3. İfadəli oxunun texniki cəhətləri
Bildiyimiz kimi, ifadəli oxunun aşağıdakı elmi əsasları vardır: üslubiyyat, məntiq, psixologiya və bədii oxu. Bütün bunlar demək olar ki, ifadəli oxunun və ifadəli oxu sənətinin əsasını təşkil edir. İfadəli oxunun əsası isə geniş ictimai əhəmiyyətli bir işdir və təlimin məzmununa daxildir. “İfadəli oxu deyəndə ilk anda oxunun canlı tərzdə, intonasiya ilə səsləndirilməsi başa düşülür. İfadəli oxu mətnlərinin məzmununun şagirdlər tərəfindən daha dərindən mənimsənilməsi üçün müəllimin istifadə etdiyi ciddi iş üsullarından biridir (12, 17). Məlumdur ki, dinlədiyimiz hər bir sənət əsəri bizim duyğularımıza təsir edincəyə qədər üç mərhələdən keçir:
Sözləri eşidirik;
Eşitdiyimiz sözlərin məzmununu, mənasını anlayırıq;
Əsərin daxili, poetik gözəlliyini duyuruq.
Bu üç xüsusiyyət isə üç şərtlə müəyyənləşir:
Texniki şərt;
Məntiqi şərt;
Bədii şərt.
İfadəli oxunun aşağıdakı texniki cəhətləri vardır:
Dostları ilə paylaş: |