A-S-Q-T tetranukleotidinin quruluşunu yazın.Zülalların funksiyaları,xassələri tərkibi.İnsulin haqqında geniş məlumat verin,kimyəvi tərkibini göstərin.Mo-nosaxaridlər,heksozaların əsas nümayəndəsi,xassələri və quruluşu,mutorata-siya hadisəsi.Oksireduktozalar onların təsir sxemi,kofermentləri
Zülalların funksiyaları
Quruluş funksiyaları-Zülallar hüceyrə xarici quruluş funksyalarını yerinə yetirirlər: İpəyin tərkibində rast gəlinir, tükün və dırnağın quruluşunu təmin edir,
Nəqliyyat funksiyası- qanın eritrositlərinin tərkibində olan hemoqlobin O2 və CO2-ın toxumalara daşınmasını yerinə yetirir.
Tənzimləyici funksyaları. Bəzi zülallar hormon funkosyası, yəni tənzimləyici rolunu yerinə yetirir. Hormonlar bioloji aktiv maddələrdir, onlar xüsusi vəzilərdə sintez olunaraq qana da- xil olur və maddələr mübadiləsinin tənzimlənməsində iştirak edir.
Reseptor funksyası-Zülal reseptorları hüceyrə membranında zülalların qurulmasında iştirak edirlər Müdafiə funksyası-Orqanizmə yad zülallar və ya mikroorqanizmlər (antigenlər) daxil olduqda orqanizmin özündə bəzi müdafiə xarakterli (antigellər) zülallar sintez olunur ki, həmin zülallar antigenlərlə əlaqəyə girərək onları məhv etmək funksyalarına malikdirlər.
Hərəkət funksyası-Qısa əzələlərin xüsusi zülalları (aktin və miozin) hüceyrənin və orqanizmin bütün hərəkətlərinin yerinə yetirilməsində iştirak edir.
Katalitik funksiya-Bir çox qlobulyar zülallar ferment kimi funksyaya malikdir.
Ehtiyyat funksyaları-Bu funksyaları ehtiyatda olan zülallar yerinə yetirir. Ehtiyyat zülalları enerji ehtiyatı yığır.
Zülalların xassələri-Zülalların çoxusu suda həll olur və kolloid məhlul əmələ gətirir. Ona görə də kolloidlərə aid bütün xassələri daşıyır. Yəni Broun hərəkətini, osmos xassəsini, optik xassəsini (Tindal effekti) özündə əks etdirir. Temperaturun və elektrolitlərin təsirindən koaqulyasiyaya uğrayırlar. Temperatur artıq olduqda denaturasiyalaşır. Yəni ikinci, üçüncü və dördüncü quruluşu pozulur, yalnız birinci quruluş qalır. Həmçinin zülallar irimolekullu birləşmələr olub,amfoter polielektrolitlərdir.Çünki özlərində amin və turşu qalıqlarını saxladıqlarına görə həm əsas,həm də turşu xassəsi daşıyırlar
Zülalların tərkibi-Zülallar bütün canlıların orqanizmlərinin əsasını təşkil edən, hidroliz məhsulları α aminturşuları olan yüksəkmolekullu azottərkibli təbii polimerlərdir.Bütün zülal aminturşuları optiki aktivdir. Zülalların ümumi formulunu aşağıdakı kimi təsəvvür etmək olar
Zülalların tərkibində elementlərin miqdarı müxtəlifdir.
Karbon -50-55% Oksigen -21-24% Hidrogen -6,5-7,3%
Kükürd -0-3,4% Azot -15-18% Kül-0-0,5%
İnsulin və onun kimyəvi tərkibi
A və B polipeptid zəncirindən əmələ gəlmiş insulin molekulunun quruluşu
İnsulin – qandakı bir çox qida maddəsi ilə yanaşı xüsusilə qlükozanın qandan qaraciyər və əzələ kimi toxumalara keçməsini tənzimləyən zülal hormonudur.Şəkərli diabet xəstəliyinin müalicəsində geniş istifadə olunur.1956-cı ildə F. Senger aydınlaşdır misdir ki, insulin molekulu disulfid rabitəsi ilə birləşmiş iki polipeptid zəncirindən ibarətdir. Molekulu təşkil edən zəncirlərdən birində 21, digərində isə 30 aminturşu qalığı vardır. Zəncirlərdən birincisi A, ikincisi isə B hərfləri ilə işarə edilir. Disulfid rabitələ- rindən biri hər iki zəncirin 7-ci aminturşu (sistein) qalıqlrı arasında, digəri isə A zəncirində 20 və B zəncirində 19 vəziyyətində yerləşmiş sistein qalıqları arasında olur. Bundan əlavə, A zəncirin- də 6 və 11 vəziyyətində yerləşən sistein qalıqları arasında daxili disulfid rabitəsi vardır. İnsulin molekulundakı A polipeptidində N- terminal aminturşu qlisindən, S-terminal aminturşusu isə asparagindən ibarətdir. B-polipeptid zəncirində N-terminal aminturşu fenilalanin, S-terminal aminturşusu alanindir. Disulfid rabitələri 5 aminturşu qalığından ibarət olan dairə əmələ gətirir.
Monosaxaridlər,heksozaların əsas nümayəndələri və quruluşu.Mutarotasiya
Monosaxaridlər və ya bəsit şəkərlərə, monozalar, tərkibində ikidən yeddiyə qədər karbon atomu saxlayan karbohidratlar: bioza, trioza, tetroza, pentoza, heksoza və heptozalar aid-dir Monosaxaridlər tərkibindəki funksional qruplara görə iki yerə: aldozalara və ketozalara ayrılır.Aldozlar tərkibində aldehid qrupu ketozlar isə keton qrupu saxlayan monosaxarid-lərdir.Heksozalar C6H12O6 tərkibində altı karbon atomu saxlayan monosaxaridlərdir. Onlar tərkibində olan funksional qruplara görə iki yerə: aldoheksozalar və ketoheksozalara bölünür.Aldoheksozalar tərkiblərində aldehid qrupu saxlayan və ketoheksozalar isə keton qrupu saxlayan monozalardır.Aldoheksozlara qlükoza, mannoza və qalaktoza, ketoheksozlara isə fruktoza aiddir. Bunlar həm açıq zəncirli, həm də qapalı zəncirli siklik birləşmlər şəklində olur. Qlükozanın və fruktozanın açıq forması aşağıdakı kimidir:
Aldoheksozaların (qlükoza, qalaktoza və mannoza) qapalı formasında birinci karbon atomunun və hidroksil qruplarının yerləşmə vəziyyətindən asılı olaraq onlar iki formada olur. Birinci karbon atomunun yanında hidrogen solda və hidroksil qrupu sağda yerləşdikdə (sis vəziyyətdə) alfa forma və əksinə, hidroksil solda və hidrogen sağda olduqda (trans vəziyyətdə) beta-forma adlanır.
Heksozaların bu formaları anomerlər adlanır. Anomer karbon atomunun yanındakı hidroksilə qlikozid hidroksili və ya poluasetal hidroksili də deyilir. Bu qrupun iştirakı ilə yaranan rabitə isə qlikozid rabitəsi, birləşmələr isə qlikozidlər adlanır. Bunlara misal oliqosaxaridlər, polisaxaridlər və s. göstərilə bilər.Sulu məhlulda anomerlər asanlıqla bir-birinə çevrilməklə (mutarotasiya) dinamik müvazinət yaradır.Bu hadisəyə mutarotasiya hadisəsi deyilir
Fermentlərin qruplarından biri olan oksi-reduktazalar bioloji oksidləşmə proseslərini kataliz edən, hidrogen ionlarının və elektronların daşınmasını həyata keçirən fermentlər daxildir. Onların spesifik koenzimləri və prostetik qrupları olur. Ən mühüm oksi-reduktazalar aşağıdakılardır:Aerob dehidroge-nazalar hidrogen atomlarını oksidləşən substratdan alaraq, oksigenlə birləşdi-rir.
Anaerob dehidrogenazalar-hidrogeni bir substratdan digə- rinə kecirir. Bu cəhətə görə anaerob dehidrogenazalar aerob dehidrogenazalardan fərqlənir. Lakin onların kataliz etdiyi reaksiyalarda oksigen istirak etmir:
Sitoxromlar-bioloji oksidləşmədə elektron daşıyıcı kimi iştirak edən fermentlərdir (məsələn, sitoxromoksidaza).
Peroksidaza və katalazaya hidrogen atomlarını substratdan hidrogenperoksid molekuluna keçirir (peroksidaza), ya da hidrogenperoksidi suya və molekulyar oksigenə parçalayır