İdman təbabəTİ VƏ GİGİyena


Qidalandırıcı qarışıq (ƏLETBT)-yulaf yarması həlimi



Yüklə 1,93 Mb.
səhifə66/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   62   63   64   65   66   67   68   69   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Qidalandırıcı qarışıq (ƏLETBT)-yulaf yarması həlimi (50 qr yulaf, 250 ml su), şəkər-50 qr, qlükoza-50qr, giləmeyvə şirəsi-40 qr, askorbin turşusu-0,5 qr, natrium fosfat-2qr. Xizək sürənlər distansiyada istifadə edirlər.

Qidalandırıcı qarışıq (ADR)-yulaf həlimi (20 qr yulaf, 200 ml su), portağal və ya limon şirəsi-50-100 qr, askorbin turşusu-0,5 qr, vitamin B1 -0,1 qr, natrium fosfat-3qr. Xizək sürənlər distansiyada istifadə edirlər.

Qidalandırıcı qarışıqlar (Bolqariya) № 1: yulaf həlimi (25 qr quru yulaf), qlükoza-100qr, şəkər-50 qr, askorbin turşusu-0,5 qr, limon və ya üzüm şirəsi-50 qr, su-600 ml; № 2: yulaf həlimi-150 qr (20 qr quru yulaf), limon şirəsi-100 qr, vitamin C-0,5 qr, vitamin B1 10-20 qr, kalsium fosfat-3 qr; № 3: 8 yumurta sarısı, şəkər-150 qr, qlükoza-150 qr, 5 limondan alınmış şirə, 1 potağaldan alınmış şirə, qatı çay məhlulu-300-400 ml. Velosiped yarışları zamanı distansiyada və yarışdan sonra kiçik miqdarda istifadə edilir.

Plastik təsirə malik olan və enerji itkisini bərpa etmək üçün istifadə edilən qidalandırıcı qarışıqlar:

KAZİLAN-60% əvəzedilməyən amin turşuların qarışığı. Böyük yük tətbiq edilən idman növlərində tezliklə plastik ehtiyatın təminatı üçün 30 qr istifadə edilir.

ŞİNELPROTEİN-70% əvəzedilməyən amin turşuların qarışığı, şəkər və kakao. Gün ərzində bədənin hər kq çəkisinə 1,5-2 qr təyin edilir (2-3 dəfə). Onu süddə və ya mineral suda həll edib istənilən qədər şəkər qatırlar. Güc tələb edən idman növlərində istifadə edilir.

PROTİFAR – qatı zülal preparatı-60% zülal, 27% laktoza, 7% mineral duzlar. Gün ərzində bədənin hər kq çəkisinə 1,5-2 qr təyin edilir

OYOMALTİN - tez mənimsənilən qatı preparat olub, tərkibi mineral duzlar, mikroelementlər, vitaminlərdən (A,B1, B2, PP, D) ibarətdir. Gündəlik qəbulu 50-100 qr, yarışlardan 2 saat əvvəl, yarışlardan və məşqdən sonra istifadə edilir.

BEBİRON-təbii zülalların (22%) və yağların (23%) quru qarışığı olub plastik və enerji itkilərini əvəz etmək üçün çəki məhdudiyyəti qoyulmayan idman növlərində gündə 30 qr qəbul edilir.

LAKTOSİD – təbii zülalla (25%) və yağla (2%) zənginləşdirilmiş quru qarışıqdır. Çəkinin sabit saxlanılmasını tələb edən idman növlərində plastik və enerji itkisini əvəz etmək üçün istifadə edilir. Gündə 30-40 qr qəbul edilir.

PREVALON-tərkibində adenozintrifosfat və digər amin turşuları (arqenin, qlütamin), vitamin C-1000 mqr, vitamin B6 100 mqr, mikroelementlər, fermentlər və s. vardır. Yorğunluğun qarşısının alınması məqsədilə yarışlardan 2 saat əvvəl və sonra qəbul edilir.

SÜPRADİN-ROŞ – tərkibində 2 vitamin, 4 mineral duz, 3 mikroelement olan kapsuldur. Yarışlardan 7 gün əvvəl və yarış zamanı 1 kapsul qəbul edilir.

ERQOMAKS - tərkibində 120 qr xama, 60 qr günəbaxan yağı, 100 qr portağal şirəsi, 1 yumurta sarısı, ½ limon şirəsi, 25 qr albalı konfitürü olan qidalandırıcı qarışıqlar. Mikserdə əvvəl xama, yağ, yumurta sarısı, portağal şirəsi qarışdırılır, sonra digər hissələri qatıb yenidən qarışdırılır. Qarışıq 0,75 kkal-a malikdir. Kiçik miqdarda yük yerinə yetirildikdə və ondan sonra qəbul edilir.

QLİKOMAKS – tərkibində qlükoza-100 qr, yulaf-30 qr, 1 yumurta sarısı, 1 limondan hazırlanmış şirə, xörək duzu-4 qr, vitamin C-0,5 qr, kalium-maqnium mineralları-2 qr, su-200 ml. Bütün hissələr 200 ml yulaf həlimində qarışdırılır. Qarışığın kaloriliyi 600 kkal bərabərdir.

VİATLON-tərkibində yaşıl buğdadan alınmış şirə-80 qr, qlükoza-10 qr, lesitin 0,8 qr, yağsızlaşdırılmış süd tozu-8 qr, günəbaxan yağı-3,5 qr, kalsium qliserofosfor-0,5 qr, limon turşusu-0,5 qr, A,B1, B2, B6, D, C vitaminləri vardır.

Sənaye şəraitində hazırlanır. Enerji əmələ gətirmə qabiliyyəti 350 kkal-abərabərdir.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin