İdman təbabəTİ VƏ GİGİyena


Vasitələrin və üsulların müxtəlifliyi



Yüklə 1,93 Mb.
səhifə150/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   146   147   148   149   150   151   152   153   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Vasitələrin və üsulların müxtəlifliyi. Bədəni bir qıcığa qarşı möhkəmləndirdikdə, yalnız orqanizmin ona qarşı müqaviməti artır. Əgər bədəni soyuqla möhkəmləndiririksə, onun soyuğa qarşı müqaviməti artır, istiyə qarşı möhkəmləndiririksə, istiyə qarşı müqaviməti artır. Ona görə də, bədəni hərtərəfli möhkəmləndirmə prosesində tək-tək qıcıqlandırıcılardan deyil, müxtəlif prosedurlardan (su, hava, günəş) birgə istifadə ilə məşq etdirməklə, onun müqavimətini kompleks şəkildə artırmaq məsləhətdir. Buna misal açıq su hövzələrində çimməyi göstərmək olar.

Bədəni möhkəmlətməyin effektliliyini bütün prosedurları aktiv rejimdə keçirməklə artırmaq mümkündür, yəni prosedurlar zamanı müəyyən əzələ işini yerinə yetirmək lazımdır. Belə ki, soyuqla bədəni möhkəmləndirdikdə fiziki məşğələləri yerinə yetiririksə, bu zaman bədənin istiliyinin itirilməsi güclənmiş istilik hasili hesabına ödənilir. Odur ki, atletika, xizək sürmə, alpinizm, turizm, üzgüçülük, atıcılıq idman növləri ilə məşğul olduqda bədənin möhkəmləndirilməsi yüksək effekt verir.

Yerli və ümumi prosedurların yerinə yetirilməsi orqanizmin xarici mühitin mənfi təsirlərinə qarşı müqavimətini əhəmiyyətli dərəcədə artırır. Ümumi prosedurlar zamanı bədəni möhkəmləndirməyə orqanizmin bütün sahələri, yerli üsulda isə müəyyən hissələri məruz qalır.

Bədəni möhkəmləndirərkən özünə nəzarətin böyük əhəmiyyəti vardır. Sadə əlamətlər–dərin yuxu, yaxşı iştaha, özünü gümrah hiss etmək, iş qabiliyyətinin yüksəlməsi bədənin möhkəmləndirilməsinin düzgün aparılmasını göstərir. Bunların əksi hiss edilərsə–iştahın azalması, yuxusuzluq, iş qabiliyyətinin aşağı düşməsi və s. mütləq həkimə müraciət edib, bədəni möhkəmlədən prosedurların dozasını və formasını dəyişmək lazımdır.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin