Sağlam hamiləlik
Uşağın optimal vəziyyətinin əsasları hələ o ana bətnində olarkən qoyulur və bu əsaslar valideynlərin sağlamlıq səviyyəsindən asılıdır. Bir neçə ilin perinatal patologiya analizləri hamilə qadınların sağlamlığının heç də ürəkaçan olmadığını göstərir. Belə ki, axırıncı 5 ildə anemiyalı qadınların sayı 2,8, gestozlu (hamilənin toksikozu) 7, qan dövranı sisteminin xəstəlikləri 1,5, sidik cinsi sisteminin xəstəliyi ilə xəstələnən qadınların sayı isə 1,9 dəfə artmışdır. Yeni doğulan uşaqların xəstələnməsinin artması da qeyd olunur. Eyni zamanda ana bətnində xəstəliyə yoluxan uşaqların, yeni doğulan uşaqlarda isə tənəffüs yollarının pozulması sindromu, habelə doğuş zamanı zədə alan, anadangəlmə inkişaf nöqsanı olan, qeysər yolu ilə doğulan uşaqların faizinin artması müşahidə olunur. Yeni doğulmuş uşağın sağlamlığı qeyd olunacaq dərəcədə aşağı olur, onun uyğunlaşma mexanizmi müəyyən dərəcədə pis işləyir və bunun nəticəsində bu uşaqlar müxtəlif xəstəliklərə düçar ola bilir.
Ana bətnindəki uşaq zərərverici təsirlərdən ana orqanizmi tərəfindən qorunur. Ana uşağı qoruyan mühitdir və o özü bu mühitdən ayrılmazdır. Uşaq üçün ananın vəziyyətinin dəyişməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, ananın xarakterik emosiyaları, onun hamiləliyə münasibəti, iş və məişət rejimi, mikro- və makroiqlimin təsiri, qidalanma və nəhayət ananın xəstəlikləri bu şəraiti yaradan amillərdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, uşaq yaşında xəstəliyin yaranmasının profilaktikasını hələ uşaq ana bətnində olarkən başlamaq lazımdır. Uşaq hələ ana bətnində olarkən ana tərəfindən mineral maddələr alır. Bu isə ananın öz orqanizminin kasıblamasına səbəb olur. Digər tərəfdən, əgər gələcək ananın orqanizmində bu elementlərin miqdarı və nisbəti azdırsa, o ana bətnində böyüyən uşağa heç nə verə bilmir. Bundan əlavə, ana bətnində böyüyən uşaq öz metabolizmini, zəhərli məhsullarını ana qanına verir, bu isə güclü toksikozların yaranmasına səbəb olur.
“Tyanşi” BAƏ-lərini tibbin ən çətin sahəsi olan perinatologiyanı korreksiya etmək üçün müvəffəqiyyətlə istifadə etmək olar. Belə olan surətdə gələcək ananın öz sağlamlığını qorumaq üçün ən optimal şərait yaradır.
Ana orqanizmə düşən biokalsium bətndəki uşağın inkişafına sərf olunan qüvvəni kompensasiya edir, uşaqlıq-cift qan dövranını yaxşılaşdırır, bu isə uşağın ana bətnində tam inkişafına zəmin yaradır. Bu o zaman baş verir ki, ana və ana bətnində olan uşağın bütün hüceyrələri tərəfindən kalsiumun 95-98%-i mənimsənilir. Çünki “Tyanşi”-nin istehsal etdiyi preparatlarda kalsium molekulyar yox, ion formasında olur.
Biokalsium, biosink və veykan birlikdə embrion metabolizminin məhsulları olan naşatırı, hidrogen sulfidi, metanı, toksinləri xaric edir. Bildiyimiz kimi bu məhsullar ananın sağlamlığına neqativ təsir edir. Buna görə də bu preparatların qəbulu hamiləliyin birinci və ikinci yarısında profilaktika və toksikozun fon terapiyası üçün məsləhət görülür. Bu BAƏ-lər uşaqlığın hamar əzələ tonusunu normaya salır ki, bu da öz növbəsində özbaşına baş verən abortun qarşısını alır. Onlar spirulinlə birgə hidroqalaktiyanın (analarda laktasiyaların aşağı düşməsi) profilaktikasında effektli vasitə sayılır.
Veykan qadının doğuş yollarını yaxşı hazırlayır. Bu isə doğuş zamanı ana və döl tərəfindən ağırlaşmanı azaldır.
Məlumdur ki, A vitamini orqanizmin infeksiyaya qarşı müqavimətini artırır. B1 vitamini hamilə qadınlarda qusma hallarının inkişaf etməsini xəbərdar edir və orqanizmdə bu vitaminin çatışmaması tez yorulmaya, əzələ-sinir inkişafının, doğuş fəaliyyətinin zəifliyinə gətirib çıxarır. C vitamini isə hamiləliyin saxlanmasına şərait yaradır. Belə ki, onun çatışmaması nəticəsində hamiləliyin kəsilməsi baş verir. Antiraxit adlanan D vitamini döldə raxitin inkişafını xəbərdar edir, hamilə qadınların kalsium və fosfor mübadiləsində böyük rol oynayır. E vitamini hamiləliyin saxlanmasına şərait yaradır və xüsusi ilə anamnez, yarımçıq hamilə olan qadınlara məsləhət görülür. Bu vitamin embrionun və dölün normal inkişafına zəmin yaradır.
Hamilə qadınlarda bütün göstəricilərin normal olmasına qədər biodəmirin qəbulu məsləhət görülür.
Hamiləlik dövründə “Tyanşi” BAƏ-nin qəbulu
I. 28 gün ərzində mineral maddələrin defisitliyini aradan qaldırmaq üçün (hamiləliyin 1 və 2 yarısında) aşağıdakı bioəlavələri qəbul etmək lazımdır:
1. Uşaqlar üçün biokalsium səhər yeməyindən 30 dəqiqə qabaq paketin 1/3 hissəsini 100 ml təmizlənmiş suya qatıb qəbul etmək.
2. Biosink nahardan qabaq 2 kapsul qəbul edib, 200 ml su ilə içmək.
II. 28 gün ərzində immun və endokrin sisteminin saxlanılması (hamiləliyin 2-ci yarısında):
3. Veykan (Hamiləliyin 16 həftəsindən) nahardan 1-1,5 saat sonra 1 kapsul qəbul edib, 1 stəkan su içmək lazımdır.
4. İkan (Hamiləliyin 24 həftəsindən sonra) səhər yeməyindən 30 dəqiqə qabaq 2 kapsul qəbul edib, 1 stəkan su içmək lazımdır. Hipertoniyada və saat 16-dan sonra ehtiyatla qəbul etmək lazımdır.
Diqqət! Əgər hamilə qadının ümumi sidik analizində duzların miqdarı yüksəkdirsə (uratlar, oksalatlar, fosfatlar), uşaqlar üçün biokalsium əvəzinə Qay-Bao qəbul etmək lazımdır. Qay-Baonu səhər yeməyindən sonra hamiləliyin 1-ci 12 həftəsində 7 gün fasilələrlə 1-2 həb qəbul etmək lazımdır. Sonra gün ərzində 1 həb qəbul etmək olar. Kurs 28 gündür.
Uşaq həyatının 1-ci ili
Uşaq həyatının bu dövründə bəzi xəstəliklərin xarakterik olmasıdır. Bu zaman orqanizmin müqavimətinin aşağı düşməsi nəticəsində ilkin yaşda uşaqlar tez-tez və uzun müddət xəstələnirlər.
Hipotrofiya ilkin yaşlı uşaqlarda qidalanmanın xroniki pozuntuları, bədən kütləsinin uzunluğa nisbətən defisitliyi və bunun nəticəsində fiziki, əsəb-sinir sistemi inkişafının ləngiməsi, maddələr mübadiləsinin pozulması və immunitetin aşağı düşməsi baş verir.
Hipotrofiya uşaq yaşlarında müxtəlif xəstəliklərin nəticəsi zamanı baş verir. Hipotrofiya kifayət qədər düzgün qidalanmamaq nəticəsində, habelə qusma, ishal, qəbizlik və müxtəlif infeksiya xəstəlikləri zamanı inkişaf edir. Hipotrofiyanın inkişafına səbəb həm də ana südünün az olması, onun keyfiyyətinin pis olması, uşağın döşləri təmbəl sorması nəticəsində də ola bilər.
Hipotrofiyanın 3 dərəcəsini fərqləndirirlər. 1-ci dərəcədə norma ilə müqayisədə bədən çəkisinin defisitliyi 10-15%, 2-ci dərəcədə 15-30% olur. Hipotrofiyanın 3-cü dərəcəsi “atrofiya” termininə uyğundur, bədən kütləsinin defisitliyi 30%-dən çoxdur.
Hipotrofiyalı uşaqlarda müdafiə mexanizmi aşağı düşür və uşaq müxtəlif infeksiya xəstəliklərinə məruz qalır.
Xəstə uşaqların müalicəsi və qulluğunun düzgün təşkil edilməsi üçün birinci növbədə xəstəliyin səbəblərini aydınlaşdırmaq və aradan qaldırmaq lazımdır. Belə ki, müalicəsi və qulluğunun düzgün təşkil edilməsi üçün birinci növbədə xəstəliyin səbəblərini aydınlaşdırmaq və aradan qaldırmaq lazımdır. Belə ki, müalicəvi qidanın düzgün təyin olunma prinsipinə riayət etmək lazımdır. Masaj və gimnastika məsləhət görülür. Hipotrofiyanın 1-ci dərəcəsinin müalicəsi evdə, 2-3-cü dərəcələrinin müalicəsi isə stasionar şəraitdə, yəni xəstəxanada mümkündür.
Hipotrofiyalı uşaqlarda zülal defisitliyini aradan qaldırmaq üçün spirulini gündə 1 dəfə qəbul etmək (süddə və ya sıyıqda həll edilmiş həbin 1/41/5 hissəsi) məsləhət görülür. Mineral maddələrin defisitini isə biokalsiumu gündə 1 dəfə böyrəklərin fəal olduğu saatlarda 1 kofe qaşığı qədər (tam doldurulmuş kofe qaşığı) qəbul etməklə aradan götürmək olar.
Raxit
Maddələr mübadiləsinin pozulması ilə müşahidə olunan uşaq orqanizminin ümumi xəstəliyidir. Birinci növbədə fosfor-kalsium, sümük yaranma və bütün aparıcı orqanların və sistemlərin funksiyalarının pozulması zamanı baş verir. Ən əsası isə orqanizmdə D vitamini çatışmaması nəticəsində bu xəstəlik yaranır.
Raxitin yaranmasına səbəb pis qidalanma, günəş şüalarının az qəbul edilməsi və açıq havada az olmaq, natamam doğuş, mədə-bağırsaq yollarının xəstəliyi, ekoloji amillərdir.
Birinci növbədə əsəb sisteminin pozulması simptomları: şıltaqlıq, ağlama, qorxaqlıq, narahatçılıq, tərləmə əmələ gəlir. Mineral mübadiləsinin pozulması nəticəsində sümüklər yumşaq və kövrək olur, skeletin deformasiyası baş verir. Kəllə sümüyünün yumşalması, əmgəyin gec bərkiməsi, dişlərin çıxmasının gecikməsi, alın və əmgəh düyünlərinin büruzəsu qeyd olunur, döş dəfəsi deformasiya edir. Uşaq oturmağa, yeriməyə başlayanda, bədənin ağırlığı nəticəsində onurğanın, ayaqların, xüsusən dizlərin (O və ya X-formasında ayaqlar) deformasiyası baş verir. Adətən əzələ tonusu aşağı olur: qarın “qurbağa qarın”ı kimi, oynaqlar isə sallaq olur. Daxili orqanların müxtəlif pozuntuları: dispepsik pozuntular, taxikardiya, tənəffüsün tezləşməsi qeyd olunur.
Raxit-böyüyən orqanizmin xəstəliyidir. O, uşaqda xoşagəlməz fon yaradan xəstəliklərə aiddir və bu xəstəliklər nəticəsində uşaq orqanizmi aşağı yaşlarda tez-tez və uzun müddətli xəstəliklərə düçar olur. Buna görə də uşaq yaşayan otaqda bütün gigiyena tələblərinə riayət etmək lazımdır. Tez-tez otağın havasını dəyişmək, nəm təmizləmə aparmaq, uşağı infeksiya xəstəliyindən qorumaq lazımdır. Uşağın açıq havada kifayət qədər olmasını təmin etmək lazımdır. Raxit olan uşaqların qidalanması tam olmalı və bu qidaların tərkibinə vitaminlərlə, kalsiumla zəngin ərzaqlar daxil edilməlidir.
Raxitin müalicəsi zamanı D vitamini, spirtli və yağlı preparatlardan istifadə olunur. D vitaminini həkim təyin edir. Bundan əlavə, masaj və gimnastika edilməsi xüsusi yer tutur. Raxitin profilaktikası üçün gün ərzində 500 ME D vitamini qəbul etmək lazımdır.
Mineral maddələrin çatışmamasını aradan qaldırmaq üçün uşaqlar üçün biokalsium böyrəklərin fəal saatlarında (saat 17-19) gündə bir dəfə 1 kofe qaşığı (tam doldurulmamış) qədər qəbul etmək lazımdır. Xəstəliyin ağır keçdiyi hallarda isə süd və sıyıqda həll olunmuş spirulinin 1/4 və 1/5 hissəsini gündə bir dəfə qəbul etmək lazımdır.
Spazmofiliya
Mineral mübadiləsinin pozuntuları nəticəsində əmələ gələn və əsəb sisteminin pozulması ilə müşahidə olunan xəstəlikdir. “ yaşına qədər uşaqlarda, əsasən yazın ilk aylarında müşahidə olunur. Əsas əlaməti qıcolmadır. Raxit kimi o da bir çox amillərin təsirindən yaranır: tam olmayan qida, lazımi qulluğun olmaması. Bəzən spazmofiliya və raxit birləşirlər. Spazmofiliyanın gizli və açıq formaları mövcuddur. Açıq formada müxtəlif əzələ qruplarının: udlaq (lariqospazm), ətrafların (karpopedalspazm), ümumi qıcolmalar (eklampsiya) müşahidə olunur. Bu xəstəlik zamanı qidadan inək südünü ixtisar etmək lazımdır. Çünki inək südü bağırsaqda kalsiumun sorulma prosesinin pozulmasına təsir edir. Ərzaqların tərkibinə kalsiumla zəngin qidalar daxil etmək vacibdir. Qıcolmanın inkişafına səbəb məhz kalsium çatışmamasıdır. Eyni zamanda, xəstə uşağa düzgün qulluq edilməli və vaxtında raxitə qarşı müalicənin keçirilməsi kimi tədbirlər görülməlidir.
Bu xəstəlik zamanı “Tyanşi” BAƏ-ini raxitdə olduğu kimi qəbul etmək lazımdır.
Ekssudativ kataral diatez
Südəmər uşaqlarda yanaqların qızarması və qərtməkləməsi halları ilə müşahidə olunur. Uşaqlar narahat olur, pis yatırlar. Qeyd olunan hallar müxtəlif allergenlərin (qidada, tibb alətlərində, qulluq üçün vasitələrdə və s.) təsiri ilə də müşahidə oluna bilər. Buna görə də orqanizmə təsir edən allergeni mütləq təyin etməli və uşağın onunla əlaqəsini kəsmək lazımdır. Düzgün qulluğun və açıq havada kifayət qədər olmağın təşkili çox vacibdir. Qida tam olmalıdır və qidadan moruq şirəsi, çiyələk, sitrus meyvələr, inək südü, yumurta, şokolad, kürü, balıq və başqa allergenlərin ixtisar etmək lazımdır.
Kalium duzunun qəbul edilməsi, xörək duzu və mayenin məhdudlaşdırılması məsləhət görülmür. Artıq çəkisi olan uşaqlar üçün karbohidratlı qida (sıyıqlar, kisel, un məmulatları) məhdud edilir. Hər bir şəxsin müəyyən qida növünə uyğunlaşması üçün qida gündəliyi tərtib etmək lazımdır. Bu gündəlikdə ərzağın uşaq orqanizminə reaksiyası qeyd edilir. Qərtməklənən yerlərə rezorsenin 1%-li, manqan məhlulunun 1:5000 nisbəti ilə islatmaq lazımdır. Qərtməkləmə sulu olmazsa, tərkibində sink, talk, qliserin olan mayelərin qəbulu effektlidir. Xüsusi ilə gigiyenik rejimə diqqət yetirilməlidir. Hər gün palıd ağacının qabığı, çobanyastığı, dəmrovotu ilə müalicə vannaları qəbul etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, uşağı bürümək olmaz, çünki bu zaman göynəmə güclənir.
“Tyanşi” BAƏ-nin köməyi ilə yeni doğulmuş
Dostları ilə paylaş: |