İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə149/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   145   146   147   148   149   150   151   152   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Müntəzəmlik prinsipi. Burada bədəni möhkəmləndirən tədbirlərin hər gün yerinə yetirilməsi nəzərdə tutulur, çünki hər gün müntəzəm olaraq eyni qıcıqla orqanizmə təsir etdikdə, bu təsirlər bir-birinin üstünə yığılır, orqanizmin həmin qıcığa qarşı müqaviməti bir-iki aydan sonra görünməyə başlayır. Bu tədbirlərə uzun müddət fasilə verildikdə yaranmış müvəqqəti rabitələr sönür və orqanizmdə qıcığa qarşı qazanılmış müqavimət azalır və ya itir.

Tədricilik və ardıcıllıq prinsipi. Bu prinsip bədəni möhkəmləndirən tədbirlərin orqanizmə təsirinin intensivliyinin getdikcə artırılmasından ibarətdir. Buna kiçik dozalar və sadə üsullarla başlamaq lazımdır. Tədricən bədəni möhkəmlədən amillərin təsir müddətini artıraraq, daha güclü prosedurlara keçmək lazımdır. Bu prinsipi gözləmədikdə, mənfi nəticələr alına bilər.

Bədəni möhkəmlətməyin doza və formalarını seçərkən insanın fərdi xüsusiyyətləri, yaşı, sağlamlığı və s. nəzərə alınmalıdır, ona görə ki, müxtəlif şəxslərin orqanizminin bu prosedurlara münasibəti eyni deyil. Məs: uşaqlar yaşlılara nisbətən xarici amillərin təsirinə qarşı daha həssas olurlar. Fiziki cəhətcə zəif və ya hər hansı bir xəstəlik keçirmiş şəxslər sağlam adamlara nisbətən xarici mühit amillərinin təsirinə daha kəskin reaksiya verirlər. Ümumiyyətlə, yaşlılar güclü təsirli vasitələrdən və uzun müddətli prosedurlardan istifadə etməməlidirlər.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin