ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan məktəblərin şagirdlərinin 50-40
faizi dərslərdə müasir tədris avadanlıqlarından «ayda 1 dəfə istifadə edilir» şəklində
cavab vermişlər.
«Elektron məktəb»lərdə 40 faiz, tipik ümumtəhsil məktəblərində 4 faiz, «İlin ən
yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan məktəblərdə 10 faiz müəllim
kompüterdən tədris prosesində həftədə 2-3 dəfə istifadə edir.
«Elektron məktəb»lərdə müəllimlərin 54 faizi
dərs prosesində kompüterdən
müntəzəm olaraq hər gün istifadə edir. Tipik ümumtəhsil məktəbləri və «İlin ən
yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan məktəblərdə isə bu göstərici
6-10 faiz təşkil edir.
Qrafik 4-ə əsasən alınan nəticə şagirdlərin tədris prosesində kompüterdən istifadə
ilə bağlı konkret fikirlərini göstərmək baxımından maraqlıdır. Belə ki, «Elektron
məktəb»lərdə müəllimlərin 93 faizi ya müntəzəm olaraq hər gün, ya da həftədə 2-3
dəfə tədris prosesində kompüterdən istifadə edir. Digər məktəb tipləri ilə müqayisədə
«Elektron məktəb»lərdə kompüterdən istifadə edilmə səviyyəsinin yüksək olması
təhsildə həyata keçirilən «Elektron məktəb» pilot layihəsi ilə bağlı dövlət siyasətinin
nəticəsidir. Hər üç məktəb tipi üzrə müəllimlərin kompüterdən tədris prosesində
ümumi istifadə göstəriciləri belədir: müntəzəm olaraq hər gün istifadə edilir – 23
faiz, həftədə 2-3 dəfə istifadə edilir – 18 faiz, ayda 1 dəfə istifadə edilir – 32 faiz, heç
vaxt istifadə edilmir – 26,7 faiz.
Qrafik 5-də anket sorğusunda iştirak edən şagirdlərin
tədris prosesində
35
http://journal.edu.az
Nərminə Məmmədova
Texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma
Dostları ilə paylaş: