İnnovasiyalar texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix14.10.2022
ölçüsü1,17 Mb.
#65132
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
yazili resurslar

Qrafik 5. 
Sinifdə internetdən istifadə ilə bağlı şagirdlərin cavab göstəricilərinin
paylanması


internetdən istifadə edilməsi ilə bağlı suallara verdikləri cavabların faiz göstəriciləri
ifadə olunub.
Burada şagirdlərin internetdən mürəkkəb, mücərrəd mövzuların izahında,
təqdimatların hazırlanmasında və digər məqsədlərlə istifadə edilməsi ilə bağlı
cavabları əks olunmuşdur. Məktəblərin tiplərinə görə, tədris prosesində internetdən
istifadə edilməsi ilə bağlı cavabların müqayisəli təhlili aparılmış, kompüterdə olduğu
kimi, internetdən istifadənin də «Elektron məktəb»lərdə daha yüksək olduğu
müəyyən edilmişdir. Şagirdlər «Elektron məktəb»lərdə müəllimlərin 54 faizinin
müntəzəm olaraq hər gün, 45 faizinin isə həftədə 2-3 dəfə tədris prosesində
internetdən istifadə etməsi ilə bağlı fikir bildirmişlər. Ümumilikdə götürdükdə,
«Elektron məktəb»lərdə müəllimlərin 99 faizinin internetdən ya müntəzəm olaraq
hər gün, ya da həftədə 2-3 dəfə istifadə etdiyi müəyyən olunmuşdur. 
«Elektron məktəb»lərlə müqayisədə tipik ümumtəhsil məktəbləri və «İlin ən
yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan təhsil müəssisələrində
internetdən istifadə səviyyəsinin aşağı olduğu müəyyən edilmişdir. Bunun səbəbi
internet bağlantısının zəif olması ilə əlaqələndirilmişdir. Şagirdlərin cavablarına
görə, tipik ümumtəhsil məktəblərində tədris prosesində internetdən müəllimlərin
50 faizi heç vaxt istifadə etmir; 30 faizi isə ayda 1 dəfə; 20 faizi həftədə 2-3 dəfə
istifadə edir; «İlin ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan
məktəblərdə 40 faiz heç vaxt istifadə etmir; 40 faiz ayda 1 dəfə; 20 faiz həftədə 2-3
dəfə istifadə edir. 
Qrafik 5-ə istinadən deyə bilərik ki, tədris prosesində hər üç məktəb tipində
müəllimlər müasir tədris avadanlıqları və resursları içərisində ən az internetdən
istifadə edirlər.
Araşdırmada iştirak edən şagirdlərin cavab göstəriciləri əsasında müəllimlərin
internetdən istifadə ilə bağlı ümumi cavab göstəriciləri belədir: 30 faiz – heç vaxt
istifadə edilmir; 23,7 faiz – ayda 1 dəfə istifadə edilir; 28,3 faiz – həftədə 2-3 dəfə
istifadə edilir; 18 faiz – müntəzəm olaraq hər gün istifadə edilir.
Qrafik 6-da anket sorğusunda iştirak edən şagirdlərin tədris prosesində proyek-
torlardan istifadə edilməsi ilə bağlı suallara verdikləri cavabların faiz göstəriciləri
ifadə olunub.
Qrafikdən göründüyü kimi, məktəblərin tiplərinə görə (tipik ümumtəhsil
məktəbləri, «İlin ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan məktəblər
və «Elektron məktəb»lər) proyektorlardan tədris prosesində istifadə edilmə səviyyəsi
müxtəlifdir. Bu göstərici yalnız «Elektron məktəb»lərdə yüksəkdir. Belə məktəblərdə
müəllimlərin 54 faizi müntəzəm olaraq hər gün, 46 faizi həftədə 2-3 dəfə tədris
prosesində proyektorlardan istifadə edir. Digər məktəb tiplərində müəllimlərin
proyektorlardan tədris prosesində istifadə göstəricilərinə diqqət yetirək. Tipik
ümumtəhsil məktəblərində: heç vaxt istifadə edilmir – 37 faiz; ayda 1 dəfə istifadə
edilir – 54 faiz; həftədə 2-3 dəfə istifadə edilir – 9 faiz. «İlin ən yaxşı ümumtəhsil
məktəbi» müsabiqəsinin qalibi olan məktəblərdə: heç vaxt istifadə edilmir – 30 faiz;
ayda 1 dəfə istifadə edilir – 55 faiz; həftədə 2-3 dəfə istifadə edilir – 15 faiz.
AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №2

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin