İnnovasiyalar texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix14.10.2022
ölçüsü1,17 Mb.
#65132
1   2   3   4   5   6   7   8   9   ...   17
yazili resurslar

Pedaqoji eksperiment. Araşdırma Azərbaycanın Gəncə və Lənkəran şəhərlərinin,
Oğuz, Qəbələ və Quba rayonlarının məktəblərində aparılmışdır. Tədqiqatı həyata
keçirmək üçün müxtəlif məlumat mənbələrinin olduğunu nəzərə alaraq, təsadüfi
və müxtəlif kriteriyalara əsaslandırılmış seçilmədən (tipik ümumtəhsil məktəbləri,
2008/2009-cu və 2013/2014-cü illərdə ilin «Ən yaxşı ümumtəhsil məktəbi»
müsabiqəsinin qalibi olmuş məktəblər, həmçinin «Elektron məktəb» pilot layihəsinin
həyata keçirildiyi məktəblər) istifadə olunmuşdur. Bu məktəblərin ümumi təsvirini
qısaca belə vermək olar: regionda yüksək təhsil göstəricilərinə malik, yeniləşməyə
və təkmilləşməyə meyilli, ətraf mühit ilə ünsiyyət qurmağı bacaran yüksək nailiyyətli
şagirdlər yetişdirən məktəblər.
Anket sorğusunda müvafiq məktəblərin 300 şagirdi (8-11-ci siniflər olmaqla)
iştirak etmişdir. Hər sinifdən 25 şagird təsadüfi seçilərək, bir sinifə toplanmışdır. 
Şagirdlərin şəxsi göstəriciləri. Cədvəl 1-də sorğuda iştirak edən şagirdlərin
siniflərinə və cinslərinə görə bölgüsü verilmişdir. İştirakçıların siniflər üzrə sayına
AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №2
30
İNNOVASİYALAR


cinsə görə yaranan vəziyyət, fərq nisbətləri minimum və maksimum olmaqla
göstərilmişdir. 
Şagirdlərin siniflər üzrə cinsə görə paylanması qrafik 1-də əks olunub. Təhlil
göstərir ki, onların sayı arasında kəskin fərq olmasa da, qız şagirdlərin ümumi sayı
oğlan şagirdlərlə müqayisədə bir qədər çoxdur.
Məlumatların şərh olunması. Tədris prosesində müasir tədris avadanlıqları və
resurslardan (vizual: sxem, qrafik, diaqram və s.), kompüter, internet, proyektorlar,
video, CD/DVD, test tapşırıqları, qəzet, jurnal və s. yazılı resurslar, ağıllı (smart)
lövhə müəllimlərlə internet (mail,/e-poçt) vasitəsi ilə ünsiyyətin qurulması və sosial
paylaşmada istifadəsi ilə əlaqədar 300 şagirdin anket suallarına cavab və onların
şərhi verilmişdir.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin