İdman təbabəTİ VƏ GİGİyena


ELEKTRİK CƏRƏYANININ, İŞIĞIN VƏ İSTİLİYİN



Yüklə 1,93 Mb.
səhifə70/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   66   67   68   69   70   71   72   73   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

ELEKTRİK CƏRƏYANININ, İŞIĞIN VƏ İSTİLİYİN

İSTİFADƏ EDİLMƏSİ
Elektrik cərəyanı, işıq və istilik məşq və yarış nəticəsində idmançının orqanizmində əmələ gələn yerli və ümumi yorulmanı aradın götürür.

Bu vasitələrdən diadinamik cərəyan, qısa dalğalı diatermiya, elektromaqnit dalğaları, yüksək tezlikli elektrik cərəyanı, ultrabənövşəyi şüalanma, solyuks daha geniş istifadə edilir.

Dərinin və daxili üzvlərin reseptorlarının fiziki vasitələrlə qıcıqlandırılması sinir yolları ilə mərkəzi sinir sisteminə verilir və orada qıcıqlanmaya qarşı cavab reaksiyası meydana çıxır ki, bunlar da funksional vəziyyətin dəyişkənliyinə gətirib çıxarır.

Diadinamik cərəyan və ya Bernar cərəyanı saniyədə 50-100 hers tezlikli 2 cərəyandan ibarətdir. Hər iki cərəyan bir-birini əvəz etməklə orqanizmə təsir göstərir. Diadinamik cərəyan əldə etmək üçün SNİM aparatından istifadə edilir. İdmançının bərpa edilməsi zamanı təsir edilən nahiyədə temperatur yüksəlir, qan dövranı tezləşir, toxumalarda maddələr mübadiləsi artır. Cərəyanın təsir müddəti 6-8 dəqiqə davam edir. Müalicə 8 - 12 gün aparılır. İmpulslu sıçrayışlı elektromaqnit dalğaları sinir-endokrin sisteminə təsir göstərir. Zəif və orta güclü cərəyan fermentlərin bioloji fəallığını artırır, damarları genəldir və ətraf əzələlərində qan dövranını sürətləndirir. Nəticədə məşqlərdən sonra bərpa prosesi sürətlənir. Zəif cərəyanı əldə etmək üçün «LUÇ-2», «LUÇ-4», «LUÇ-58» cihazlarından istifadə olunur. Prosedur 8-15 dəq. olmaqla hər gün və ya günaşırı tətbiq edilir. Məşqdən 20-30 dəq. sonra 8-12 prosedur təyin edilir.

Böyük həcmli və gərgin məşqlərdən, ümumi fiziki hazırlıqdan sonra bel nahiyəsinə təsir etmək lazımdır.

Orta güclü dalğaları əldə etmək üçün «VOLM-2» tipli cihazdan istifadə edilir. Prosedur 10-15 dəq. davam edir və 8-10 gün müddətinə təyin edilir. Prosedurdan sonra idmançı 30 dəq. uzanmış vəziyyətdə istirahət etməlidir.

Yüksək tezlikli elektrik cərəyanı kapilyar və arteriaları genişləndirməklə qan dövranını sürətləndirir, qan təzyiqini aşağı salır, çox vaxt nəbzin sayını azaldır, böyrəklərdə qan dövranını gücləndirir və filtrasiyanı artırır.

Yüksək tezlikli elektrik cərəyanını əldə etmək üçün «Ekran-2», «UVÇ-30», «UVÇ-66», «UVS-4» tipli aparatlardan istifadə edilir. Hər bir prosedura 8-12 dəq. davm edir.

Qısa dalğalı diatermiya cərəyanı yüksək tezlikli maqnit sahəsindən ibarətdir. Onun təsiri nəticəsində toxumaların temperaturu yüksəlir. Periferik və dərin nahiyələrdə qan dövranı güclənir, maddələr mübadiləsi yaxşılaşır, sorulma artır, orqanizmin immunobioloji qabiliyyəti yüksəlir.

Prosedur hər gün və ya günaşırı 15-20 dəq. müddətində təyin edilir.

Elektrostimulyasiya əzələlərdə qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırır, əzələ kütləsini çoxaldır, gərgin məşqlərdən sonra bərpa prosesini tezləşdirir, əzələlərin gücünü və iş qabiliyyətini yüksəldir.

Stimulyasiya 10 san. müddətində aparılır və 50 san. fasilə verilir. Bu qayda ilə 10-12 dəfə təkrar olunur. Bu prosedur hər gün axşamlar aparılır.

Elektrik cərəyanı ilə yuxu əmələ gətirmə alçaq tezlikli, kiçik güclü impulslu cərəyanla həyata keçirilir.

Bu cərəyan mərkəzi sinir sistemində qoruyucu tormozlanma əmələ gətirməklə iş qabiliyyətini yüksəldir, yorğunluğu azaldır. Emosional reallığı aşağı salır, əsas mübadiləni normallaşdırır.

Bu üsul yarışlar qabağı və yarış zamanı 30 dəq. müddətində tətbiq edilir. Prosedura hər gün aparıla bilər.

İşıq prosedurları orqanizmdə maddələr mübadiləsini artırır, inkişafı və boy proseslərini fəallaşdırır, sinir, ürək-damar, tənəffüs, həzm və s. sistemlərin fəaliyyətinə müsbət təsir göstərir, iş qabiliyyətinin bərpa edilməsinə və yüksəldilməsinə kömək edir.

İşıq prosedurlarında işıq enerjisi istifadə olunur.

Ultrabənövşəyi şüalar maddələr mübadiləsini fəallaşdırır, vitaminlərin münasibətlərini nizama salır, qaraciyərdə və əzələlərdə qlikogenin miqdarını artırır, sinir, ürək-damar, tənəffüs və s. üzvlərin fəaliyyətini yaxşılaşdırır, orqanizmin xarici mühitin ziyanverici təsirinə və mikroblara qarşı dözümlülüyünü artırır. Eyni zamanda bu şüalar orqanizmin iş qabiliyyətini, dözümlüyünü qaldırır.

Təcrübədə PEK-2, PEK-4, PEK-7 və s. aparatlardan geniş istifadə edilir.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin