İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə71/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   67   68   69   70   71   72   73   74   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

SU PROSEDURLARI
Su prosedurlarına duşlar, vannalar, su ilə yaxalanma və bədənin su ilə silinməsi aiddir.

Duşlar orqanizmə əsasən temperatur və mexaniki amil kimi təsir göstərir. Duşlar yağışvari, tozvari, yelpik şəkilli, qalxan və sualtı duş-masaj, şotland, şarko duşlar və s. şəkildə istifadə edilir.

Duşlar orqanizmdən çoxlu miqdarda istilik aparmaqla bərabər, mexaniki təsir göstərir. Onun temperaturundan və təsir müddətindən asılı olaraq müxtəlif effekt yaratmaq mümkündür. Qısa müddətli (1-3 dəq) soyuq və ya isti duşlar orqanizmə oyadıcı təsir göstərir, əzələlərin və qan damarlarının tonusunu qaldırır. Daha uzun müddətli duşlar isə (8-10 dəq) sakitləşdirici təsir göstərir.

Şotland duşunda və dəyişkən temperaturlu duşda isti (+37-+450 C) və soyuq sudan (+15-+200) istifadə edilir. Su 2-5 atmosfet təzyiqi altında vurulur. İdmançı əvvəlcə isti, sonra soyuq suyun təsirinə məruz qalır. Bir prosedur zamanı 4-6 dəfə bu qayda ilə təkrar olunur.

Şarko duşunda (fəvvarəli) suyun temperaturu +350 C-dən +200C-yə qədər endirilir, təzyiqi isə 2 atm-dən 4 atm-ə qədər yüksəldilir. Prosedur hər gün və ya günaşırı 20 dəq. müddətində davam edir.

Vannalar ümumi, yarımçıq, oturmuş və yerli şəkildə aparılır. Vannalarda adi və müxtəlif tərkibli sudan istifadə edilir.

Karbonlu vannalarda suyun temperaturu, kimyəvi tərkibi və mexaniki amili mühüm rol oynayır. Bu vannaların təsiri altında sinir sisteminin tonusu yüksəlir, nəbzin sayı azalır, ürəyin sistolik həcmi çoxalır, məşqdən sonra süd turşusunun xaric edilməsini sürətləndirir və bərpa prosesini tezləşdirir. Suyun temperaturu +350C-dir. Onun hər litrinə 1 q çay sodası əlavə edilir. Prosedur məşqdən 1 saat sonra aparılır. Prosedurdan sonra 30 dəqiqədən -1 saata kimi istirahət etmək lazımdır.

Küknar vannalarda həm temperatur, həm də mexaniki amillər təsir göstərir. Bundan başqa aromatik maddələrin təsiri altında dəri reseptorları və qoxu analizatoru qıcıqlanaraq reflektor yolla mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdırır.

Duzlu vannalarda suya hər litrə 10-30 qr xörək duzu hesabı ilə əlavə olunur. Suyun temperaturu +36-+370C-dir. Duzlu vannanın təsiri altında ürək-damar və mərkəzi sinir sistemlərinin, sinir-əzələ aparatının fəaliyyəti yaxşılaşır, maddələr mübadiləsi fəallaşır, bərpa prosesləri sürətlənir. Bu vannalar günaşırı 12-15 dəq. müddətində qəbul edilir.
HAMAMLAR
Hamamlar yaş və quru buxarlı olurlar.

Yaş buxarlı hamamda (buğxana) havanın temperaturu +60-+700C, rütubətlik 90%-ə çatır. Quru buxarlı hamamda (sauna) havanın temperaturu +900-+1000 olduğu halda nisbi rütubətliyi 12-15% təşkil edir.

İş qabiliyyətinin bərpası və artırılması məqsədilə idmançı 900-li isti hava şəraitində 10 dəq. qalmalıdır. Bəzi hallarda həkimin icazəsi ilə 10-15 dəq. fasilə verməklə 2 dəfə hamama girmək mümkündür. Son zamanlarda saunalardan sonra su prosedurlarının qəbul edilməsi məsləhət görülür. Bu, mərkəzi və periferik sinir sistemlərində müsbət dəyişikliklər törədir. Nəticədə hərəkətlərin dəqiqliyi və koordinasiyası yaxşılaşır, müsbət emosiyalar yaranır.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin