İnnovasiyalar texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix14.10.2022
ölçüsü1,17 Mb.
#65132
1   ...   9   10   11   12   13   14   15   16   17
yazili resurslar

40
İNNOVASİYALAR
Qrafik 9. 
Ağıllı (smart) lövhədən istifadə ilə bağlı şagirdlərin cavab göstəricilərinin
paylanması


Tipik ümumtəhsil məktəblərində şagirdlərin 5 faizi həftədə 2-3 dəfə, 45 faizi
ayda 1 dəfə dərsdənkənar vaxtlarda müəllimlərlə ünsiyyət yaratdıqlarını vurğulasalar
da, 50 faizi belə ünsiyyətin heç vaxt olmadığını göstərmişdir. 
«İlin ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan məktəblərdə
şagirdlərin 12 faizi həftədə 2-3 dəfə; 43 faizi ayda 1 dəfə dərsdənkənar vaxtlarda
müəllimlərlə ünsiyyətin yaradıldığını qeyd etsələr də, 45 faizi bu ünsiyyətin heç
vaxt olmaması ilə bağlı fikir bildirmişlər.
Digər elektron tədris avadanlıqları və resurslar kimi, bu sualla bağlı da, tipik
ümumtəhsil məktəbləri və «İlin ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi
olan məktəblərdə müntəzəm olaraq hər gün dərsdənkənar vaxtlarda müəllimlərlə
internet vasitəsilə ünsiyyətin qurulması (mail, e-poçt) faizi eynidir. Yəni, bu
məktəblərdə dərsdənkənar vaxtlarda şagirdlərin müəllimlərlə internet vasitəsilə
ünsiyyət qurması aşağı səviyyədədir.
Təhlildən göründüyü kimi, müəllimlər dərsdənkənar vaxtlarda şagirdlərlə
ünsiyyət saxlamalarında internet texnologiyasının imkanlarından çox az istifadə
edirlər.
Nəticə
Anket sorğusunun təhlilindən alınan nəticəyə görə, ümumilikdə son dövrlərdə
respublikanın ümumtəhsil məktəblərində tədris prosesində xeyli dərəcədə müsbət
41
http://journal.edu.az
Nərminə Məmmədova
Texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma
Qrafik 10. 
Dərsdənkənar vaxtlarda müəllimlərlə internet vasitəsilə (mail, e-poçt)
ünsiyyətin qurulmasına aid şagirdlərin cavab göstəricilərinin paylanması


dəyişikliklər baş vermişdir. Tədqiqat iştirakçılarının əksəriyyətinin fikrincə, hazırda
təlim zamanı fənn müəllimlərinin fəaliyyətində müasir tədris avadanlığı və resurslar-
dan istifadəyə daha çox diqqət yetirilir.
Əldə olunmuş nəticələr yeni tədris avadanlığı və resurslardan istifadə zamanı
şagirdlərin təlim prosesində daha fəal və həvəslə iştirak etməyə başlaması, təlim
zamanı onların öz həmyaşıdları ilə daha çox əməkdaşlıq və birgə çalışmaya meyil
göstərmələri istiqamətində müsbət dəyişikliklərin baş verdiyini müəyyən etmişdir.
Şagirdlərə dərsin məzmununu daha yaxşı çatdırmaq, vaxta qənaət etmək kimi
müsbət xüsusiyyətləri ilə bərabər, müasir tədris avadanlıqlarından istifadə istisnasız
olaraq bütün fənlərin tədrisində xüsusi əhəmiyyət daşıyır. Ancaq tədqiqat aparılan
məktəblərdə müasir tədris avadanlıqları və resurslarının tətbiqinin hazırkı səviyyəsi
istər dinamik inkişaf edən iqtisadiyyatımızın mövcud imkanları, istərsə də dünya
təhsil məkanına inteqrasiya baxımından qənaətbəxş hesab edilə bilməz. Ölkədə
təhsil ocaqlarının, xüsusən «Elektron məktəb»lərin müasir tədris avadanlıqları
(kompüter, ağıllı (smart) lövhə və digər oxşar avadanlıqlar) və resurslarla
təminatındakı irəliləyişlərə baxmayaraq, məktəblərin informasiya infrastrukturunun
səviyyəsi günün tələblərinə cavab vermir.
Şagirdlərin cavablarının təhlilinə görə, «Elektron məktəblər» istisna olmaqla,
digər təhsil müəssisələrində fənn müəllimlərinin kompüter texnologiyasından
istifadə etmə səviyyəsinin aşağı olması özünü məşğələlərin aparılması, mövzuların
şərhi və digər oxşar məqsədlərlə kompüterdən istifadə edilməsində daha aydın
göstərmişdir. Belə ki, tipik ümumtəhsil məktəbləri və «İlin ən yaxşı ümumtəhsil
məktəbi» müsabiqəsinin qalibi olan təhsil müəssisələrində kompüter
texnologiyalarının tətbiqi ilə tədris prosesinin təşkil edilməsi, məşğələlər aparmaq,
tapşırıqlar etmək, test və sualları yerinə yetirmək səviyyəsi bütün fənlər üzrə cəmi
6-10 faiz təşkil etmişdir. «Elektron məktəb»lərdə işləyən fənn müəllimlərinin 54
faizi müntəzəm olaraq hər gün, 40 faizi isə həftədə 2-3 dəfə tədris prosesində
kompüterdən istifadə etdiklərini vurğulamışlar (bax: qrafik 4).
Digər məktəb tiplərindən fərqli olaraq, «Elektron məktəb»lərdə müasir tədris
avadanlığından istifadə səviyyəsi gözlənildiyi kimi, yüksək olmuşdur. Alınan nəticə,
müasir tədris avadanlığı və resurslarla tədris prosesinin məzmununun az
əlaqələndirilməsi haqqında məlum bir həqiqəti özündə ehtiva edir. Bu məsələdə
böyük fərqin olduğu görünür. Yaranan bu fərqin əsas səbəbi araşdırma aparılan hər
üç məktəb tipində təhsil səviyyəsinin müxtəlif olmasından irəli gəlir. «Elektron
məktəb»lərdəki resusrlar və müasir tədris avadanlığı, maliyyə şərtləri, müəllim
hazırlığı, xüsusi texniki dəstək digər məktəb tipləri ilə eyni deyil. «Elektron
məktəblər»in pilot layihə olması və orada xüsusi dövlət siyasətinin həyata keçirilməsi,
həmin məktəblərdə yaradılan xüsusi şəraitin bilavasitə təsiri ilə bağlı nəticələr gözlə
görülən səviyyədədir. Ona görə də, «Elektron məktəb»lə digər məktəb tipləri arasında
böyük bir fərqin olması normal qarşılanmalıdır.
Şagirdlər «Elektron məktəblər» istisna olmaqla, digər məktəblərdə tədris prose-
sində kompüter, internet, proyektorlar və ağıllı (smart) lövhədən demək olar ki,
AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №2

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin