İnnovasiyalar texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma


Azerbaijan Journal of Educational Studies. 2019. №2 INNOVATIONS



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix14.10.2022
ölçüsü1,17 Mb.
#65132
1   2   3   4   5   6   7   8   9   ...   17
yazili resurslar

26
Azerbaijan Journal of Educational Studies. 2019. №2
INNOVATIONS
Research on the use of technological
equipment and resources in general
education
Narmina Mammadova
PhD in Pedagogical Sciences, The Institute of Education of the Republic
of Azerbaijan. E-mail: nermine_m@mail.ru
https://orcid.org/0000-0002-9767-8621
Today modern education can not be imagined without information and
communication technologies. There is no doubt that the use of techno-
logical equipment and resources in education is now part of the concept
of education. At present, the use of technological equipment and re-
sources in the learning process has become more and more difficult.The
purpose of this study is to identify and compare the use of technological
equipment and resources in the educational process and social life in
general schools. Survey questionnaire was used as a means of collecting
data in the study. The survey is based on surveys conducted with pupils
regarding the state of the art equipment and resources usage at sec-
ondary schools in different regions of the country, taking into account
international experience. As a result of the study, it has been determined
that technological equipment and resources were less likely to be in-
volved in the learning process. However, unlike the learning process, it
appeared to be more widely used in the social life of technological
equipment and resources. The results of the study are based on the
general principles of the essence, content and use of teaching equipment
and resources as it is intended for teachers, educators, future teachers,
and anyone interested in the problem.
School, teacher, pupil, modern technology, technological equipment,
teaching resources, content, research, survey question.
Author
Abstract
Keywords
http://dx.doi.org/10.29228/edu.3
To cite this article: 
Mammadova N. (2019) Research on the use of technological
equipment and resources in general education. Azerbaijan Journal of Educational
Studies. Vol. 687, Issue II, pp. 25–46.
Article history: 
Received — 16.03.2019; Accepted — 21.05.2019


Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyətin bütün sahələrində, o
cümlədən təhsil sistemində həm forma, həm də məzmunca ciddi dəyişikliklər edilmiş,
təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətləri, təhsilin məzmunu, məqsədi
və strukturunun müəyyənləşdirilməsi istiqamətində müvafiq addımlar atılmış,
beynəlxalq təcrübənin son nailiyyətlərinə əsaslanan müasir milli təhsil sisteminin
əsasları qoyulmuşdur. 
Hazırda «yaddaş məktəbindən» «təfəkkür və fəaliyyət məktəbinə» keçid,
məktəbin şagirdlərə təbiət, cəmiyyət haqqında geniş məlumat verməkdən çox, bu
məlumatları necə əldə etmək və qiymətləndirmək, həyat fəaliyyətlərində onlardan
necə istifadə etməyə qadir olan intellekt yetişdirmək, müəllimlərdən isə daha ciddi
şəkildə həm müasir tədris avadanlıqları və resurslardan istifadə etmək bacarığı,
həm də onlardan necə istifadə ediləcəyini şagirdlərə öyrətmək kimi yanaşma
dünyanın qabaqcıl ölkələrində olduğu kimi, ölkəmizdə də aktuallıq kəsb edir.
Təsadüfi deyil ki, son illərdə davamlı olaraq təhsillə bağlı bir çox normativ hüquqi
aktlarda, dövlət əhəmiyyətli digər sənədlərdə həm tədris prosesində müasir tədris
avadanlıqları və resurslardan istifadəyə yeni yanaşma, həm də onların əhəmiyyəti
aydın ifadə olunmuşdur. Məsələn, «Azərbaycan Respublikasının inkişafı naminə
informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci
illər)», «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası,«Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün
Milli Strategiya haqqında», «Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə
Dövlət Strategiyası» (2013) və s.
Müasir dövrdə ABŞ, Avropa Birliyi ölkələri və Türkiyə kimi ölkələrdə kompüter
və internetdən istifadə təhsil sisteminin təməl hədəfləri kimi qəbul edilir,
texnologiyanın geniş tətbiqi məqsədilə yeni layihələr tətbiq olunur, həmçinin
müəllimlərin müasir tədris resurslarından səmərəli istifadə məsələsinə getdikcə
daha çox diqqət yetirilir. Bu baxımdan, ümumtəhsil məktəblərində müasir tədris
avadanlıqları və resursların istifadəsi ilə bağlı araşdırmalar və alınan nəticələrin
qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır. 
Hələ keçən əsrin 90-cı illərinin sonunda «Xidmətdən əvvəl təhsil texnologiyası
və təhsildə innovasiyalar» adlı doqquzuncu beynəlxalq Vaşinqton konfransında
(1998-ci il) Amerikalı pedaqoq, doktor Qlinda Günter və digərləri etdiyi məruzədə
müasir texnologiyaların təhsildə rolunu xüsusi olaraq qeyd etmişlər. Müəllimlərə
peşə fəaliyyətinə başlamazdan əvvəl müasir tədris avadanlıqları və resurslardan
istifadənin öyrədilməsi, habelə vizual və audio təhsili asanlaşdıracaq hər cür tədris
avadanlıqları, CD-DVD, internet, hər növ kompüter və proyektorlar, kasetlər, vizual
video və digər oxşar resurslardan istifadəyə xüsusi diqqət verilmişdir [Gunter G. W.
& Gunter R. E. & Wiens G. A. 1998].

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin