verilməsinə baxmayaraq, son illərdə aparılan etimoloji araşdırmalarda çoxhecalılıq əsasında da söz
köklərinin bərpası müşahidə olunur. Məsələn, A.Dıbo, O.Mudrak və S.Starostin tərəfindən hazır-
lanmış “Altay dillərinin etimoloji lüğəti”ndə (EDAL) ikihecalı rekonstruksiya geniş yer tutmaq-
dadır. A.Bomhardın nostratik araşdırmaları isə təkhecalılığa əsaslanır (3, 21).
Əslində, türk dillərinin materialları əsasında əksər ikihecalı sözü diaxronik baxımdan bir-
hecalı şəkildə rekonstruksiya etmək imkanları genişdir. Bunun üçün, əlbəttə, uzun araşdırmalar,
dərin etimoloji tədqiqatlar, zəngin tipoloji müqayisələr tələb olunur. Yəni nəzəri cəhətdən istənilən
ikihecalı türk sözünü birhecalı biçimdə rekonstruksiya etmək mümkün ola bilər. Əlbəttə, bu araşdır-
malarda ən qədim yazılı qaynaqlardan tutmuş dialekt faktlarına qədər geniş arealda analizlər,
təhlillər aparmaq gərəkdir. Hind-Avropa dilçiliyində daha çox dəstəklənən monosillabizm ideyası
türkologiyada da müdafiə olunur. İlkin söz köklərinin monosillabik quruluşda olması fikri, əlbəttə,
daha inandırıcıdır, çünki inkişaf hər zaman sadədən mürəkkəbə doğru getmişdir. Təbii ki, çox-
hecalılıq dilin tarixi inkişafının sonrakı mərhələsinə aiddir. İ.M.Tronskiy yazır ki, müqayisəli-tarixi
metod sözün ancaq arxetipini müəyyənləşdirməyə kömək edir. Daha dərin qatlara enmək üçün digər
metoddan – sistemli rekonstruksiyadan istifadə etmək lazımdır ki, onun da örnəkləri qeyri-dil
materiallarından seçilməlidir. Məsələn, tarixəqədərki etnoqrafiya sahəsindən bəhrələnmək olar (21,
5). Ümumiyyətlə, söz köklərinin arxetip formalarının bərpasında ən qədim yazılı dil materialların-
dan başqa, folklor, etnoqrafik, mifoloji, tarixi qaynaqlar da mühüm mənbələr kimi istifadə
olunmalıdır. Hind-Avropa dilçiliyi ilə türkologiyada kök morfemlər probleminin araşdırılmasında
həm ümumi, həm də fərdi cəhətləri mövcuddur. Nəzəri məsələlərdə hind-Avropa dilçiləri daha çox
elmi nəticələr əldə etmişlər. Belə ki, hind-Avropa dilçiliyində ilkin söz kökləri ilə bağlı sistemli
qanunauyğunluqlar müəyyənləşdirilmişdir. Hind-Avropa dilçiliyində ilkin səslərin mənşəyi ilə bağlı
yaradılan larinqal nəzəriyyə rekonstruksiya məsələlərində çox köməyə gəlir.
Son dövrlərdə dünya dilçiliyində kök morfemlərin digər qohum olmayan dillərin faktlarına
əsasən praformalarının bərpa edilməsi istiqamətində də tədqiqat işləri aparılır. Bu isə rekons-
truksiyanın miqyasını genişləndirir, müqayisəli-tarixi metodun sərhədindən kənara çıxır, tipoloji
rekonstruksiyanı aktuallaşdırır. Müasir dilçilikdə xarici rekonstruksiya metodunun sərhədlərinin
genişləndirilməsi daha dəqiq elmi nəticələrə gəlməyə imkan verir. Bəzi türkoloqlar türk dillərinin
digər Altay dilləri ilə qohumluğunu inkar edib, mövcud paralellikləri dil əlaqələrinin nəticəsi kimi
təqdim etsələr də, əslində, bu, genetik bağlılıqdır. Nostratik nəzəriyyə isə dünya dillərində homogen
söz köklərinin mövcuduğunu həm uyğun səs keçidləri, həm də analoji semantika ilə sübut edir.
Çağdaş türk dillərinə aid mövcud etimoloji lüğətlərdə daha çox araşdırılan sözün müxtəlif
türk dillərindəki variantları verilir, arxetiplər, prasemantikalar isə bərpa olunmur. Hər bir etimoloji
araşdırma nəticəsində mütləq tədqiq olunan sözün ilkin fonetik forması bərpa olunmalıdır, çünki ilk
fonetik biçimin bərpası qədim söz kökünün morfonoloji inkişafının istiqamətlərinin müəyyənləş-
dirilməsinə imkan yaradır. Müqayisə üçün göstərək ki, J.Pokornunun 1959-cu ildə tərtib etdiyi
hind-Avropa dillərinə aid məlum etimoloji lüğətdə (16) hind-Avropa sözlərinin ilkin formaları
mümkün səs keçidlərinə əsasən bərpa edilmişdir. Həmin lüğətin mükəmməlliyi ondadır ki, oradakı
məlumatlar əsasında hind-Avropa dillərinin kök sözləri, onların inkişaf istiqamətləri, ilkin
semantikaları, arxetipləri haqqında tam təsəvvür yaranır.
B.Əhmədov tərəfindən 1999-cu ildə “Azərbaycan dilinin qısa etimoloji lüğəti” tərtib olunsa
da, bu lüğət çox səthi xarakterlidir. Həmin lüğətdə verilən etimoloji təhlillər çox bəsitdir, bir çox
izahlar elmi həqiqəti əks etdirmir, lüğətin bir çox qüsurları vardır. Həcmcə çox kiçik olan bu
lüğətdə daha çox türk mənşəli deyil, alınma sözlər yer almışdır. Lüğətdə verilən etimoloji izahlarda
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
308
səs keçidləri faktları nəzərə alınmamış, türk dillərinin zəngin faktlarından çox məhdud şəkildə
istifadə olunmuş, etimoloji şərhlərin bir çoxu inandırıcı deyil, yanlış mülahizələr üzərində qurul-
muşdur (6, 3-366). Ancaq ilk təşəbbüs kimi B.Əhmədovun bu cəhdi təqdir olunmalıdır. Vaxtilə
A.Axundovun rəhbərliyi altında “Azərbaycan dilinin tarixi-etimoloji lüğəti”nin yaradılması istiqa-
mətində işlər aparılsa da, sonradan bu işlər yarımçıq qaldı. Halbuki etimoloji lüğətin yaradılması
hər bir dövlətin strateji siyasətinə xidmət edir. A.Axundovun bir çox məqalələri etimoloji şərhlərə
həsr olunmuş, alim bu istiqamətdə silsilə məqalələr yazmışdır. A.Axundov “Azərbaycan dilinin tari-
xi-etimoloji lüğətinə dair materiallar” adlı məqaləsində bir sıra sözlərin etimoloji izahını təqdim et-
miş, etimoloji lüğətin tərtibi prinsiplərini müəyyənləşdirmişdir (2, 424-480.). Hal-hazırda
Azərbaycan dilinin kompleks etimoloji lüğətinin yazılmasına böyük ehtiyac var.
Müasir türkoloji araşdırmalarda dünya dilçiliyinin son nailiyyətlərinin, yeni metodlarının
tətbiqinə əsaslanmalı, dünya dilçiliyində gedən proseslərdə inteqrasiya özünü göstərməlidir.
Fikrimizcə, türk dillərinin etimoloji araşdırmalarında səs keçidlərinin mahiyyətinin izah olunması
zamanı F.de Sössür tərəfindən yaradılmış larinqal nəzəriyyədən daha çox istifadə olunmalıdır. Bu
nəzəriyyəyə görə, tarixən dilarxası samitlərin dilönü samitlərə keçidi baş vermişdir. Doğrudur, bu
nəzəriyyə daha çox hind-Avropa dillərinə aid edilir. Ancaq türk dillərində də həmin nəzəriyyənin
tətbiqi yeni dil faktlarının aşkarlanmasına səbəb ola bilər. Azərbaycan dilçiliyində F.Cəlilovun bu
istiqamətdəki araşdırmaları təqdirəlayiqdir.
Dilçilikdə söz köklərinin mənşəyi məsələsində fikirlərdə subyektiv baxışların olması təbii
haldır. Bəzən bizə milli mənşəli kimi görünən söz kökləri bir çox alimlər tərəfindən alınma hesab
olunur. Məsələn, V.İvanov türk dillərində ən qədim feillərdən biri olan və yaxud sayılan yap-
feilinin toxar dilindəki up-“etmək” feilindən alındığını iddia edir. O, qədim Anadolu dillərinə aid
toxar dilində ya-, luv dilində aya, xett dilində iya- “etmək” köklərinin homogen olduğunu göstərir
(7, 261). Son dövrlərdə dünya dilçiliyində daha da aktuallaşan nostratik istiqamətli araşdırmalar da
xalis türk mənşəli hesab edilən sözlərin çoxunun ortaq, vahid protodilə məxsusluğunu sübut edir.
Eyni zamanda, ölü dillərdəki faktlarla türk dillərindəki söz köklərinin müqayisəsi dil tarixi üçün
zəngin material verir.
Türkologiyada etimoloji araşdırmalarda bəzən məlumat qıtlığı və yaxud da məhdud
araşdırma dəqiq nəticələr əldə etməyə imkan vermir. Məsələn, Azərbaycan dilindəki damcı, türk
dilindəki damla, çuvaş dilindəki tamla sözünün kökü müasir monqol dilində tam formasındadır.
İndi də Azərbaycan dilində dam- feili müstəqil morfem kimi işlənir. Halbuki B.Yunusəliyev bu
kökün CVC(samit+sait+samit) şəklində yalnız müasir monqol dilində mühafizə olunduğunu iddia
etmişdir (22 ,75).
Dilçilikdə kar samitlər mövqeyinə görə güclü səslər hesab olunur. Buna görə də qədim türk
söz kökünün kar anlautu daha inandırıcıdır. Həm türkologiyada, həm də hind-Avropa dilçiliyində
kar anlaut ideyası dəstəklənir. Ümumiyyətlə, türkologiyada ilkin köklərdə kar-cingiltili samit
oppozisiyası ən çox mübahisə doğuran məsələlərdən biri hesab olunur. Kar anlauta üstünlük verən
türkoloqların əsas arqumenti qədim türk yazılı qaynaqlarındakı faktlardır. Bəzən bu hadisə, yəni söz
əvvəlində kar-cingiltili samit oppozisiyası qədim dialekt diferensiasiyası faktı kimi də şərh edilir.
K.Musayev “Türk leksikologiyasının əsas problemləri” adlı məqaləsində yazmışdır ki,
türkologiyada ən vacib məsələlərdən biri türk dillərində daşlaşmış, bölünməz köklərin tədqiq olun-
masıdır (15, 25). A.Məmmədov qeyd etmişdir ki, təcrübə göstərir ki, etimoloji təhlil nə qədər daha
dərin qatları əhatə etsə, etimonun kökü və strukturu haqqında təsəvvür bir o qədər effektli və real
olacaq (14, 14). Təəssüf ki, türk dillərinə aid ayrı-ayrı etimoloji lüğətlərdəki və araşdırmalardakı
təhlillər dilin dərin qatlarına enə bilməmiş, ancaq təsviri məlumatlarla yekunlaşdırılmışdır.
Dilçilikdə belə bir fikir formalaşmışdır ki, səs təqlidi ilə yaranan sözlərin müxtəlifsistemli
dillərdə oxşar olması təbii haldır. Bu tipli köklərin mənşəyinin bir olması fikri dilçilikdə müəyyən
mübahisələrə səbəb olur. Fikrimizcə, bu məsələdə ikili yanaşma var. Bəli, insan təfəkkürünün eyni
olması, insan beyninin ətrafdakı aləmə eyni reaksiya verməsinin nəticəsi olaraq müxtəlif dillərdə
oxşar semantikaya və oxşar səs tərkibinə malik sözlərin yaranması normaldır. Bu tipli sözlərin bir
qisminin analogiya təşkil etməsi təsadüfi sayıla bilər. Ancaq dünya dillərində ən qədim ortaq kök
sözlərin əksəriyyətinin mənşəyi məhz səs təqlidi ilə bağlıdır. Belə sözlərin müxtəlifsistemli dillərdə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
309
uyğun olması təsadüfi ola bilməz. Həmin qrupa aid olan sözlərin dünya dillərində homogenlik təşkil
etməsi məsələsinə skeptik yanaşmaq lazım gəlmir. Bu məsələdə iki aspekt nəzərə alınmalıdır: 1)
müxtəlifsistemli dillərdəki səs təqlidi ilə yaranan sözlərin bir qrupu təsadüfi uyğunluq təşkil edir; 2)
müxtəlifsistemli dillərdəki mənşəyi səs təqlidi ilə bağlı olan sözlərin bir qisminin kökü, genezisi
birdir.
Dünya dilçiliyində ilkin söz modelləri haqqında fərqli fikirlər mövcuddur. İlkin söz kökünün
samitdən yaranmasını dünyanın ən qədim və zəngin dillərindən olan sami dillərində söz köklərinin
əsasən samitlərdən təşkil olunması sübut edir. A.Bomhard protonostratik dillərdə söz önündə sait
səslərin olmadığını qeyd edirdi. Onun fikrincə, nostratik mərhələdə hər bir kök samitlə başlamışdır
(3, 21). A.Dolqopolski protonostratik dillərdə samitlərin zəngin olduğunu, saitlərin isə sayının cəmi
yeddi olduğunu qeyd edir (4, 8). E.Makayev qeyd edir ki, hind-Avropa dillərində samitlərin ilkin və
bütün saitlərin isə sonradan yaranması fikri düzgün deyildir (11, 45). Türkologiyada isə ilkin
köklərin sami və sait modifikasiyaları əsasında formalaşdığı ehtimal olunur.
Dünya dilçiliyində etimoloji araşdırmalarda mifoloji qaynaqlara da geniş istinad edilir.
T.Qamkrelidze, V.İvanov, V.Toporovun araşdırmalarında qədim mifoloji faktlardan rekonstruksiya
zamanı bəhrələnmişlər (9, II, 362). Türkologiyda isə bu mənbə etimoloji araşdırmalarda o qədər də
nəzərə alınmır. Dünya dilçiliyində alternativ, qeyri-ənənəvi etimologiyadan da istifadə olunur.
Məsələn, ilkin söz köklərinin inkişafına qədim simvolika prinsipindən yanaşanlar da var. M.Makov-
skinin bu sahədəki araşdırmalarını xüsusi qeyd edə bilərik. M.Makovski hind-Avropa dillərində
fonetik baxımdan oxşar və eyni, ancaq semantika baxımından tam fərqli olan sözlərin qədim
rituallarla, simvolika baxımından eyni mənşəyə malik olduğunu göstərirdi. Onun araşdırmalarının
nəticəsinə görə, hind-Avropa dillərindəki formaca eyni, semantik baxımdan fərqli sözlərin mənşəyi,
genezisi qədim insanların ritual fəaliyyəti ilə bağlıdır (12). Bu fikirdə mübahisəli məqamlar çoxdur.
Dilin yazıya qədərki vəziyyətini əks etdirən protoleksik qata aid kök sözlərin arxetiplərini
müəyyənləşdirmək üçün dərin etimoloji araşdırmalar, zəngin müqayisələr aparmaq lazımdır. Daxili
və xarici rekonstruksiya bir dilin və yaxud qohum dillərin faktlarının müqayisəsi üzərində qurulur.
Ancaq nostratik köklərin bərpası müxtəlifsistemli dillərdəki analoji faktların müqayisəsi əsasında
aparılır. Bu rekonstruksiyada uyğun səs keçidləri və semantik prinsip əsas götürülür.
Dilçilikdə belə bir ənənəvi fikir mövcuddur ki, sözün ilkin forması mütləq yazılı
qaynaqlarda qorunmalıdır. İlkin forma bu və ya digər şəkildə öz izini yazılı qaynaqlarda mühafizə
etməlidir, halbuki bu fikir reallığı əks etdirmir. S.Əlizadənin təbirincə desək, vacib deyil ki, pra-
forma mütləq qədim yazılı qaynaqlarda qorunsun (5, 47-50). Yəni sözün ilkin forması, biçimi
qədim mənbələrdə qoruna da bilər, qorunmaya da. Bizim dilçiliyimizdə belə bir stereotip formalaşıb
ki, hər hansı bir sözün kökünü araşdırırıqsa, mütləq onun qədim forması yazılı qaynaqlarda öz
əksini tapmalıdır. Əslində isə, ilk söz kökləri yazıyaqədərki dövrlə bağlıdır. Yəni bir çox halda ilkin
söz kökünü nəzəri baxımdan bərpa etmək mümkündür. Morfonoloji qanunauyğunluqlar əsasında,
analoji derivatlar əsasında ilkin kökü nəzəri cəhətdən bərpa etmək imkanları genişdir.
Məlumdur ki, hətta türk dillərində ən saf nitq hissəsi sayılan təkhecalı feil kökləri ilə qohum
olmayan, müxtəlifsistemli dillərdə analoji paralellər mövcuddur. Fikrimizcə, türk dilləri ilə qeyri-
türk dillərininin analoji köklərinin müqayisəsi etimoloji təhlil üçün kifayət qədər zəngin material
verə bilər. F.de Sössür yazırdı: “Müqayisəli qrammatikanın əsas səhvi onda idi ki, tədqiqatlarını
yalnız hind-Avropa dilləri ilə məhdudlaşdırırdı... Halbuki müqayisə tarixi həqiqəti müəyyən etmək
üçün lazım olan şəraiti yaradır (19, 56). Təəssüf ki, indiyə qədər müqayisəli-tarixi metodun
prinsiplərinə əsaslanan etimoloqlar qohum dillər sərhədindən kənara çıxmağa çox zaman səy
etməmiş və ya qohum olmayan dillərdəki analoji faktları leksik paralelliklər səviyyəsində izah
etmişlər.
Türk dillərinin kök sözlərini qohum olmayan dillərin analoji faktları ilə tutuşdurduqda,
müqayisə etdikdə ilkin praforma, arxetip haqqında tam təsəvvür yaranır. İndiyə qədər, xüsusilə
sövet dövründə müqayisəli-tarixi metoda əsaslanan türkoloqların əksəriyyəti rekonstruksiya məsələ-
lərində ancaq qohum dillərin materiallarından istifadə edirdilər. Qohum olmayan dillərdəki oxşar
paralel faktların mövcudluğu dillərarası kontaktların nəticəsi ilə izah olunurdu. Bu paralelliklərin
bir qismi alınma kimi şərh edilsə də, digər bir qismi qədim genetik əlaqədən xəbər verir. Yəni türk
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
310
dilləri ilə qeyri-türk dilləri arasındakı ortaq söz kökləri ən qədim dövrün müasir dillərdə qorunan
izləridir. Söz köklərindəki semantik və fonoloji uyğunluqlarla rekonstruksiyanın sərhədini daha da
geniş arealda aparmaq mümkündür.
ƏDƏBİYYAT
1.
Axundov A. Ümumi dilçilik. Bakı: “Maarif”, 1988, 267 s.
2.
Axundov A. Azərbaycan dilinin tarixi-etimoloji lüğətinə dair materiallar // Dil və
Ədəbiyat. 2 cilddə. I cild. Bakı: 2003, s. 424-480.
3.
Bomhard A.R. Lexical Paralells Between PIE and Other Languages. Boston:1994, 98 p.
4.
Dolgopolsky A. Nostratic Dictionary. UK: University of Cambridge, McDonald Institute
for Archaeological Research, 2008, 3116 p.
5.
Əlizadə S. Q. Türk dillərində ilkin köklər və onların derivatları//Türk dillərinin leksik-
morfoloji quruluşu. Bakı: ADU nəşriyyatı, 1981, s. 47-50.
6.
Əhmədov B. Azərbaycan dilinin qısa etimoloji lüğəti. Bakı: “Mütərcim”, 1999, 376 s.
7.
Иванов В.В. Труды по этимологии индоевропейских и древнепереднеазиатских
языков. Т.2: Индоевропейские и древнесеверокавказские (хаттские и хурритские)
этимологии. Москва: “Языки славянских культур”, 2008, 704 с.
8.
Климов Г.А. Типология языков активного строя. Москва: “Наука”, 1977, 320 с.
9.
Гамкрелидзе Т.,ИвановВ.В. Индоевропейский язык и индоевропейцы. T.I-II. Тбли-
си:Издательство Тбил.ун.-та,1984, Т.I, 428 с., Т.II, 1328 с.
10.
Lessing D. F. Moğolca-Türkçe Sözlük. 2. O-C (Z). Ankara: Türk Dil Kurumu Yayınları,
2003, 1769 s.
11.
Макаев Э. Структура слова в индоевропейских и германских языках.Москва:
“Наука”, 1970,287 с.
12.
МаковскийM. Удивительный мир слов и значений: Иллюзии и парадоксы в лексике и
семантике. Москва: “Высшая школа”, 1989, 200 с.
13.
Марр Н. Чуваши-яфетиды на Волге. Чебоксары: Чувашское государственное
издательство, 1926, 74 с.
14.
Мамедов А. Теоретические проблемы воостановления первичных корней в
тюркских языках // Вопросы Азербайджанской филология. Вып. II. Баку: 1984, c. 5-21.
15.
Мусаев К.М. Лексикология тюркских языков. Москва:“Наука”,1984, 227 c.
16.
Pokorny J. Proto-Indo-European Etymological Dictionary (A Revised Edition of Julius
Pokorny`s İndogermanisches Etymologishches Wörterbuch). İndo-European LanguageRevival
Assocation, 2007, 3441 p.
17.
Сравнительный словарь тунгусо-маньчжурских языков. T.I-II. Ленинград: “Нау-
ка”, 1975, T.I, 655 c; T., II, 471 c.
18.
Starostin S.A., Mudrak O.A., Dybo A.V. An
Etymological Dictionary of the Altaic
Languages. Part I-III. Leiden-Boston:Brill Academic Publishers
,
2003, 1558 p.
19.
Sössür de F. Ümumi dilçilik kursu. Bakı: BDU nəşriyyatı, 2003, 408 s.
20.
Щербак А.М. О происхождении первичных долгих гласных в тюркских языках //
Вопросы языкознания. Москва:1967, № 6, с. 35-47
21.
Тронский И.М. Общеиндоевропейские языковые состояние (вопросы рекон-
струкции). Ленинград: “Наука”, 1967, 103 с.
22.
Юнусалиев Б.М. Киргизская лексикология. (Развитие корневых слов).Часть I,
Фрунзе: Киргизское Государственное Учебно-Педагогического Издательство, 1959, 248 с.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
311
Baba Maharramly
The theoretical problems of etymology of the Turkic languages
Summary
The paper discusses the problems existing in etymological researches of the Turkic
languages. The author notes that though there have been successes in the Turkic etymological
studies, however, there are still many problems for which ongoing research has not yet found an
adequate solution. We need to apply the latest achievements of the world linguistics, new linguistic
methodsin etymological studies of the Turkic languages, and also we should give preference to a
global etymology.
Key words: Turkic, language, theoretical, etymology, problem
Dürdanə Rəhimzadə, fil.ü.f.d., dos.
Azərbaycan Tibb Universiteti,
Azərbaycan dili və nitq mədəniyyəti kafedrası,
rdurdana@mail.ru
OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ ƏRƏB ALINMALARINDA
İLTİSAQİLİYİN İNİKASI
Flektiv quruluşa malik ərəb dilindən iltisaqi quruluşa malik türk dillərinə keçən sözlər bir çox
dəyişikliklərə məruz qalaraq mənimsənilmə prosesi keçmişdir. Bu dəyişikliklər, əsasən, iltisaqi
dillərə məxsus qanunauyğunluqlarla bağlı meydana çıxmışdır. Bunlardan başlıcası türk dillərinin
özünəməxsus söz quruluşuna malik olmasıdır. Məlumdur ki, bir neçə samitin və ya bir neçə saitin
söz kökündə yanaşı işlənməsi türk dilləri üçün səciyyəvi deyil. Ərəb alınmalarının əksəriyyəti
əksəriyyəti üçün isə söz kökündə bir neçə sait və ya bir neçə samitin yanaşı işlənməsi
xarakterikdir. Odur ki, belə alınmalar oğuz dillərinin fonetik sisteminə uyğunlaşdırılır. Daha
doğrusu, bunların tələffüzü türk dilli xalqlar tərəfindən bir növ türkləşdirilir.Türk dillərində bir çox
sözlərin tələffüzü ilə yazılışı arasındakı fərq də məhz bu səbəbdən yaranır. Başqa sözlə, səs artımı
və səs düşümü kimi fonetik hadisələr, əsas etibarilə ərəb alınmalarının türkləşməsi zamanı meydana
çıxır.
Ərəb alınmalarının bir qismi Azərbaycan dilində yazılışına görə 2 qrupa ayrılır:
1) Bir hecalılar , məs. əmr, qəbz, qəsr və s. ;
2) İki hecalılar, məs. səbir,ətir,qədir və s.
Mənbə dildə eyni qrammatik quruluşa malik olan bu alınmaların oğuz dillərindəki
orfoqrafiyasında müşahidə olunan müxtəliflik maraq doğurur. Bu sözlərin ərəbcəsinin nəzərdən
keçirilməsi göstərir ki, eyib(
) , türk ayıp, türkmən ayip ;qəbiz(
;) türk kabız kimi sözlərin
ərəbcəsindəikinci hecada sait var və bu, türk dillərində də olduğu kimi saxlanılıb. Qəbz(
), qəsr(
); əmr(
ا ) türk emir; əsl(
ا ) türk asıl ; zülm ( ) türk zulm; həbs(
)türk hapis kimi
sözlərinərəbcəsində ikinci hecada sait yoxdur və bunların bir hecalı yazılmasının səbəbi də elə
budur.Maraq doğuran məqam səbir(
) türk sabr; qədir(
ر )türk kadir,türkmən gadir; ətir(
) zehin (
هز )zihin kimi sözlərin orfoqrafiyasıdır ki, etimon dildə ikinci hecada nəinki sait,
hərəkə belə olmadığı halda Azərbaycan dilində iki hecalı yazılır.Türk, türkmən və qaqauz dillərində
bu sözlər, əsasən iki hecalıdır.
Göründüyü kimi, bu müxtəliflik mənşə dildəki yazılışla bağlı deyil. Fikrimizcə bu, şifahi nitq
formasının zamanla yazıya keçməsinin mərhələli təzahürüdür.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
312
Gülsüm Hüseynova, fil.ü.f.d., dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Sosiolinqvistika və dil siyasəti şöbəsi
AZƏRBAYCAN TATLARININ DİLİNDƏ TÜRK MƏNŞƏLİ ARXAİZMLƏR
Dilin inkişaf tarixinin öyrənilməsində müxtəlif dillərin bir-biri ilə qarşılıqlı əlaqələrinin
araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Çünki qarşılıqlı əlaqələr əlaqədə olan dillərin bir-birinə Dostları ilə paylaş: |