulmuş kibi birdenbire sokağa düşüyor (R.N.Güntekin) (22, I, 422).  

Orta əsr Azərbaycan yazılı abidələrində düşmək felinin ilkin həqiqi mənası ilə yanaşı, 

məcazlaşmış mənalarına da geniş təsadüf olunur: yola düşmək “getmək”, irax düşmək 

“uzaqlaşmaq”, qan düşmək “dalaşmaq, vuruşmaq”, ələ düşmək “aldatmaq”, ayağa düşmək 

“alçalmaq; yalvarmaq, xahiş etmək”, tağux düşmək “dağılmaq,səpələnmək”, sayrı düşmək 

“xəstələnmək” və s. Qeyd edim ki,  XIV əsr abidəsi olan Qazi Bürhanəddın Əhmədin “Divan”ında 

düşmək feli müxtəlıf sözlərlə birləşərək altmışa yaxın mənada işlədilmişdir: Xəyalə düşdi biliylə 

könlüm, Ağzıyla düşər can yüz gümana (14, 146); Nagah eşqünün odına yana düşmüşəm, Sevdan 

ilə uyırkən oyana düşmüşəm (14, 148); Cananı cana tərk qılan müşkilə düşər, Canana canumı qoyub 

asana düşmüşəm (14, 148). Bu kimi fellər tərkib daxilində əsas məzmununu saxlamaq şərti ilə  öz 

müstəqilliyini itirir, isimlə birlikdə yeni bir məzmun kəsb edir, məcazlaşır, nəhayət bir mənadan 

başqa bir mənaya doğru inkişaf edır. Bu qrupa daxil olan fellər mənşə etibarilə qədim olduğu kimi, 

həm də bu günə qədər həyatiliyini saxlamışdır (15, 40). Müasir Azərbaycan dilində düşmək feli 

“yerə enmək, aşağıya tökülmək, bir şeyin üstünə yıxılmaq” mənalarında işlənir (4, II, 182). 

Orta əsr türkmən mənbələrində də tüş  formasında “enmək” mənasında işlənmişdir (16,178). 

Müasir türkmən dilində isə bu felin “tökülmək”, “enmək” mənalarına da təsadüf olunur:Kabinadakı 

qara köynekli yiqit xem maşından düşdi (23,281). 

Müasir qaqauz dilində düşmək felinin “enmək”, “öldürmək”, “arıqlamaq, zəirləmək”, 

“kasıblamaq” mənalarına rast gəlinir: su dereda çeketti düşməə “çayda suyun səviyyəsi enməyə 

başladı” (6,170). 

Yapmaq feli “etmək”, “tikmək”, “yapışdırmaq” mənalarında işlənmişdir. Qədim türk lüğətində 

yapmaq omonim fel kimi verilmişdir: yap- “qurmaq, tikmək, etmək, yaratmaq”; yap- “örtmək, 

bürümək, bağlamaq”; yap- “yığmaq, qatlamaq, yapışdırmaq” (20, 235). Orxon-Yenisey 

abidələrində isə “etmək, düzəltmək” mənalarında işlənmişdir (13, 189). 

Orta əsr türk-osmanlı mənbələrində yapmak//yapamak feli “qapamaq, örtmək” mənalarında 

qeydə alınmışdır: Beni gördü kaçdı,bir mescide girdi, kapusun yapdı (3, VI, 4300). Müasir Türkiyə 

türkcəsində isə “əmələ gətirmək, təmir etmək, məşğul olmaq, yerinə yetirmək, etmək”; 

“evləndırmək, yetişdirmək, sahib olmaq, davranmaq, olmaq” mənalarında geniş işlənir: ev yapmak, 

yemek yapmak, heykel yapmak, mühakime yapmak, resim yapmak və s. (22, 154). Verilən 

nümunələri müasir Azərbaycan dili ilə müqayisə etsək, görərik ki, yapmaq feli başqa fellərlə ifadə 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



305

olunur. Birinci kimponent saxlanılır, ikinci komponent dəyişilir: ev tikmək, yemək bişirmək, heykəl 

düzəltmək, mühakimə yürütmək, şəkil çəkmək və s.  

Orta əsr abidələrimizdə yapmaq felinin “tikmək", “etmək” mənalarına rast gəlinsə də, müasir 

Azərbaycan dilində yalnız “yapışdırmaq” mənası işlənir. Müasir türkmən dilində “örtmək”, 

“yapışdırmaq”, “boynuna götürmək”, “qurtarmaq”, “vurmaq” mənaları qeydə alınmışdır (8, 292). 

Qaqauz dilində yapmak//yapmaa feli “əməl etmək”, “qurmaq”, “bayram etmək”, “hazırlamaq”, 

“idarə etmək” mənalarında işlənir: düün yapmaa “toyu idarə etmək” (6, 214). 

Göründüyü kimi, Oğuz qrupu türk dillərinin qohumluğu, hər şeydən əvvəl, dillərin inkişafı, 

lüğət tərkibi, qrammatik quruluşu, sözyaratma və sözdəyişmə qaydaları haqqında aydın təsəvvür 

yaradır. Tədqiqatın əsas məqsədi faktik dil materialları əsasında fellərin leksik-semantik 

xüsusiyyətlərini aşkara çıxarmaq və bu dillərin inkişaf qanunauyğunluqlarını izləməkdir. Bütün bu 

araşdırmalar bir daha sübut edir ki, Oğuz türkləri istər dil baxımından, istərsə mədəniyyət 

baxımından bir kökün, bir nəslin bugünkü yadigarlarıdır. Ziya Göyalp yazırdı: “bu gün kültür 

yönündən birləşməsi asan olan türklər, xüsusilə Oğuz türkləri, yəni türkmənlərdir. Türkiyə türkləri 

kimi Azərbaycan, İran və Xarəzm (Türkmənistan – A.Q.) ölkələrin türkmənləri də Oğuz nəslinə 

mənsubdurlar. Deməli türkçülüyümüzdə yaxın ilgimiz – məfkurəmiz “Oğuz birliyi” olmalıdır... 

beləliklə, Xarəzm, İran, Azərbaycan və Türkiyə ölkələri türk etnoqrafiyası baxımından eyni ailənin 

yurdlarıdır” (17,37). 

ƏDƏBİYYAT 

1.

  Bağırov Q.Azərbaycan dilində fellərin leksik-semantik inkişafı. Bakı, 1971. 



2.

  Əfəndıyeva X. Azərbaycan və türk ədəbi dillərində kök və düzəltmə fellərin semantik 

diferensiallaşması. Nam.dis., Bakı,1997. 

3.

  Tarama sözlügü. Ankara, III, 1967. 



4.

  Azərbaycan dilinin izahlı lüğəti. Bakı,III, 1983. 

5.

  Turkmensko-russkiyslovarğ. M., 1968. 



6.

  Qaqauzsko-russko-moldavskiy slovarğ. M., 1973. 

7.

  Kazımov Q. Azərbaycan dilinin tarixi. Bakı, 2003.  



8.

  Meredov A., Axallı S. Turkmen klassıkı gdebiяtının tekstleri boönça qısqaçasozluk. 

Aşqabad, 1963.  

9.

  Mirzəliyeva M. Dilin lüğət tərkibi: təşəkkül, inkişaf və təkmilləşmə (mülahizə və 



düşüncələr) // Türk dillərinin tarixi müqayisəli leksikologiyası məsələləri. I cild, Bakı, 2004.  

10.


 Kazımov İ. Müasir türk dillərinin müqayisəli leksikası. Bakı, 2010. 

11.


 Məmmədov E. Nəsiminin leksikası oğuz dilləri kontekstində. Türk dillərinin tarixi-

müqayisəli leksikoloğiyası məsələləri, IIcild, Bakı, 2004. 

12.

 Sevortяn G.V. Gtimoloqiçeskiy slovarğ törkskix яzıkov.t.I-III., M., 1974-1980. 



13.

 Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri, Bakı, 1983. 

14.

 Qədimalıyeva A. Qazi Bürhanəddin “Divan”ının leksikası. Bakı, 2008. 



15.

 Cavadova M. Şah İsmayıl Xətainin leksikası. Bakı, 1977. 

16.

 Muxamedova Z.B. İssledovaniя po istorii turkmenskoqo яzıka XI-XIVvv., Aşxabad, 1973.  



17.

 Ziya Göyalp. Türkçülüyün əsasları. Bakı, 1991. 

18.

 Musaev K.M. leksika törkskix яzıkov v sravnitelğnom osvehenii(zaradno-kıpçakskaя 



qruppa). Moskva, 1975. 

19.


 E.Z. Kajibekov. Qlaqolğno-imennaя korrelяüiя qomoqennıxkorneyvtörkskix яzıkax. 

Alma-ata,1986. 

20.

 Drevnetörkskiyslovarğ. L., 1969.  



21.

 Radlov V.V. Opıt slovarя törkskix nareçiy. t.I-IV, SPb., III, 1905. 

22.

 Türkce sözlük. I-IIc., Ankara, 1992. 



23.

 Turkmendilininsozluqi. Aşqabat, 1962. 

 

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



306

Aynur Gadimaliyeva 

Lexical and semantic development of verbs in the Turkish languages of the Oghuz branch 

Summary 


 

From the philological aspect, the study  on the comparison of the Turkish languages, which 

have old history, once more proves that the all-Turkish languages have been existed for centuries, 

and the contemporary Turkish languages, which were once artificially isolated, are the successor of 

ancient Turkish. Relationship and closeness of the Turkish languages to one another were reflected  

in the joint elements found in the language of the written monuments, at the same time, at the 

contemporary stage of these languages, especially in their dialects and accents with historical facts . 

On the basis of the turkological research carried out recently , in order to trace the development 

stages of the Turkish language family, the matters such as to find out the linguistic facts maintained 

in the vocabulary of these languages in a sufficient amount, especially verbs, to draw comparisons, 

and  to reach the necessary conclusion are catching attention today. One of the basic directions in 

the lexical and semantic development of verbs in  the  Oghuz  languages is to save one or some of 

the primary meanings of the motion titles, to form newer meaning options in the result of the loss of 

other meanings. For instance, some verbs such as getmək, qalmaq, yapmaq, yanaşmaq, görmək, 

düşmək and etc., are mentioned as the verbs exposed to differentiation. 

Key words: the Oghuz languages, verb, lexical meaning, semantic change 

 

 

 



 

 

Baba Məhərrəmli, fil.ü.f.d.,dosent 



AMEA Nəsimi adına Dilçilik İnstitutu 

baba_magerramli@mail.ru 

 

TÜRK DİLLƏRİNİN ETİMOLOGİYASININ NƏZƏRİ PROBLEMLƏRİ 



Dilin tarixi, ilk növbədə, sözün tarixi ilə bağlıdır. Sözün kökü, mənşəyi, söz köklərində 

morfonoloji, semantik dəyişmələr mövzusu hər zaman dünya dilçiliyinin əsas tədqiqat obyekt-

lərindən biri olmuşdur.  

Dünya dilçiliyində ilkin söz qatının hansı nitq hissələrindən ibarət olması məsələsi hələ də 

mübahisəlidir. Dilçilik tarixində uzun illərdir ki, bu mövzuda diskussiyalar davam edir. Yafəs 

nəzəriyyəsinin banisi N.Marr yazırdı ki, qədimdə feillər müstəqil nitq hissəsi olmamışdır. Onlar 

yalnız frazada, ifadədə ad bildirən sözün feil kimi işlənməsi nəticəsində yaranmışdır, bir sözlə, 

bütün feillər isim köklərindən təşəkkül tapmışdır (13, 21-22). Q.Şuxardt, A.Trombetti, Q.Royne, 

K.Herman və bir çox digər dilçilərin fikrincə, adlarla müqayisədə, feillər daha qədim söz qruplarıdır 

(8, 131). F.Boppun fikrincə, hind-Avropa dillərində ilk yaranan təkhecalı köklər iki yerə bölünür: 1) 

feil kökləri; 2) əvəzlik kökləri. Birincilərdən feillər və adlar (yəni isimlər və sifətlər); ikincilərdən 

isə əvəzliklər və bütün ilkin önlüklər, bağlayıcılar və ədatlar yaranmışdır (1, 25). Türkologiyada bu 

məsələdə sinkretik köklər nəzəriyyəsinə üstünlük verilir. Fikrimizcə, isim, feil, əvəzlik kökləri 

dünya dillərinin ən qədim leksik layına aiddir. 

Altayşünaslıqda və türkoloji dilçilikdə kök morfemlərin fonetik strukturu haqqında da tə-

zadlı fikirlər var. Maraqlı fakt ondan ibarətdir ki, türk dillərində təkhecalı olan eyni sözlər monqol 

dillərində ikihecalı şəkildədir: məsələn, tür. ud-, mon. utu- “udmaq” (10, 1370), tür. sor-, mon. 

sura- “soruşmaq” (10, 1144) və s. Müqayisə üçün qeyd edək ki, türk dillərində monosillabik kök 

morfemlər monqol dillərində olduğu kimi, digər Altay dillərindən olan tunqus-mancur dillərində də 

ikihecalıdır: tür. ov “şikar”, mon. av, sol. ava, manc. aba (17, I, 7), tür. ot, monq. ota, tun.- manc. 

okta “ot” (17, II, 46) və s. Bu paralel faktlar bir daha göstərir ki, türk dilləri monqol və tunqus-

mancur dillərindən daha əvvəl təşəkkül tapmışdır. Yəni nostratik dillərdən olan Altay dilləri 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



307

içərisində türk dillərinin formalaşması daha erkən başa çatmışdır, çünki təkhecalı kök morfemlər 

çoxhecalı morfemlərdən öncə yaranmışdır.  

Türk dillərinin kök sözlərində diqqəti cəlb edən səciyyəvi xüsusiyyətlərdən biri də bəzi türk 

dillərində təkhecalı olan köklərin digərlərində ikihecalı olmasıdır. Məsələn, əksər türk dilində at, 

xotan dilində ată, əksər türk dilində bud, xotan dilində butū. A.M.Şerbak xotan dilindəki bu hadi-

səni monqol və ya çin dilinin təsiri ilə izah edir. O, türk dillərində 50-dən çox bi tipli, yəni ikili 

xüsusiyyətə malik kökün mövcudluğunu qeyd edir (20, 38; 40.). Həm türkologiyada, həm də hind-

Avropa dilçiliyində sözlərin arxetiplərinin reksonstruksiyası zamanı təkhecalılığa üstünlük 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin