İnformatikanin əsaslari


Alqoritm və onun xassələri



Yüklə 1,28 Mb.
səhifə46/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   156
nformatikanin saslari

Alqoritm və onun xassələri. Alqoritmin aşağıdakı xassələri vardır:

  1. Dilə bağlılıq. Alqoritm alqoritmik dildə yazılır. Alqoritmik dil müəyyən simvol- lar və qaydalar sistemidir.

  2. Diskretlik. Alqoritm ciddi struktura malik elementar əməllər (əmrlər) çoxluğu olub, sökülüb-yığılandır.

  3. Determinlik. Alqoritm tamamilə formal və müəyyən (birmənalı) olmalıdır.

  4. Kütləvilik. Alqoritm bir sinif məsələlərin hamısını həll etməyə yararlı olmalıdır.

  5. Təkrarlananlıq. Eyni giriş verilənləri həmişə eyni nəticə verməlidir.

  6. Sonluluq. Alqoritm ya məsələnin həll nəticəsini, ya da həllin mümkün olmadığı barədə məlumatı verməlidir.

Alqoritm prosesi əyaniləşdirən blok-sxem formasında təsvir edilir.
Alqoritmin formal icrası. Alqoritm informasiya proseslərinin gedişini formallaş- dırmağa imkan verir. Yəni əməllər ardıcıllığı yerinə yetirilərkən məzmun rol oynamır.
Kompüter – alqoritmin avtomatik icraçısıdır. Kompüterə aydın olan proqramlaş- dırma dilində yazılmış alqoritm proqram adlanır.



Xətti quruluş.


      1. Alqoritmik strukturların əsas tipləri

Müxtəlif alqoritmlər mövcuddur. Bir-birinin ardınca icra edilən əmrlər seriyasından
ibarət olan alqoritmlər xətti alqoritm adlanır. Əyanilik üçün blok-sxemdən istifadə olunur:




Budaqlanan quruluş.


Xətti alqoritmdən fərqli olaraq budaqlanma alqoritmində şərt olur ki, bu və ya dıgər əmrlər seriyasının icrası həmin şərtin ödənib-ödənməməsindən asılı olur. Şərt mülahizə şəklində olduğundan, ya doğru, ya da yalan olur. Bu, formal dildə şərti və ya məntiqi ifadə adlanır. Şərti ifadə sadə və mürəkkəb ola bilir. Sadə şərt müqayisə ediləcək 2 ədəddən, 2 dəyişəndən, 2 hesabi ifadədən ibarət olur. Məsələn, 5>3, 2*8=4*4 və s.
Mürəkkəb şərt bir-biri ilə məntiq əməli ilə bağlanmış sadə şərtlər ardıcıllığıdır.
Məsələn, 5>3 And 2*8=4*4.
Budaqlanma quruluşu müxtəlif üsullarla təsvir edilə bilir: qrafik formada (blok-sxem şəklində);
proqramlaşdırma dilində, məsələn, Visual Basic VBA dillərində, if şərt operatoru vasitəsilə.
İlk (if) açar sözdən sonra şərt yerləşməlidir. İkinci (Then) açar sözdən sonra isə əmrlər seriyası (şərt ödənirsə, 1-ci seriya) yerləşir. Şərt ödənmirsə, üçüncü (Else) açar sözdən sonra 2-ci seriya əmrlər yerləşir:
Visual Basic-də: VBA-da

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin