Insan alverinə qarşı mübarizə sahəsində cavab tədbirləri Azərbaycan Respublikasında



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix22.04.2017
ölçüsü0,94 Mb.
#15611
1   2   3   4   5   6   7   8   9   10

Qənaətlərin  subyektivliyi:  Ehtiyacların  sürətli  qiymətləndirilməsi  ilə  bağlı  əsas 

məhdudiyyət  əsas  məlumat  mənbəyi  kimi  əlaqədar  təşkilatların  subyektiv 

mülahizələrinə istinad etməkdən ibarət idi. Bu qiymətləndirmə insan alverinə dair 

vəziyyətlə  bağlı  subyektiv  məlumatlar  (və  məlumat  çatışmazlığı),  həmçinin  şəxsi 

baxışlar və qeyri-obyektivlik səbəbindən öz həssaslığı ilə seçilir. Aparılmış masaüstü 

araşdırmalar  zamanı  yuxarıda  qeyd  olunan  məhdudiyyətlər  nəzərə  çarpsa  da, 

onların sayının azaldılması üçün müəyyən işlər görülmüşdür. Lakin sonda müfəssəl 

müsahibələrin nəticələri əsas götürüldüyündən qiymətləndirmə hesabatında və bu 

hesabatda təklif olunan tövsiyələrdə insan alverinə qarşı mübarizə sahəsində bütün 

cavab  tədbirlərinin  faktiki  səmərəliliyi  ilə  müqayisədə  əlaqədar  təşkilatların  insan 

alverinə qarşı mübarizə sahəsindəki cavab tədbirlərinin səmərəliliyi perspektivlərinə 

daha çox diqqət yetirilir. 



Tədqiqat iştirakçılarının münasibliyi və seçimi ilə bağlı qeyri-obyektivlik: Əlaqədar 

təşkilatların  müəyyənləşdirilməsi  və  cəlb  olunması  prosesinə  xas  olan  seçimlə 

bağlı  qeyri-obyektivlik  qiymətləndirmə  prosesi  əsasında  əldə  olunmuş  qənaətlərin 

subyektiv  xarakterini  daha  da  mürəkkəbləşdirir.  Ehtiyacların  qiymətləndirilməsi 

prosesinin dəstəklənməsi sahəsində BMqT-nin əsas rol sahibi olduğunu nəzərə alsaq 

əsas təşkilatlara və onların perspektivlərinə tədqiqat ölkələrində mövcud olan bütün 

baxışların müfəssəl bir təhlili əsasında deyil, məhz bu təşkilatların insan alverinə qarşı 

mübarizə, xüsusən də tərəfdaşlıq məsələlərinə yanaşması əsasında diqqət yetirilir. Bu 

cür seçimlə bağlı qeyri-obyektivliyin müsahibələr və sorğu zamanı verilmiş cavablara 

da təsir etməsi mümkündür, çünki bu hesabat BMqT-nin sifarişi əsasında hazırlanıb, 

tədqiqat  iştirakçıları  həmin  təşkilatın  sözügedən  üç  ölkədəki  nümayəndəliklərinin 

əməkdaşları  tərəfindən  seçilib  və  əksər  hallarda  həmin  əməkdaşlar  müvafiq 

görüşlərdə iştirak edib.   

Əsas təşkilatların iştirakı ilə müsahibələrin üç tədqiqat ölkəsinin paytaxt şəhərlərindən 

kənarda  keçirilmədiyini  nəzərə  alsaq  əldə  olunmuş  məlumatlar  bu  təşkilatların 

əyalətlərdə  üzləşdikləri  çətinlikləri  deyil,  paytaxt  şəhərlərdə  müşahidə  olunan 

vəziyyətlə bağlı verdiyi cavabları özündə əks etdirir. Sorğu prosesi bu məhdudiyyətin 

qismən aradan qaldırılmasını və sorğu suallarına paytaxt şəhərlərdən kənarda işləyən 

əməkdaşlar tərəfindən müvafiq cavabların verilməsini nəzərdə tutsa da, bu suallara 

hər bir ölkə üzrə çox az sayda cavab təqdim olunmuşdur. Bununla əlaqədar olaraq, 

əldə  olunmuş  məlumatlar  əsasən  paytaxt  şəhərlərdə  verilmiş  cavablardan  irəli 

gəldiyindən  ölkə  səviyyəli  çətinlikləri  və  baxışları  özündə  əks  etdirmir  və  regional, 

habelə yerli səviyyələrə xas olan fərqləri nəzərə almır.


I. Giriş

8

Metodologiya ilə bağlı başqa bir məhdudiyyət tədqiqatda iştirak etmiş təşkilatların 



əməkdaşlarının  seçimi  ilə  əlaqədardır.  Ehtiyacların  qiymətləndirilməsi  prosesində 

(istər  elektron  sorğuda,  istərsə  də  müfəssəl  müsahibələrdə)  iştirak  etmək  üçün 

seçilmiş  əməkdaşların  bu  prosesdə  iştirak  etmək  üçün  seçilməmiş  əməkdaşlardan 

fərqli,  müsbət  və  ya  mənfi  təəssüratlara  malik  olmaları  mümkündür.  Bundan 

başqa,  tədqiqat  ölkələrinin  səciyyəvi  kontekstlərində  mövcud  olan  siyasi  və  sosial 

gərginliklərin də müvafiq mülahizələrin obyektivliyinə təsir etməsi mümkündür.



Praktiki  məhdudiyyətlər:  Ehtiyacların  sıfırdan  başlayaraq  yekun  təqdimatadək 

qiymətləndirilməsi  üçün  səkkiz  aylıq  müddət  əvəzinə  dörd  ay  nəzərdə 

tutulmuşdur. BMqT tərəfindən müvafiq loqistika və tərcümə dəstəyi göstərilsə də, 

qiymətləndirməni bir şəxs həyata keçirmişdir. Ehtimal etmək olar ki, layihə üçün daha 

çox adam-saat ayrılsa idi aparılmış təhlillər və məlumatların müvafiq cədvəllərə daxil 

edilməsi prosesi daha müfəssəl xarakter daşıya bilərdi. Şifahi və yazılı tərcümələrin 

təmin  olunmasında  BMqT-yə  etibar  edilsə  də,  dillə  bağlı  yaranan  çətinliklər  əlavə 

məhdudiyyətlərə  səbəb  olmuşdur.  Müsahibəçidən  eyni  zamanda  yazılı  qeydlərin 

aparılması tələb olunmuş və səsyazma cihazlarından istifadə edilməmişdir.  

Digər məhdudiyyətlər: Mövcud məlumatlara əsasən Cənubi Qafqaz ölkələri arasında 

müşahidə  olunan  siyasi  gərginliklərin  insan  alverinə  qarşı  mübarizə  sahəsində 

əməkdaşlıq  prosesinə  mənfi  təsir  göstərməsi  ilə  yanaşı  verilmiş  cavablara  da  təsir 

etməsi  mümkündür,  çünki  aparılmış  qiymətləndirmə  zamanı  iştirakçıların  digər 

tədqiqat ölkələri ilə müqayisədə məhz öz ölkəsinin bu sahədə daha güclü olduğunu 

nümayiş etdirmək cəhdləri nəzərə çarpmışdır. Mövcud olan gərginliklər səbəbindən 

qiymətləndirmə  vasitəsinin  müqayisə  komponentlərinin  sınaqdan  səmərəli  şəkildə 

keçirilməsi mümkün olmadığından bu tədqiqat qeyri-müqayisəli hesab olunmalıdır. 

Nəhayət, ilkin mərhələdə üç tədqiqat ölkəsi ilə bağlı nəticələri və tövsiyələri özündə 

əks  etdirən  vahid  hesabatın  hazırlanması  nəzərdə  tutulsa  da,  sonradan  həmin 

hesabatın üç əlahiddə hesabatla əvəz olunması barədə qərar qəbul edilmişdir. 

Bu  hesabatda  Azərbaycan  Respublikası  ilə  bağlı  nəticələr  və  tövsiyələr  öz  əksini 

tapmış  və  yekun  dəyərləndirmə  prosesində  hesabata  Azərbaycan  Hökumətindən 

əhəmiyyətli dərəcədə töhvə verilmişdir.



9

2. Nəticələr

2004-cü  il  insan  alverinə  qarşı  mübarizə  sahəsində  cavab  tədbirlərinin  görülməsi 

baxımından vacib bir tarix hesab olunur: Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə 

qarşı  Mübarizə  Baş  İdarəsinin  yaradılması  ilə  nəticələnmiş  “İnsan  alverinə  qarşı 

mübarizəyə  dair”  Milli  Fəaliyyət  Planı  (MFP)  Prezident  İlham  Əliyevin  Sərəncamı 

ilə  təsdiq  edilmişdir,  İnsan  alverinə  qarşı  mübarizə  üzrə  Milli  Koordinator  təyin 

olunmuşdur  və  insan  alveri  qurbanları  üçün  reabilitasiya  mərkəzinin  yaradılması 

barədə  müvafiq  göstəriş  verilmişdir.  2005-ci  ildə  ölkə  Parlamenti  “İnsan  alverinə 

qarşı  mübarizə  haqqında”  Qanun  qəbul  etmişdir.  Bilavasitə  bu  tədbirlərin  həyata 

keçirilməsindən  sonrakı  illər  ərzində  müəyyən  edilmiş  insan  alveri  qurbanlarının 

və insan alveri ilə bağlı başlanmış cinayət işlərinin sayında sürətli artım müşahidə 

olunmuşdur  (Aze16,  səh.3).  Ümumilikdə  Azərbaycan  Respublikasının  bu  sahədəki 

qanunvericilik  bazası,  siyasəti,  institusional  və  əməliyyat  tədbirləri  beynəlxalq 

standartlara  uyğun  gücləndirilmişdir.  Sayca  üçüncü  olan  cari  (2014-2018-ci  illər 

üçün)  MFP-də  nəzərdə  tutulmuş  tədbirlərdə  uşaq  əməyinə  qarşı  mübarizə  və 

qanunvericilik bazasının gücləndirilməsi məsələlərinə xüsusui yer ayrılır.  

Azərbaycan mənşə ölkəsi qismində: Türkiyədə, Rusiya Federasiyasında və Birləşmiş 

Ərəb Əmirliyində, habelə ölkə daxilində qadın və uşaqların cinsi istismarı, oğlan və 

kişilərin isə əməyinin istismarı baxımından Azərbaycan mənşə ölkəsi hesab olunur. 

1990-cı illərin sonundan başlayaraq Azərbaycandan olan qadınlar Qərbi Avropada, 

daha  böyük  miqyasda  isə  şərqdə  yerləşən  Türkiyə,  Birləşmiş  Ərəb  Əmirliyi,  Suriya 

Ərəb Respublikası, İran İslam Respublikası, bəzən Pakistan kimi müsəlman ölkələrində, 

həmçinin Hindistanda, İordaniyada və İndoneziyada fahişəliyə cəlb olunurlar (Aze16, 

səh.1). Azərbaycan vətəndaşlarının Pakistanda, Hindistanda, nisbətən az səviyyədə 

Çində insan alverinə məruz qalmalarını ehtimal etmək üçün diqqətəlayiq sübutlar 

mövcuddur;  bununla  yanaşı,  Azərbaycandan  olan  insan  alveri  qurbanları  2011-ci 

ildə Əfqanıstanda da aşkar edilmişdir (Aze21, səh.17; Aze16, səh.3). Azərbaycandan 

olan  miqrantlar  Rusiya  Federasiyasında,  Türkiyədə,  Birləşmiş  Ərəb  Əmirliyində 

və Almaniyada ticarət, inşaat, kənd təsərrüfatı, ərzaq və qablaşdırma, restoran və 

tədarük, ev qulluqçuluğu, seks-biznes və (Sibirdə) neft hasilatı sektorlarında istismara 

məruz qalırlar. Daxili orqanların çıxarılması məqsədi ilə Azərbaycan vətəndaşlarının 

insan alverinə məruz qalmaları barədə bəzi iddialar mövcud olsa da, dəyərləndirmə 

prosesi zamanı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi qəzet və jurnallarda belə 

hallar  bildirilərsə,  onların  araşdırıldığını  və  indiyə  qədər  heç  bir  halın  müəyyən 

edilmədiyini  bildirmişdir.  Azərbaycan  qadınları  və  qızları  Yaxın  Şərq  ölkələrindən 

olan kişilərlə nikah bağlamağa məcbur edilirlər və xüsusən İran İslam Respublikası 

ilə həmsərhəd ərazilərdə yaşayan yoxsul və dindar insanlar iranlı insan alverçilərinin 


2. Nəticələr

10

təklifləri  qarşısında  daha  həssasdırlar.  İran  İslam  Respublikasında,  Əfqanıstanda 



və  digər  müsəlman  ölkələrində  bu  cür  qadın  və  qızların  sayı  barədə  statistik 

məlumatların  olmaması  səbəbindən  onların  taleyi  əksər  hallarda  naməlumdur 

(Aze16, səh.2). Müsahibənin iki iştirakçısı məcburi nikah məqsədi ilə insan alverinin 

böyük bir problem olmadığını qeyd etsə də, bir iştirakçı məcburi və erkən nikahları 

artmaqda  olan  və  insan  alverinə  gətirib  çıxaran  bir  problem  kimi  göstərmişdir. 

Sorğunun üç respondenti məcburi nikahı Azərbaycanda insan alverinin üç daha geniş 

yayılmış formalarından biri kimi ön plana çəkmişdir.  

Bakı şəhəri Azərbaycandan olan insan alveri qurbanlarının əsas mənşə ərazisi olduğu 

bir  halda,  növbəti  “yerləri”  Sumqayıt,  Gəncə,  Mingəçevir  və  Şamaxı  şəhərləri, 

İran  İslam  Respublikası  ilə  həmsərhəd  rayonlar  olan  Lənkəran  və  Masallı,  habelə 

Gürcüstanla  qonşuluqda  yerləşən  Qazax  və  Şəki  rayonları  tuturlar  (Aze16,  səh.2). 

Bakı  şəhərinin  beynəlxalq  hava  limanı  insan  alveri  üçün  əsas  kanal  hesab  olunur, 

eyni zamanda, yerüstü marşrutlarla aparılan insan alveri qurbanları əsasən Türkiyə 

ilə  dövlət  sərhədinə  yaxın  ərazilərə  gətirilirlər,  başqaları  isə  bilavasitə  Türkiyəyə 

aparılmazdan  əvvəl  insan  alverinə  cəlb  olunurlar  (Aze16,  səh.2).  Əksər  hallarda 

Azərbaycandan xaricə “səfərlərin” asanlaşdırılması üçün vasitəçilərin xidmətlərindən 

istifadə  olunur:  adətən  insan  alverinin  qurbanı  olan  kişilər  vasitəçilər  tərəfindən 

göstərilən xidmətlərə görə əvvəlcədən ödəniş edirlər, sonra isə səfər zamanı yaranan 

digər  borcları  ödəyirlər,  insan  alverinin  qurbanı  olan  qadınlar  isə  bir  qayda  olaraq 

əvvəlcədən ödənişlər etmirlər və yaranan borcları məşğul olduqları fahişəlik hesabına 

ödəyirlər  (Aze21,  səh.18).  2000-ci  ildən  etibarən  Gürcüstan  ərazisi  vasitəsi  ilə 

Türkiyəyə aparılan qadınların sayının artması Azərbaycanın Gürcüstanla həmsərhəd, 

qərb  rayonlarından  olan  insan  alveri  qurbanlarının  sayının  çoxalmasına  gətirib 

çıxarmışdır (Aze16, səh.2). Aşkar edilmiş başqa bir marşrut cənub rayonlarından İran 

İslam Respublikasına və oradan digər Yaxın Şərq ölkələrinə istiqamətlənir.  

Azərbaycan  tranzit  və  təyinat  ölkəsi  qismində  və  ölkədaxili  insan  alveri:  Öz 

coğrafi  mövqeyinə  görə  Azərbaycan  Əfqanıstandan,  Yaxın  Şərqdən  (İran  İslam 

Respublikasından,  İraqdan),  Cənubi  Asiya  və  Müstəqil  Dövlətlər  Birliyi  (MDB) 

ölkələrindən olan miqrantlar üçün vacib tranzit ölkəsi hesab olunur (Aze21, səh.12). 

Avropaya  aparılma  barədə  vədlərə  aldanaraq  Azərbaycanda  inşaat  sektorunda 

istismar  olunan,  sonra  isə  deportasiya  edilən  çoxlu  sayda  miqrant  haqqında 

məlumatlar  mövcuddur  (Aze21,  səh.13).  Müsahibə  iştirakçıları  Azərbaycanın 

Mərkəzi  Asiyadan  Türkiyəyə  istiqamətlənən  marşrutda  tranzit  ölkəsi  kimi  istifadə 

olunduğunu,  insanların  təyyarə  ilə  Bakıya  gələrək Türkiyəyə  getməzdən  əvvəl  İran 

İslam Respublikasının ərazisindən keçdiklərini, əksər hallarda isə Azərbaycana etibarlı 

vizalar  əsasında  gələrək  İran  İslam  Respublikasına  qanunsuz  səyahət  etdiklərini 

təsdiq etmişdirlər.  

Avropa Şurasının İnsan Alverinə qarşı Mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) 

2014-cü il hesabatında və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 

Xüsusi  Məruzəçisi  tərəfindən  2013-cü  ildə  qeyd  olunmuşdur  ki,  Azərbaycanda 

müşahidə  olunan  iqtisadi  inkişaf  miqrantlar  üçün  cəlbedici  amil  rolunu  oynayaraq 

inşaat,  kənd  təsərrüfatı  və  məişət  sektorlarında  əməyin  istismarı  məqsədilə  insan 


2. Nəticələr

11

alveri  ilə  nəticələnmişdir  və,  eyni  zamanda,  (cinsi  istismar,  məcburi  dilənçilik  və 



əməyin istismarı məqsədi ilə) ölkədaxili insan alveri hallarının baş verməsinə gətirib 

çıxarmışdır. Azərbaycana cinsi istismar məqsədi ilə gətirilən insan alveri qurbanlarının 

Çindən,  Rusiyadan,  Türkiyədən,  Özbəkistandan,  Ukraynadan  və  Qırğızıstandan 

olmaları barədə məlumatlar mövcuddur (Aze21, səh.17). Digər məlumatlara əsasən 

ilk növbədə neft şirkətləri tərəfindən qoyulan sərmayələrin artması səbəbindən ölkə 

istiqamətində miqrasiya axınlarının intensivləşməsi Cənubi-Şərqi Asiya ölkələrindən, 

əsasən  Pakistandan,  sonra  isə  Çindən,  Hindistandan,  İran  İslam  Respublikasından, 

Banqladeşdən  və  Mərkəzi  Asiya  ölkələrindən  (əsasən  Özbəkistandan  və 

Türkmənistandan)  ucuz  işçi  qüvvəsinin  cəlb  olunması  ilə  nəticələnmişdir  (Aze17, 

səh.9).  Müsahibə  iştirakçılarından  bəziləri  Azərbaycana  istiqamətlənən  əməkçi 

miqrant  axınlarının  hal-hazırda  baş  verən  iqtisadi  böhran  nəticəsində  azala 

biləcəyini ehtimal edirlər, digərləri isə bu səbəbdən xaricdə iş axtaran Azərbaycan 

vətəndaşlarının  sayının  və  istismara  məruz  qalma  riskinin  artacağını  düşünürlər. 

Verilən məlumatlara görə Azərbaycanda uşaqlar əsasən kənd təsərrüfatı sektorunda 

(o cümlədən, pambıqçılıqda, çayçılıqda və tütünçülükdə) əməyin istismarına və seks-

biznesdə cinsi istismarın ən ağır formalarına məruz qalırlar (Aze29, səh.1). Xüsusilə 

Roman uşaqlarının məcburi dilənçiliyə, həmçinin yolkənarı ticarətdə, çayxanalarda və 

şadlıq saraylarında məcburi əməyə cəlb edilməsi halları da vurğulanır. Müsahibənin 

bir iştirakçısı bildirmişdir ki, uşaqlar belə bir vəziyyətə öz valideynləri tərəfindən güclə 

cəlb  olunduqda  müvafiq  orqanlar  bunun  qarşısının  almaq  üçün  tərəddüd  edirlər. 

Azərbaycana  ev  qulluqçusu  kimi  işləməyə  gələrək  sonradan  ev  köləliyinə  məruz 

qalmış Filippinli qadın insan alveri qurbanlarına dair məlumatlar narahatlıq doğuran 

məsələ kimi qeyd olunmuşdur (Gen1; Aze30, səh.11, səh.31). Azərbaycan Hökuməti 

müəyyən edilmiş məcburi əmək qurbanlarının azyaşlı olmadığını və yalnız bir nəfər 

azyaşlının məcburi əməyin qurbanı kimi müəyyən edildiyini bildirmişdir. 

İnsan alverçilərinin və insan alveri qurbanlarının profilləri: Müsahibənin bir iştirakçısı 

subay və ya boşanmış gənc qadınların insan alverinə xüsusən həssas olduqlarını bəyan 

etmişdir. Digər iştirakçı isə sərhədyanı regionlarda yaşayan insanların bu məsələ ilə 

bağlı  həssas  olduqlarını  vurğulamışdır.  Bakı  şəhərində  keçirilmiş  tədqiqata  əsasən, 

insan  alverinə  cəlb  edənlərin  çoxunun  naməlum  qadınlardan  və  ya  işəgötürmə 

agentliklərindən  ibarət  olması  qeyd  olunsa  da,  adətən  qadınların  cinsi  istismara 

öz  tanışları  və  yaxınları  tərəfindən  cəlb  edilməsi  bildirilmişdir  (Aze16,  səh.2).  Cəlb 

edənlər  və  insan  alveri  qurbanları  bir  ailədən  və  ya  tanış  şəbəkələrdən  olduqda 

müvafiq istismardan gəlir əldə etmək niyyətində olanları belə bir məramı olmayan 

insanlardan  ayırmaq  çətin  işə  çevrilə  bilər  (Aze21,  səh.18-19).  İnsan  alverçilərinin 

profillərinə aid məsələlərə diqqət yetirmiş altı nəfər müsahibə iştirakçısından dördü 

Azərbaycanda mütəşəkkil cinayətkarlığın olmadığını əsas gətirərək bu ölkədə insan 

alveri  cinayətlərinin  mütəşəkkil  dəstələr  tərəfindən  törədilmədiyi  barədə  fikir 

söyləmişdir. Lakin müsahibənin bir iştirakçısı nüfuzlu əlaqələrə malik olan şirkətlərin 

məcburi əmək qüvvəsindən istifadə etdiyini ehtimal etmişdir. Eyni zamanda, əmək 

qüvvəsinə  olan  təklif  və  tələbatın  əlaqələndirilməsi  məsələləri  ilə  qeyri-formal 

məşğul olan vasitəçilərin də bu sahədə aparıcı rola malik olmaları qeyd edilmişdir. 


2. Nəticələr

12

2.1. Müəyyənləşdirmə və istiqamətləndirmə



“İnsan alverinə qarşı mübarizə haqqında” Qanun insan alveri qurbanlarının müəyyən 

edilməsi vəzifəsinin xüsusi polis qurumu olan Daxili İşlər Nazirliyinin İnsan Alverinə 

qarşı  Mübarizə  Baş  İdarəsi  tərəfindən  həyata  keçirilməsini  nəzərdə  tutur.  Nazirlər 

Kabinetinin  “İnsan  alveri  cinayəti  qurbanlarının  insan  alverinə  qarşı  mübarizə 

üzrə  xüsusi  polis  qurumuna  təhvil  verilməsi  Qaydaları  haqqında”  2008-ci  il  tarixli, 

21  nömrəli  Qərarının  7-ci  bəndinə  əsasən  insan  alveri  cinayətinin  qurbanları  və 

ehtimal olunan qurbanları 24 saatdan gec olmayaraq xüsusi polis qurumuna təhvil 

verilməlidir. İnsan alveri cinayəti qurbanlarının və ehtimal olunan qurbanların təhvil 

verilməsi prosesində onların hüquq və azadlıqları, şərəf və ləyaqəti pozulmamalı və 

onlar  barədə  müvafiq  sənədlər  yalnız  xüsusi  polis  qurumunun  növbətçisinə  təhvil 

verilməlidir, habelə insan alveri qurbanlarının və ya ehtimal edilən qurbanların başqa 

polis qurumuna, yaxud hüquq-mühafizə orqanına təhvil verilməsi qadağandır (Aze7).  



Müəyyənləşdirmə prosesi

İnsan  alveri  qurbanlarının  müəyyənləşdirmə  və  istiqamətləndirmə  prosesində 

iştirak edən əsas təşkilatlar Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş 

İdarəsindən, Dövlət Miqrasiya Xidmətindən, Dövlət Əmək Müfəttişliyi Xidmətindən, 

Dövlət  Sərhəd  Xidmətindən,  və  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyindən 

ibarətdir.

1

 İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi istiqamətləndirilmiş şəxsin insan 



alverinin  qurbanı  olub-olmaması  barədə  qərar  qəbul  edir.  İstiqamətləndirmə  QHT 

tərəfindən həyata keçirildikdə həmin QHT qiymətləndirmə prosesində, o cümlədən, 

insan alveri cinayətinin ehtimal olunan qurbanı ilə müsahibənin aparılmasında iştirak 

edə  bilər,  istiqamətləndirmə  başqa  bir  təşkilat  tərəfindən  həyata  keçirildikdə  isə 

kənar iştirak olmadan yalnız İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi müvafiq işlərin 

aparılmasından  məsuliyyət  daşıyır.  “İnsan  alveri  qurbanlarının  müəyyən  edilməsi 

Qaydaları (indikatorları) barədə” 131 nömrəli Qərarın 6-cı bölməsi müəyyənləşdirmə 

sorğusunun  dörd  mərhələsini,  o  cümlədən,  ilkin  yardım  mərhələsini  (bölmə  6.4), 

bilavasitə  sorğu  mərhələsini  (bölmə  6.5),  indikatorların  yoxlanma  mərhələsini 

(bölmə 6.6) və bərpa planının yerinə yetirilməsi mərhələsini (6.7) nəzərdə tutur. Eyni 

zamanda, həmin Qərarın 6.2-ci bölməsində qanuni nümayəndənin, zəruri hallarda 

isə həkimin, psixoloqun, qəyyumluq və ya himayə orqanının nümayəndəsinin iştirakı 

ilə  insan  alverindən  zərər  çəkməsi  ehtimal  olunan  uşaqların  müəyyənləşdirilməsi 

məsələsinə xüsusi yer ayrılır.  

131  nömrəli  Qərar  məlumat  mübadiləsinin  əlaqələndirilməsi  üzrə  tədbirlərin 

gücləndirilməsi,  hüquq  mühafizə  orqanları  tərəfindən  digər  ölkələrdə  kompleks 

tədbirlərin  həyata  keçirilməsi,  cinsi  xarakterli  xidmətlərin  göstərilməsində  istifadə 

olunan obyektlərdə reydlərin keçirilməsi, tikinti sahələrində, bazarlarda, vağzallarda 

Milli  İstiqamətləndirmə  Mexanizmi  Qaydalarının  2.2-ci  paraqrafına  əsasən  yaradılmış  idarələrarası 



komissiyanın  tərkibi  Azərbaycan  Respublikasının  nazirlikləri,  idarə  və  xidmətlərinin  nümayəndələrindən 

ibarətdir,  məsələn:  Daxili  İşlər  Nazirliyi,  Dövlət  Təhlükəsizlik  Xidməti,  Təhsil  Nazirliyi,  Səhiyyə  Nazirliyi, 

Ədliyyə  Nazirliyi,  Xarici  İşlər  Nazirliyi,  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi,  Gənclər  və  İdman 

Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Ailə, Qadın və Uşaq 

Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti.


2. Nəticələr

13

və bu kateqoriyadan olan digər obyektlərdə monitorinqlərin keçirilməsi, miqrantların 



daha çox olduğu “qara əmək birjaları”nda reydlərin keçirilməsi, kütləvi-informasiya 

vasitələrində, internetdə və digər yerlərdə verilmiş reklamların monitorinqi, əmək və 

əhalinin sosial müdafiəsi, təhsil və səhiyyə orqanları, eləcə də QHT-lər tərəfindən hər 

hansı bir məlumat əldə edildikdə bu barədə dərhal xüsusi polis qurumuna məlumat 

verilməsi vasitəsi ilə müəyyənləşdirmə üçün proaktiv tədbirləri nəzərdə tutur. Eyni 

zamanda,  bu  Qərarda,  o  cümlədən  ayrı-ayrı  cinayətlərin  aşkarlanması  məqsədi  ilə 

reydlərin  həyata  keçirilməsindən,  təhqiqatların  aparılmasından,  (QHT-lər,  sosial 

işçilər  kimi)  üçüncü  tərəfin  müraciətindən,  mətbuatda  dərc  edilmiş  məlumatların 

əldə edilməsindən ibarət reaktiv tədbirlər öz əksini tapıb.

Müvafiq orqanlar insan alverinə məruz qalmış şəxslər barədə nə 

cür bilir

Təcrübədə  müəyyənləşdirmə  prosesi  proaktiv  deyil,  daha  çox  reaktiv  xarakter 

daşıyır:  müsahibənin  hökumət  təşkilatlarını  təmsil  edən  iki  iştirakçısı  ictimaiyyətin 

insan alveri halları barədə dövlət orqanlarına məlumat vermək məsuliyyəti daşıdığını 

qeyd  etmişdir.  Miqrasiya  Siyasətinin  İnkişafı  üzrə  Beynəlxalq  Mərkəz  (ICMPD) 

bildirmişdir  ki,  müəyyənləşdirmə  sahəsindəki  boşluqlar  insan  alveri  qurbanlarının 

olması  ehtimal  edilən  yerlərdə  proaktiv  aşkarlama  tədbirlərinin  yetərincə  həyata 

keçirilməməsi,  vətəndaş  cəmiyyəti  təşkilatlarının  müəyyənləşdirmə  sorğularına 

lazımi səviyyədə cəlb edilməməsi və insan alveri qurbanlarının istintaqla əməkdaşlıq 

etmək  arzusunda  olmaması  ilə  müəyyən  dərəcədə  əlaqədardır  (Aze17,  səh.19). 

Məlumatlara əsasən İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi fahişəlik əməllərinin 

baş  verməsi  ehtimal  olunan  obyektlərdə  proaktiv  monitorinq  tədbirlərini  həyata 

keçirir və insan alverçilərinin potensial qurbanları hədəfə götürmək üçün reklamlar 

vermək  zərurətini  nəzərə  alaraq  müvafiq  monitorinq  işlərindən  faydalanır  (Aze18, 

səh.25-29).  Aşkar  edilmiş  faktların  böyük  əksəriyyəti  cinsi  istismar  üçün  xaricə 

aparılaraq təyinat ölkəsində və ya vətənə qayıtdıqda müəyyən edilmiş və yaxud bəzi 

hallarda özü barədə məlumat vermiş Azərbaycan qadınları ilə əlaqədar idi (Aze30, 

səh.31).  ABŞ  Dövlət  Departamentinin  2015-ci  il  “İnsan  alverinə  qarşı  mübarizəyə 

dair”  Hesabatında  göstərilir  ki,  2013-cü  ildə  Azərbaycanda  cinsi  istismara  məruz 

qalmış 40 insan alveri qurbanı və əməyin istismarına məruz qalmış 16 insan alveri 

qurbanı qeydə alınmışdırsa, 2014-cü ildə cinsi istismar məqsədi ilə 50 qadının və bir 

qızın, habelə əməyin istismarı məqsədi ilə üç kişinın müəyyən edilməsi faktı müvafiq 

orqanlar tərəfindən təsdiqlənmişdir. Qeydə alınmış 54 insan alveri qurbanından 35 

qadın  və  3  kişi  DİN-nin  müvafiq  sığınacağına  göndərilərək  orada  hüquqi,  tibbi  və 

psixoloji yardım almışdır (Gen1). 


2. Nəticələr

14

S. 3.2.3. və 3.2.4. İnsan alverinin qurbanı olan qadınların və kişilərin 



müəyyənləşdirilməsi və istiqamətləndirilməsi 

1

4



0

2

0



0

1

3



2

1

0                              1                               2                              3                              4                               5                      



kişilərin

qadınların

heç zaman

nadir hallarda

daima

əksər hallarda



bəzən

Əməkçi  miqrantların  istismarı,  uşaqların  və  yaşlıların  məcburi  dilənçiliyə  cəlb 

edilməsi, ev köləliyi və ölkədaxili (xüsusən kəndlərdən şəhərlərə istiqamətlənən) 

insan alveri, insan alverinin qurbanı olan kişilər, o cümlədən, qanunsuz miqrantlar 

daha çox diqqət tələb edən məsələlər kimi qeyd olunmuşdur (Aze17, səh.19; Aze30, 

səh.32-33). İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Dövlət Miqrasiya Xidməti və 

Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  tərəfindən  həyata  keçirilmiş  proaktiv 

monitorinq  tədbirlərinə  baxmayaraq  inşaat,  kənd  təsərrüfatı  və  ev  qulluqçuluğu 

sektorlarında az sayda aşkarlama halları qeydə alınmışdır. Bunun səbəbinin həmin 

sektorlarda  istismar  hallarının  olmaması  ilə  bağlı  olduğu  güman  edilir.  Həmçinin 

potensialların  daha  da  artırılması  və  təlimlərin  keçirilməsi  aşkarlanma  hallarının 

artmasına  töhfə  verə  bilər  (Aze30,  səh.33).  Sorğu  respondentləri  səlahiyyətli 

orqanların  insan  alveri  qurbanlarının  müəyyələşdirilməsi  sahəsindəki  potensialının 

“qənaətbəxş” (n=4) və ya “nə qənaətbəxş, nə də ki qeyri-qənaətbəxş” (n=2) və ya 

“qeyri-qənaətbəxş”  (n=1)  olduğunu  hesab  etmişdirlər.  Eyni  zamanda,  onlar  insan 

alverinin  qurbanı  olan  kişilərlə  müqayisədə  daha  çox  sayda  qadının  müəyyən 

olunduğunu  hesab  etmişdirlər.  İnsan  alverinin  qurbanı  olan  əcnəbilərə  gəldikdə, 

respondentlər  onların  “adətən”  müyyən  edildiyini  (n=3),  bir  respondent  onların 

“bəzən”  müəyyən  edildiyini  (n=1),  iki  respondent  isə  onların  “nadir  hallarda” 

müəyyən edildiyini (n=3) hesab etmişdirlər.

2011-ci ildə yeni qanunun tətbiqindən sonra əmək müfəttişlərinə yalnız qeydiyyatdan 

keçmiş  şirkətlərdə  yoxlama  aparmaq  icazəsi  verilir  və  həmin  şirkətlərin  yoxlama 

barədə əvvəlcədən məlumatlandırılması tələb olunur. Bu tələblər müəyyənləşdirmə 

sahəsində  əsas  maneə  kimi  qeyd  edilmişdir.  Dövlət  Əmək  Müfəttişliyi  Xidmətinin 

əməkdaşları  müvafiq  bildirişin  üç  gün  əvvəl  təqdim  edilməsinin  tələb  olunduğunu 

təsdiq  edərək,  “siqnal”  daxil  olduqda  qəfil  yoxlamalar  aparmaq  imkanına  malik 

olduqlarını da qeyd etmişdirlər. Lakin ABŞ Əmək Departamentinin “Uşaq əməyinin ən 

pis formalarına dair faktlar haqqında” 2014-cüil tarixli Hesabatında bildirilir ki, əksər 

hallarda  uşaq  əməyi  ilə  əlaqədar  qəfil  yoxlamaların  subyektləri  bu  cür  yoxlamalar 

barədə qeyri-rəsmi kanallar vasitəsilə əvvəlcədən xəbərdar edilir (Aze29). Vətəndaş 



2. Nəticələr

15

cəmiyyətini  təmsil  edən  respondentlər  də  əmək  yoxlamalarının  aparılmasına 



qoyulmuş  iki  illik  qadağa,  habelə  yoxlamaların  həyata  keçirilməsi  üçün  icazənin 

Ədliyyə Nazirliyindən və İqtisadiyyat və Sənaye Nazirliyindən əldə olunması tələbi 

ilə əlaqədar öz narahatlıqlarını ifadə etmişdirlər. Eyni zamanda, vətəndaş cəmiyyətini 

təmsil  edən  respondentlər  və  Dövlət  Əmək  Müfəttişliyi  Xidmətinin  əməkdaşları 

yoxlanılacaq  müəssisələrin  dövlət  qeydiyyatından  keçməsinin  tələb  olunduğunu 

və  qeydiyyatdan  keçməmiş  sahibkarlıq  subyektlərində  yoxlamaların  aparılmasının 

qadağan edildiyini bildirmişdirlər. Bu cür tələblər ağır iş şəraiti ilə bağlı dözümlülüyün 

nümayiş etdirilməsi və əmək məsələlərinin potensial cinayətlərdən deyil işəgötürənlə 

işçi  arasında  mübahisələrdən  ibarət  olması  barədə  fikirlərlə  birlikdə  mümkün 

insan alveri hallarının hüquq mühafizə orqanları əməkdaşları və əmək müfəttişləri 

tərəfindən  aşkarlanmamasına  gətirib  çıxarır.  Keçirilmiş  müsahibələr  zamanı 

həm  Dövlət  Miqrasiya  Xidmətinin,  həm  də  Dövlət  Əmək  Müfəttişliyi  Xidmətinin 

əməkdaşları  iş  zamanı  rast  gəldikləri  vəziyyətlərin  məcburi  əmək  və  ya  insan 

alveri  hallarından  deyil,  ilk  növbədə  Əmək  Məcəlləsi  tələblərinin  inzibati  qaydada 

pozulmasından ibarət olduğunu bildirərək əmək fəaliyyəti kontekstində nə əməyin 

istismarı, nə də ki insan alveri hallarının mövcud olmadığını bəyan etmişdirlər. 

2014-cü  ildə  GRETA-ya  təqdim  olunmuş  məlumatlara  əsasən  polis  orqanları 

(o cümlədən, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi bəzi hallarda Dövlət Əmək 

Müfəttişliyi Xidməti və Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birlikdə) əməkçi 

miqrantların  işlədikləri  inşaat  obyektlərində  və  digər  yerlərdə  reydlər  və  nəzarət 

tədbirləri  həyata  keçirsələr  də,  bu  insan  alveri  qurbanlarının  aşkar  edilməsi  ilə 

nəticələnməmişdir.  İnsan  Alverinə  qarşı  Mübarizə  Baş  İdarəsinə  məcburi  əmək 

halları ilə bağlı təqdim olunmuş hesabatlara əsasən müvafiq obyektlərdə aparılmış 

yoxlamalar  nəticəsində  bu  cür  hallar  aşkar  olunmamışdır  (Aze30,  səh.31).  Eyni 

zamanda,  məcburi  uşaq  əməyindən  istifadə  hallarını  müəyyən  etmək  üçün 

tütünçülük  təsərrüfatlarının  monitorinqi  həyata  keçirilmişdir  və  müvafiq  orqanlar 

2010-2011-ci illər ərzində bu məqsədlə keçirilmiş 300-dən çox reyd zamanı bir sıra 

qanunauyğunsuzluqların aşkar edildiyini, lakin məcburi əmək məqsədi ilə insan alveri 

hallarının  müəyyən  edilmədiyini  bildirmişdirlər  (Aze30,  səh.31).  Təqdim  olunmuş 

məlumatlara əsasən 2013-cü ildə İnsan alverinə qarşı mübarizə üzrə İşçi Qrup, İnsan 

alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası və digər QHT-lər mümkün insan alveri 

hallarını  müəyyən  etmək  məqsədi  ilə  ölkənin  18  regionunda  yerləşən  31  ferma 

təsərrüfatında, 4 fabrikada, 8 yol inşaat ərazisində monitorinqlər həyata keçirsələr 

də, bu cür hallar aşkar etməmişdirlər (Aze30, səh.32). GRETA ölkə daxilində insan 

alverinin qurbanı olan uşaqların müəyyən edilməsi sahəsində mövcud çatışmazlıqları 

vurğulamışdır:  küçə  uşaqları  və  ya  küçədə  dilənçiliklə  məşğul  olan  uşaqlar 

saxlanılaraq səfillər üçün mərkəzlərə gətirilirlər və onların dilənçiliyə və ya işləməyə 

məcbur  edilib-edilməməsi  faktı  lazımi  səviyyədə  yoxlanılmadan  üç  saat  ərzində 

azadlığa  buraxılırlar.  Eyni  zamanda,  müvafiq  orqanlar  tərəfindən  izah  olunmuşdur 

ki,  kənd  təsərrüfatı  sektorunda  valideynləri  tərəfindən  işlədilən  uşaqların  əməyi 

məcburi əmək hesab olunmur və bu cür vəziyyət insan alveri halı sayılmır (Aze30, 

səh.32).  Sorğu  respondentlərindən  ikisi  uşaqların  “həmişə”  müəyyən  edildiyini  və 

istiqamətləndirildiyini,  ikisi  bunun  “əksər  hallarda”,  biri  –  “bəzən”,  ikisi  isə  “nadir 

hallarda” baş verdiyini hesab etmişdirlər.  



2. Nəticələr

16


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin