İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur


Səs. Tələbə və ya dinləyici yalnız səsin köməyi ilə fikirləri dərk edir və duyur



Yüklə 389,5 Kb.
səhifə5/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   2   3   4   5   6   7   8   9   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

1.Səs. Tələbə və ya dinləyici yalnız səsin köməyi ilə fikirləri dərk edir və duyur. Buna görə də səsin yaranma yeri, məxrəci haqqında müəyyən bilik əldə etmək olduqca zəruri məsələdir. İfadəli oxunun texniki cəhəti iki mühüm amildən; səsdən və onun ifadəsindən, yəni tələffüzdən daha çox asılıdır.İfadəli danışmaq və oxumaq işində səs üçün üç cür avaz, yəni ton lazım olur: alçaq ton, orta ton, yüksək ton.

Əlbəttə, bunların hamısından ifadəli oxu zamanı eyni cür istifadə olunmur. Təlim işində ən çox işlənən ton orta ton hesab olunur. İfadəli oxuda, xüsusilə də lirik səpgidə yazılmış əsərlərin oxusunda daha çox orta tondan, bəzən isə alçaq tondan istifadə edilir. Orta tonda şairin yaratdığı lirik personajın hiss və həyəcanları, duyğuları, bir sözlə, onun daxili dünyası ifadəli oxuyan şəxs tərəfindən dinləyiciyə çatdırılır. Bu cür şeirləri, yəni lirik səpgidə yazılmış şeirləri yüksək avazla oxumaq olmaz. Çünki, həmin şeirlər yüksək avazla oxunarsa sənətkarın çatdırmaq istədiyi intim hisslər və şeirdəki lirizm təsir qüvvəsini itirib təmtəraqlı pafosa çevrilər. Lirik şeirin oxusunda sənətkarın təsvir üsulundan asılı olaraq vəznin tələbinə müvafiq misralarda bəzən alçaq tondan da istifadə edilir. Lakin alçaq tondan istifadənin üslubi yerini ifadəli oxuyan şəxs bunu müəyyənləşdirməyi bacarmalıdır. Çünki, şeiri başdan ayağa qədər alçaq tonda oxumaq onun təsir qüvvəsini itirər. Alçaq tondan istifadə şeirdə o zaman lazım olur ki, təsvir olunan lirik qəhrəmanın daxili düşüncələri, hiss və həyəcanları daha çox pıçıltı tələb etsin. Belə hallarda ifadəli oxuyan şəxs öz nitqində bir həzinlik, mülayimlik, emosiya çalarlığı yaratmalıdır.

Yüksək avazdan isə o zaman istifadə olunur ki, mətn yüksək pafos tələb eləmiş olsun. Siyasi tribunalardan çıxış edən dövlət xadimlərinin nitqi, siyasi icmalçıların nitqi yüksək ton əsasında oxunur. Çünki burada geniş auditoriyanın tələbləri də nəzərə alınır. Bu cür nitq və onun təsir dairəsi geniş, qüvvətli olur. Çox zaman səs cihazlarını qorumaq üçün səs yazılarından da istifadə edilir. Belə hallarda əvvəlcə bədii mətn həmin təlimin texniki vasitələrinə köçürülür, bundan sonra isə müəyyən hazırlıq işləri başlanılır.


Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin