İnnovasiyalar texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma


http://journal.edu.az Nərminə Məmmədova Texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix14.10.2022
ölçüsü1,17 Mb.
#65132
1   2   3   4   5   6   7   8   9   ...   17
yazili resurslar

29
http://journal.edu.az
Nərminə Məmmədova
Texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma


resursları müəllimin əlində təkcə təlim vasitəsi deyil, həm də şagirdlərin yaradıcılıq
fəaliyyətinin inkişafı üçün bir alətdir [Məmmədova N. 2015].
Qeyd edilənlərdən göründüyü kimi, təhsil müəssisələrində tədris avadanlığı və
resurs mühitinin təmin edilməsi, bunlardan vaxtaşırı sistemsiz şəkildə istifadə
olunması əsas xüsusiyyət, səciyyəvi cəhət kimi göstərilə bilər. Buna təhsil
texnologiyasının dar çərçivədə və ilk səviyyədə tətbiq olunması da demək olar.
Təhsildə dar çərçivədə tətbiqə: başqa sahələrdə istifadə, tədris avadanlğı və resurslar-
dan dərsliklərlə yazı lövhəsi ilə birlikdə və ya təkbaşına istifadə daxildir. 
Bu gün təhsil texnologiyası, təhsil müəssisələrində tədris avadanlıqları və
resurslardan istifadə mühitinin yaradılması anlayışı daha geniş məna daşıyır. İnsan
potensialından tədris avadanlıqları və resurslardan daha səmərəli istifadəni
reallaşdırmaq üçün, ilk növbədə onların tədris prosesində sistemli şəkildə illik
planlaşdırılması aparılmalıdır. 
Yuxarıda qeyd olunanlar bir çox ölkələrin, o cümlədən Azərbaycanın təhsil sistemi
üçün öz aktuallığını saxlayır. Müasir tədris avadanlıqlarının və resurslarının
şagirdlərin gündəlik həyatında, təlimində yerini və əhəmiyyətini sübut edən
tədqiqatlara ciddi ehtiyac vardır. Bu məqsədlə aparılan anket sorğusunda aşağıdakı
suallara cavab axtarılmışdır: 
1. Dərs zamanı müxtəlif tədris resurslarından necə və hansı səviyyədə istifadə
olunur?
2. Tədris avadanlıqları və resurslardan istifadə məsələsində məktəbin tipinə
görə fərqlilik müşahidə olunurmu? 
3. Şagirdlər sosial həyatında müasir tədris resurslarına nə kimi üstünlük verirlər? 
Araşdırma modeli. Bu araşdırmaya mövcud vəziyyətin müəyyən edilməsi də
deyilə bilər. Müvafiq sahədə müxtəlif tədris avadanlıqları və resursların şagirdlərin
təlim prosesində və sosial həyatında istifadə nisbəti araşdırılmışdır.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin