İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə39/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   35   36   37   38   39   40   41   42   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Oksigenin maksimal sərfi. Maksimal aerob gücü oksigenin maksimal sərfi ilə qiymətləndirilir. Oksigenin maksimal sərfi idmançının iş görmə qabiliyyətini xarakterizə edən əsas göstəricilərdən biri hesab olunur. Bu göstəricinin təyin edilməsi dözümlüyə məşq edən idmançıların orqanizminin funksional vəziyyətinin qiymətləndirilməsi üçün xüsusi əhəmiyyət daşıyır.

Oksigenin maksimal sərfi vasitəli və vasitəsiz üsulla təyin edilir.

Hazırda vasitəsiz müayinə üsulu daha geniş istifadə olunur.

Oksigenin birbaşa və ya vasitəsiz təyin edilməsi üçün idmançı fiziki yükü tədricən artırmaqla veloerqometrdə iş qabiliyyətinin son dərəcəsinə qədər yerinə yetirir. Oksigenin maksimal sərfinin veloerqometrdə yerinə yetirilməsinin metodikası aşağıdakı kimidir:

Şəxs 5-10 dəqiqə fəal qızışmadan sonra cinsindən, yaşından, idman ixtisasından asılı olaraq birinci orta həcmli işi yerinə yetirir. Sonra ona verilən yük pilləvari artırılır. Hər pillə 2-5 dəqiqə davam edir. Pedalın hərəkət sürəti 1 dəqiqədə 60-70 dəfə olmalıdır. Kişilərə əvvəlcə 50 vatt, sonra isə 100, 150 vatt gücündə yük verilir. Hər pillənin son 30 saniyəsində xaric edilən hava həcmi Duqlas kisəsinə toplanır və qaz analizatoru vasitəsilə onun həcmi və tərkibi müayinə olunur.

Oksigenin maksimal sərfi iş görülən zaman fəaliyyətdə olan əzələ kütləsinin həcmindən asılıdır. Qanda laktatın yüksəlməsi (8-10 mmol/l-dən yuxarı) oksigenin maksimal sərfinə təsir edir. Sınaq zamanı ürək vurğularının sayı 180-200, tənəffüsün əmsalı isə 1,0 qədər arta bilər.

İdmanla məşğul olmayan şəxslərdə oksigenin maksimal sərfi 2-3,5 l/dəq. idmançılarda 4,5-6,0 l/dəq qədər yüksələ bilir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin