Kompüterin işini maksimum sadələşdirmək üçün müxtəlif riyazi əməllər prosessorda 2-lik ədədlərin toplanmasına gətirilir. Odur ki, prosessorun əsas hissəsi cəmləyici summatordan ibarətdir.
Yarımcəmləyici. 2-lik ədədlər mərtəbə-mərtəbə cəmləndikdə tez-tez yüksək mərtəbəyə köçürmə etmək lazım gəlir. Fərz edək ki, A və B toplanan, P köçürülən, S isə cəmdir. Bu halda bir mərtəbəli 2-lik ədədlərin toplanması aşağıdakı cədvəldəki kimi olacaqdır:
A
|
B
|
P
|
S
|
0
|
0
|
0
|
0
|
0
|
1
|
0
|
1
|
1
|
0
|
0
|
1
|
1
|
1
|
1
|
0
|
Göründüyü kimi, yüksək mərtəbəyə köçürmə (P) A və B arasında məntiqi vurmaya
uyğundur: P
A & B . Bu halda cəmləmə üçün aşağıdakı məntiqi ifadəni alırıq:
S (A
B) &(A & B) . Beləliklə, yarımcəmləmə düsturu və buna uyğun fiziki sxem
yaradılmışdır. Bu sxemə köçürmə mərtəbəsini əlavə etdikdə tam cəmləmə alınır:
S ( A B
P0 ) & P0
( A & B & P0 ) . Burada
P0 - kiçik mərtəbədən köçürmədir. Bu, tam bir
mərtəbəli summatorun məntiqi sxemidir. Çoxmərtəbəli summator bunlardan yığılır.
4.8.3. Trigger
Trigger operativ yaddaşın və prosessorun daxili registrlərinin vacib elementidir. Bu qurğu 1 bit informasiyanı oxumağa və saxlamağa imkan verir. Trigger iki ―VƏ YA‖ və iki
―DEYİL‖ kimi dörd məntiqi elementdən yığılmışdır.
Bölmə 5. İnformasiyanın işlənməsinin avtomatlaşdırılmasının əsasları
Alqoritmləşdirmənin əsasları və proqramlaşdırma
Alqoritm və onun formal icrası
Alqoritm anlayışı.
İnsanın zehni fəaliyyətinin, o cümlədən, hesablama işlərinin formallaşdırılması problemi qədim zamanlardan alimləri məşğul etmişdir. Əsas məsələ hesablama prosesini elə elementar əməllərə bölməkdən ibarətdir ki, hər bir əməl mütləq şəkildə formal təyin edilmiş olsun və hər əməldən sonra hansı əməlin icra ediləcəyi birmənalı bəlli olsun. Bu əməllər ardıcıllığına məsələnin həll alqoritmi deyilir. Məsələnin alqoritminin qurulması- na məsələnin alqoritmləşdirilməsi deyilir.
Alqoritm informatikanın mərkəzi anlayışıdır. Alqoritm sözü 9-cu əsrdə yaşamış özbək riyaziyyatçısı Məhəmməd əl-Xörəzmin adı ilə bağlıdır. Alqoritmi alqoritm icraçısı (operator) reallaşdırır.
Alqoritmin əsas xüsusiyyəti qoyulmuş məqsədə çatdırmasıdır. Maşın üçün yazılmış alqoritm proqram adlanır. Kompüter proqramla işləyir. Proqramı olmayan məsələnin maşında həlli mümkün deyil.
İntuitiv alqoritm anlayışı proqram anlayışından əhəmiyyətli dərəcədə genişdir. İlk proqramçılar Paskal, Dekart, Leybnis, Laplas və b. olmuşlar.
Dostları ilə paylaş: |