Insan alverinə qarşı mübarizə sahəsində cavab tədbirləri Azərbaycan Respublikasında



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix22.04.2017
ölçüsü0,94 Mb.
#15611
1   2   3   4   5   6   7   8   9   10

ÇƏRÇİVƏ indikatorları

ƏMƏLİYYAT indikatorları

Səviyyə 1

Səviyyə 2

Səviyyə 1

Səviyyə 2

4.5


İnsan alverinə qarşı 

mübarizəyə dair 

sərhəd və miqrasiya 

idarəçiliyi tədbirləri

Sərhəd və 

miqrasiya nəzarəti 

kontekstində 

insan alverinin və 

istismarın qarşısını 

alan strategiya 

mövcuddur

İnsan alveriə 

həssaslığı 

azaltmaq üçün 

qanuni miqrasiya 

imkanlarını təklif 

edən strategiya 

mövcuddur 

İnsan alverinə 

həssaslığı 

azaltmaq üçün 

təklif olunan 

qanuni miqrasiya 

imkanlarının 

artmasına 

dair faktlar 

mövcuddur

Miqrantların 

insan alverinə 

cəlb olunmasının 

və istismarının 

qarşısını almaq 

üçün görülən 

tədbirlərə dair 

faktlar (məsələn, 

miqrantları 

qeydiyyata 

almaqla/

informasiya ilə 

təmin etməklə)

Qeyd:

Mümkün təkmilləşdirmə işlərinin aparılmasını nəzərdə tutan məsələlər yaşıl rəngli fonda verilir.

2.5. 

Əlaqələndirmə və əməkdaşlıq



İdarələrarası əlaqələndirmə və əməkdaşlıq

MFP  siyasət  səviyyəsində  insan  alverinə  qarşı  əməkdaşlıq  üçün  əsas  çərçivə 

sənədi hesab olunur. MFP-nin  9.1-ci bəndinə  əsasən Milli  Koordinator bu  sənədin 

həyata  keçirilməsi  və  hesabatvermə  üzrə  məsul  şəxs  olaraq,  iştirakçıların  qarşılıqlı 

əməkdaşlığının  vahid  sistemini  yaratmaq  və  bu  qurumlar  arasında  məlumat 

mübadiləsini  təmin  etmək  məqsədi  ilə  ümumi  fəaliyyətin  əlaqələndirilməsi  üçün 

təyin  olunur.  “İnsan  alverinə  qarşı  mübarizə  haqqında”  Qanunun  7-ci  maddəsinə 

əsasən  Milli  Koordinatordan  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanlarına,  Milli  Məclisinə  və  İnsan  Hüquqları  üzrə  Müvəkkilinə  (Ombudsmana) 

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumat təqdim 

etməsi  tələb  olunur.  Eyni  zamanda,  MFP-yə  əsasən  insan  alvеrinə  qarşı  mübarizə 

sahəsində  qanunvеricilik  tədbirlərini  gücləndirmək  və  dövlət  orqanları,  vətəndaş 

cəmiyyəti nümayəndələri və QHT-lərlə əməkdaşlığı təmin etmək məqsədi ilə İşçi Qrup 

yaradılıb. “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsinə əsasən 

dövlət orqanları insan alverinin qarşısının alınması sahəsində QHT-lərlə əməkdaşlıq 

edirlər  və  bu  sahədə  fəaliyyət  göstərən  QHT-lər  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  Milli  Koordinatorla  birlikdə  müəyyən  edilərək  verilməsi  mümkün  olan 

qrantlar hesabına insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işlərinə, 

insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, insan 

alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə və onların sosial reabilitasiyasına 

cəlb edilir.

Həm GRETA-nın 2014-cü il tarixli Qiymətləndirmə Hesabatında (51-ci paraqraf), həm 

də ATƏT-in 2013-cü il tarixli Ölkə Hesabatında (19-cü paraqraf və 5-ci tövsiyə) insan 

alverinə qarşı mübarizə sahəsində cavab tədbirlərinin yerinə yetirilməsində hüquq 

mühafizə orqanlarının aparıcı rol oynaması məsələsi şərh olunaraq QHT-lərin əsas 

siyasət  strukturlarının  işinə  formal  cəlb  edilməsi  təqdirində  bu  tədbirlərin  daha 

da  səmərəli  olacağı  hesab  olunmuşdir.  GRETA  QHT-lərin,  həmkarlar  ittifaqlarının 


2. Nəticələr

46

və vətəndaş cəmiyyəti təşkilatlarının xüsusilə insan alverinə qarşı mübarizəyə dair 



siyasətlərin işlənib hazırlanması və yerinə yetirilməsi işinə daha geniş şəkildə cəlb 

edilməsinə çağırmışdır (Aze30, p.7, səh.20, səh.48). 

MİM Qaydaları idarələrarası komissiyanın iclaslarına vətəndaş cəmiyyəti təşkilatlarının 

nümayəndələrinin  mümkün  dəvətini  nəzərdə  tutsa  da,  bunun  hansı  formada  baş 

tutacağı aydın deyil. Bir nəfər müsahibə iştirakçısı İnsan Alverinə qarşı Mübarizə Baş 

İdarəsi və vətəndaş cəmiyyətinin 44 təşkilatından ibarət İnsan Alverinə qarşı Mübarizə 

üzrə  QHT  Koalisiyası  arasında  imzalanmış  Anlaşma  Memorandumunun  səmərəli 

əməkdaşlıqla nəticələndiyini və QHT-lərin nazirliklərarası işçi qrupun iclaslarına DİN 

tərəfindən  bəzi  hallarda  dəvət  olunduğunu  ehtimal  etmişdir.  Lakin  müsahibənin 

başqa  bir  iştirakçısı  əvəllər  QHT-lərin  sözügedən  iclaslara  dəvət  olunduğunu, 

lakin  artıq  bunun  baş  vermədiyini  bəyan  etmişdir.  Müsahibə  prosesi  zamanı  bu 

əməkdaşlığın önəmli nəticələrinə aid hansısa konkret misallar gətirilməmişdir. MFP 

çərçivəsində bir neçə (13.4.6, 13.7.3, 13.8.2, 13.8.3 və 13.8.5 bəndlərində nəzərdə 

tutulmuş)  tədbirin  yerinə  yetirilməsi  vəzifəsi  vətəndaş  cəmiyyəti  təşkilatlarının 

üzərinə  qoyulsa  da,  sonuncular  tam  üzvlüyə  malik  olmadıqları  bildirmişdir.  Eyni 

zamanda,  GRETA  da  xüsusilə  əməyin  istismarı  hallarının  baş  verməsi  səbəbindən 

öz səsini ucaldan və ya hökumət tərəfindən görülən cavab tədbirlərini tənqid edən 

vətəndaş  cəmiyyəti  təşkilatlarının  üzləşdikləri  maneələrlə  əlaqədar  olaraq  onların 

azadlıqlarının  məhdudlaşdırılması  ilə  bağlı  öz  narahatlığını  ifadə  etmişdir  (Aze30, 

səh.19).  Dəyərləndirmə  prosesi  zamanı  İnsan  Alverinə  qarşı  Mübarizə  Baş  İdarəsi, 

QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən QHT-lər tərəfindən icra edilmiş layihələrə 

ümumi dəyəri 99,000 manat dəyərində maliyyə ayırdığını bildirmişdir. 

Standart əməliyyat prosedurları “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda, 

MİM  və  MFP-də  nəzərdə  tutulmuş  əlaqələndirmə  və  əməkdaşlıq  çərçivəsinin 

otpimallaşdırılmasına  və  resursların  daha  səmərəli  istifadəsinə  xidmət  edəcək. 

Əvvəlki  bölmələrdə  vurğulanmış  məsələlər  nöqteyi-nəzərindən  QHT-lərin  vəziyyəti 

və gördükləri işin davamlılığı  qeyri-müəyyəndir.  İnsan  alveri qurbanlarına  dəstəyin 

göstərilməsi üçün bütün tərəf-müqabillərinin müvafiq qaydada akkreditə olunmasını 

və  maliyyələşdirilməsini  təmin  etmək  məqsədi  ilə  QHT-lərin  bu  prosesə  hərtərəfli 

cəlb edilməsi və səlahiyyətlərinin artırılması istiqamətində zəruri addımların atılması 

tələb olunur. “Qrant haqqında” Qanun səmərəli əməkdaşlığa qarşı bir qadağa kimi 

qeyd  olunmuşdur  və  bu  kontekstdə  hökumətin  QHT-ləri  maliyyələşdirə  bilməməsi 

vətəndaş cəmiyyətinin sıxışdırılması hesab oluna bilər. Müsahibə iştirakçılarından biri 

bəyan etmişdir ki, əgər QHT-lərə maliyyələşdirmə məhdudiyyətləri tətbiq edilməsə idi 

hökumət və qeyri-hökumət təşkilatları arasındakı əməkdaşlığı səmərəli hesab etmək 

olardı,.  Müsahibənin  başqa  bir  iştirakçısı  əməkdaşlıq  sahəsində  çətinliklərin  yalnız 

hökumət və qeyri-hökumət təşkilatları arasında deyil, QHT-lər arasında da mövcud 

olduğunu qeyd etmişdir. Əlaqədar vəzifə və səlahiyyətlərin müzakirə edilməsi üçün 

QHT İşçi Qrupunun yaradılması təklif olunmuşdur.   


2. Nəticələr

47

Hökumət və qeyri-hökumət təşkilatları arasında əlaqələndirmə işinə aid 



suallar

Tamamilə  r

azıy

am

Razıy

am

Nə r

azıy

am, 

nə də ki r

azı 

de

yiləm

Razı de

yiləm



tiyən r

azı 

de

yiləm

S. 7.1.1. Milli Fəaliyyət Planı/siyasətlər 

hökumət və qeyri- hökumət təşkilatları 

arasında qənaətbəxş əməkdaşlığı nəzərdə tutur

n=4


n=1

S. 7.1.2. Hökumət və qeyri- hökumət 

təşkilatları arasında əməkdaşlıq qənaətbəxş və 

səmərəlidir

n=1


n=4

n=1


Qeyd:

Sorğu respondentlərinin ümumi sayı: n=7.

Bu suallara cavab vermiş sorğu respondentlərinin ümumi sayı: n=6.

Hökumət  təşkilatlarının  insan  alverinə  qarşı  mübarizə  sahəsində  bir-biri  ilə 

əməkdaşlıq  etmələri  barədə  sorğu  sualına  gəldikdə  beş  respondent  onların  bəzən 

əməkdaşlıq etdiklərini, biri isə heç zaman əməkdaşlıq etmədiklərini bildirmişdirlər. 

QHT-lərin  insan  alverinə  qarşı  mübarizə  məsələlərinə  dair  iclaslara  hökumət 

təşkilatları  tərəfindən  dəvət  olunması  sualına  cavab  vermiş  altı  respondentin 

hamısı bunun bəzən baş verdiyini bəyan etmişdir. Milli səviyyədə hökumət və qeyri-

hökumət təşkilatları arasında əməkdaşlığın çətin olub-olmaması barədə suala cavab 

vermiş respondentlərdən ikisi bunun “asan”, üçü “nə çətin, nə də ki asan olduğunu”, 

biri  isə  “çətin”  olduğunu  bildirmişdirlər.Qısaca,  Azərbaycan  Respublikasında  insan 

alverinə  qarşı  mübarizə  sahəsində  nəzərdə  tutulmuş  əməkdaşlıq  səviyyəsinin 

optimallaşdırılması üçün daha çox işlərin görülməsi tələb olunur. 



Beynəlxalq əməkdaşlıq

MFP digər dövlətlərlə, xüsusilə də onların hüquq mühafizə orqanları ilə əməkdaşlığın 

gücləndirilməsi zərurətini vurğulayır. Eyni zamanda, “İnsan alverinə qarşı mübarizə 

haqqında” Qanunun 26-cı maddəsi Azərbaycan Respublikasının insan alverinə qarşı 

mübarizə sahəsində digər dövlətlərlə, onların hüquq mühafizə orqanları ilə, habelə 

insan  alverinə  qarşı  mübarizə  aparan  beynəlxalq  təşkilatlarla  əməkdaşlıq  etməsini 

nəzərdə tutur. Bundan başqa, Azərbaycan Respublikası bu məsələ ilə bağlı bir sıra 

iki və çoxtərəfli əməkdaşlıq sazişləri imzalamışdır. Avstriyanın, Çinin, Bolqarıstanın, 

Misirin, İran İslam Respublikasının, Latviyanın, Pakistanın, Rumıniyanın, Türkiyənin, 

Birləşmiş Ərəb Əmirliyinin və ABŞ-ın müvafiq orqanları, habelə BMT, ATƏT, BMqT və 

İnterpol da daxil olmaqla beynəlxalq təşkilatları ilə imzalanmış əməkdaşlıq sazişləri 

mövcuddur.  Verilmiş  məlumatlara  görə  Azərbaycan  qarşılıqlı  hüquqi  yardım  üçün 

Türkiyə  tərəfindən  təqdim  olunmuş  bir  sıra  sorğuları  cavablandırmışdır  (Aze30, 

səh.24).  İnsan  alverinə  qarşı  mübarizə  məsələlərinə  aidiyyəti  olan  və  Azərbaycan 

Respublikasının  tərəfdar  çıxdığı  çoxtərəfli  sazişlər  bunlardır:    “Qara  Dəniz  İqtisadi 

Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin hökumətləri arasında cinayətkarlığa, 

xüsusən  onun  mütəşəkkil  formalarına  qarşı  mübarizədə  əməkdaşlıq  haqqında” 


2. Nəticələr

48

Saziş, MDB-nin iştirakçısı olan dövlətlərin “Mülki, ailə və cinayət işləri üzrə hüquq 



münasibətləri  və  hüquqi  yardım  haqqında”  Konvensiyası,  MDB-nin  iştirakçısı  olan 

dövlətlərin “Cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq haqqında” Sazişi, Azərbaycan 

Respublikası,  Gürcüstan  və  Türkiyə  arasında  “Terrorizm,  mütəşəkkil  cinayətkarlıq 

və digər ağır cinayətlərə qarşı mübarizə haqqında” Saziş və “Terrorizm, mütəşəkkil 

cinayətkarlıq  və  ‎digər  təhlükəli  cinayətlərlə  mübarizə  sahəsində  Demokratiya  və 

İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM – Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova 

Respublikası) üzvü olan dövlətlərin hökumətləri arasında” Saziş.

Bu  sazişlərdən  heç  biri  insan  alverinə  qarşı  mübarizə  sahəsində  beynəlxalq 

əməkdaşlıq  mexanizmlərinə  aid  misallar  kimi  qeyd  edilməmişdir.  Müsahibə 

iştirakçıları dövlətin bütün müvafiq beynəlxalq tədbirlərdə iştirakını daha çox qeyd 

etmişdirlər.  Daha  çox  qeyd  olunan  ikitərəfli  əməkdaşlığa  aid  misallar  ABŞ  Dövlət 

Departamentinin  “İnsan  alverinə  qarşı  mübarizəyə  dair”  Hesabatının  hazırlanması 

ilə  əlaqədar  ABŞ-la  əməkdaşlıqdan  və  insan  alverinə  qarşı  mübarizə  sahəsində 

Azərbaycan yanaşmasını öyrənməyə çalışan başqa (mənşə və ya təyinat ölkəsindən 

fərqli)  ölkə  nümayəndələrinin  Azərbaycana  səfərindən  ibarət    idi.  Eyni  zamanda, 

qeyd olunmuşdur ki, Azərbaycanın hüquq mühafizə orqanlarının xaricdə təhqiqatlar 

aparmaq potensialının olmaması bəzi ölkələrdə insan alveri qurbanlarının müəyyən 

edilməsi  imkanlarının  əldən  getməsi  ilə  nəticələnir  və  bu  baxımdan  MDB  ölkələri 

ilə  əməkdaşlıq  daha  güclüdür.  Ümumilikdə  götürəndə  hüquq  mühafizə  orqanları 

arasında qarşılıqlı hüquqi yardımın və əməkdaşlığın xüsusi hallarda baş verdiyi qeyd 

olunsa da, bu cür əməkdaşlığın insan alverçilərinin həbsə alınması və ya insan alveri 

qurbanlarının aşkar edilməsi ilə nəticələnməsinə aid tutarlı misallar gətirilməmişdir. 

Sorğu respondentləri ikitərəfli səviyyədə dövlət təşkilatları arasındakı əməkdaşlığın 

“asan” (n=3), “nə asan, nə də ki çətin” (n=2) və ya “çətin” olduğunu bildirmişdirlər. 

Regional səviyyədə insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlıq “asan” (n=2) 

və ya “nə asan, nə də ki çətin” hesab olunmuşdur (n=4). 



2. Nəticələr

49

Əməkdaşlıq və əlaqələndirmə indikatorları



ÇƏRÇİVƏ indikatorları

ƏMƏLİYYAT indikatorları

Səviyyə 1

Səviyyə 2

Səviyyə 1

Səviyyə 2

5.1


İnsan alverinə 

qarşı mübarizəyə 

dair Milli 

Fəaliyyət Planı 

İnsan alverinə 

qarşı mübarizəyə 

dair Milli Fəaliyyət 

Planı mövcuddur 

Milli Fəaliyyət 

Planı milli, 

ikitərəfli 

və regional 

səviyyələrdə 

əməkdaşlığın 

artırılmasını 

nəzərdə tutur

Milli Fəaliyyət 

Planının yerinə 

yetirilməsini 

praktiki cəhətdən 

istiqamətləndirən 

əməliyyat 

prosedurları 

mövcuddur 

Milli Fəaliyyət 

Planının yerinə 

yetirilməsi 

zamanı əlaqədar 

tərəflər əməliyyat 

prosedurlarından 

istifadə edirlər 

5.2

Milli 

Koordinator/

Məruzəçi

İnsan alverinə 

qarşı mübarizəni 

əlaqələndirmək 

məqsədi ilə Milli  

Koordinator/

Məruzəçi qanuna/

siyasətə əsasən 

təyin edilir

Milli 


Koordinator/ 

Məruzəçi dəqiq 

səlahiyyətlərlə 

və monitorinq 

potensialı ilə 

təmin olunur

Milli Koordinator/

Məruzəçi təyin 

olunub

İnsan alverinə 



qarşı mübarizəyə 

dair bütün 

məsələlərin 

hərtərəfli 

əlaqələndirilməsi

5.3


Dövlət 

təşkilatları 

ilə QHT-lər/

vətəndaş 

cəmiyyəti/

beynəlxalq və 

digər təşkilatlar 

arasında 

əməkdaşlıq 

Qanun/siyasət 

dövlət təşkilatları 

və digər təşkilatlar 

(QHT/vətəndaş 

cəmiyyəti) 

arasında 

əməkdaşlığı 

nəzərdə tutur

Dövlət 


təşkilatları və 

digər təşkilatlar 

arasında 

əlaqələndirmə 

sazişləri/

mexanizmləri 

mövcuddur 

Dövlət təşkilatları 

digər təşkilatlar 

konkret iş üzrə /

xüsusi hallarda 

görüşlər keçirməklə 

əməkdaşlıq edirlər 

Dövlət təşkilatları 

və digər təşkilatlar 

müəyyən edilmiş 

qaydada və 

proaktiv əsaslarla 

əməkdaşlıq edirlər 

5.4


İnsan alverinə 

qarşı mübarizə 

sahəsində 

ikitərəfli və 

transmilli cinayət 

mühakiməsi 

şəbəkələri

Cinayət 


mühakiməsi 

sahəsində 

ikitərəfli və 

transmilli 

əməkdaşlıq 

sazişləri 

mövcuddur

Aidiyyəti 

olan bütün 

əsas ölkələrlə 

ikitərəfli/

transmilli 

əməkdaşlıq 

sazişləri 

mövcuddur

İnsan alveri 

cinayətlərinin 

mühakiməsi 

sahəsində 

ikitərəfli/transmilli 

əməkdaşlığa dair 

faktlar mövcuddur

İkitərəfli/transmilli 

əməkdaşlıq 

proaktiv xarakter 

daşıyır (başqa 

sözlə, baş vermiş 

hallara qarşı 

xüsusi cavab 

tədbirləri üstünlük 

təşkil edir)

5.5


Cinayət 

mühakiməsi 

sahəsindən 

kənar ikitərəfli 

və transmilli 

əməkdaşlıq

Təhqiqat/

cinayət təqibi 

sahəsindən kənar 

insan alverinə 

qarşı mübarizəni 

dəstəkləyən 

sazişlər 

mövcuddur

Yardım və 

müdafiəni/

insan alverinin 

qarşısının 

alınmasını 

nəzərdə tutan 

ikitərəfli/

transmilli sazişlər 

mövcuddur

Təhqiqat/cinayət 

təqibi sahəsindən 

kənar sazişlərin 

ikitərəfli/transmilli 

əməkdaşlıqla 

nəticələməsinə dair 

faktlar mövcuddur

Sazişlərin yardım 

və müdafiə/

insan alverinin 

qarşısının alınması 

sahəsində 

ikitərəfli/transmilli 

əməkdaşlıqla 

nəticələnməsinə 

dair faktlar



Qeyd:

Mümkün təkmilləşdirmə işlərinin aparılmasını nəzərdə tutan məsələlər yaşıl rəngli fonda verilir.



Ehtiyacların qiymətləndirilməsi:

Azərbaycan Respublikasında 

insan alverinə qarşı mübarizə 

sahəsində cavab tədbirləri



51

3. Tövsiyələr

Sorğu  prosesi  zamanı  respondentlərdən  prioritet  hesab  etdikləri  üç  əsas  tövsiyəni 

seçmələri  xahiş  olunmuşdur.  Eyni  zamanda,  Qiymətləndirmə  Seminarının  qruplar 

üzrə bölgüsü aparılmış iştirakçılarından da insan alverinə qarşı mübarizə sahəsində 

cavab  tədbirləri  ilə  əlaqədar  prioritet  hesab  etdikləri  üç  əsas  tövsiyəni  seçmələri 

xahiş olunmuşdur. Aşağıda verilmiş cədvəldə “•” işarəsi sorğu respondentlərinin və 

seminar iştirakçılarından ibarət qrupların müvafiq tövsiyəni cavab tədbirləri üçün üç 

yüksək prioritet məsələlərdən biri kimi qeyd etdiklərini göstərir. Prioritet məsələ kimi 

seçilmiş tövsiyələrin sayının çox olmasına baxmayaraq, sorğunun üç respondenti və 

Qiymətləndirmə  Seminarının  eyni  sayda  qrupu  tərəfindən  seçilmiş  insan  alverinin 

riskləri barədə maarifləndirməyə dair “J” tövsiyəsi xüsusilə qeyd olunmuşdur.



Müəyyənləşdirmə və istiqamətləndirmə indikatorları

Tövsiyə

Sorğu

Seminar

A.   Müəyyənləşdirmə və istiqamətləndirmə mexanizmlərinin 

və ya onların yerinə yetirilməsi prosesinin gücləndirilməsi

• • •


 

B.   İnsan alverinin qurbanları üçün mövcud olan yardım və 

müdafiə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi

• • •


C.    Yardım və dəstək xidmətlərindən istifadə edə biləcək 

zərərçəkmiş şəxslərin sıralarının genişləndirilməsi

 

D.    İnsan alverinə qarşı mübarizəyə dair qanunvericilik 



bazasının gücləndirilməsi

E.    İnsan alverinin qurbanları üçün mövcud olan xidmətlərin 



keyfiyyətinin yaxşılaşdırılması

• • •  


F.    İnsan alveri əməlinin kriminallaşdırılması və insan 

alverçilərinin cinayət təqibi üçün qanunvericilik bazasının 

gücləndirilməsi

G.   İnsan alveri hallarının araşdırılması prosesinin 

gücləndirilməsi (o cümlədən, hüquq mühafizə orqanları 

əməkdaşlarının təhqiqat aparma potensialını və müvafiq 

qurumların bu sahədə ixtisaslaşma səviyyəsini artırmaqla)

• •


 

H.    İnsan alveri cinayətinin cəzalandırılması işinin 

gücləndirilməsi (o cümlədən, prokurorluq əməkdaşlarının 

və hakimlərin potensialını artırmaqla) 



3. Tövsiyələr

52

Tövsiyə



Sorğu

Seminar

I.     Əsas səbəblərin və həssaslığın, o cümlədən, sosial-iqtisadi 

amillərin, ayrı-seçkiliyin və s. öhdəsindən gəlmək məqsədi 

ilə səylərin gücləndirilməsi 

J.     İnsan alverinin riskləri barədə maarifləndirmə 

işinin gücləndirilməsi (o cümlədən, maarifləndirmə 

kampaniyalarının keyfiyyətini artırmaqla və/və ya risk 

qruplarını hədəfə daha yaxşı götürməklə)

• • • 

• • •


K.    İnsan alverinin tələbat aspektinin öhdəsindən gəlmək 

məqsədi ilə səylərin gücləndirilməsi

L.    İnsan alveri fenomenini daha yaxşı başa düşmək məqsədi 

ilə bu sahədə tədqiqat aparma və məlumat toplama 

işininin gücləndirilməsi

• 

• •



M.  Milli səviyyədə dövlət təşkilatları arasında əməkdaşlığın 

təkmilləşdirilməsi



N.   Milli səviyyədə hökumət və qeyri-hökumət təşkilatları 



arasında əməkdaşlığın təkmilləşdirilməsi

• •


O.   İkitərəfli səviyyədə təşkilatlararası əməkdaşlığın 

təkmilləşdirilməsi 

P.    Regional səviyyədə dövlət təşkilatları arasında 

əməkdaşlığın təkmilləşdirilməsi

Q.  Digər tövsiyələr



3.1. Müəyyənləşdirmə və istiqamətləndirmə

Əlaqədar tərəflərin MİM çərçivəsində və Milli Fəaliyyət Planının yerinə yetirilməsi 

istiqamətində iştirakını gücləndirmək, həmçinin insan averi qurbanlarının yardımdan 

və  müdafiədən  istifadə  etməsi  sahəsində  mümkün  ləngimə  hallarını  azaltmaq 

məqsədi ilə sözügedən tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət 

olunurlar:

 

● Uşaq  alveri  və  məcburi  əmək  məsələlərinə  xüsusi  diqqət  ayırmaqla 



istismarın müxtəlif formalarının müəyyən edilməsi üçün xüsusi vasitələrin və 

indikatorların işlənib hazırlanması.  

 

● İnsan alverinin qurbanları ilə və ya istismardan zərərçəkmiş şəxslərlə təmasda 



olan bütün əsas təşkilatlar (məsələn, polis və prokurorluq orqanları, Dövlət 

Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət 

Əmək Müfəttişliyi Xidməti və Dövlət Sərhəd Xidməti) tərəfindən indikatorların 

təcrübədə tətbiqinə şərait yaratmaq məqsədi ilə həmin indikatorların istifadə 

ediləcəyi kontekstə uyğunlaşdırılması. 

 

● Ehtimal  olunan  insan  alveri  halına  rast  gələrkən,  insan  alverinin  potensial 



qurbanlarını İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə istiqamətləndirərkən, 

habelə insan alveri qurbanlarının müvafiq yardım və müdafiə imkanlarından 



3. Tövsiyələr

53

istifadəsi üçün mümkün qədər tez bir vaxtda şərait yaradarkən bütün zəruri 



prosedurlara  əməl  olunduğunu  təmin  etmək  məqsədi  ilə  ayrıca  Standart 

Əməliyyat Prosedurlarının işlənib hazırlanması. 

 

● Uşaqlarla əlaqədar xüsusi halları və ehtiyacları nəzərə alan, uşaq hüquqlarının 



müdafiəsi  üzrə  mütəxəssislərin  iştirakını  nəzərdə  tutan  və  uşaqların  “Uşaq 

hüquqları haqqında” Konvensiyaya uyğun olaraq ən yaxşı mənafelərini təmin 

edən uşaq yönümlü müəyyənləşdirmə və istiqamətləndirmə mexanizmlərinin 

işlənib hazırlanması.

 

● İndikatorların  və  əməliyyat  prosedurlarının  işlənib  hazırlanması  məqsədi 



ilə  aidiyyəti  dövlət  təşkilatlarının,  QHT-lərin  və  beynəlxalq  təşkilatların 

nümayəndələrindən ibarət işçi qrupun yaradılması. 

 

● Milli  Fəaliyyət  Planının  və/və  ya  MİM-in  yerinə  yetirilməsində  iştirak  edən 



əlaqədar  tərəflər  arasında  xüsusi  indikatorların  və  standart  əməliyyat 

prosedurlarının düzgün bölgüsünü təmin etmək məqsədi ilə paylama planının 

işlənib hazırlanması.

 

● İnsan  alveri  qurbanlarının  müəyyən  edilməsi  qaydaları/indikatorlarının 



(2009-cu il tarixli, 131 nömrəli Qərar) və insan alveri qurbanları ilə bağlı Milli 

İstiqamətləndirmə  Mexanizmi  Qaydalarının  (2009-cu  il  tarixli,  123  nömrəli 

Qərar) tətbiqi prosesinin təkmilləşdirilməsinin zəruri olub-olmadığını müəyyən 

etmək  məqsədi  ilə  monitorinq  və  qiymətləndirmə  mexanizmlərinin  işlənib 

hazırlanması.

Müəyyənləşdirmə  və  istiqamətləndirmə  proseslərini  gücləndirmək  məqsədi  ilə 

əlaqədar tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunurlar: 

 

● Hökumət  və  qeyri-hökumət  təşkilatlarının  nümayəndələrindən  ibarət 



Müəyyənləşdirmə  üzrə  İşçi  Qrup  kimi  mexanizmlər  vasitəsi  ilə  QHT-lərin 

müəyyənləşdirmə  və  istiqamətləndirmə  proseslərinə  rəsmi  şəkildə  cəlb 

olunması.

 

● İnsan alveri halları ilə üzləşməsi mümkün olan həmkarlar ittifaqlarının, səhiyyə, 



miqrasiya orqanlarının və digər aidiyyəti təşkilatların insan alveri qurbanlarının 

və insan alveri cinayətindən zərər çəkməsi ehtimal olunan şəxslərin müəyyən 

edilməsi və istiqamətləndirilməsi prosesindəki iştirakının gücləndirilməsi.

 

● Seks-biznesə,  dilənçiliyə,  ev  işlərinə  və  digər  “gizli”  işlərə  cəlb  olunmuş 



insanların  aşkar  edilərək  müvafiq  qaydada  müəyyənləşdirilməsini  və 

istiqamətləndirilməsini təmin etmək məqsədi ilə autriç sistemlərinin rolunun 

artırılması.

Əmək  fəaliyyəti  kontekstində  insan  alveri  qurbanlarının  müəyyən  edilməsi  üçün 

əmək müfəttişlərinin səlahiyyətlərini artırmaq məqsədi ilə əlaqədar tərəflər burada 

verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunurlar:

 

● Dövlət  qeydiyyatından  keçmiş  hüquqi  şəxslərlə  yanaşı  digər  iş  yerlərində, 



xüsusilə  də  ev  qulluqçularının  işlədiyi  yerlərdə  yoxlamaların  aparılmasına 

şərait yaratmaq məqsədi ilə əmək müfəttişlərinin səlahiyyətləri və vəzifələrinin 

nəzərdən keçirilməsi və onlara yenidən baxılması.


3. Tövsiyələr

54

 



● İnsan  alveri  qurbanlarının  istismara  məruz  qalması  mümkün  olan  yerlərdə 

qəfil yoxlamalar aparmaq məqsədi ilə əmək müfəttişliyinin səlahiyyətləri və 

vəzifələrinin nəzərdən keçirilməsi və onlara yenidən baxılması.

 

● “Əməyin  istismarı”,  “məcburi  əmək”  və  “məcburi  əmək  məqsədi  ilə  insan 



alveri”  anlayışlarının,  həmçinin  bu  səpkidən  olan  cinayət  tərkibli  əməllərin 

inzibatı xətalardan fərqləndirilməsi məsələlərinə xüsusi yer ayırmaqla məcburi 

əməyin  və  insan  alverinin  potensial  qurbanlarının  müəyyənləşdirilməsi 

istiqamətində əmək müfəttişlərinin fəaliyyətini dəstəkləmək məqsədi ilə onlar 

üçün təlimlərin keçirilməsi.  

3.2. Yardım və müdafiə

QHT-lərin acınacaqlı vəziyyətini nəzərə almaq məqsədi ilə əlaqədar tərəflər burada 

verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunurlar: 

 

● İnsan  alveri  qurbanları  üçün  xidmət  göstərən,  o  cümlədən,  sığınacaqlara 



malik  QHT-lərin  davamlı  və  şəffaf  maliyyələşdirilməsi  sisteminin  tətbiq 

edilməsi,  habelə  ƏƏSMN  tərəfindən  hansı  qrantların  ayrılması  barədə 

mövcud informasiyanın, bu cür qrantlar üçün müraciət etmə prosedurunun, 

uyğunluq  meyarlarının,  maliyyələşdirmə  üçün  müraciət  etmə  şərtlərinin  və 

müddətlərinin, maliyyə vəsaitlərinin ayrılması və ya ayrılmaması səbəblərinin 

ictimaiyyətləşdirilməsi. 

 

● İnsan  alveri  qurbanlarına  və  potensial  qurbanlara  müvafiq  xidmətlər 



göstərmək iqtidarında olmaq məqsədi ilə “Qrant haqqında” Qanun əsasında 

xarici maliyyə vəsaitlərinin əlçatan olması üçün nəzərdə tutulmuş məsələlərin 

dəqiqləşdirilməsi  və  bununla  əlaqədar  müvafiq  istiqamətlərin  göstərilməsi, 

həmçinin  müxtəlif  donorlardan  qrant  əldə  etməyin  yolları  ilə  bağlı  QHT-lər 

üçün  məsləhətlərin  verilməsi.  İnformasiya  yayımı  prosesini  sürətləndirmək 

məqsədi ilə ictimai xidmətlər sistemində çalışan əməkdaşların və notariuslarda 

işləyən hüquqşünasların ərizəçilərə məsləhətlər vermək işinə imkan daxilində 

cəlb edilməsi. 

 

● ƏƏSMN-dən maliyyə vəsaiti əldə etmək üçün QHT-ləri dəstəkləmək məqsədi 



ilə  insan  alveri  qurbanlarına  və insan  alverinə həssas  olan  insanlara  xidmət 

göstərən  QHT-lərin  akkreditasiya  sisteminin  dəqiqləşdirilməsi.  QHT-lərin 

akkreditə  edilib-edilməməsi  barədə  dəqiq  səbəbləri  bilmək  və  müvafiq 

qərarların obyektiv əsaslarla qəbul edilməsi üçün maraqların toqquşmasından 

boyun  qaçırmaq  məqsədi  ilə  akkreditasiya  sisteminin  şəffalığının  təmin 

edilməsi.

 

● İnsan  Alverinə  qarşı  Mübarizə  Baş  İdarəsi  tərəfindən  istiqamətləndirilmiş 



şəxsləri  qəbul  edən  QHT  sığınacaqlarının  əsas  fəaliyyətlərinin  mümkün 

maliyyələşdirilməsi  yollarını  müəyyən  etmək  məqsədi  ilə  təxirəsalınmaz, 

müvəqqəti tədbir kimi dövlət büdcəsi imkanlarının nəzərdən keçirilməsi.

 

● Vətəndaş  cəmiyyəti  üzrə  tərəfdaşların  Milli  İstiqamətləndirmə 



Mexanizmlərində formal tanınması məsələsinin növbəti Milli Fəaliyyət Planına 

daxil edilməsi və bu tərəfdaşların Milli Fəaliyyət Planının işlənib hazırlanması 

prosesində birbaşa iştirakı üçün şəraitin yaradılması. 


3. Tövsiyələr

55

 



● Yerli  və  xarici  donorları  və  potensial  maliyyələşdirmə  imkanlarını  müəyyən 

etmək,  maliyyələşdirmə  strategiyalarını  hazırlamaq,  maliyyələşdirmə 

sahəsində  nailiyyətləri  və  boşluqları  sənədləşdirərək  mümkün  donorlara 

təqdim etmək məqsədi ilə QHT-lərin dəstəklənməsi.

Təxirəsalınmaz maliyyələşdirmə böhranı həll edildikdə əlaqədar dövlət təşkilatları, 

QHT-lər  və  beynəlxalq  təşkilatlar  burada  verilmiş  tövsiyələri  nəzərdən  keçirməyə 

dəvət olunur:

 

● Potensialların  yaradılması  sahəsində  əsas  ehtiyacları  müəyyən  etmək  və 



göstərilən  xidmət  standartlarını  gücləndirmək  məqsədi  ilə  insan  alveri 

qurbanlarına göstərilən xidmətlərin hərtərəfli qiymətləndirilməsi.

 

● Ehtiyacların  və  riskin  qiymətləndirilməsini  həyata  keçirmək  və  insan  alveri 



qurbanları üçün fərdi reabilitasiya və reinteqrasiya planlarının mövcudluğunu 

təmin etmək məqsədi ilə Standart Əməliyyat Prosedurlarının yerinə yetirilməsi.

 

● Xüsusilə bütün kateqoriyalardan olan insanlar (qadınlar, kişilər, uşaqlar, ölkə 



vətəndaşları  və  əcnəbilər)  üçün  bərabər  səviyyəli  dəstəyin  istənilən  xüsusi 

ehtiyaclara, konkret olaraq uşaqların ehtiyaclarına uyğun olaraq göstərilməsini 

təmin  etmək  məqsədi  ilə  sığınacaq  və  dəstək  xidmətlərinə  dair  minimum 

standartların ən yaxşı beynəlxalq təcrübə əsasında yerinə yetirilməsi.

 

● Sığınacaqların minimum standartlara uyğun monitorinq edilməsi işində İnsan 



Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) mümkün iştirakını nəzərə almaqla 

hökumət  və  qeyri-hökumət  təşkilatlar  tərəfindən  insan  alveri  qurbanlarına 

göstərilən müdafiə və yardım xidmətləri üzrə monitorinq və qiymətləndirmə 

mexanizmlərinin yerinə yetirilməsi.

İnsan  alveri  qurbanları  üçün  nəzərdə  tutulmuş  fikirləşmə  müddətini  təcrübədə 

tətbiq etmək üçün “İnsan alveri qurbanlarının repatriasiya Qaydaları” əsasında təsbit 

edilmiş tələbləri təmin etmək məqsədi ilə əlaqədar tərəflər QHT-lərlə birgə burada 

verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunurlar: 

 

● Fikirləşmə  müddətinin  idarə  olunması  prosedurunun  işlənib  hazırlanması, 



habelə  insan  alveri  qurbanına  fikirləşmə  müddəti  hüququ  barədə  məlumat 

verməyə  və  bu  müddəti  idarə  etməyə  məsuliyyət  daşıyan  tərəflər  üçün 

müvafiq təlimat və qaydaların hazırlanması.

 

● İnsan alveri qurbanları ilə işləyən və ya bu cür şəxslərlə üzləşməsi mümkün olan 



və bu müddət ərzində müvafiq qaydalara əməl etmələri tələb olunan bütün 

əməkdaşlar,  o  cümlədən,  Dövlət  Miqrasiya  Xidməti,  Dövlət  Sərhəd  Xidməti 

və  Dövlət  Əmək  Müfəttişliyi  Xidmətinin  əməkdaşları  arasında  fikirləşmə 

müddətinə dair təlimatların paylanması.

 

● Fikirləşmə  müddəti  ərzində  insan  alveri  qurbanlarını  müdafiə  və  yardım 



xidmətləri ilə təmin edən QHT-lərə maddi və başqa yardımın göstərilməsi.

3. Tövsiyələr

56

İnsan  alveri  qurbanlarına  göstərilən  hüquqi  yardımı  gücləndirmək  məqsədi  ilə 



əlaqədar tərəflər burada verilmiş tövsiyəni nəzərdən keçirməyə dəvət olunur:

 

● İnsan alveri qurbanlarının QHT-lər tərəfindən göstərilən hüquqi yardımı almaq 



imkanlarını  təmin  etmək  məqsədi  ilə  müvafiq  cinayət  işlərində  iştirak  edən 

hüquqi  nümayəndələrin  Vəkillər  Kollegiyasına  üzv  olma  tələbinə  yenidən 

baxılması. 

Monitorinq proseslərini gücləndirmək və bu proseslərdən hasil olunmuş nəticələrin 

təsirliliyini  təmin  etmək  məqsədi  ilə  dövlət  orqanları  burada  verilmiş  tövsiyələri 

nəzərdən keçirməyə dəvət olunurlar:

 

● Monitorinq  meyarlarının,  standartlarının,  proseslərinin  və  nəticələrinin 



ictimaiyyətləşdirilməsi.

 

● QHT-lərin monitorinq prosesinə cəlb edilməsi.



3.3. Təhqiqat və cinayət təqibi

İnsan alverinə qarşı mübarizəyə dair qanunvericilik bazasını gücləndirmək məqsədi 

ilə əlaqədar tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunurlar:

 

● Azərbaycan  Respublikasının  mənşə  ölkəsi  olmaqla  yanaşı  təyinat  ölkəsi 



kimi  üzləşdiyi  çətinliklərə  qarşı  əsaslı  cavab  tədbirlərinin  müvafiq  qaydada 

görülməsini təmin etmək məqsədi ilə mövcud qanunvericilik bazasına yenidən 

baxılması.

 

● Milli  qanunvericilikdə  göstərilmiş  “məcburi  əmək”  anlayışını  Azərbaycan 



Respublikası tərəfindən ratifikasiya edilmiş BƏT-in “Məcburi əmək haqqında” 

1930-cu  il  tarixli,  29  nömrəli  Konvensiyasının  2(1)-ci  maddəsində  verilən  və 

“şəxsə  hansısa  cəza  vermək  qorxusu  ilə  ondan  tələb  olunan  və  sözügedən 

şəxsin könüllü olaraq təklif etmədiyi istənilən işi və ya xidməti...” nəzərdə tutan 

tərifə uyğunlaşdırmaq məqsədi ilə bu anlayışa yenidən baxılması. 

 

● Xüsusən  də  istifadə  edilmiş  hər  hansı  vasitədən  asılı  olmayarq  insan  alveri 



qurbanı  tərəfindən  verilmiş  razılığın  nəzərə  alınmaması  tələbi  ilə  müvafiq 

uyğunluğu  təmin  etmək  üçün  Cinayət  Məcəlləsi  və  “İnsan  alverinə  qarşı 

mübarizə haqqında” Qanun da daxil olmaqla bütün qanunvericilik aktlarında 

“insan alveri” anlayışının vahid formada verilməsi. 

Zərərçəkmiş şəxslərin və şahidlərin müdafiəsini gücləndirmək məqsədi ilə əlaqədar 

tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunur:

 

● Məhkəmə araşdırmalarından əvvəl, bu proses zamanı və sonra zərərçəkmiş 



şəxslərin və şahidlərin müdafiəsini, habelə müdafiə planlarının hazırlanması, 

yerinə  yetirilməsi  və  nəzərdən  keçirilməsi  işlərinə  hansı  əlaqədar  tərəflərin 

məsuliyyət  daşıdığını  birmənalı  şəkildə  nəzərdə  tutan  mexanizmlərin 

mövcudluğunun təmin edilməsi.



3. Tövsiyələr

57

 



● Yuxarıda  qeyd  olunan  mexanizmlərin  hazırlanması  prosesinə,  həmçinin 

zərərçəkmiş  şəxslərin  və  şahidlərin  iştirak  etmək  niyyətində  olduqları  hər 

hansı cinayət mühakiməsi prosesi zamanı dəstəklənməsi işinə QHT-lərin cəlb 

edilməsi.

İnsan  alveri  cinayətlərinin  araşdırılması  və  cəzalandırılması  üçün  cinayət  təqibi 

və  potensialların  artırılması  məsələlərinə  dair  təlimləri  gücləndirmək  məqsədi  ilə 

əlaqədar tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunur:

 

● Müstəntiqlərə, prokurorlara və hakimlərə xüsusi yer ayırmaqla hüquq mühafizə 



orqanlarının əməkdaşları və prokurorluq işçiləri üçün cinayət mühakiməsi və 

potensialların  yaradılması  məsələlərinə  dair  təlimlərin  mövcud  və  növbəti 

Milli Fəaliyyət Planına daxil edilməsi. 

 

● Cinayət  mühakiməsi  sistemi  əməkdaşlarının  spesifik  vəzifələrinə, 



funksiyalarına və potensiallarına uyğunlaşdırılmış xüsusi təlimlər hazırlamaq 

məqsədi  ilə  müstəntiqlərin,  prokurorların  və  hakimlərin  təlim  ehtiyaclarına 

dair qiymətləndirmənin həyata keçirilməsi. Bu kontekstdə, iki ildən bir keçirilən 

və insan alverinə qarşı mübarizə üzrə mövzuları da əhatə edən bilik testlərinin 

mümkün istifadəsi və təkmilləşdirilməsi. 

 

● Mövcud təlim materiallarının (məsələn, BMT-nin Narkotiklər və Cinayətkarlıq 



üzrə  İdarəsinin    “Cinayət  mühakiməsi  sisteminin  əməkdaşları  üçün  insan 

alverinə qarşı mübarizəyə dair” Təlim Vəsaitinin (2008-ci il)) Azərbaycan dilinə 

tərcümə olunmasını  təşkil  edərək Azərbaycan  kontekstinə  uyğunlaşdırılması 

və  təqdim  edilməsi  istiqamətində  zəruri  işlərin  davam  etdirilməsi  və  yeni 

tədbirlərin həyata keçirilməsi.

 

● İnsan  alverinə  qarşı  mübarizəyə  dair  təlimlərin  cinayət  mühakiməsi  sistemi 



əməkdaşlarının tədris proqramına daxil edilməsi. 

Potensialların  artırılması  tədbirlərinin  hüquq  mühafizə  orqanları  əməkdaşlarının, 

prokurorların  və  hakimlərin  təlim  ehtiyaclarına  cavab  verməsini  təmin  etmək 

məqsədi ilə əlaqədar tərəflər burada verilmiş məsələlərin təlim materiallarında əks 

olunmasını nəzərdən keçirməyə dəvət olunur:

 

● “Məcburi  əmək”  və  “məcburi  əmək  məqsədi  ilə  insan  alveri”  anlayışları 



arasında  fərqin  tanınması,  habelə  Əmək  və  Miqrasiya  Məcəllələrinin  bu 

nöqteyi-nəzərdən pozulması. 

 

● İnsan  alveri  qurbanlarının  istismara  razılıq  vermələrinin  nəzərə  alınmaması, 



o  cümlədən,  cinayət  mühakiməsi  sistemi  əməkdaşlarının  (müstəntiqlərin, 

prokurorların  və  hakimlərin)  insanları  istismar  vəziyyətinə  düşməyə  və  bu 

vəziyyətdə qalmağa məcbur edən xüsusi amillərə həssaslıqla yanaşması.

 

● Sorğuların  insan  hüquqlarına  və  insan  alveri  qurbanlarının  əlahiddə 



kateqoriyalarının  xüsusi  ehtiyaclarına  uyğun  aparılmasını  təmin  etmək 

məqsədi ilə faktlara əsaslanan, o cümlədən, uşaq yönümlü sorğu üsullarının 

tətbiq edilməsi.

 

● İnsan alverinə dair işlərlə bağlı xüsusi təhqiqat üsullarının tətbiq edilməsi və 



paralel maliyyə araşdırmalarının aparılması.

3. Tövsiyələr

58

Potensialların  yaradılması  üçün  görülmüş  tədbirlərin  keyfiyyətini  qiymətləndirmək 



məqsədilə  əlaqədar  tərəflər  burada  verilmiş  tövsiyəni  nəzərdən  keçirməyə  dəvət 

olunur:


 

● Keçirilmiş  təlimlər  nəticəsində  cinayət  mühakiməsi  sistemi  əməkdaşlarının 

müvafiq  potensiallarının  artıb-artmadığını  müəyyən  etmək  məqsədi  ilə 

təlimdən əvvəl və sonra qiymətləndirmənin aparılması mexanizminin yerinə 

yetirilməsi.

3.4. Qarşısını alma

İnsan  alverinin  qarşısını  almaq  məqsədi  daşıyan  maarifləndirmə  işləri  ilə  əlaqədar 

aidiyyəti tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunur:

 

● Gələcək  maarifləndirmə  kampaniyalarının  hədəf  auditoriyasına  müvafiq 



qaydada uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə keçirilmiş kampaniyaların 

təsir  səviyyəsinin  qiymətləndirilməsi  və  növbəti  tədqiqatların  aparılması. 

Maarifləndirmə  tədbirlərinin  təsir  səviyyəsinin  müəyyənləşdirilməsi  vasitəsi 

kimi sorğu metodlarının mümkün istifadəsi.

 

● Həm Azərbaycan Respublikasından aparılan, həm Azərbaycan Respublikasına 



gətirilən, həm də ölkə daxilində olan insanları cəlb etməklə törədilən insan 

alveri cinayətlərinin qarşısını almaq və insan alverinə qarşı mübarizə aparmaq 

üçün  məqsədyönülü  maarifləndirmə  kampaniyalarının  həyata  keçirilməsi, 

məsələn,  Azərbaycanda  insan  alverinin  və  istismarın  riski  barədə  potensial 

miqrantları  və  qurbanları  xəbərdar  etmək  məqsədi  ilə  maarifləndirmə 

kampaniyalarının  yerinə  yetirilməsi  üçün  mənşə  ölkələri  ilə  dövlət  və  QHT 

səviyyələrində əməkdaşlıq etməklə.

 

● Azərbaycan  Respuiblikasında,  o  cümlədən  qanunsuz  vəziyyətdə  olan 



əməkçi  miqrantları  hədəfə  götürən  maarifləndirmə  kampaniyalarının  yerinə 

yetirilməsi (bu cür şəxslərə onların hüquqları və mövcud olan hüquqi müdafiə 

vasitələri barədə informasiyanı təqdim etməklə).  

Həssaslıq  amillərini  və  əsas  səbəbləri  daha  da  yaxşı  müəyyən  etmək  və  onların 

öhdəsindən  gəlmək  məqsədi  ilə  əlaqədar  tərəflər  burada  verilmiş  tövsiyələri 

nəzərdən keçirməyə dəvət olunur:

 

● Qanunsuz  vəziyyətə  düşmüş  vətəndaşlığı  olmayan  şəxslərin  və  əməkçi 



miqrantların da “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 1.0.10-cu 

maddəsində insan alverinin potensial qurbanları kimi göstərilməsi, habelə bu 

cür şəxslərin istismara həssaslığını azaltmaq məqsədi ilə o cümlədən onların 

sənədləşdirilməsini nəzərdə tutan dəstək tədbirlərinin yerinə yetirilməsi.

 

● Profilaktik  proqramları  müvafiq  qruplara  daha  da  yaxşı  uyğunlaşdırmaq 



məqsədi  ilə  həssaslıq  amillərinin  hansı  ərazilərdə  və  hansı  qruplar  arasında 

üstünlük  təşkil  etdiyini  müəyyən  etmək  üçün  insan  alverinin  və  istismarın 

səciyyəvi  formalarının,  o  cümlədən,  məcburi  və  erkən  nikahların  və  cinsi 

istismarın əsas səbəblərinin araşdırılması. 



3. Tövsiyələr

59

İstismaredici əməyə və xidmətlərə olan tələbatın səviyyəsini öyrənmək məqsədi ilə 



əlaqədar tərəflər burada verilmiş tədbirləri nəzərdən keçirməyə dəvət olunur:

 

● İnsan  alveri  qurbanının  xidmətlərindən  bilərəkdən  istifadə  etmə  əməlini 



kriminallaşdırmaq  və  müvafiq  qanunvericilik  aktlarını  tətbiq  etmək  üçün 

müvafiq addımların atılması.

 

● İstismara  məruz  qalmış  insanlar  tərəfindən  təklif  olunan  cinsi  və  başqa 



xidmətlərə  tələbat  yaradan  şəxslərin  profillərini  tərtib  etməklə  və  tələbat 

səviyyəsinin öyrənilməsi üçün sosial siyasətlər hazırlamaqla bu cür tələbata 

qarşı ünvanlı cavab tədbirləri üçün dəlil bazasının gücləndirilməsi.

 

● İnsan  alveri  zamanı  istismarın  müvafiq  formalarına  olan  tələbatı  aparılacaq 



tədqiqatlar  əsasında  öyrənmək  məqsədi  daşıyan  tədbirlərin  növbəti  Milli 

Fəaliyyət Planına daxil edilməsi.

İnsan alverinin və istismarın əsas səbəblərinin araşdırılması məsələləri ilə əlaqədar 

aidiyyəti tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunur:

 

● “İnsan  alverinə qarşı mübarizə haqqında”  Qanunun  11-ci maddəsinə uyğun 



olaraq insan alverinin gender aspektlərinə xüsusi yer ayırmaqla qarşısını alma 

sahəsində tədqiqatın aparılması.

 

● Tədqiqat  aparma  və  məlumat  toplama  potensiallarının  gücləndirilməsi 



strategiyasını  işləyib  hazırlamaq  məqsədi  ilə  bu  sahədə  hökumət  və  qeyri-

hökumət  təşkilatlarının  ehtiyaclarını  müəyyən  etmək  üçün  (istər  tematik, 

istərsə də coğrafi) xəritələmə işinin həyata keçirilməsi.

 

● QHT-lərin  və  beynəlxalq  təşkilatların  dəstəyi  ilə  tədqiqat  metodologiyasının 



hazırlanması və yerinə yetirilməsi istiqamətində hökumət və qeyri-hökumət 

təşkilatlarının vəzifələrini nəzərdə tutan tədqiqat aparma və məlumat toplama 

tədbirlərinin növbəti Milli Fəaliyyət Planına daxil edilməsi.

Sərhəd  və  miqrasiya  idarəçiliyi  məsələləri  ilə  əlaqədar  aidiyyəti  tərəflər  burada 

verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət olunur:

 

● Sərhəd-buraxılış  məntəqələrində  mövcud  olan  maarifləndirmə  və  məlumat 



kitabçalarını  müstəqil  şəkildə  götürən  insanlarla  yanaşı  bu  cür  kitbçalarla 

birbaşa  təmin  edilməsi  tələb  olunan  şəxsləri  müəyyən  etmək  məqsədi  ilə 

profillərin  yaradılması  bacarıqlarından  proaktiv  şəkildə  istifadə  etmək  üçün 

sərhədçilərə təlimlərin keçirilməsi.

 

● Azərbaycan  Respublikasında  əməkçi  miqrant  kvotalarının  qeyri-qanuni 



miqrasiyaya  və  qanunsuz  əmək  fəaliyyətinə,  həmçinin  mövcud  maliyyə 

böhranının tələbat və potensial istismar sahələrində baş verən dəyişikliklərə 

təsirlərinin araşdırılması.

 

● Azərbaycan  Respublikası  vətəndaşlarını  xaricdə  işə  düzəltməklə  məşğul 



olan  agentliklərin  həmin  vətəndaşları  qeydiyyata  götürmələrini,  həmçinin 

Azərbaycandan  olan  miqrantların  bu  agentliklərin  xidmətlərindən  istifadə 

etmələrini stimullaşdırmaq məqsədi ilə bu cür agentliklərin lisenziyalaşdırılması 

sisteminə yenidən baxılması. 



3. Tövsiyələr

60

 



● Azərbaycanda,  o  cümlədən  qanunsuz  vəziyyətdə  olan  əməkçi  miqrantlara 

onların  hüquqları  və  mövcud  olan  hüquqi  müdafiə  vasitələri  barədə 

informasiyanı  təqdim  etmək  üçün  istifadə  oluna  biləcək  strategiyaların  və 

kanalların araşdırılması.

3.5. 

Əlaqələndirmə və əməkdaşlıq



İnsan  alverinə  qarşı  mübarizə  sahəsində  əlaqələndirmə  və  əməkdaşlıq  prosesini 

gücləndirmək  məqsədi  ilə  əlaqədar  tərəflər  burada  verilmiş  tövsiyələri  nəzərdən 

keçirməyə dəvət olunurlar:  

 

● Milli  İstiqamətləndirmə  Mexanizmi  çərçivəsində  və  Milli  Koordinatorun 



rəhbərliyi ilə fəaliyyət göstərən və DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş 

İdarəsinin, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Ailə, Qadın və Uşaq 

Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən təşkil olunmuş İşçi 

Qrupun gücləndirilməsi və müvafiq QHT nümayəndələrinin bu Qrupa daimi 

iştirakçı üzv kimi daxil edilməsinin təmin olunması. 

 

● Resursları  daha  da  yaxşı  bölüşdürmək  və  vəzifələri  dəqiqləşdirmək  üçün 



müdafiə  və  yardım  tədbirlərinin  əlaqələndirilməsi,  istiqamətləndirməyə 

dair  Standart  Əməliyyat  Prosedurlarının  yerinə  yetirilməsi,  funksiyaların  və 

vəzifələrin təsvir edilməsi, insan alveri qurbanlarının müəyyənləşdirilməsinə 

dair  nəzarət  və  monitorinq  mexanizmlərinin  və  xüsusi  indikatorların  təşkil 

edilməsi  və  İşçi  Qrupun  zəruri  hesab  etdiyi  istənilən  müvafiq  məsləhətlərin 

verilməsi vəzifələrinin bu Qrupun üzərinə qoyulması.  

 

● İnsan alverinə qarşı cavab tədbirlərinin yerinə yetirilməsi sahəsində QHT-lərin 



əsas icraçı tərəfdaş kimi əlaqədar tərəflər sırasına rəsmi şəkildə daxil edilməsi, 

onların  statusunu  müşahidəçidən  bərabər  hüquqlu  üzv  səviyyəsinədək 

artırmaqla idarələrarası komissiyanın iclaslarına daim dəvət edilməsi.

İnsan alverinə qarşı mübarizə tədbirlərinin monitorinqini və şəffaflığını gücləndirmək 

məqsədi ilə əlaqədar tərəflər burada verilmiş tövsiyələri nəzərdən keçirməyə dəvət 

olunurlar: 

 

● Növbəti  Milli  Fəaliyyət  Planına  insan  alverinə  qarşı  mübarizə  tədbirlərinin 



müstəqil  monitorinqi  və  qiymətləndirilməsi  məsələsinin,  təsirlərin  və 

dayanıqlılığın  qiymətləndirilməsi  indikatorlarının  və  hər  bir  tədbir  üçün 

nəzərdə tutulmuş maliyyələşdirmə mənbələrinin daxil ediməsi.

 

● Eyni zamanda hökumət və qeyri-hökumət təşkilatlarında çalışan əməkdaşlar 



tərəfindən  icra  olunan  vəzifələrin  üst-üstə  düşməsi  səbəbindən  maraqların 

toqquşması  və  ya  bu  təşkilatların  müstəqilliyinin  təhlükə  altına  düşməsi 

riskinin  yaranması  hallarının  mümkünlüyünün  və  bu  cür  hallar  baş  verdiyi 

təqdirdə risklərin azaldılması yollarının araşdırılması.

 

● Vətəndaş cəmiyyəti təşkilatlarının müstəqilliyinin daha səmərəli şəkildə təşkil 



və müdafiə olunması yollarının araşdırılması.

3. Tövsiyələr

61

İnsan  alverinə  qarşı  mübarizə  sahəsində  beynəlxalq  əlaqələndirmə  və  əməkdaşlıq 



proseslərini  gücləndirmək  məqsədilə  əlaqədar  tərəflər  burada  verilmiş  tövsiyələri 

nəzərdən keçirməyə dəvət olunur:

 

● İnsan  alveri  ilə  əlaqədar  həm  mənşə,  həm  təyinat  əraziləri  kimi  maraq 



kəsb  edən  əsas  ölkələrin,  həmçinin  hökumət,  qeyri-hökumət  təşkilatları  və 

beynəlxalq  təşkilatlar  səviyyəsindəki  əməkdaşlıq  prosesində  iştirak  etmək 

üçün  mövcud  və  potensial  imkanların,  habelə  beynəlxalq  əlaqələndirmə  və 

əməkdaşlıq prosesləri ilə bağlı əsas çətinliklərinin xəritələnməsi.

 

● Hökumət,  qeyri-hökumət  təşkilatları  və  beynəlxalq  təşkilatlar  səviyyəsində 



beynəlxalq  əməkdaşlığı  gücləndirmək  məqsədi  ilə  xəritələmə  işi  əsasında 

müvafiq strategiyanın işlənib hazırlanması.



Ehtiyacların qiymətləndirilməsi:

Azərbaycan Respublikasında 

insan alverinə qarşı mübarizə 

sahəsində cavab tədbirləri



Əlavələr

63

Əlavələr



A. 

Ədəbiyyat 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin