İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur


Tələffüz. İfadəli oxunun texniki cəhətlərindən biri də tələffüzdür



Yüklə 389,5 Kb.
səhifə6/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   2   3   4   5   6   7   8   9   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

2.Tələffüz. İfadəli oxunun texniki cəhətlərindən biri də tələffüzdür. Tələffüz - ərəbcə söz mənasinda olan ləfz sözündən götürülmüşdür. Mənası isə söyləmək deməkdir. Ədəbi tələffüzü öyrənən elm sahəsinə orfoepiya deyilir. Orfoepiya düzgün oxu, düzgün danışıq mənasinda işlənən termindir. Əslində isə orfoepiya ədəbi dilin şifahi qolunu ümumi normalar əsasında formalaşdıran, yəni fonetik cəhətdən ümumiləşdirici normaları təzahür etdirən tələffüz qadya qanunlarının sistemli məcmusudur. Bədii mətni oxuyarkən düzgün tələffüz qaydaları nəzərə alınmalı, yəni kitabda yazıldığı kimi deyil, ədəbi danışıqda olduğu kimi tələffüz edilməlidir. Bəzən canlı danışıqda yerli şivələr də nəzərə alına bilər. Bu vəziyyət daha çox tamaşa zamanı səhnədə baş verə bilər. Əgər hər hansı bir əsərdə aktyor yerli şivələrdən daha çox istifadə edərsə həmin aktyor gülünc vəziyyətə düşər, səhnədə isə komizm yaradar. Ə.Dəmirçizadə göstərir ki, “tələffüz mənalı səslənmə prosesidir”(3,16).

Əslində tənəffüs və tləffüz bir-biri ilə əlaqəlidir. Yəni heç bir səs özbaşına yaranmır. Səslərin yaranması üçün həm danışıq üzvləri, həm də tənəffüs yaxından iştirak edir. Çünki, səslər tələffüzün əsas vasitələridir və eyni zamanda tələffüz normaları ilə üzvi surətdə bağlıdır. Ə.Dəmirçizadə tələffüzü mənalı səslənmə prosesi adlandırır.



3. Tənəffüs. İfadəli oxunun bir texniki cəhəti də tənəffüsdür. İfadəli oxumaq üçün həm də düzgün tənəffüs etməyi bacarmaq lazımdır. Zahirən tənəffüs təbii bir proses kimi görünür. Lakin tənəffüsü düzgün almadıqda yaxşı ifadəli oxumaq olmaz. Diqqət yetirilərsə, görünər ki, pis ifadəli oxuyan şagird və ya tələbə mətni oxuyarkən az hava alır və ifadəli oxu zamanı çox hava sərf edir. Belə hallarda nitqdə tənginəfəslik yaranır, cümlələrin ardını deməyə nəfəs çatmır. Ustalaşmış oxucu isə həmişə bilir ki, sait səslərdən sonra nəfəs almaq vacibdir. Çünki bu zaman hava axını ağız boşluğ undan sərbəst daxil olduğundan nəfəs almaq prosesi də asanlaşır. Adi danışığımızda əgər nəfəsalmanı düzgün etməsək müşahidə olunan qüsurlar ifadəli oxuda özünü büruzə verəcəkdir. Yəni danışan şəxs kimə nə deyəcəyini və nə məqsədlə söyləyəcəyini yaxşı bilərsə tənəffüs etmədə səhvə yol verməz. Ona görə də düzgün tənəffüs etmək ifadəli oxu prosesində ən vacib məsələlərdən biri kimi diqqət mərkəzində saxlanmalıdır. Hər hansı mətni oxumazdan əvvəl onun məzmunu dərindən öyrənilməli, oxu zamanı isə lazımi yerlərdə fasilələrə, tənəffüsə düzgün əməl edilməlidir. Tənəffüs yerində alınmazsa həmin əsərin məzmunu itər, maraqlı və təsirli olmaz. İstər tənəffüs, istərsə də tələffüz haqqında dediklərimizə əməl etmək ən çox aktyorluq və ifaçılıq sənətində vacib şərtlərdən biridir.

Bəzən biz, nəfəsalma tələbatımızı ödəmək üçün öz-özümüzü tənzimləyirik. “Belə tənəffüsetmə bütün canlılara xasdır. Buna elmi dildə qeyri-ixtiyari tənəffüs deyilir. Tənəffüsün ikinci bir tərəfi də vardır ki, biz onu müəyyən qədər öz iradəmizə tabe edər, ləngidər və ya sürətləndirə bilərik. Bu cür nəfəsalmaya isə ixtiyari tənəffüs deyilir”(12,30). Danışıq nitq tənəffüsü ilə başlanır. Adi tənəffüsdə hava ağız boşluğunda maneəyə rast gəlmir. Nitq tənəffüsü zamanı beyindən gələn siqnallar vasitəsilə hava axını tənzimlənmiş formada idarə olunaraq ağız boşluğunda yerinə görə maneəyə rast gəlir. Nitqin gözəlliyi təkcə fonetik –tələffüz, leksik, qrammatik normalara bələd olmaqla bitmir. Bunun üçün nitqin məzmunu gözəl olmalı, danışıq aydın və dinləyənin səviyyəsinə uyğun olaraq intonasiyanı yerli-yerində dəyişməklə dinləyicilərin diqqətini cəlb etməli, onları yormamalıdır. Orta məktəblərdə bu iş daha çox ədəbiyyat müəlliminin üzərinə düşür. Buna görədə çalışılmalıdır ki, şagirdlərin nitqi rəvan və gözəl olsun. Bunun üçün də şagirdlərin gözəl, səlis, rəvan danışmalarından ötəri onların tənəffüsünə nəzarət etmək lazımdır. Yəni onların cümlələri düzgün işlətmələri üçün lazımi tapşırıq və ya çalışmalardan istifadə edilməlidir.



Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin