Rastr94 şəklin yaradılması. Qrafik informasiya monitor ekranında rastr şəkli
üslubunda alınır. Yəni monutor qrafik informasiyanı ekrana çıxararkən rastr kimi işləyir. Rastr şəkil xalça çeşnisi prinsipində yaradılır. Belə ki, xalça çeşnisi müxtəlif rəngli ilmələrdən yaranan çinlərdən əmələ gəldiyi kimi, rastr şəkil də müxtəlif rəngli nöqtələrdən təşkil edilmış sətrlərdən yaradılır.
Müasir fərdi kompüter monitorları 800x600, 1024x768 və 1280x1024 nöqtəli olurlar. Məsələn, sətrlərində 600, sütunlarında 800 nöqtə olan monitorda 480000 rəngli nöqtə almaq mümkündür. Rəngli nöqtə kodları videoyaddaşda saxlanır. Bütün rənglər göy, qırmızı və yaşıl rənglərdən alınır.
Səs informasiyasının 2-lik kodlaşdırılması
Səsin zamanca diskretləşdirilməsi. Səs müəyyən tezlik və amplitudada kəsilməz dəyişən dalğa mahiyyətli olduğundan, onun diskretləşdirilməsi zamanın kvantlaşdırılması şəklində həyata keçirilir. Amplituda böyük olduqca səs gur, tezlik yüksək olduqca ton yüksək olur. Kəsilməz səs dalğası xırda hissələrə bölünərək, hər birinin özünəməxsus koordinatları olan fərqli nöqtələrə çevrilir. Səs nöqtələri həm də tezlik cəhətdən fərqlənən yaddaş obyektlərinə çevrilir.
Müasir səs kartları səsi 16-bitlik kodlaşdırmağa imkan verir. Bu halda siqnalın səviyyə müxtəlifliyi 65536-ya çatır.
4.8. Kompüter qurğularının məntiqi əsasları
4.8.1 Baza məntiqi elementlər. Bunlar ―VƏ‖, ―VƏ YA‖ və ―DEYİL‖ elementləridir.
―VƏ‖ məntiqi elementi girişə daxil olan iki siqnaldan (00 və ya 01 və ya 10 və ya 11) bir siqnal (0 və ya 1) hasil edir. Bu aşağıdakı fiziki sxemlə reallaşdırılır:
94 Rastr – poliqrafiyada, avtotipiya hazırlama işində istifadə edilən torşəkilli optik cihaz.
A(0,0,1,1)
B(0,1,0,1)
F(0,0,0,1)
VƏ
Yəni, ―VƏ‖ məntiqi elementinin yalnız hər iki girişinə elektrik impulsu verildikdə (A=1 və B=1 olduqda) çıxışda impuls yaranır (F=1 olur).
―VƏ YA‖ məntiqi elementi aşağıdakı fiziki sxemlə reallaşdırılır:
A(0,0,1,1)
B(0,1,0,1)
F(0,1,1,1)
VƏ YA
Göründüyü kimi, ―VƏ YA‖ məntiqi elementinin girişlərindən birinə impuls verildikdə çıxışda impuls yaranır.
―DEYİL‖ məntiqi elementi aşağıdakı fiziki sxemlə reallaşdırılır:
DEYİL
A(0,1) F(1,0)
Yəni, girişə impuls verilmədikdə çıxışda impuls yaranır.
Dostları ilə paylaş: |