İdman təbabəTİ VƏ GİGİyena


BƏRPA OLUNMANIN FARMOKOLOJİ VASİTƏLƏRİ



Yüklə 1,93 Mb.
səhifə68/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   64   65   66   67   68   69   70   71   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

11. 2. BƏRPA OLUNMANIN FARMOKOLOJİ VASİTƏLƏRİ
Bərpa edilmənin sürətləndirilməsində bir sıra farmokoloji vasitələr böyük rol oynayır.

Dərman preparatları xəstə insanın müalicəsində və iş qabiliyyətinin bərpa edilməsində geniş istifadə edilir. Son zamanlar farmokologiyada yeni bir istiqamət-sağlam adamın farmokologiyası meydana çıxmışdır ki, bu da sağlam orqanizmin ağır ekstremal şəraitdə, o cümlədən idmanla məşğul olduqda dözümlülüyünü artırmaqla məşğuldur.

Fiziki yük tətbiq edildikdə orqanizmin tezliklə bərpa olunması məqsədilə az zərərli bioloji fəal birləşmələrin vacib fizioloji proseslərin nizamlanması, itirilmiş plastik və enerji ehtiyatlarının bərpa edilməsi sinir proseslərinin tarazlanması üçün və bununla da həddən artıq gərginliyin qarşısının alınması üçün işlədilir.

Orqanizmdə bərpa proseslərinin idarə edilməsi məqsədilə əsasən təbii mübadilə proseslərində iştirak edən, mübadilənin qənaətlə keçməsinə kömək edən, mübadilə məhsullarının tezliklə xaric edilməsini həyata keçirən maddələrdən istifadə olunur. Digər tərəfdən, bu maddələr sinir proseslərinin tarazlığını bərpa edir, toxumalarda oksigenin daha yaxşı sərf edilməsinə və yorğunluğun tezliklə aradan qaldırılmasına yardım göstərir.

Bu maddələr şərti olaraq aşağıdakı qruplara bölünür:

1. Hüceyrələrdə zülalların sintezini sürətləndirən və hüceyrələrin quruluşunu bərpa edən plastik maddələr. Bu qrupa daxil olan maddələr həddən artıq fiziki gərginliyin qarşısının alınmasında xüsusi əhəmiyyətə malikdir. Buraya kalium oratat, inozin və digər maddələri aid etmək olar. Bu qrupa həmçinin yuxarıda adı çəkilən kompleks zülal preparatlar daxildir.

2. Energetik təsirə malik maddələr. Buraya daxil edilən maddətlər böyük fiziki yük nəticəsində itirilən bioloji enerjini və hüceyrələrdə normal metobolizmi bərpa edir, fermentlərin fəaliyyətini sürətləndirir,orqanizmin oksigen aclığına qarşı dözümlülüyünü yüksəldir. Bu qrupa pananqin, qyütamin turşusu, kalium qliserofosfat, lesitin və digərləri daxildir.

Farmakoloji maddələr qəbul edildikdə aşağıdakı tələbləri yerinə yetirmək lazımdır.

Farmakoloji vasitələrin uzun müddət qəbul edilməsi qadağan edilməlidir, çünki bu zaman fiziki yükün məşq etdirici təsiri aşağı düşür. Eyni zamanda, həmin maddələrə qarşı adət etmə qabiliyyətinin aşağı düşməsini nəzərdə saxlamaq lazımdır. Odur ki, bərpa edici vasitələr müəyyən kurslarla, xüsusilə məşq və yarışların gərgin dövrlərində, çox güclü yarışlarda, ağır şəraitdə məşq etdikdə, ifrat məşqlilik vəziyyətində və s. zamanı qəbul edilməlidir.

2. Kifayət qədər eksperimental və klinik yoxlamalardan keçməmiş, göstəriş və əks-göstərişi öyrənilməmiş dərman maddələrinin qəbul edilməsi qəti qadağan olunmalıdır.

3. Dərman vasitələri dopinq maddələrinə aid olmamalıdır.

4. Məşqçi və idmançılar müstəqil olaraq dərman vasitələrini istifadə etməməlidirlər.

5. Bu maddələrin qəbulu xüsusilə gənc idmançılar arasında ehtiyatla təşkil edilməlidir.

Farmakoloji vasitələr 2 əsas qrupa bölünür:



  1. Bu və ya digər xəstəliyin müalicəsinə yardım edən maddələr.

  2. Orqanizmin qeyri-spesifik dözümlülüyünü və müqavimətlik qabiliyyətini yüksəldən, maddələr mübadiləsini normaya salan, orqanizmin plastik və energetik ehtiyatlarını artıran, vitamin tarazlığını nizaman salan, xəstəlik və zədələnmə nəticəsində orqanizmin normal həyat fəaliyyətini bərpa edən vasitələr. Bu qrupa daxil olan dərman maddələri xəstəlikdən və zədələnmədən sonra idmançının məşq prosesinin davam etdirilməsinə və həddən artıq gərginlik vəziyyətinin qarşısının alınmasına kömək edir. Buraya əsasən vitaminlər, zülali qanyaradıcı və digər ümumi təsirə malik olan maddələr aiddir. Bu maddələr, bir qayda olaraq, reabilitasiyanın digər vasitələri ilə birlikdə istifadə edilir.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin