müntəzəm olaraq istifadə edilmədiyini və müəllimlərin bu istiqamətdə yenilikləri
mütəmadi izləmədiklərini vurğulamışlar (bax: qrafik 4, 5, 6, 9).
Hər üç məktəb tipində şagirdlərin cavablarına əsasən anket sorğusunun
təhlilindən alınan nəticələr müəllimlərin tədris prosesində kompüter, eləcə də digər
müasir tədris avadanlıqları və resurslarla müqayisədə ənənəvi tədris resurslarından
daha çox istifadə etdiyini göstərir.
Cavabların müqayisəli təhlilindən çıxan ümumi nisbət belədir: ən yüksək göstərici
test tapşırıqlarının istifadəsinə aiddir. Şagirdlərin ümumi cavab göstəricilərinə diqqət
edək.
Qrafikdən göründüyü kimi, şagirdlərin cavablarına əsasən məktəblərdə müasir
tədris avadanlıqları və resursları ilə müqayisədə tədris prosesində ənənəvi resurslar-
dan (vizual və s.) qismən çox istifadə edildiyi müəyyən olunmuşdur. Belə ki, hər üç
məktəb tipində şagirdlərin 95 faizi müntəzəm olaraq hər gün və həftədə 2-3 dəfə
tədris prosesində test tapşırıqlarından istifadə edildiyini bildirmişdir.
Yuxarıda qeyd edildiyi kimi, şagirdlərin cavablarına görə, məktəblərdə ən aşağı
göstərici tədris prosesində ağıllı (smart) lövhənin istifadəsində özünü göstərmişdir
(bax: qrafik 9, 12).
Bu qrafikə əsasən hər üç məktəb tipində müəllimlərin tədris prosesində ağıllı
(smart) lövhədən istifadə üzrə ümumi göstəriciləri belədir: heç vaxt istifadə edilmir
– 72 faiz; ayda 1 dəfə istifadə edilir – 3,3 faiz; həftədə 2-3 dəfə istifadə edilir – 4,7
faiz; müntəzəm olaraq hər gün istifadə edilir – 20 faiz.
Göründüyü kimi, bəhs olunan elektron tədris avadanlıqları ilə müqayisədə ağıllı
(smart) lövhədən istifadə səviyyəsi çox aşağıdır. Bunun əsas səbəbləri, bu
avadanlıqların tədris prosesində son illərdə istifadə edilməyə başlanması,
müəllimlərin onlardan istifadə etməklə bağlı bilik və bacarıqlarının zəif olmasıdır.
Digər səbəb isə məktəblərdə bu avadanlıqların tətbiqi ilə bağlı münasib şəraitin
olmamasıdır.
Dostları ilə paylaş: