İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur



Yüklə 389,5 Kb.
səhifə7/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   2   3   4   5   6   7   8   9   10   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

4. İfadəli oxunun məntiqi cəhətləri

Hər hansı bir bədii əsər oxucuya və dinləyiciyə o zaman yaxşı təsir bağışlayır ki, əsərdəki hadisələrin daxili mənası onun duyğularına, hisslərinə təsir edə bilsin. Şagird və ya tələbələr bədii əsərləri o zaman yaxşı, ifadəli oxuya bilərlər ki, onun ideyasını və məzmununu mükəmməl dərk etsinlər.

Əgər şagird və ya tələbə hər hansı bir bədii mətnin məzmununu və ideyasını dərk etmək üçün oxuyursa, buna məntiqi oxu deyilir.

Hər hansı bir şagird və ya tələbə bədii mətnin məzmununu, ideyasını qavradıqdan sonra oxuyarsa belə oxuya ifadəli oxu deyilir.

Məntiqi oxu üçün əsas şərt mövzunun və ideyanın düzgün qavranılmasıdır. İdeyası və məzmunu qavranılmayan mətni heç vaxt ifadəli oxumaq mümkün deyil. Ona görə də ifadəli oxudan qabaq mütləq məntiqi oxu tələb olunur. Məntiqi oxu üçün mühüm şərtlərdən biri şeirin vəzninə, qafiyəsin., rədifinə və s. diqqət yetirilməsidir. “Ahəngdarlıq şeirin – lirik növün başlıca keyfiyyətidir və onu yaradan vasitələr vardır. Bu vasitələrə ölçü, qafiyə və bölgü daxil edilir.Ədəbiyyatşünaslıqdan yaxşı bəllidir ki, vəzn misraların bərabərliyini nəzərdə tutur və onun öz tələbləri vardır. Qafiyə misraların sonunda səslənməcə yaxın olan sözlərdir və şeirləri onlarsız təsəvvür etmək olmaz. Bölgü isə misradaxili fasilələrdir” (12,82).

Ədəbiyyatşünaslıq terminləri lüğətində vəzn- yunanca ölçü, vahid deməkdir. Yəni vəzn şeirin ölçüsü,onun struktur vahididir. Ölçü və yaxud vəzn şeirdə ahəngi yaradan, formanın musiqililiyini və obrazlığını gücləndirən amillərdən biridir. Şeir vəznlə - səslərin nizam, qayda-qanun və tənasübü ilə yaranır. Vəzn şeirə məna, məzmun, hərəkət və poetik vüsət verir. Dünya ədəbiyyatında daha çox heca, əruz və sərbəst vəzndən istifadə olunmuşdur.



Qafiyə-şeirdə beytlərin və ya misraların son söz və ya səslərin uyğunluğu, həmahəngliliyidir. Qafiyə misraların sonunda sözlərin səs, şəkil, quruluş baxımından ahəngdar şəkildə tələffüzz olunmasına deyilir.

Rədif - ərəbcə əlavə deməkdir. Hər beytin axırında qafiyədən sonra təkrar edilən söz və ya söz birləşməsinə rədif deyilir. Misra sonunda ahəngdar və ardıcıl surətdə səslənən belə sözlər oxucunun diqqətinin konkret bir mətləb üzərində cəmlənməsində, bədii əsərdən nəticə çıxarmaqda böyük rol oynayır. Hər hansı bir şeirdə sözlərin qafiyələnməsi yerinə görə müxtəlif olur. Şeirdə misralar cüt-cüt, çarpaz və ya başqa şəkildə qafiyələnə bilər.

İfadəli oxu prosesində vurğunun xüsusi əhəmiyyəti vardır. Sözdə hecalardan birinin o birinə nisbətən qüvvətli deyilməsinə vurğu deyilir. Azərbaycan dilində vurğunun üç növü var:



  1. Heca vurğusu;

  2. Məntiqi vurğu;

  3. Həyəcanlı vurğu.


Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin