Qanunvericilik sahəsində boşluqlar
Qiymətləndirmə zamanı qanunvericilik bazasının müzakirələrində iştirak etmiş
altı respondentdən dördü bu qanunların müfəssəl olduğunu və hansısa konkret
çatışmazlıqların olmadığını bildirmişdir. Bir respondent beynəlxalq qanunlarla
milli qanunlar arasında uyğunsuzluqlar olduğu təqdirdə birincilərin üstün
tutulduğunu vurğulasa da, BMT-nin İnsan alverinə qarşı Protokolunun Azərbaycan
Respublikası tərəfindən hələlik ratifikasiya edilmədiyini bildirmişdir, baxmayaraq
ki, bu 2003-cü ildə baş vermişdir. Azərbaycan Respublikasının da qoşulduğu BƏT
Konvensiyalarının əhəmiyyəti haqqında məlumatlar dəqiq deyil. Respondentlərdən
biri milli qanunvericilikdə “məcburi əmək” anlayışının qeyri-müəyyən olması və
Əmək Məcəlləsində nəzərdə tutulmamış hər hansı əmək fəaliyyətinin məcburi
əmək hesab edilməsi qənaətində idi, habelə BƏT Konvensiyasında verilmiş “məcburi
əmək” anlayışının əhəmiyyəti barədə məlumatsız idi.
7
Başqa bir respondent məcburi
əmək məsələlərinə dair qanunvericilikdə həm DİN İnsan Alverinə qarşı Mübarizə Baş
İdarəsinin səlahiyyətlərinə aid olan cinayət tərkibli əməllərlə bağlı məsələlərin, həm
də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahəsinə aid olan inzibati
7
“İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 1.0.3-cü maddəsində “məcburi əmək (xidmət) -
qanunsuz olaraq şəxsin müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilməsi” kimi
müəyyən olunur.
2. Nəticələr
31
xətalarla əlaqədar məsələlərin yer almasının təcrübədə problemlər yaratdığını
bildirmişdir. Həmin respondent qanunvericilik sahəsində mövcud olan boşluqların
məcburi əmək hallarının baş verməsinə şərait yaratdığını bildirmişdir, məsələn,
əcnəbidən onun əmək müqaviləsinin başa çatması tarixindən etibarən on gün
ərzində ölkəni tərk etmək tələbi, ölkəyə gələn əcnəbi üçün isə ən azı üç ay ərzində iş
icazəsinin tələb olunmaması faktı. Dəyərləndirmə seminarından sonra İnsan Alverinə
qarşı Mübarizə Baş İdarəsi bu tələbin məcburi əməyin baş verməsinə birbaşa şərait
yaratmadığını və yalnız potensial olduğunu bildirmişdir.
Cinayət məsuliyyətinə cəlb etməmə
“İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 17.7-ci maddəsinə əsasən insan
alverindən zərər çəkmiş şəxslər bilavasitə insan alverinin qurbanı vəziyyətində
olmasının nəticəsində məcburetmə və ya təhdid altında törətdikləri əməllərə görə
mülki, inzibati və cinayət məsuliyyətindən azad edilirlər. Lakin GRETA fahişəliklə
məşğul olan və inzibati xətalara yol verən şəxslərlə insan alveri qurbanlarının
təcrübədə səhv salındığını qeyd etmişdir və əlaqədar təşkilatların, o cümlədən,
prokurorluq və məhkəmə orqanlarının əməkdaşları tərəfindən cəzalandırmama
prinsipinin tətbiq edilməsi zərurətini vurğulamışdır (Aze30, səh.8). Eyni zamanda,
səhvən qanunsuz miqrant hesab olunaraq insan alverinin qurbanı olması faktı
yoxlanılmadan deportasiya edilmək riski ilə üzləşmiş insanlarla da əlaqədar oxşar
vəziyyət müşahidə olunur. Azərbaycan Respublikası ərazisində qeyri-qanuni qalması
müəyyən edilmiş miqrantlardan bu ölkəni 48 saat ərzində tərk etmələri tələb olunur
və bu tələbə əməl etməyənlər Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən
saxlanıla bilərlər. Həmin şəxslərin onlar üçün mövcud olan hüquqi müdafiə vasitələri
barədə məlumatlandırılması Dövlət Miqrasiya Xidmətindən tələb olunsa da, onların
bu təşkilat tərəfindən müvafiq konsultasiyalarla və hüquqi yardımla təmin edilməsi
nəzərdə tutulmayıb. GRETA-nın məlumatlarına əsasən əksər hallarda əcnəbilər
onlar barəsində qəbul edilmiş qərarlarla əlaqədar məhkəməyə müraciət etmək
üçün müvafiq hüquqi konsultasiyalardan istifadə edə bilməyərək ölkədən çıxarılırlar
(Aze30, səh.32). Dəyərləndirmə prosesində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi
GRETA-nın bu qənaətləri ilə qətiyyən razı olmadığını bildirmişdir.
Təhqiqat, cinayət təqibi və cəza
GRETA-ya təqdim olunmuş məlumatlara əsasən 2012-ci ildə insan alveri faktları üzrə
22 şəxsə qarşı 12 cinayət işi açılmışdır ki, onlardan 10-u Cinayət Məcəlləsinin 144-1-ci,
ikisi isə 144-2-ci (məcburi əmək) maddələri əsasında başlanmışdır. Həmin il 13 ittiham
hökmünü qəbul edilməsi GRETA tərəfindən bildirilmişdir (8 azadlıqdan məhrum etmə
və beş şərti məhkum etmə cəzası təyin olunmuşdur). Eyin zamanda, qeyd olunmuşdur
ki, 2013-cü ilin birinci yarısında Cinayət Məcəlləsinin 144-1-ci maddəsi əsasında 17,
144-2-ci maddəsi əsasında isə dörd cinayət işi açılmışdır. Ümumilikdə 16 ittiham
hökmü qəbul olunmuşdur (8 azadlqıdan məhrum etmə və səkkiz şərti məhkum etmə
cəzası təyin olunmuşdur), məcburi əmək faktı üzrə isə yalnız 1 ittiham hökmü qəbul
olunmuşdur (Aze30, səh.43-44). GRETA verilmiş cəzaların kifayət yüngül olması və
2. Nəticələr
32
hüquqi şəxslərin insan alverinə görə cəzalandırılmaması ilə əlaqədar öz narahatlığını
ifadə etmişdir. ABŞ Dövlət Departamentinin “İnsan alverinə qarşı mübarizəyə dair”
2015-ci il tarixli Hesabatında qeyd olunur ki, 2014-cü ildə insan alveri ilə əlaqədar
ümumilikdə 32 fakt üzrə istintaq həyata keçirilmişdir. DİN-in İnsan Alverinə qarşı
Mübarizə Baş İdarəsi 2014-cü ildə 26 nəfərin (18 qadının və 8 kişinin) insan alveri
və məcburi əmək cinayətləri ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunduğunu,
3-ü əcnəbi olmaqla 54 nəfərin (51 qadının, 3 kişinin) insan alverinin qurbanı kimi
müəyyən edildiyini, insan alveri ilə məşğul olan 9 cinayətkar qruplaşmanın və 1
mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirildiyini, 23 cinayət işinin məhkəməyə
göndərildiyini və 21 insan alverçisinə qarşı cəzaların təyin edildiyini öz saytında qeyd
etmişdir. Bundan başqa bildirilir ki, insan alveri ilə əlaqədar 176 kriminal fakt qeydə
alınmışdır ki, onlardan 139-u İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin, 37-si isə
digər polis orqanlarının “payına düşür”. Ümumilikdə 51 nəfər olmaqla 25 nəfər insan
alveri cinayəti ilə əlaqədar ittiham edilmişdir, 26 nəfər barəsində isə axtarış elan
olunmuşdur, onlardan 35-i (o cümlədən, 12 insan alverçisi) həbsə alınaraq məhkəmə
orqanlarına təhvil verilmişdir.
8
Lakin ABŞ Dövlət Departamentinin “İnsan alverinə
qarşı mübarizəyə dair” Hesabatında bəyan olunur ki, insan alverinə dair 23 iş üzrə
istintaq aparılsa da, bu işlərlə bağlı irəli sürülmüş ittihamların ümumi sayı barədə
məlumat yoxdur. Verilmiş məlumatlara görə 2013-cü ildə məhkum olunmuş beş
insan alverçisi ilə müqayisədə 2014-cü ildə 26 insan alverçisi məhkum olunmuşdur
ki, onlardan 21-i nə qarşı azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (Gen1).
Müsahibə prosesi zamanı Baş Prokurorluğun əməkdaşları 2015-ci ildə insan alverinin
63 qurbanı ilə əlaqədar cinayət işlər üzrə 32 insan alverçisinin həbsə alındığını və
insan alverinə görə 18 ittiham hökmünün (onlardan 14-nün cinsi istismar, 4-nün isə
əməyin istismarı ilə bağlı) qəbul edildiyini bildirmişdirlər. Dövlət Əmək Müfəttişliyi
Xidmətinin əməkdaşları 2015-ci ildə bu sahədə əmək münasibətlərinin pozulması
hallarının aşakar olunmadığını qeyd etmişdirlər. Dövlət Sərhəd Xidməti əməkdaşları
isə qanunsuz miqrasiyaya vasitəçi kimi müəyyən edilmiş 13 nəfərdən ibarət 5 qrupun
saxlanıldığını və 16 nəfərin insan alverinin qurbanı kimi aşkar edildiyini bildirmişdirlər.
ABŞ Dövlət Departamentinin “İnsan alverinə qarşı mübarizəyə dair” 2015-ci il tarixli
Hesabatında 2014-cü il ilə əlaqədar bəyan olunur ki, hökumət ziddiyyətli bürokratik
maneələrin mövcud olması və səmərəli idarələrarası əməkdaşlıq üçün mexanizmlərin
olmaması səbəbindən uşaq əməyi sahəsindəki pozuntuların araşdırılması və təqib
edilməsi istiqamətindəki çətinlikləri qəbul etmişdir. Eyni zamanda, bu hesabatda
nüfuzlu şəxslər, o cümlədən, bəzi hökumət rəsmiləri tərəfindən göstərilə biləcək
təzyiqlər səbəbindən inşaat sektorunda məcburi əmək hallarının araşdırılması
səviyyəsinin qeyri-qənaətbəxş olduğu xüsusilə vurğulanmışdır; keçmiş polis əməkdaşı
tərəfindən səlahiyyətlərdən sui-istifadə və məcburi əməkdən istifadə halı qeyd
olunmuşdur; müəyyən əməllərə göz bağlamaq üçün yerli polis əməkdaşlarının rüşvət
alması faktı diqqətə çatdırılmışdır. Müsahibə prosesi zamanı iştirakçılar tərəfindən
bu cür məsələlər qaldırılmasa da, bir iştirakçı əksər hallarda cəzaların çox yüngül
olduğunu və korrupsiya səbəbindən ortasəviyyəli cinayətkarların müəyyən dərəcədə
himayədən istifadə etdiyini bəyan etmişdir. Dəyərləndirmə prosesində İnsan Alverinə
8
www.mia.gov.az/index.php?/en/content/153/
2. Nəticələr
33
qarşı Mübarizə Baş İdarəsi ABŞ Dövlət Departamentinin “İnsan alverinə qarşı
mübarizəyə dair” 2015-ci il tarixli Hesabatının bu nəticələrini ilə razılaşmadıqlarını
bildirmişdirlər.
Təlim və potensialların yaradılması
2014-2018-ci illər üçün Milli Fəaliyyət Planında hüquq mühafizə və prokurorluq
orqanlarının əməkdaşları üçün təlim tədbirləri əks olunmayıb. Lakin “İnsan alverinə
qarşı mübarizə haqqında” Qanunun 8-ci maddəsi insan alverinə qarşı mübarizə
üzrə xüsusi polis qurumuna xidmətə qəbul olunmuş əməkdaşların insan alveri
qurbanlarından və digər mənbələrdən məlumatların, sənədlərin və digər əşyaların
əldə edilməsi, təhlili və sübut qismində təqdim edilməsinə, insan alveri qurbanlarının
müəyyən edilməsi üsullarına, müəyyən müşahidə üsullarından və texniki vasitələrdən
istifadə edilməsinə və insan alveri qurbanları ilə davranış qaydalarına dair məsələlər
üzrə təlimlərin keçirlməsini nəzərdə tutur. Hökumət tərəfindən insan alverinə qarşı
mübarizə üzrə təlimlərin hüquq mühafizə, prokurorluq və ya məhkəmə orqanlarının
əməkdaşları üçün keçirilməsi barədə faktlar aşkar edilməmişdir. Qiymətləndirmə
Seminarı zamanı Daxili İşlər Nazirliyi tərəfindən polis orqanlarının əməkdaşları
üçün təlimlərin təşkil olunduğu və insan alverinə qarşı mübarizə üzrə mövzuları da
əhatə edən bilik testlərinin iki ildən bir keçirildiyi qeyd olunmuşdur. Dəyərləndirmə
prosesi zamanı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, BMqT-nin təzəliklə Ədliyyə
Akademiyası üçün insan alveri ilə mübarizəyə dair kurrikulum və dərs vəsaitini
hazırladığını, Təlimçilər üçün təlim təşkil etdiyini və hazırlanmış kurrikulumun tezliklə
Akademiya tərəfindən institusionalaşdırılacağını bildirmişdir.
S. 5.1.6. Hüquq mühafizə orqanlarının əməkdaşları üçün insan alveri
məsələləri üzrə təlim və potensialların yaradılması mexanizmləri
qənaətbəxşdir
0
1
3
2
0
0 1 2 3 4
Qətiyən razı deyiləm
razı deyiləm
nə razıyam,
nə də ki razı deyiləm
razıyam
tamamilə razıyam
2014-cü ildə Azərbaycan Respublikası hüquq mühafizə orqanlarının əməkdaşları
insan alveri cinayətlərinin araşdırılması və cəzalandırılması sahəsində ən yaxşı
təcrübəyə dair təlimlərdə iştirak etmişdirlər: ABŞ-ın Azərbaycandakı Səfirliyi 25
prokurora, hakimə, müstəntiqə və insan alveri qurbanları üçün sığınacaq işçisinə
insan alveri cinayətlərinin araşdırılması və cəzalandırılması sahəsində ən yaxşı
2. Nəticələr
34
təcrübəyə dair təlimlər keçmişdir (Aze29, səh.1). Müsahibə iştirakçıları 2015-ci ildə bu
cür spesifik və müfəssəl təlimlərin keçirilmədiyini bildirmişdirlər ki, bu da beynəlxalq
təşkilatlar tərəfindən xüsusi təlimlərin keçirilməsi ilə və yüksək səviyyəli dövlət
məmurlarının Azərbaycanda və Avropa ölkələrində keçirilmiş müvafiq təlimlərdə,
iclaslarda və ya konfranslarda iştirak etmələri ilə izah oluna bilər. Bu cür xüsusi
tədbirlər nəticəsində müxtəlif təşkilatları təmsil edən iştirakçıların potensiallarının
nə dərəcədə təkmilləşməsi dəqiqləşdirilməmişdir. Baş Prokurorluğun əməkdaşları bu
sahədə hansısa konkret təlim kurslarında iştirak etdiklərini qeyd etməsələr də, bütün
polis əməkdaşlarının insan alveri hallarına ciddi yanaşma barədə müvafiq təlimatlar
aldıqlarını vurğulamışdırlar. Prokurorlar və hakimlər üçün təlim və potensialların
yaradılması mexanizmlərinin qənaətbəxş olması barədə bəyanata fikir bildirən
əməkdaşların çoxu buna “nə razıyam, nə də ki razı deyiləm” (n=5), bir əməkdaş isə
“razı deyiləm” cavabı vermişdirlər.
Müsahibə iştirkaçılarından ikisi məcburi əmək halları və Əmək Məcəlləsi tələblərinin
inzibati qaydada pozulması halları arasındakı fərqin yetərincə dərk edilmədiyini qeyd
edərək, nəticədə potensial insan alveri və/və ya əməyin istismarı cinayətlərinin aşkar
olunmadığını bildirmişdir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları əməyin
istismarı və ya insan alveri halları ilə deyil, Əmək Məcəlləsi tələblərinin pozulması
halları ilə rastlaşdıqlarını qeyd etmişdirlər. Dövlət Əmək Müfəttişliyi Xidmətinin
əməkdaşlar üçün keçirilmiş təlimlər və bu Xidmətin insan alverinə qarşı mübarizə
sahəsindəki rolu ümumilikdə qənaətbəxş hesab olunmuşdur.
Zərərçəkmiş şəxslərin-şahidlərin müdafiəsi
“Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” 1998-ci il 11
dekabr tarixli Qanun və Nazirlər Kabinetinin 2008-ci il 1 fevral tarixli, 21 nömrəli Qərarı
ilə təsdiq edilmiş “İnsan alveri cinayəti qurbanlarının insan alverinə qarşı mübarizə
üzrə xüsusi polis qurumuna təhvil verilməsi Qaydaları” mövcud olsalar da, şahidlərin
müdafiəsi mexanizmlərinin mövcud olmasına və ya cinayət araşdırmalarından əvvəl,
araşdırmalar zamanı və ya bundan sonra həmin mexanizmlərdən istifadəyə dair
faktlar aşkar edilməmişdir. Baş Prokurorluq əməkdaşları bu sahədə polis sisteminin
mükəmməl təşkil olunması səbəbindən zərərçəkmiş şəxslər və şahidlər üçün xüsusi
müdafiənin tələb edilmədiyinə görə insan alverinə dair işlər kontekstində bu cür
tədbirlərin zəruri olmaması barədə fikir söyləmişdirlər. Dəyərləndirmə prosesi
zamanı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi şahidlərin müdafiəsi ilə bağlı
Standart Əməliyyat Prosedurları mövcud olmasa da, şahidlərin və onların ailələrinin
müdafiəsi ilə bağlı standartların mövcud olduğunu bildirmişdir.
2. Nəticələr
35
Proaktiv və xüsusi təhqiqat üsulları
Təhqiqata aid suallar
Tamamilə r
azıy
am
Razıy
am
Nə r
azıy
am,
nə də ki r
azı
de
yiləm
Razı de
yiləm
Qə
tiyən r
azı
de
yiləm
S. 5.1.4. İnsan alveri cinayətlərinin və əlaqədar
cinayətlərin təhqiqatı işi qənaətbəxşdir və
səmərəlidir
n=2
n=3
n=1
S. 5.1.5. İnsan alveri cinayətlərinin və əlaqədar
cinayətlərin təhqiqatı insan alveri cinayətinin
qurbanı olmuş şəxslərin və ehtimal edilən
qurbanların hüquqlarına əməl etməklə həyata
keçirilir
n=2
n=3
n=1
S. 5.1.6. Hüquq mühafizə orqanlarının
əməkdaşları üçün insan alveri məsələləri
üzrə təlim və potensialların yaradılması
mexanizmləri qənaətbəxşdir
n=1
n=3
n=2
S. 5.1.7. İnsan alverinə dair işlər üzrə cinayət
təqibi işi qənaətbəxşdir və təsiredicidir
n=2
n=2
n=2
Qeyd:
Sorğu respondentlərinin ümumi sayı: n=7.
Bu suallara cavab vermiş sorğu respondentlərinin ümumi sayı: n=6.
Müsahibə posesi zamanı təhqiqatın proaktiv və reaktiv üsulları arasındakı fərqin
bütövlükdə başa düşüldüyünü təsdiq etmək mümkün deyildi. Görünür təhqiqatlar
reaktiv üsullar əsasında aparılır, proaktiv təhqiqat üsullarına isə müraciət olunmur.
Eyni zamanda, insan alveri hallarının təhqiqatı zamanı xüsusi təhqiqat üsullarının
tətbiq edilməsi və parallel maliyyə araşdırmalarının aparılması faktını da təsdiq etmək
mümkün olmadı. Təhqiqat zamanı yalnız insan alveri qurbanı tərəfindən verilmiş
ifadənin əsas kimi istifadə edilməsi xüsusi təhqiqat üsullarının tətbiqi sahəsində
potensialların artırılması zərurətini daha da aktuallaşdırır: insan alveri qurbanının öz
ifadəsini dəyişməsi səmərəli cinayət təqibinin həyata keçirilməsi istiqamətində əsas
maneə kimi qeyd olunmuşdur.
2. Nəticələr
36
Təhqiqat və cinayət təqibi indikatorları
ÇƏRÇİVƏ indikatorları
ƏMƏLİYYAT indikatorları
Səviyyə 1
Səviyyə 2
Səviyyə 1
Səviyyə 2
3.1
İnsan alveri
əməlinin
kriminallaşdırılması
Əsas beynəlxalq
hüquqi sənədlər
(BMT-nin
Mütəşəkkil
Cinayətkarlığa
qarşı Konvensiyası
(UNTOC),
“İnsan alverinin,
xüsusən qadın
və uşaq alverinin
qarşısının
alınması, aradan
qaldırılması və
cəzalandırılması
haqqında”
Protokol və digər
əlaqədar regional
hüquqi sənədlər)
ratifikasiya olunub
İnsan alveri əməli
(məsələn, onun
əsas elementləri
və formaları)
beynəlxalq
anlayışa uyğun
kriminallaşdırılıb
İnsan alverinə qarşı
mübarizəyə dair
qanunvericilik insan
alveri cinayətlərinin
cəzalandırılması üçün
istifadə olunur
Cinayətin ağırlıq
dərəcəsinə
münasib
ittihamlar
əsasında müvafiq
hökm çıxarılır
3.2
İnsan alveri
qurbanlarının
cinayət
məsuliyyətinə
cəlb edilməməsi/
cəzalandırılmaması
İnsan alveri
qurbanlarının
insan alverinə
məruz qaldıqları
zaman törətdikləri
əməllərə
görə cinayət
məsuliyyətinə
cəlb edilməməsi
qanunvericilikdə
nəzərdə tutulub
İnsan alveri
qurbanının
istismar üçün
razılıq verməsi
faktının nəzərə
alınmaması
qanunvericilikdə
nəzərdə tutulub
İnsan alveri
qurbanlarının
insan alverinə
məruz qalmaları
səbəbindən cinayət
məsuliyyətinə cəlb
olunmamasına və ya
cəzalandırılmamasına
dair faktlar
İnsan alveri
qurbanının
istismar
üçün razılıq
verməsinin onun
cəzalandırılması
üçün nəzərə
alınmaması
barədə cinayət
mühakiməsi
sistemi
əməkdaşlarının
məlumatlı olması
3.3
Səlahiyyətli
orqanlar tərəfindən
təhqiqat, cinayət
təqibi və cəza
Xüsusi səlahiyyətli
təşkilatlar/
orqanlar müvafiq
qanunvericilik
bazasının və ya
siyasətin yerinə
yetirilməsi üçün
təyin edilib
Müvafiq qanunlar
və ya siyasətlər
səlahiyyətli
hüquq mühafizə
orqanlarının
dəqiq vəzifələrini
müəyyən edir
Xüsusi orqanlar
reaktiv təhqiqatların
həyata keçirilməsi
üçün əməli və strateji
səlahiyyətlərə
malikdirlər
Xüsusi orqanlar
proaktiv təhqiqat
aparmaq üçün
əməli və strateji
səlahiyyətlərə
malikdirlər
3.4
Cinayət
mühakiməsi sistemi
əməkdaşlarının
potensialları
Qanunvericilik
bazası/siyasət
çərçivəsi
mexanizmləri
insan alverinə
qarşı mübarizə
üzrə təlimlərin
keçirilməsini
nəzərdə tutur
İnsan alverinə
qarşı mübarizə
üzrə təlimlər
milli ehtiyaclara
və potensiallar
sahəsində
boşluqların
aradan
qaldırılması üçün
uyğunlaşdırılıb
Cinayət mühakiməsi
sisteminin
əməkdaşları birdəfəli/
arabir təlimlərdə
iştirak edirlər
Cinayət
mühakiməsi
sisteminin
əməkdaşları
mütəmadi/
davamlı
təlimlərdə iştirak
edirlər
2. Nəticələr
37
ÇƏRÇİVƏ indikatorları
ƏMƏLİYYAT indikatorları
Səviyyə 1
Səviyyə 2
Səviyyə 1
Səviyyə 2
3.5
Xüsusi təhqiqat
üsulları
İnsan alverinə
qarşı mübarizədə
xüsusi təhqiqat
üsullarının isti-
fadəsinə dair
qanunvericilik
bazası
İnsan alverinə
dair işlərin
araşdırılması
zamanı xüsusi
təhqiqat
üsullarının tətbiq
edilməsinə aid
qanun və ya
siyasət çərçivəsi
Hüquq mühafizə
orqanları xüsusi
təhqiqat üsulları
barədə məlumatlıdır
və ya bu üsullardan
arabir istifadə edirlər
Hüquq mühafizə
orqanları
xüsusi təhqiqat
üsullarından
mütəmadi/
müntəzəm
istifadə edirlər
Qeyd:
Mümkün təkmilləşdirmə işlərinin aparılmasını nəzərdə tutan məsələlər yaşıl rəngli fonda verilir.
2.4. Qarşısını alma
Kütləvi informasiya vasitələri və maarifləndirmə kampaniyaları
2014-2018-ci illər üçün MFP geniş miqyaslı maarifləndirmə tədbirlərini, o cümlədən,
sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsini (bənd 4.2);
“qaynar xətt” barədə ictimaiyyətin məlumatlandırılmasını (bənd 4.3) və metodik-tədris
vəsaitlərinin hazırlanmasını (bənd 4.4) nəzərdə tutur (Aze8). Verilmiş məlumatlara
əsasən 2014-cü ildə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ölkənin 60 şəhər
və rayonlarında ümumilikdə 65 maarifləndirmə tədbiri həyata keçirmişdir, posterlər
və videoçarxlar paylamışdır və “qaynar xətt” barədə məlumatlar təqdim etmişdir
(Gen1). Eyni zamanda, GRETA da qeyd etmişdir ki, Azərbaycan Respublikasının
dövlət orqanları QHT-lərlə və hökumətlərarası təşkilatlarla birlikdə geniş ictimaiyyət
arasında və təhsil müəssisələrində kampaniyalar və təbliğat tədbirləri, habelə xüsusi
qrupları, o cümlədən, miqrantları və vətəndaşlığı olmayan şəxsləri hədəfə götürmüş
kampaniyalar vasitəsi ilə maarifləndirmə işinin həyata keçirilməsi üçün mühüm səylər
göstərirlər. Müsahibə iştirakçıları bu səpkidən olan çoxlu sayda tədbirlərin 2015-ci
ildə də həyata keçirildiyini bildirmişdirlər.
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən bildirilmişdir ki, maarifləndirmə
tədbirlərinə 58 təhsil müəssisəsi cəlb olunmuşdur və bu cür tədbirlər eyni zamanda
ticarət mərkəzlərində və kütləvi informasiya vasitələrinin iştirakı ilə həyata
keçirilmişdir, seminarlar və başqa maarifləndirmə tədbirləri təxminən 100.000
nəfər insanı əhatə etməklə ölkənin 50-dən çox rayonunda təşkil olunmuşdur, bu işə
kütləvi informasiya vasitələri cəlb olunmuşdur və İdarənin əməkdaşları tərəfindən
yazılmış məqalələr və verilmiş müsahibələr nəticəsində Azərbaycan Respublikasında
insan alveri barədə biliklər əhəmiyyətli dərəcədə artmışdır. Xarici İşlər Nazirliyinin
əməkdaşları maarifləndirmə sahəsində DİN-in fəallığını ön plana çəkərək, QHT-
lərin bu işdəki vacib rolunu vurğulamışdırlar və maarifləndirmə işinin Bakı şəhəri
ilə yanaşı ölkənin başqa rayonlarında həyata keçirilməsi üçün BMqT tərəfindən
göstərilən köməkliyin davam etdirilməsini xahiş etdiklərini bildirmişdirlər. Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım
Mərkəzinin əməkdaşları bu Mərkəz tərəfindən ölkənin 20 rayonunda maarifləndirmə
tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırmışdırlar. İnsan Hüquqları üzrə
2. Nəticələr
38
Müvəkkil (Ombudsman) İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı
çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin, QHT-lərin, jurnalistlərin və digər
mütəxəssislərin iştirakı ilə bəzi hallarda insan alverinə dair məsələləri də əhatə edən
ictimai dinləmələrin təşkil olunduğunu diqqətə çatdırmışdır. Eyni zamanda, İnsan
Hüquqları üzrə Müvəkkil (Ombudsman) Azərbaycan Respublikası vətəndaşlarını
naməlum şəxslərə etibar etmənin riskləri barədə xəbərdar etmək istiqamətində
ƏƏSMN-lə və digər hökumət təşkilatları ilə birgə işlər həyata keçirir. Öz növbəsində
vətəndaş cəmiyyəti təşkilatları insan alveri barədə ilkin məlumatlar vemək məqsədi
ilə hüquq mühafizə orqanlarının gənc əməkdaşlarını hədəfə götürən maarifləndirmə
tədbirlərinin yerinə yetirildiyini bildirmişdirlər.
Bu cür əhəmiyyətli səylərin göstərilməsinə baxmayaraq, sorğu respondentləri
kütləvi informasiya vasitələrinin maarifləndirmə proqramlarında və ya insan
alverinin riskləri barədə maarifləndirmə işində iştirakı səviyyəsi ilə əlaqədar
müsbət fikirdə deyildirlər. ABŞ Dövlət Departamentinin “İnsan alverinə qarşı
mübarizəyə dair” Hesabatında qeyd olunur ki, hökumətin dəstəyi ilə həyata keçirilən
maarifləndirmə kampaniyaları əsasən Azərbaycan Respublikasının vətəndaşlarını
insan alverinin potensial qurbanları kimi əhatə edərək xüsusi diqqəti beynəlxalq
səyahət və miqrasiya məsələlərinə yetirməklə ölkədaxili insan alveri məsələlərini
və Azərbaycan Respublikasının təyinat ölkəsi olması faktını diqqətdən kənarda
qalması tendensiyasını bir növ “əbədiləşdirmiş” olur. Respondentlərin heç biri
əcnəbilərin Azərbaycanda insan alverinə və ya əməyin istismarına məruz qalma
məsələlərini əhatə edən maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar
misal gətirə bilməmişdir və istisna hal kimi veb-saytlarda potensial miqrantlar üçün
informasiyanın təqdim olunması, həmçinin Rusiya vətəndaşlarını Azərbaycanda iş
tapmağın asan olması barədə yanlış təəssüratlardan yayındırmaq üçün sərhədyanı
bölgələri əhatən edən və BMqT-nin dəstəyi ilə İnsan Alverinin Qurbanlarına Yardım
Mərkəzi tərəfindən çap materiallarının paylanması qeyd olunmuşdur. Dəyərləndirmə
prosesi zamanı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi maarifləndirmənin idarənin
ən güclü tərəflərindən biri olduğunu bildirmişdir.
Maarifləndirməyə və kütləvi informasiya vasitələrinin iştirakına aid suallar
Dostları ilə paylaş: |