Hamamlar. Bədənə gigiyenik qulluq məqsədilə əhali arasında hamamlardan geniş istifadə olunur. Bir-birindən fərqli olaraq turk və Roma hamamları (isti su və isti şava), rus hamamları (su və buxarın birgə təsiri), finn hamamları-sauna(bədən isti quru havanın və soyuq suyun növbə ilə təsiri) mövcuddur. Saunada temperatur 70-800 C, nisbi rütubət 10-15% olur. Hamamda çimmək maddələr mübadiləsini gücləndirir, qan dövranını yaxşılaşdırır, qan təzyiqinə, ürəyin və böyrəyin fəaliyyətinə mənfi təsir göstərir. Azərbaycanda hamamdan istifədənin qədim tarixi vardır. Buna Abşeronun Nardaran qəsəbəsində 1388-ci ildə memar Kəştasif Musa oğlu tərəfindən tikilmiş şamamı, Bakıda-İçərişəhərdə XIV əsrdə tikilmiş Qasımbəy haması və s. misal ola bilər.