İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə73/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   69   70   71   72   73   74   75   76   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

AEROİONLAŞDIRILMA
Atmosfer havasında ionlar ionizatorların təsiri altında əmələ gəlir (torpağın radioaktiv şüalanması, kosmik şüalanma, suyun tozlandırılması və səpələnməsi).

Dərinin, yuxarı tənəffüs yollarının səthinə, ağciyərlərin broxiollarına daxil olaraq aeroionlar reseptorlara təsir göstərməklə orqanizmdə sinir-reflektoru reaksiyası əmələ gətirir. Aeroionların miqdarından, yüklərindən, kimyəvi təbiətindən və təsir etmə müddətindən asılı olaraq mənfi və ya müsbət təsir əldə edilir. Yüngül mənfi ionlar (1 sm3 3000-4000) oksigen mənşəli olub mərkəzi və periferik sinir sisteminin funksional vəziyyətini, qanın tərkibini yaxşılaşdırır, mübadilə proseslərini sürətləndirir, orqanizmin soyuğa, oksigen çatmamazlığına, müxtəlif yoluxucu xəstəliklərə, zədələnmələrə qarşı dözümlülüyünü artırır, yaraların sağalmasını tezləşdirir. Mənfi yüngül ionlar dağ çayları ətrafında meşədə, dəniz kənarında, orta yüksəklik dağ səthlərində daha çox müşahidə edilir.

Son zamanlar süni yolla yüngül mənfi ionlar əldə edilir. Bunun üçün «Ryazan-101» tipli aeroionizatordan istifadə edilir. Bərpa proseslərini sürətləndirmək üçün aparat idmançılar üçün nəzərdə tutulan otaqlarda qoyulur. Prosedur aparılan otaqların temperaturu +180 C az olmamalıdır. Aparat idmançılardan 10-50 sm aralı yerləşdirilir. Prosedur 5 dəqiqədən 15 dəqiqəyə qədər davam edir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin