İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


Orqanların kritik inkişaf dövrü (V.V.Ritov)



Yüklə 286,46 Kb.
səhifə109/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   105   106   107   108   109   110   111   112   ...   161
SALAMLIQHAQQINDADNCLR

Orqanların kritik inkişaf dövrü (V.V.Ritov)


Beyin

3-11 həftə

Gözlər

4-7 dəfə

Ürək

2-7 həftə

Qulaqlar

7-12 dəfə

Dişlər

6-12 həftə

Dodaqlar

5-6 dəfə

Əmgəh

10-12 həftə

Əl-ayaq

4-8 həftə

Rüşeym faza  12 həftədən hamiləliyin axırına qədər davam edir. Bu fazada dölün surətlə böyüməsi davam edir. Qida döl tərəfindən qəbul edilir. Bu dövrdə zərərli amillərin təsiri nəticəsində orqanların patoloji dəyişikliyi (displaziya) və ya orqanın, toxumaların natamam inkişafı (hipoplaziya), vaxtından qabaq doğuş, dölün hipotrofiyası baş verə bilər.

İntranatal etap doğuşun başlanğıcından göbəyin bağlanmasına qədər vaxtı əhatə edir. Bu dövrdə beynin qan dövranı pozuntuları, doğuş zədəsi, doğuş yollarının patogen florası asfiksiyanın pozuntuları ola bilər.

Bətndən xarici etap göbək bağlanandan uşağın ilk nəfəsalma müddəti sayılır. Yeni doğulmuş uşağın ilk nəfəs almasından birinci ayın axrına qədər şərti olaraq, 28 gün sayılır. Uşaqların həyatında bu çox məsuliyyəti dövrüdür. Bu dövr ərzində uşaq orqanizmi yeni şəraitə uyğunlaşır. Belə ki, bu dövrdə ağciyərlə tənəffüs başlayır, kiçik qan dövrü dairəsi isə düşür, mədə-bağırsaq yolları mikroorqanizmlərlə təmin olunur. Bu dövrdə həmçinin orqanizmin əsas funksiyaları qeyri-tarazlıq vəziyyətində olur, uşaqda inkişafın deffekti, doğuş zədəsi, hemolitik xəstəlik, tənəffüs pozuntuları sindromu və başqa patalogiya aşkar oluna bilər.


Südəmər yaş

Bu yaşda yüksək mübadilələr prosesi, boyun, bədənin çəkisinin sürətlə artması xarakterikdir. Bununla yanaşı, bu etapda anatomik strukturların yetişməməsi hələ saxlanılır və bunun nəticəsində bəzi kəskinləşmələr, xüsusən mədə-bağırsaq yollarında baş verir. Beləliklə, südəmər dövrdə əsas problem qidalanmadır. Yadda saxlayın ki, südəmər uşaq üçün yeganə fizioloji qida ana südüdür.

Tədricən qida həzmetmə şirə fermentlərinin fəallığı artır və uşaq orqanizmi nəyin ki, ana südünü, hətta başqa qidanı da həzm etməyə qadir olur. Bu dövrdə sümük sisteminin formalaşması çox fəal olur.

Südəmər uşaqlarda xəstəliyin xüsusiyyəti ondan ibarətdir ki, uşaq orqanizmi bu və ya başqa patoloji prosesi müəyyən orqan və ya toxuma ilə məhdudlaşdıra bilmir. Buna görə də uşaqlarda ümumi simptomlar yerli simptomlardan üstünlük təşkil edir.

Bu yaşda uşaqlarda tez-tez hipotrofiya, anemiya defisitliyi, diatez, raxit, spazmofiliya, tənəffüs sisteminin xəstəlikləri müşahidə olunur. Bununla belə, bu dövr üçün kəskin uşaq infeksiya xəstəlikləri xarakterik deyildir. Çünki, uşaqlar anadangəlmə immunitet alırlar. Lakin ikinci yarımillikdə uşağın aktiv immuniteti zəifləyir və onda müxtəlif uşaq infeksiyalı xəstəliklərin artması müşahidə olunur.


Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin