Özünü aşkarlama
Daxili İşlər Nazirliyinin “İnsan alveri cinayətindən zərər çəkmiş şəxslərə və insan
alverinin potensial qurbanlarına” xidmət edən “Qaynar xətt” haqqında” 2007-ci il 12
oktyabr tarixli, 590 nömrəli əmrinə əsasən 2007-ci ilin oktyabr ayında insan alverinin
qurbanları üçün “qaynar xətt” DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi
tərəfindən istifadəyə verilmişdir. Təqdim olunmuş məlumatlara əsasən 2014-cü ildə
“qaynar xətt” vasitəsi ilə müxtəlif məsələlərə aid 13.216 zəng qəbul olunmuşdur ki,
onların da yalnız 28-i insan alveri məsələləri ilə əlaqədar idi.
2
Aparılmış qiymətləndirmə
zamanı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən bildirilmişdir ki, 2015-ci
ildə 152 nömrəli “qaynar xətt” vasitəsi ilə 13.000-dən çox zəng daxil olmuşdur və bu
zənglərdən yalnız 20-i insan alveri məsələləri ilə əlaqədar idi. Bu “qaynar xətt” yalnız
ölkədaxili telefon zənglərini qəbul edir və bununla yanaşı ölkədə daha üç “qaynar
xətt” fəaliyyət göstərir: onlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə, ikisi isə vətəndaş cəmiyyəti
təşkilatlarına məxsusdur.
S. 3.1.6. Özünü aşkarlama mexanizmləri (məsələn, dövlət orqanlarının/
QHT-lərin "qaynar xətt"ləri)
0
4
0
3
0
0 1 2 3 4 5
tamamilə qeyri-qənaətbəxşdir
qeyri-qənaətbəxşdir
nə qənaətbəxşdir,
nə də ki qeyri-qənaətbəxşdi
qənaətbəxşdir
bütövlükdə qənaətbəxşdir
Müsahibə iştirakçılarından bəziləri belə bir fikir söyləmişdirlər ki, geniş ictimaiyyətin
“qaynar xətt” barədə məlumatı artıb və insan alveri qurbanlarının çoxu İnsan Alverinə
qarşı Mübarizə Baş İdarəsinə inandığından buraya birbaşa müraciət edərək özünü
aşkarlama mexanizmləri vasitəsi ilə müəyyən edilmişdir. Digərləri “qaynar xətt”lərin
səmərəliliyi barədə fərqli düşünürlər. ICMPD həmin “qaynar xətt”lərin televiziya
kanallarında və kütləvi informasiya vasitələrində, habelə dəniz və hava limanlarında,
sərhəd-buraxılış məntəqələrində reklam edilməməsi səbəbindən geniş ictimaiyyət
üçün məlum olmadığını qeyd etmişdir (Aze17, səh.10). Sorğu respondentləri özünü
aşkarlama mexanizmlərinin ya qənaətbəxş (n=4), ya da qeyri-qənaətbəxş (n=3)
olduğunu hesab etmişdirlər.
2
www.mia.gov.az/index.php?/en/content/153/
2. Nəticələr
17
Müəyyənləşdirmə kriteriyaları və indikatorları
“İnsan alveri qurbanlarının müəyyə edilməsi Qaydaları (indikatorları) barədə” 131
nömrəli Qərarın 8-ci bölməsi müvafiq qiymətləndirmənin aparılması üçün istifadə
edilə biləcək əlavə materialları/sənədləri özündə əks etdirir. Üçüncü bölmə ümumi
indikatorları (bölmə 3.1.1), uşaq alverinə aid indikatorları (bölmə 3.1.2), cinsi istismara
aid indikatorları (bölmə 3.1.3), əməyin istismarına/xidməti istismara aid indikatorları
(bölmə 3.1.4) və məcburi ev qulluğuna (ev köləliyinə) aid indikatorları (bölmə 3.1.5)
nəzərdə tutur. 5-ci bölmə müəyyənləşdirmə zamanı təhlil edilən parametrləri,
7-ci bölmə isə insan alveri qurbanlarının vəziyyətini qiymətləndirmək üçün onlara
veriləcək sualları təsbit edir (Aze6). MFP-nin 13.1.5-ci bəndi Milli İstiqamətləndirmə
Mexanizmi (MİM) üçün nəzərdə tutulmuş geniş təkmilləşdirmə işlərinin bir hissəsi
kimi indikatorlar sahəsində boşluqların olması faktını qəbul edir. Təqdirəlayiq
haldır ki, 2014-2018-ci illər üçün MFP MİM indikatorlarının və qaydalarının daha da
təkmilləşdirilməsini nəzərdə tutur.
S. 3.1.5. İndikatorlar, yoxlama suallar siyahıları, digər müəyyənləşdirmə
vasitələri
0
0
4
0
2
0 1 2 3 4 5
tamamilə qeyri-qənaətbəxşdir
qeyri-qənaətbəxşdir
nə qənaətbəxşdir,
nə də ki qeyri-qənaətbəxşdir
qənaətbəxşdir
bütövlükdə qənaətbəxşdir
Müsahibə iştirakçılarından yalnız biri 2009-cu il tarixli indikatorları qeyd etmişdir.
Digər iştirakçılar öz işlərində istifadə etdikləri hansısa konkret indikatorları və
ya başqa vasitələri göstərməmişdirlər və ya sadəcə olaraq tətbiq olunan ümumi
indikatorlara istinad etmişdirlər. Sorğunun dörd respondenti indikatorların, yoxlama
suallar siyahılarının və digər müəyyənləşdirmə vasitələrinin “qənaətbəxş” (n=4), üç
respondenti isə “qeyri-qənaətbəxş” (n=2) olduğunu hesab etmişdirlər. Sorğunun iki
respondenti müəyyənləşdirmə metodikasının və mexanizmlərinin gücləndirilməsi
zərurəti barədə fikir söyləmişdirlər. Bir respondent müəyyənləşdirmə səviyyəsinin
aşağı olmasını təkmilləşdirilməsi və mövcud tendensiyalara daha da uyğunlaşdırılması
tələb olunan indikatorların geniş xarakter daşıması ilə əlaqələndirmişdir.
GRETA və başqaları insan alverinə dair işlərin Daxili İşlər Nazirliyinə istiqamətləndirilməsi
tələbinə əməl etmək məqsədi ilə “ön cəbhədə” çalışan əməkdaşlara (polis,
prokurorluq və digər hüquq mühafizə orqanları əməkdaşlarına) müxtəlif əlaqədar
tədbirlər barədə təlimlərin keçirilməsi zərurətini vurğulamışdırlar (Aze30, səh.31).
2. Nəticələr
18
Eyni zamanda, ekspertlər insan alveri qurbanlarının müəyyənləşdirilməsi üçün sorğu
aparma üsulları ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin və Dövlət Əmək Müfəttişliyi
Xidmətinin əməkdaşları üçün təlim proqramlarının işlənib hazırlanması və həyata
keçirilməsi zərurətini ön plana çəkmişdirlər.
Müəyyənləşdirmə və istiqamətləndirmə indikatorları
ÇƏRÇİVƏ indikatorları
ƏMƏLİYYAT indikatorları
Səviyyə 1
Səviyyə 2
Səviyyə 1
Səviyyə 2
1.1 İnsan alveri
qurbanları ilə
bağlı vəzifələri
və məsuliyyəti
nəzərdə
tutan Milli
İstiqamətləndirmə
Mexanizmi (MİM)
İnsan alveri
qurbanları ilə bağlı
MİM mövcuddur
MİM əlaqədar
tərəflərin
səlahiyyətlərini,
habelə
əlaqələndirmə,
müdafiə və yardım
məsələlərini nəzərdə
tutur
Hökumət və
qeyri-hökumət
təşkilatları MİM-ə
daxil edilib və öz
vəzifələri barədə
məlumatlıdır
Hökumət və
qeyri-hökumət
təşkilatları MİM
əsasında insan
alveri qurbanlarını
istiqamətləndirirlər
və onlara kömək
edirlər
1.2 Müəyyənləşdirmə
üçün formal
proseslər
İnsan alveri
qurbanlarının
müəyyənləşdirilməsi
üçün formal
proseslər
mövcuddur
İnsan alveri
qurbanlarının
müəyyənləşdirilməsi
üçün formal
proseslər
istiqamətləndirmə
mexanizmləri ilə
əlaqəlidir
Müəyyənləşdirmə
üçün formal
proseslərdən ardıcıl
istifadə olunur
Əlaqədar tərəflər
müəyyənləşdirmə
prosesləri əsasında
müvafiq xidmətlərə
çıxış imkanlarının
artması
qənaətindədirlər
1.3 İndikatorlar,
yoxlama suallar
siyahıları, digər
müəyyənləşdirmə
vasitələri
Müəyyənləşdirmə
vasitələri
mövcuddur,
əlaqədar tərəflər
bu vasitələr barədə
məlumatlıdır və
onlardan istifadə
edirlər
Müəyyənləşdirmə
vasitələri təcrübədə
insan alverinə qarşı
mübarizədə tətbiq
olunur (məsələn,
vasitələrin bütün
növləri)
Bəzi əlaqədar
tərəflərin
istifadə etdiyi
müəyyənləşdirmə
vasitələri qismən
səmərəlidir
Bütün əlaqədar
tərəflərin
istifadə etdiyi
müəyyənləşdirmə
vasitələri
bütövlükdə
səmərəlidir
1.4 Özünü aşkarlama
mexanizmləri
(məsələn, “qaynar
xətt”lər, posterlər,
reklamlar)
Özünü aşkarlama
mexanizmləri
mövcuddur
İctimaiyyət
özünü aşkarlama
mexanizmləri
barədə kifayət qədər
məlumatlıdır
İnsan alverinin bəzi
qurbanları özlərini
aşkar edirlər
(mexanizmlər
qismən səmərəlidir)
Əlaqədar tərəflər
özünü aşkar etmə
hallarının artması
qənaətindədirlər
1.5 İstiqamətləndirmə
mexanizmləri ilə
yardım və müdafiə
xidmətləri
arasında əlaqə
Müdafiə və yardım
xidmətləri ilə əlaqəli
istiqamətləndirmə
mexanizmləri
mövcuddur
Hüquq mühafizə
orqanları ilə
əməkdaşlıq edən
insan alveri
qurbanlarından
ayrılmış insan
alveri qurbanlarının
istiqamətləndirilməsi
İstiqamətləndirmə
mexanizmləri
müəyyən edilmiş
insan alverinin
bəzi qurbanları
üçün xidmətlərin
göstərilməsi ilə
nəticələnir
İstiqamətləndirmə
mexanizmləri
müəyyən edilmiş
insan alveri
qurbanlarının
hamısına
xidmətlərin
göstərilməsi ilə
nəticələnir
Qeyd:
Mümkün təkmilləşdirmə işlərinin aparılmasını nəzərdə tutan məsələlər yaşıl rəngli fonda
verilir.
2. Nəticələr
19
2.2. Yardım və müdafiə
Həm 2014-2018-ci illər üçün MFP, həm də “İnsan alverinə qarşı mübarizə haqqında”
Qanun müfəssəl yardım və müdafiə tədbirlərini nəzərdə tuturlar. Lakin qeyd
edilmişdir ki, 2014-cü ilin noyabr ayında “Qrant haqqında” Qanuna, “Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna və İnzibati Xətalar
Məcəlləsinə edilmiş dəyişikliklər vətəndaş cəmiyyəti təşkilatlarının xarici donorlardan
qrantlar əldə etmək imkanlarını məhdudlaşdırmışdır və bu isə təşkilatları inzibati
prosedurların pozulmasına görə cərimələnmək riskinə məruz qoyur. Bundan başqa,
hökumət, o cümlədən, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən insan
alveri qurbanlarına yardım üçün ayrılan maliyyə vəsaitləri insan alveri qurbanlarını
sığınacaq və yardımla təmin edən QHT-lər üçün nəzərdə tutulmayıb. Nəticədə bir neçə
QHT əsas işlərin görülməsi üçün tələb olunan maddi vəsaitin çatışmazlığından əziyyət
çəkir və təmənnasız işləməyə davam edən əməkdaşların çoxuna görülən işlərə görə
ödənişlər edə bilmir. Bu problemlər Bakı şəhərindən kənarda yerləşdiklərinə görə
beynəlxalq təşkilatlara çıxış imkanları məhdud olan QHT-lər üçün daha da ağırlaşır.
Qısası, insan alveri qurbanlarına və insan alverinə məruz qalmaq riski ilə üzləşən
insanlara vacib xidmətlər göstərən QHT-lər fəaliyyətlərini davam etdirmək üçün
resurslarının məhdud olduğunu və ya olmadığını bildirmişdir. Buna baxmayaraq,
Azərbaycan Hökuməti, İnsan alverinə qarşı mübarizə koalisiyasının üzvü olan QHT-
lərin fəaliyyətlərini davam etdirdiyini bilmişdir.
Sığınacaqlar
İnsan alveri qurbanları kimi müəyyən edilmiş və ya bu sahədə cinayət mühakiməsi
prosesi ilə əməkdaşlıq edən insanlar üçün nəzərdə tutulmuş qapalı müəssisə tipli
dövlət sığınacağı Bakı şəhərində DİN nəzdində fəaliyyət göstərir. İnsan alverinin qurbanı
olan kişilər, qadınlar və uşaqlar bir binada yerləşdirilir. Bu sığınacaq ümumilikdə 54
nəfər üçün nəzərdə tutulub və 2009-cu ildə binanın üçüncü mərtəbəsində uşaqlar
üçün xüsusi yer təşkil edildikdən sonra buraya insan alverin qurbanı olan 2 uşaq
yerləşdirilmişdir (Aze17, səh.11). 2014-cü ildə DİN-in İnsan Alverinə qarşı Mübarizə
Baş İdarəsi sığınacağın əsaslı təmiri üçün 120.000 ABŞ dolları həcmində maliyyə
vəsaiti ayırmışdır (Aze29). Bir neçə mənbə dövlət sığınacağının kifayət qədər istifadə
edilmədiyini, QHT sığınacaqlarının isə maliyyə çatışmazlığından və burada qalan insan
alveri qurbanlarının sayının həddindən artıq çox olmasından əziyyət çəkdiyini iddia
edir. Lakin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi statistikaya əsasən qurbanların
90-95%-nin dövlət sığınacağında qaldığını və zəruri hallarda qurbanlarının şəxsi
mənzillərdə yerləşdirildiyini və onların təhlükəsizliyinin təmin edildiyini bildirmişdir.
Aparılmış qiymətləndirmə zamanı dövlət orqanları 2006-cı ildən etibarən təxminən
400 insan alveri qurbanının, o cümlədən 51-nin (8 kişi və 43 qadının) təkcə 2015-ci ildə
sözügedən sığınacaqda yerləşdirildiyini bildirmişdirlər. Verilmiş məlumatlara əsasən
dövlət sığınacağında yerləşdirilmiş insan alveri qurbanlarının maksimum sayı heç vaxt
14 nəfərdən çox olmayıb. Qiymətləndirmə aparıldığı zaman dövlət sığınacağında beş
nəfər insan alveri qurbanı qalırdı (onların hamısı ƏƏSMN tərəfindən yerləşdirilmişdir
və əməyin istismarından zərər çəkmiş kişilər idi), QHT sığınacaqları isə, demək olar ki,
tam dolu idi. Belə bir fərqi izah etmək üçün bir neçə səbəb gətirilir: “İnsan alverinə
2. Nəticələr
20
qarşı mübarizə haqqında” Qanunun 13.3-cü maddəsi hüquq mühafizə orqanları ilə
əməkdaşlıq etmək istəyindən asılı olmayaraq insan alveri qurbanına sığınacaqda
yaşaması üçün 30 günlük müddətinin verilməsini nəzərdə tutsa da, təcrübədə
sığınacağa yalnız insan alverinin qurbanı kimi formal şəkildə müəyyən edilmiş və/və
ya cinayət araşdırmaları başlandığı təqdirdə müvafiq orqanlarla əməkdaşlıq etməyə
razılıq vermiş şəxslər yerləşdirilir (Aze17, p11). İnsan Alverinə qarşı Mübarizə Baş
İdarəsi dəyərləndirmə prosesində bu məsələyə etirazını bildirərək əməkdaşlıq edən
və etməyən qurbanların sığınacaqdan yerləşdirildiyini bildirmişdir. QHT sığınacaqlarını
təmsil edən müsahibə iştirakçıları adətən hüquq mühafizə orqanları ilə əməkdaşlıq
etməyən insan alveri qurbanlarının dövlət sığınacağına yerləşdirilmədiyini təsdiq
etmişdirlər. Göstərilmiş başqa bir səbəb ondan ibarət idi ki, QHT sığınacaqları insan
alveri qurbanlarının ehtiyaclarını daha yaxşı ödəyir və onlar belə sığınacaqlarda
özlərini daha sərbəst hiss edirlər (Aze30, səh.7, səh.34). Müsahibənin bir iştirakçısı
bildirmişdir ki, insan alverinin qurbanları, xüsusən də qadınlar təhlükəsizliyi yüksək
səviyyədə təmin olunan dövlət sığınacaqlarında özlərini təcrid olunmuş kimi hiss
edirlər və “dövlətin himayəsində” olaraq sığınacağı adətən müşayiətsiz tərk etmirlər,
QHT sığınacaqları isə öz sakinlərinə daha çox hərəkət azadlığı verir (Aze17, səh.11).
Azərbaycanda QHT-lərə məxsus sığınacaqlarla bağlı vəziyyət acınacaqlıdır. Dörd QHT
insan alveri qurbanlarını sığınacaqla təmin edir: Bakı şəhərində yerləşən Azərbaycan
Uşaqlar Birliyi, “Təmiz Dünya” İctimai Birliyi, Azərbaycan Miqrasiya Mərkəzi və Gəncə
şəhərində yerləşən “Təmas” Regional İnkişaf İctimai Birliyi. Bu QHT-lərin hamısı
könüllü əməkdaşların fəaliyyətinə güvənərək “işlək vəziyyətdə” qalmaq üçün səylər
göstərir. Yerli və ya beynəlxalq donorlar tərəfindən maliyyələşdirilmə baxımından
bir sıra inzibati maneələrlə üzləşən bu QHT-lər dövlətdən maliyyə vəsaiti almaqda
çətinliklərlə üzləşirlər. ƏƏSMN QHT-lər tərəfindən müvafiq xidmətlərin göstərilməsi
üçün mütəmadi olaraq tenderlər elan etsə də, hələlik sığınacaqlar bundan faydalana
bilmirlər. Qrantlar yalnız akkreditə olunmuş sığınacaqlara verilsə də, insan alverinin
qurbanları üçün sığınacaqların akkreditasiyadan keçməsinə dair dəqiq mexanizmlər
mövcud deyil və yalnız “Təmiz Dünya” İctimai Birliyi məişət zorakılığından zərərçəkmiş
insanlar üçün sığınacaq kimi akkreditə olunmuşdur. Başqa bir potensial maliyyə
mənbəyi insan alverinə qarşı mübarizə məsələləri də daxil olmaqla müxtəlif tematik
sahələr üzrə yerli və xarici QHT-lər üçün ildə iki dəfə tenderlər elan edən, lakin hələlik
maarifləndirmə işlərinin dəstəklənməsinə üstünlük verən Azərbaycan Respublikası
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasıdır (QHT-lərə Dəstək Şurası).
3
Azərbaycan Uşaqlar Birliyinin sığınacağı insan alveri qurbanı olan uşaqlar da daxil
olmaqla həssas qrupa daxil olan uşaqları və, əgər zəruridirsə, onların analarını
sığınacaqla təmin edir. Hal-hazırda sığınacaqda qalan 13 uşaqdan bir neçəsi bu QHT-yə
rəhbərlik edən qadının himayəsində olan müşayiət edilməyən azyaşlılardır. Müsahibə
prosesi zamanı QHT əməkdaşları bildirmişdirlər ki, “Qrant haqqında” Qanun xarici
mənbələrdən maliyyə vəsaitinin əldə olunmasını qadağan edir, əvvəllər maliyyə
vəsaiti ayıran beynəlxalq təşkilatlar isə artıq Azərbaycanda yoxdur. Dövlət tərəfindən
maliyyə dəstəyi göstərilmir, ianələr verilmir, bu günədək ƏƏSMN-ə maliyyələşdirmə
3
http://cssn.gov.az/en/
2. Nəticələr
21
ilə əlaqədar təqdim olunmuş müraciətlərə rədd cavabı verilib. Bütün bu çətinliklər
fonunda sığınacaq icarə haqqını ödəmək üçün çətinliklərlə üzləşir və Azərbaycanda
iqtisadi vəziyyətin pisləşməsi səbəbindən azalması gözlənilən xeyriyyəçilikdən asılı
vəziyyətdədir.
Azərbaycan Miqrasiya Mərkəzi ilk növbədə qeyri-qanuni miqrasiya məsələlərinə
diqqət yetirir və əməyin istismarına məruz qalmış əməkçi miqrantlar, habelə insan
alverinin qurbanı olan kişilər üçün sığınacağa malikdir. Faktiki olaraq bu sığınacaq
6 nəfər üçün nəzərdə tutulub və bina sahibi ilə qeyri-formal razılaşma əsasında
fəaliyyət göstərən kiçik bir otaqdan ibarətdir. Məlumatlara əsasən 2015-ci ildə bu
sığınacaqda 4 nəfər yerləşdirilmişdir. Hal-hazırda sığınacaq işçiləri könüllü əsaslarla
fəaliyyət göstərirlər.
“Təmiz Dünya” İctimai Birliyi insan alverinin qurbanı olan və ya insan alverinə
məruz qalma riski ilə üzləşmiş qadınları öz sığınacağında yerləşdirir, bu cür kişiləri
isə Azərbaycan Miqrasiya Mərkəzinə istiqamətləndirir. Eyni zamanda, bu Birlik
seks-biznes sahəsində çalışan insanlar da daxil olmaqla əhalinin digər həssas
təbəqələrinin məsələləri ilə də məşğul olur. Özəl mənzildə təşkil olunmuş sığınacaq
təxminən 15 nəfər üçün nəzərdə tutulub və yaxın vaxtlarda daha böyük bir yerə
köçəcək. Maliyyələşdirmə ilə əlaqədar vacib məsələlər barədə məlumat verilmişdir:
işçilər əmək haqqı ala bilmədiklərinə görə işdən gedirlər və maliyyələşdirmə
qaydalarının dəyişməsi səbəbindən keçmiş donorlar artıq yoxdur. Lakin bu Birlik
məişət zorakılığından zərər çəkmiş insanlar üçün sığınacaq kimi ƏƏSMN-də akkreditə
olunub. Müsahibə prosesi zamanı qeyd olunmuşdur ki, keçmişdə fahişəliklə məşğul
olmuş və istismara məruz qalmış insanlar ictimai qınağa məruz qaldıqlarından onlar
üçün yardımın əldə olunması işi çətinləşir və həm işçilərdən, həm də sığınacaq
sakinlərindən alternativ maliyyə mənbələrini axtarmağı tələb edir.
Gəncə şəhərində yerləşən “Təmas” Regional İnkişaf İctimai Birliyinin sığınacağı 2013-
cü ildən etibarən fəaliyyət göstərir və digər QHT-lərdən və ya dövlət orqanlarından
istiqamətləndirilmiş və ya birbaşa müraciət etmiş qadınlar üçün nəzərdə tutulub.
Başqa QHT-lərlə olduğu kimi maliyyə vəsaiti əldə etmək baxımından yaranmış
çətinliklərlə əlaqədar bu təşkilatın da əməkdaşları könüllü əsaslarla işləyirlər.
QHT işçilərindən bəzilərinin eyni zamanda hökumət təşkilatlarında da çalışması
faktı (məsələn, Azərbaycan Uşaqlar Birliyinin sədri dövlət sığınacağının direktoru
vəzifəsində də işləmişdir, lakin dəyərləndirmə seminarına kimi dövlət sığınacağının
rəhbəri kimi fəaliyyəti dayanmışdır. ) müəyyən qarışıqlıq yaradır, çünki həmin
insanlardan iki cür vəzifələr və maraqlar arasında tarazlığın təmin edilməsini
tələbolunur. Müsahibə iştirakçıları maraqların toqquşmasının mümkünlüyü və ya bu
cür iki vəzifənin icrası nəticəsində QHT-nin müstəqilliyinə hansısa xələlin yetirilməsi
ilə əlaqədar heç bir narahatlıq ifadə etməmişdirlər; müsahibənin bir iştirakçısı isə
belə vəziyyəti əlverişli hesab etmişdir. Təcrübə göstərir ki, QHT-lərin bəzi işçiləri
hökumət təşkilatlarında işləmədikləri təqdirdə gəlir əldə etmək imkanından
məhrumdurlar. İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi QHT əməkdaşlarının xüsusi
müəssisələrin işinə cəlb edilməsinin qanunvericiliyə zidd olmadığını bildirmişdir.
2. Nəticələr
22
Keçirilmiş müsahibələr zamanı hökumət təşkilatlarının əməkdaşları QHT-lərin işini
tərifləyərək ehtiyacı olan insanları tez-tez QHT sığınacaqlarına istiqamətləndirdiklərini
bildirmişdirlər. Lakin bu təqdirlər və etimad müvafiq xidmətlər göstərən QHT-lərin
dəstəklənməsi məqsədi ilə hökumət tərəfindən ayrıla biləcək maliyyə vəsaitlərinə
bərabər tutula bilməz. Yerli və xarici mənbələrdən qeyri-dövlət maliyyə vəsaitlərinin
ayrılmasını məhdudlaşdıran yeni qanunvericilik bazası dövlət maliyyə mənbələrinə
müvafiq çıxışın olmaması ilə birlikdə yaranmış vəziyyəti həddindən artıq çətinləşdirir.
Gördükləri işə görə çox az əmək haqqı alan və ya ümumiyyətlə əmək haqqı almayan
və eyni zamanda gəlir əldə etmək üçün başqa bir yerdə işləməli olan fədakar
insanların insan alveri qurbanları və başqa həssas insanlar üçün müvafiq xidmətləri
davamlı şəkildə göstərməsi təqdirəlayiq bir haldır. Vəziyyət bu cür davam edə bilməz
və təxirəsalınmaz müdaxilələr tələb olunur.
Fikirləşmə müddəti
“İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 14-1-ci maddəsi insan alveri
qurbanına ölkədən inzibati qaydada çıxartmanın tətbiq edilməsini qadağan edən
30 günlük bərpa müddətinin verilməsini nəzərdə tutur. “İnsan alveri qurbanlarının
repatriasiya Qaydaları barədə” 2013-cü il 10 sentyabr tarixli, 22 nömrəli Qərarda
göstərilir ki, insan alverinin qurbanı olan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə
30 gün bərpa və fikirləşmə müddəti verilir, bu müddət ərzində ona ölkədən inzibati
qaydada çıxartma tətbiq edilmir və o “İnsan alverinə qarşı mübarizə haqqında”
Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş xüsusi müəssisələrin xidmətlərindən
istifadə edə bilər (Aze3). Fikirləşmə müddətinin idarə olunması üçün xüsusi prosedur
və ya insan alveri qurbanına fikirləşmə müddətinə dair hüquq haqqında məlumatın nə
cür verilməsi qaydası hələlik mövcud deyil. Lakin Dəyərləndirmə seminarından sonra
İnsan Alverinə qarşı Mübarizə baş İdarəsi BMqT-yə bunun təcrübədə tətbiq edildiyini
və sənədin layihəsinin artıq mövcud olduğunu və təqdim edildiyini bildirmişdir. İnsan
alverinin qurbanları 30 gün fikirləşmə müddətini qəbul etdikdə QHT-lər onları bir qayda
olaraq sığınacaqla və yardımla təmin edir. “İnsan alverinə qarşı mübarizə haqqında”
Qanunun 12-ci maddəsi 30 gün fikirləşmə müddəti ilə əlaqədar öz hüquqlarını icra
edən insan alveri qurbanlarının əlçatan olmasını təmin edir; müsahibə iştirakçısı
2006-cı ildən başlayaraq dövlət sığınacağında qalmış təxminən 400 nəfərdən üçünün
öz fikirləşmə müddətini həmin sığınacaqda keçirdiyini təsdiq etmişdir.
Dostları ilə paylaş: |