İnnovasiyalar texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix14.10.2022
ölçüsü1,17 Mb.
#65132
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
yazili resurslar

32
İNNOVASİYALAR
Qrafik 2. 
Vizual resurslardan istifadə ilə bağlı şagirdlərin cavab göstəricilərinin
paylanması


Qrafik 2-yə əsasən hər üç məktəb tipində («Elektron məktəb»lər, tipik ümumtəhsil
məktəbləri və «İlin ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan
məktəblər) şagirdlərin böyük əksəriyyəti, yəni 57,7 faizi müəllimlərin tədris
prosesində vizual resurslardan ya heç vaxt, ya da ayda 1 dəfə istifadə etdiyini
bildirmişlər.
Hər üç məktəb tipində tədris prosesində vizual resurslardan ümumi istifadə
göstəriciləri belədir: 23 faiz «Heç vaxt» istifadə edilmir; 34,7 faiz «Ayda 1 dəfə»
istifadə edilir; 30 faiz «Həftədə 2-3 dəfə» istifadə edilir; 12 faiz isə «Müntəzəm
olaraq hər gün» istifadə edir.
Faiz göstəricilərinə baxdıqda, hər üç məktəb tipində tədris prosesində vizual
resurslardan ümumi istifadə səviyyəsi aşağıdır. Qrafik təsvirdə ən aşağı göstərici
12 faiz, ən yüksək göstərici 34.7 faiz təşkil edir.
Qrafik 3-də anket sorğusunda iştirak edən 300 şagirdin tədris prosesində hər üç
məktəb tipində müəllimlərin yazılı resurslar: test tapşırıqlarından istifadə ilə bağlı
suala verdikləri cavabların qrafik təsviri verilmişdir.
Məktəblərin tiplərinə («Elektron məktəb»lər, tipik ümumtəhsil məktəbləri və
«İlin ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan məktəblər) görə,
tədris prosesində yazılı resurslardan olan test tapşırıqlarından istifadə edilməsi ilə
bağlı şagirdlərin cavab göstəriciləri ayrı-ayrılıqda belədir: «Müntəzəm olaraq hər
33
http://journal.edu.az
Nərminə Məmmədova
Texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma
Qrafik 3.
Yazılı resurslardan: test tapşırıqlarından istifadə ilə bağlı şagirdlərin cavab
göstəricilərinin paylanması


gün» və ya «Həftədə 2-3 dəfə» istifadə edilir, tipik ümumtəhsil məktəblərində 90
faiz, «İlin ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan məktəblər və
«Elektron məktəb»lərdə 98 faiz təşkil edir.
Bu məlumatlar əsasında şagirdlərin tədris prosesində test tapşırıqlarından
istifadə ilə bağlı suala müsbət cavab verdikləri müəyyən olunmuşdur. Şagirdlərin
cavablarından məktəblərdə vizual resurslar ilə müqayisədə test tapşırıqlarından
daha çox istifadə edildiyi görünür.
Müqayisəli təhlil göstərir ki, hər üç məktəb tipində test tapşırıqlarından istifadə
göstəricisində oxşarlıq vardır. Test tapşırıqlarının yuxarıda qeyd olunan resurslarla
müqayisədə məktəblərdə daha çox istifadə olunmasının əsas səbəbi respublikada
buraxılış və qəbul imtahanlarında şagird nailiyyətlərinin qiymətləndirilməsində,
eyni zamanda məktəbdaxili qiymətləndirmədə bu metoddan istifadə edilməsidir. 
Qrafik 4-də anket sorğusunda iştirak edən 300 şagirdin tədris prosesində
kompüterdən istifadə edilməsi ilə bağlı suallara verdikləri cavabların faiz göstəriciləri
ifadə olunub.
Qrafik 4-ə əsasən, məktəbin tiplərinə (tipik ümumtəhsil məktəbləri, «İlin ən
yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan məktəblər, «Elektron
məktəb»lər) görə, kompüterdən istifadə üzrə şagirdlərin cavab göstəriciləri belədir:
tipik ümumtəhsil məktəblərində və «İlin ən yaxşı ümumtəhsil məktəbi»
müsabiqəsinin qalibi olan məktəblərdə 40 faiz müəllim tədris prosesində
kompüterdən heç vaxt istifadə etmir. Tipik ümumtəhsil məktəbləri və «İlin ən yaxşı
AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №2

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin