I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə69/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   65   66   67   68   69   70   71   72   ...   94

yaranır   [5, 153]: 

ا ر

 

 



 ز  

 

 



 را  ق  

   نا


 

                 Səba sazının sədası altda Şəhriyar şerini, ey türk, 

Oxu ki, aşiqlərin bayramı qərarsız olur.  

XII əsr Azərbaycan şairi Xaqani Şirvani şeirlərində “gözəl” kimi anlaşılan “türk” leksik 

vahidinə çox rast gəlinir. O, 1185-ci ildə yazdığı 111 beytli “Setayeşe Xorasan – Xorasanın tərifi” 

qəsidəsinin bir beytində iki dəfə həmin “türk” anlayışına müraciət edir. Nümunədə “Əcəm” sözü 

“qeyri-ərəb ölkələri” və “Xütən” toponimi gözəl qızları ilə Şərq poeziyasında məşhur olan Çin 

Türküstanında yer adı anlamındadır. İnversiya olunmuş “ğəm nəxorəm” xəbərini kalka yolu ilə 

“qəm yemərəm” təqdim edirik .    [2, 354]: 

 

ن



  ه ن  

 

 



ا 

 

 ن ا    ناد  لد ن  ،مر



 .

 

    Hamısı Xütən türkü olan Əcəm türklərinin qəmini 



   Yemərəm, çünki sevinən ürəyi Xorasanda taparam. 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



348

“Bolbol dər ğəfəs – Bülbül qəfəsdə” qəzəlində Şəhriyar türk xalqlarının yaşadığı Soqd, 

Səmərqənd, Bəlx, Buxara adlı yerlərin adını çəkir. Sitatda “gözəl” mənasını verən “türk” leksik 

vahidi fars dilində “an” cəm şəkilçisini qəbul etmişdir. Diqqəti cəlb edən “şəkkər –ləb” ifadəsidir. 

Bu bədii təyini, yəni bədii təsvir vasitəsi olan epiteti kalka edib “şəkər dodaqlı” tərcümə edirik   [6, 

874]: 


 

  د


ن

   


 

 

ار      زا 



     زا

 .

 



     Artıq türklərin şəhərində bir şəkər dodaqlı görməzsən, 

Soqddan Səmərqəndə kimi, Bəlxdən Buxaraya kimi.   

Şəhriyar qələminə məxsus “Çəmənara – Çəmən bəzəyən” qəzəlində fars köklü “ahu”, fars 

köklü şux, ərəb köklü “şahed” və türk köklü “türk” isimləri sinonim ifadələr olmaqla fars 

poeziyasında “gözəl” mənası daşıyırlar. Ətirli maddə olan müşk ahudan alındığı üçün ahunun təyini 

“müşk verən” qeydə alınmışdır. Kəşmir də Çin Türküstanında gözəlləri ilə ad-san qazanan 

toponimdir. Dərin təfəkkür təbiətinə malik şair hər dörd vəsf olunan üçün onun təbiətinə uyğun vəsf 

edən tapmışdır  [5, 224]: 

  ر

 خ   ا و 



  ه   ا

 

  ه   و



  ا و 

ر  


 .

 

     Ey müşk verən ahu, ey əlçatmaz şux, 



Ey kəşmirli şahid, ey tatar türkü. 

“Şəme ğəm- Qəm şamı” qəzəlində Şəhriyar “türk” sözünü gözəlin gözü üçün bədii təyin seçir. 

“Savaş” tərcümə etdiyimiz orjinaldakı “tork-taz” isminin təşkilində də “türk” sözü var. Əslində 

“türk-taz” ifadəsi “qarşısı alınmaz basqın” anlamında “türk basqını” deməkdir [7, 81]: 

   س ا      

 

 



 

دراد ز


     

 .

 



Əfsus ki, sənin məst və türk gözün 

İstər ki, bizimlə savaşa çıxsın.  

Nizaminin “İqbalnamə”sində “türk” kəlməsini “gözəl” mənasında müşahidə edirik. Dahi şair 

gətirdiyimiz beytdə iki idioma müraciət edir. Azərbaycan dilinə olunmuş bədii tərcümələrdə onlar 

adi sözlərlə əvəzlənir. Birincisi, “del sepord” xəbəridir. İlkin anlamı “könül tapşırdı” olan bu 

ifadənin Azərbaycan dilində ekvivalenti “aşiq olmaq” mənasında “könül bağladı” xəbəridir. İkincisi 

isə “köç etdi” mənasında “rəxt bord” xəbəridir. Bu birləşmənin dilimizə ən münasib tərcüməsi 

“yükünü çəkdi” xəbəridir. Orada yer alan “hindi” isminə gəlincə, o da “qaraltı” sözünə eyham vurur  

[3, 1365]: 

 نا


 د  لد ن  

 

 



د  

 زا 


ر    و ه 

.

 



 O çinli türkə elə könül bağladı, 

Qəm hindusu evindən yükünü çəkdi. 

Nizaminin “Yeddi gözəl” poemasında da “gözəl” olaraq “türk” təsadüf olunur [3, 819]: 

 ناز 


  ر   د 

 

راد 



 د  ن

ه

.



 

(Şah) o türkdən hiylə görsə də, 

Yenə də toxtayıb özünü saxladı. 

XIII əsr fars şairi Sədi Şirazinin bir qəzəlində iki “türk” rastlanır. Birincisi ümumtürk, ikincisi 

“gözəl” mənasını kəsb edir. Beytin 1-ci misrasında mübaliğə yer alır, 2-ci misrada inversiya 

mövcuddur [4, 32]: 

  ا و  ه ر د

ر  


 

 

 



ار و ه  ز و 

   


 .

 

Hind diyarı, türk ölkələrini təslim edərlər, 



Sənin türk gözünü görsələr və qara zülfünü. 

Sədinin digər qəzəlinə nəzər yetirək. Mətlə beytində iki türkizm görünür – “gözəl” mənasında 

“türk”, “talan” anlamında “yağma” [4, 259]: 

؟د

   لد زا 



 

ر ر  


 ن

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



349

 سر  ،


 ن ا  زا 

د

 



 .

 

O kimdir ki, yerişi ürəyimizdən səbri aparır?  



Türk Xorasandan gəlib, Farsı yağmalayıb aparır.  

Sədinin digər bir qəzəlində “gözəl” olan iki “türk” sözü ortaya qoyulur [4, 406]: 

     

ن

 ؟



 

 

 



 

  َ 


 

 

 



.

 

Demədim sənə ki, türklərə nəzər etmə, Sədi? 



Türkləri tərk etmədiyinə görə dözməlisən.  

 

XIV əsr fars şairi Hafiz Şirazi qəzəlinin ilk beytində şirazlı türkün, yəni gözəlin onun ürəyini 



ələ gətirəcəyi təqdirdə o zaman böyük ad-san qazanan, türk torpaqları olan Səmərqəndi və Buxaranı 

onun qara xalına verəcəyini vəd edir. Farsca “be dəst avərdəne del” və kalka variantı olan “ürəyini 

ələ gətirmək” həm Azərbaycan, həm də fars dillərində idiomatik məsdərlər olub “razı qalmaq” 

mənasını daşıyır. “Ələ gətirsə” və “bağışlaram” inversiya olunan xəbərlərdir. “Hindu” isə gözəlin 

saçı və xalı üçün “qara” anlamında təyindir. İkinci misrada məcaz növlərindən biri olan mübaliğə 

yer alır [1, 63]: 

 ن   ا

ار   لد در   د    زا  



 

ار ار  و 

 

 شو ه ل  



.

 

Əgər o şirazlı türk ələ gətirsə bizim ürəyimizi, 



Hindu xalına bağışlaram Səmərqəndi və Buxaranı. 

Hafiz digər bir qəzəlinin son beytində birincisi Çin Türkstanında və ikincisi Türküstanda 

olmaqla Kəşmir və Səmərqənd toponimlərinin adlarını çəkir. Kəşmir qaragözlülər üçün və 

Səmərqənd “gözəl” kimi başa düşülən türklər üçün təyinlərdir [1, 541]: 

  ز    و 

ر   زا  


 

 

 



 و 

 ن

 



ن

 

.



 

Şirazlı Hafizin şeri ilə rəqs edib naz edirlər 

Kəşmirli qaragözlülər və səmərqəndli türklər.  

Hafiz daha bir qəzəlində türkü üçün, yarı üçün gözəlliyi ilə şəhəri həyacana salan ifadəsini 

təyin seçir. Farsca “enan baz keş” xəbəri “cilovu çək” təqdim olunur. Belə ki, “enan baz keşidən” 

və onun kalkası “cilovu çəkmək” məsdərləri “dayanmaq” anlamında idiomatik ifadələrdir. Zər-inci 

isə şairin göz yaşlarına işarə edir və bu da mübaliğəyə yol açır [1, 338]: 

  ا ن  م   ز

   ب  

 

 



  ه  و رز    هار 

 و 


ا ز 

.

 



Çək bir an cilovu, ey şəhəri həyacana salan türküm, 

Ki, göz yaşı və çöhrə ilə yolunu zər-inci ilə doldurum. 

Şərq poeziyasında gözəlin dodağının şəkəri həqiqi şəkəri həmişə mat qoyur. Bu ənənəyə sadiq 

qalan XIV əsr Azərbaycanın farsca yazan şairi Əhvədi Marağai öz türkünü, gözəl yazını vəsfə çəkir. 

Orijinalda yer alan iki “təng” sözü omonimdir. Birincisi “dar”, ikincisi isə “az” mənalarını kəsb 

edirlər [1, 543]: 

د  ز  

  هد ن  


   

 

د  ز    



 

 ز   ار لد

 .

 

Türküm elə ki, gülərək dar ağzını açdı, 



Dodağı şəkər azından ürəyi qurtardı. 

Şəhriyarın fars yaradıcılığında “türk” sözü “Azərbaycan türkü” mənasını da daşıyır. “Tehran 

və tehrani – Tehran və tehranlı” şeirində Şəhriyar “türk” anlayışı ilə Azərbaycan türkünü nəzərə 

alaraq bir azərbaycanlı əsgərin dilindən tehranlıya deyir [5, 688]: 

   ا

د  ن ا  و د  ن



رذ  

 

د  ن



 تر  و 

 

 تر  



 .

 

ه و  



  ُ و د ُ    

د  ن  ر


 

 

؟د  ن ا ه 



د و  

  ا   


 

 

   و   



   

 نا   ا ن

 

 ؟    


   

 ف

ا  ا   ا



 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



350

Azərbaycan türkü, Xorasan sənə həmdəm ikən 

Yükün beləcə ağır və işin bu sayaq deyildi. 

 

Hər müşkülü asan sayan yağı kürd, lor noldu, 



Düşmənin çəkindiyi qaşqay eli hara getdi? 

 

İndi, ey pəhləvan, necəsən, nə ox qaldı, nə qalxan, 



Sən, ey tehranlı, insafən de: Eşşək sənsən ya mən? 

Orijinalda altı misralı bu bəndin 1-ci, 2-ci, 3-cü, 4-cü misraları həmqafiyə, 5-ci və 6-cı 

misraları da həmqafiyədir, 6-cı misrası isə qalan bəndlərdə olmaqla təkrardır. Belə qafiyə düzümü 

bütün 14 bənddə gözlənilir.  

Göründüyü kimi, Azərbaycan türkü, kürd, lor, qaşqay olmaqla İranda sakin olan dörd xalqın 

adı tutulur. Şəhriyar özünün məxsus olduğu Azərbaycan türklərini o qalan üçündən üstün sayır. Şair 

“pəhləvan” deməklə tehranlılara üz tutaraq onların müəyyən qisminin Azərbaycan türklərini “türki-

xər”, yəni “eşşək türk” adlandırmasını əsassız sayır. Şairin nəzərincə, bu iftiranı isbat etmək üçün 

onların oxu və qalxanı yoxdur, yəni dəlil və sübutları yoxdur.  

Yerinə düşər qeyd edək ki, ədib təkcə adını çəkdiyimiz bu bənddə “türk, yağı, asan, el, qaşqay 

“olmaqla beş türkizmi nəzmə çəkir. 

“Tehran və tehranlı” şeirinin ardında Şəhriyar azərbaycanlıları, rəştliləri, tusluları, 

isfahanlıları, qumluları təhqir edən tehranlını nadanlıq xəstəsi adlandıraraq, Azərbaycan türklərini 

“alicənab, ürəyiaçıq, igid, cəsur” anlamında comərd ünvanlandırır. Tam əminliklə qeyd etmək olar 

ki, Şəhriyar fars poeziyasında daha çox türkpərəst, azərbaycansevər, Azərbaycanın mədəniyyəti

tarixi, ədəbiyyatı ilə öyünən şairdir  [5, 686]: 

 ر ه و ن ه    ِاد  ر   ا 

 

     



 ،ر   ه    

 

 



 

   ار 


ا  د

   ار 


 

 ار ن


رذ  ناد ا

   


 

 

 



  اد  دز   ن    د  و  دز   ا

 

 ؟    



   

 ف

ا  ا   ا



 

 

                                  Sən, ey nadanlıq xəstəsi, nə boş-boş, hədər deyirsən,  



                                   Rəştliyə balıq yeyən kəllə, tusluya eşşək kəlləsi deyirsən.  

 

                                   Qumlunu pis sandın, isfahanlıya bətər dedin, 



                                   Azərbaycan cömərdlərinə türki-xər dedin. 

 

                                   Sənə od vurdular, sən də oda ətək verdin, 



      Sən, ey tehranlı, insafən de: Eşşək sənsən ya mən? 

Şəhriyarın fars divanında “türk” anlayışının kəsb etdiyi 3-cü məna “Azərbaycan türcəsi” 

sayılır. Aləm adlı Azərbaycan türk qızının şərəfinə yazdığı “Aləm” qəzəlində Şəhriyar Azərbaycan 

dili mənasında türk dilini şəkər adlandırır [5, 710]: 

   و د     ه  اد 

   داد ن  و  ا   ا 

ا 

 

 



(Qız) ayın diski kimi dövrə vurub, türk dilində 

Biz nəğmə oxudu, göstərdi ki, türk dili şəkərdir. 

Əbülhəsən xan İqbal-Azər adlı məşhur İran xanəndəsi, Azərbaycan-türkünün şanına 1967-ci 

ildə yazdığı “Cəşne sədeye Eğbal – İqbalın yüzillik yubileyi” qəsidəsində Şəhriyar “türk” sözünü 

Azərbaycan türkcəsi mənasında işlədir. İranın türkcə danışmadığı təqdirdə dilinin lal olmasını dilə 

gətirməkdən çəkinməyən Şəhriyar hər cür tərifə layiqdir. Şah kimi bir despotun dövründə belə fikri 

Şəhriyardan başqa heç bir şair irəli sürə bilməzdi [ 6 , 971]: 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



351

، رد  ن ز و  ا 

     

 

ن ز  و زا د  ل  



 نا ا  ا 

.

 



Türk dili çox əzizdir, ana dilidir, 

Əgər İran danışmasa, lal olsun dili. 

“Şikayər, guşənişinlik, Peyğəmbərin mədhi” adlı 59 beytli qəsidəsində Xaqani özünün türk 

oğlu olduğunu fələyin dili ilə söyləyir. Önəmlisi budur ki, dilimizdəki “sənsən” xəbərini orijinalda 

saxlayıb. Nnümunədə “əgər” bağlayıcısı və “fələk” ismi inversiyadır [ 2, 496]: 

 

 ،



   

  ر  رد ا

 

 

 



 ن

 

 :



 

 .

 



Mənə farsca bir söyüş əgər söyləsələr, 

Türkcə fələk onlara deyər ki: Sənsən.  

Şəhriyarın fars yaradıcılığında “türk” lekseminin “Türkiyə türkü” anlamı da mövcuddur. Şair 

heç zaman Türkiyədə olmayıb, amma türk xalqına, onun mədəniyyətinə, tarixinə, ƏDƏBİYYATına 

sayğı və sevgi ilə yanaşmışdır. Onun 82 beytli “Səfəre xəyali be Torkiyye – Türkiyəyə xəyali səfər” 

qəsidəsində bunun bariz nümunəsini görürük.  

Aşağıdakı beytdə şair Türkiyə türklərinə üç özəllik xas edir – sadəlik, sədaqət, səfa. Bunların 

hər biri əxlaq göstəricisidir. Şəhriyarın nəzərincə, heç bir xalq bu özəlliklərin daşıyıcısı deyil [7 , 

194]: 

ا  د 


 و ق  و  د  ار 

 

 نا  ش



 

د ما ا رد 

.

 

Türkün ayrı sadəlik, sədaqət və səfası vardır, 



Onun bənzərini tapmaq olmaz ayrı xalqlarda. 

Həmin qəsidənin digər bir beytində Şəhriyar türk qızını Şahnabat adlı Hafiz qəzəllərinin 

sevimli məşuquna bənzədir. Şairin türk dilini gözəl və incə adlandırması, türk qızlarını incə və 

ürəyioxşayan qələmə verməsi diqqəti çəkən məqamlar sayılır [ 7 , 194]: 

  د

 

 و  ز 



 

 

 



د و 

 و  ا ت    

ار

.

 



Türk qızı bu cür gözəl və incə ləhcə ilə  

Düzü, Şahnabat kimi incə, ürəyioxşayandır. 

Yuxarıdakı qəsidənin daha bir yerində türk xalqının öndəri Atatürkü dahi qeyd etməsi, coşqu 

və şücaətini öyməsi Şəhriyarın Türkiyəyə isti münasibətindən xəbər verir. Aydın olur ki, coşqu və 

şücaət şəxsin lider olması üçün önəmli faktordur. Bunlardan biri olmadıqda, digəri liderlik üçün 

yetərli deyil [ 7 , 196]: 

  هاد زا  و

 

 



 

 

 و ر  زا  ه 



 

 .

 



           Özəlliklə, türk dahisi mərhum Atatürk  

 

Coşqu ilə şücaətin tam rəmzidir. 



 

İndi də “Türkiyə türkcəsi” mənasına dair Şəhriyardan sitat gətirək. Şair “Türkiyəyə xəyali 

səfər” qəsidəsində türk dilini bütün Avropa dillərindən üstün sayır [ 7 , 194]: 

 

ا    ا



  ا 

 

 



ورا 

ز 

 زا 



 .

 

Türk ləhcəsinin, bizdə zarafatla deyərlər,



 

Gözəlliyi bütün Avropa dillərinə başdır.

 

Şəhriyarın farsca şeirlərində “türk” leksik vahidi “monqol basqını” anlamına da gəlir. Hər 



bəndin 1-ci, 2-ci, 3-cü, 4-cü misraları öz aralarında, 5-ci və 6-cı misraları öz aralarında həmqafiyə 

olan 19 bəndli “Yadqare cəşne Ferdousi - Firdovsi yubileyinin yadigarı” şeirində həmin bu məna 

rastlanır. Şair İranın zaman-zaman ərəb və monqol basqınlarına məruz qaldığını qeyd edir [ 7 , 

714]: 


  ا ار نا ا 

 

 د   ز  و 



 

د   ز


  ز  و  د   نا  نا ا رد

 .

 



Fələk bir müddət İranı türkə, ərəbə əsir etdi, 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



352

İran mülkü talandı, ərəb basqınına düçar oldu. 

Farsca sitatları Azərbaycan dilinə filoloji tərcümə edərkən məqalə müəllifi maksimum buna 

diqqət edib ki, inversiyanı saxlamaqla orijinalın ruhunu qoruyub saxlasın. 

ƏDƏBİYYAT 

1.Hafiz Şirazi, Qəzəllər, farsca, Tehran, 1382 

2.Xaqani Şirvani, Divan, farsca, I cild, Tehran, 1375 

3.Nizami Gəncəvi, Xəmsə, farsca, II cild, Tehran, 1374 

4.Sədi Şirazi, Qəzəllər, farsca, Tehran, 1377 

5.Şəhriyar, Divan, farsca, I cild, Tehran, 1377 

6.Şəhriyar, Divan, farsca, II cild, Tehran, 1374 

7.Şəhriyar, Divan, farsca, III cild, Tehran, 1374 

 

Elvin Babayev, doktorant  



AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu 

babayevelvin90@mail.ru 

 

ORXON-YENİSEY YAZILARININ AÇAR SÖZÜ-TANRI VƏ 



ORXON YAZILARININ MƏNŞƏYİ 

Təxminən, 120 il öncə Orxon abidələri, 100 il əvvəl isə “Divani lüğat-it-türk”elmə məlum 

deyildi. Onların aşkar olunması bir çox qaranlıqları aydınlatdı. Yazılarda ilk oxunan və ən çox rast 

gəlinən söz “tenqri” kəlməsi olmuşdur. Bu isə türklərin həyatında Tanrının yerinin göstəricisidir. 

Orxon hərfləriilə yazılan yazıların daha əvvəllər Çin mənbələrində qeyd olunmasıyla yanaşı, 

yazılardan hələ Elxanilər zamanında yaşamış tarixçi Alauddin Ata Məlik Cüveyni də, dünya 

tarixinə aid olan “Tarixi Cahanguşa” əsərində həmin yazıların varlığından bəhs edərək öz gözləri ilə 

gördüyünü qeyd etmişdir. Türkologiya sahəsində ad-san qazanan bəzi ciddi alimlər də Orxon-

Yenisey əlifbasının qeyri-türk mənşəli olmasını sübuta yetirmək üçün hər vasitəyə əl atırlar. 

Məsələn, Tomsonun fikrincə, Orxon əlifbası aramey mənşəlidir. Bu görüş hazırda ən yayğın 

görüşdür. 1894-cü ildə Aristov və 1897-ci ildə Mallitskiy, Orxon əlifbasının türk damğalarından 

yarandığı görüşünü irəliyə sürür. Rəşid Rəhməti Arat və Əhməd Cəfəroğlunun da bu fikirdə olduğu 

məlumdur. Rus dilçisi E. D. Polivanov 1925-ci ildə yazdığı məqalədə, bu yazının mənşəyini türk 

damğalarına bağlamışdır. Türk inanc sistemində damğaların xüsusi önəmi vardır. Əfqanıstan və 

Özbəkistanda 4 min il əvvələ aid ilk damğa nünunələri tapılmışdır. Tapılan bu damğalar üzərindəki 

işarələrin qədim türk əlifbasının hərfləri ilə eyniliyi diqqət çəkmişdir. Damğaların şəkildən 

yarandığı iddia edilir. Ortaya atılan bir başqa iddiaya görə qədim türk qayaüstü rəsmləri daha sonra 

damğa şəklini almış və buradan hərflərə çevrilmişdir. Bu iddianı ortaya atanlar türk runik 

əlifbasının damğalardan yarandığı fikrinə tərəfdardılar. Əhməd Cavad Əmrə isə göytürk yazısının 

şumer yazısı ilə eyni kökdən olduğuna inanırdı. İssık-Kul yaxınlığında Esik kurqanında tapılmış 

gümüş bir çanaq üzərində Orxon yazısı ilə yazılmış sətirlər var. Esik kurqanı miladdən əvvəl 5-6 

əsrlərə aiddir. Bundan başqa, Tanrı dağlarında bizim eradan əvvəl 2-ci əsrə aid Kuray kurqanında 

daOrxon yazısı ilə yazılmış 5 həfrlik bir mətn vardır. 1962-ci ildə İngilis türkoloqlarından Sir 

Gerard Clauson bu əlifbanın mənşəyini Sogd və Grek əlifbalarına bağlamışdır. Göytürklərin istifadə 

etdiyi əlifbanın mənşəyi mövzusunda ən son şərhləri 1993-cü ildə Viktor G. Guzev ilə G. 

Klyaştornıy ortaya qoymuşdur. V. G. Guzev, 2000-ci ildə təqdim etdiyi məlumatda da mövcud 

əlifba nəzəriyyələrini elmi baxımdan qiymətləndirərək Göytürk əlifbasının türklər tərəfindən icad 

edildiyini sübut etməyə çalışır.  

 

 

 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



353

Şahnazxanım  Şükürzadə, doktorant  

AMEA Nəsimi adına Dilçilik İnstitutu  

 

NƏSİMİNİN DİLİNDƏ ONOMASTİK  VAHİDLƏRİN 



ÜSLUBİ-POETİK ÖZƏLLİKLƏRİ 

Nəsiminin dili onomastik vahidlərlə zəngindir. “Divan”da işlənilmiş onomastik sözlər sanki dil 

vahidi olmaqdan öncə, nitq vahididir. Nəsiminin qüvvətli təxəyyülü bütün sözlərə poetik don 

geydirmə məqsədini izləmişdir və tədqiqat göztərir ki, şair öz məqsədinə yüksək şəviyyədə nail 

olmuşdur. Belə ki, şairin poeziya dilində hər bir onomastik vahid xüsusi məna daşıyıcısıdır, xüsusi 

poetik yükə malikdir. Bu mənada toponimlər, fitonimlər (bitki və çiçək adları), zoonimlər (heyvan 

və quş adları), kosmonimlər (göy cisimlərinin adları), xrematonimlər (qiymətli daş-qaş adları) 

xüsusilə fəal mövqeyə malik olub, lirik qəhrəmanın tam təsviri zamanı şairin qələmində müqayisə 

obyekti olaraq ən fəal bədii ifadə vasitəsi kimi çıxış edir. 

Nəsimin fəlsəfi baxışları, ümumən, şərq mədəniyyətinə, şərq dillərinə bağlı olması onun 

dilinə daha çox ərəb və fars dillərinə mənsub onomastik vahidlərin, yaxud da bu dillər vasitəsilə 

XIV əsr Azərbaycan ədəbi dilinə daxil olmuş adların işlənməsi özünü göstərir. 

“Divan”da işlədilmiş onomastik vahidləri aşağıdakı kimi qruplaşdırmaq olar: antroponimlər, 

toponimlər, etnonomlər, hidronimlər, ideonimlər, kosmonimlər, zoonimlər və s. 

Antroponimlər. Nəsiminin poetik dilində işlənmış antroponimlərə din tarixi ilə əlaqədar olan 

antroponimlər, xalqın ictimai tarixi ilə əlaqədar olan antroponimlər və dini-əfsanəvi adlar daxildir.   

I.

  Din və din tarixi ilə əlaqədar olan antroponimlər. Buraya daxil etdiyimiz 



antroponimlərin əksəriyyəti əsasən islam dini ilə əlaqədar olan, islam dini tarixində xüsusi mövqe 

tutan, hamı tərəfindən tanınıb, qəbul edilən peyğəmbərlərin, imamların, seyidlərin və s. adları 

daxildir. Bu antroponimləri tarixi antroponim kimi də qeyd etmək olar, çünki tarixi mənbələrdən 

məlumdur ki, islamın Azərbaycanda yayılmasından sonra Azərbaycan əhalisi (türklər və qeyri-türk 

olan kiçik millətlər) bu dini qəbul etdilər və bununla bağlı olaraq Azərbaycan türk mədəniyyəti 

ikinci bir mədəniyyətlə – islam mədəniyyəti ilə çulğalaşıb sinkretik bir mədəniyyətə nail oldu. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin