məsələsində uğurlu olması və onlara münasibətləri» istiqamətindəki
araşdırmalarında təhsilverənlərin İKT-nin tətbiqi sahəsində böyük qüsurlarının
olduğu müəyyənləşdirilmişdir. Bu çatışmazlığı həll
etmək üçün müəllimlərin və
universitetlərdə təhsil alan tələbələrin yeni texnologiyalara dair nəzəri biliklər və
praktik bacarıqlar qazanması vacibdir [Cüre F., Özdener N. 2008].
Amerikada və Türkiyənin ali məktəblərində fəaliyyət göstərmiş Doktor Bekir
Gur, Amerikada təhsil almış doktor Murad Özoğlu və Başer Tekinin «Məktəblərdə
kompüter texnologiyasından istifadə və mövcud problemlər» adlı tədqiqatında
«Kompüter texnologiyası hansı məqsədlər üçün və nə səviyyədə istifadə edilir?»,
«Müəllimlər kompüter texnologiyasını siniflərdə istifadə
edərkən problemlərlə
qarşılaşırlarmı?» və s. kimi suallara cavab axtarmışlar. Tədqiqatdan çıxan nəticəyə
görə, kompüterdən bilavasitə təhsildə o qədər də yaradıcı şəkildə istifadə edilmədiyi,
eyni zamanda texniki dəstək çatışmazlığı, vaxt çatışmazlığı və tədris planını yerinə
yetirməyə səy göstərmək kimi məsələlər kompüterdən bilavasitə tədris prosesində
istifadəsinə mane olan amillərdir» [Gür B. S., Özoğlu M. & Başer T. 2010].
Bu məsələ ölkəmizdə aparılan təhsil islahatlarının prioritet fəaliyyət
istiqamətlərindən biridir. Pedaqogika üzrə fəlsəfə doktorları: Aydın
Əhmədov və
Ənvər Abbasovun həmmüəllif olduqları «Ümumi təhsildə inteqrasiya: müasir
yanaşma» adlı məqalədə müəllimlərin tədris avadanlıqlarından istifadə zamanı
üzləşdikləri problemləri həll etmək üçün müəyyən proqramların həyata keçirildiyi
göstərilmişdir. Fənn müəllimlərinin peşə səriştəliliyinin inkişafında
və xüsusilə
bakalavr təhsili zamanı, tələbələrə müasir tədris avadanlıqlarından istifadənin
öyrədilməsi, müəllimlik fəaliyyətinə başladıqları məktəblərdə onlara bu texnoloji
cihazlardan rahatlıqla istifadə etməyə imkan yaradılması kimi məqamlar müəlliflər
tərəfindən xüsusi vurğulanmışdır [Əhmədov A.Ə., Abbasov Ə.M. 2013].
Tələbələr ali təhsilin ilk səviyyəsində tədris avadanlıqları və resurslarla bağlı
texnoloji yeniliklərlə tanış olmadıqlarından, məktəblərdə xidmətə başlayan zaman
onlardan istifadə ən mühüm çatışmazlıq kimi ortaya çıxır.
Görmədikləri və daha
əvvəl istifadə etmədikləri müasir tədris avadanlıqlarını fənnin məzmunu ilə
birləşdirmək
məsələsi, xidmətə yeni başlayan müəllimlərdə bir təlaş,
qorxu və
narahatlıq hissinin yaranmasına səbəb olur. Təbii ki,
bu vəziyyət tək istiqamətli
olaraq düşünülməməlidir.
Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşlarının hazırladığı «Təhsilin
inkişafı üzrə Dövlət strategiyası: perspektivlər və vəzifələr» kitabında müasir tədris
avadanlıqları və resursların təlim prosesində tətbiqi ilə bağlı məsələlər öz əksini
tapmışdır. Həmin kitabda Nərminə Məmmədovanın «Yeni kurikulumlara uyğun mü-
vafiq tədris resurslarının yaradılması» adlı məqaləsində kompüter texnologiyasından
istifadənin üstünlükləri haqqında ətraflı məlumat verilir. Qeyd edilir ki,
təhsil
sistemində strateji fəaliyyətin əsas istiqamətlərdən biri olan təlim prosesində müasir
tədris avadanlıqları və resursların tətbiqi elmi-pedaqoji,
metodiki, maliyyə və s.
kimi tələblərə cavab verməklə yanaşı, onların, xüsusən kompüter və internetin geniş
imkanlarından istifadə olunmalıdır. Kompüter, multimedia, elektron dərslik, internet
Dostları ilə paylaş: