Insan alverinə qarşı mübarizə sahəsində cavab tədbirləri Azərbaycan Respublikasında



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix22.04.2017
ölçüsü0,94 Mb.
#15611
1   2   3   4   5   6   7   8   9   10

Kompensasiya və hüquqi yardım

Milli  qanunvericilik  aktları  kompensasiyanın  üç  mənbəsini  nəzərdə  tutur:  İnsan 

alveri qurbanlarına Kömək Fondunu (bundan sonra “Kömək Fondu”) (“İnsan alverinə 

qarşı  mübarizə  haqqında”  Qanunun  22  və  23-cü  maddələri),  dövlət  büdcəsindən 

ödənilən  birdəfəli  kompensasiyanı  və  ya  insan  alverçisi  tərəfindən  vurulmuş 

maddi və ya mənəvi ziyana görə mülki iddianı. İnsan alveri qurbanları ilə bağlı Milli 

İstiqamətləndirmə Mexanizmi Qaydalarının

4

 3.6 və 3.7-ci maddələrinə uyğun olaraq 



kompensasiya  insan  alveri  qurbanının  hüquq  mühafizə  orqanları  ilə  əməkdaşlıq 

edib-etməməsindən  asılı  olmayaraq  İnsan  Alveri  Qurbanlarına  Kömək  Fondundan 

ödənilir.  Dəymiş  ziyan  prosessual  qanunvericiliyə  uyğun  olaraq  insan  alverçilərinin 

Nazirlər Kabinetinin 2009-cu il 11 avqust tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmişdir.



2. Nəticələr

23

əmlakı  hesabına,  bu  əmlak  kifayət  etmədikdə  isə  məhkəmənin  qərarına  əsasən 



Kömək Fondunun vəsaiti hesabına ödənilməlidir, Kömək Fondu isə müsadirə edilmiş 

əmlak  və  həbs  olunmuş  aktivlər  hesabına  maliyyələşdirilməli  olsa  da,  təcrübədə 

Fond  ianələr,  xeyriyyə  tədbirləri  və  özəl  donorlar  tərəfindən  töhfələr  hesabına 

maliyyələşdirilir (Aze30, səh.38). DİN-ə əsasən 2013-2014-cü illər ərzində 53 insan 

alveri qurbanı Fondun vəsaiti hesabına maddi dəstəklə təmin olunmuşdur (Cinayət-

Prosessual Məcəlləsinin 190 və 191-ci maddələrinə əsasən). Kömək Fondu tərəfindən 

kompensasiyanın ödənilməsi sonradan qurbanın cinayət nəticəsində dəymiş ziyanın 

ödətdirilməsini tələb etmək hüququnu məhdudlaşdırmır. (2006-cı ildə qəbul edilmiş, 

2010 və 2013-cü illərdə əlavə və dəyişikliklər edilmiş) “İnsan alverindən zərər çəkmiş 

şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi 

barədə”  152  nömrəli  Qərar  insan  alverindən  zərər  çəkmiş  şəxslərə  reinteqrasiya 

dövründə 400 manat məbləğində birdəfəli müavinətin müəyyən ediməsini nəzərdə 

tutur (Aze17, səh.16-17; Aze30, səh.39).

 

Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları insan alveri qurbanlarını pulsuz hüquqi 



yardım almaq hüququ ilə təmin edir. Milli Koordinator qurbanlara göstərilən hüquqi 

yardımın maliyyələşdirilməsi məqsədi ilə qrantlar verilməsi üçün Nazirlər Kabinetinə 

müraciət  edə  bilər.  “İnsan  alverinə  qarşı  mübarizə  haqqında”  Qanunun  10-cu 

maddəsi insan alveri qurbanlarına hüquqi yardımın QHT-lər tərəfindən göstərilməsini 

nəzərdə  tutur.  Lakin  “Cinayət  işlərinə  dair  hüquqi  yardım  haqqında”  Qanuna 

edilmiş dəyişikliklərdə cinayət işləri üzrə zərərçəkmiş şəxsləri təmsil edən vəkillərin 

mütləq  Vəkillər  Kollegiyasına  üzv  olması  tələbinin  nəzərdə  tutulması  bu  sahədə 

vətəndaş cəmiyyəti təşkilatları üçün maneə yaradır (Aze17, səh.16). İnsan Alverinə 

qarşı  Mübarizə  Baş  İdarəsi  cinsi  istismardan  zərərçəkmiş  insan  alveri  qurbanlarını 

hüquqi  yardım  almaq  üçün  “Təmiz  Dünya”  İctimai  Birliyinə  istiqamətləndirir, 

Azərbaycan  Miqrasiya  Mərkəzi  istismara  məruz  qalmış  miqrantları  informasiya  və 

hüquqi yardımla təmin edir, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası isə 

işəgötürənlərə qarşı kompensasiya iddiası olan əməkçi miqrantlara köməklik göstərir. 

Lakin, maliyyələşdirmə ilə əlaqədar yaranmış çətinliklər hüquqi yardımın göstərilməsi 

sahəsində QHT-lərə istiqamətləndirmə prosesinin davamlılığı ilə bağlı narahatlıqlar 

doğurur.  2015-ci  ilin  sentyabr  ayından  etibarən  hüquq  mühafizə  orqanları  ilə 

əməkdaşlıq  edən  insan  alveri  qurbanlarının  hüquqlarını  təmin  etmək  məqsədi  ilə 

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ixtisaslaşmış vəkillə müqavillə bağlamışdır. 

BMqT  hesab  edir  ki,  bu  qurbanların  hüquqi  yardım  ehtiyaclarının  qarşılanması 

istiqamətində effektiv təcrübədir.



Yaşama, geri qayıtma və repatriasiya

“İnsan  alverinə  qarşı  mübarizə  haqqında”  Qanunun  19-cu  maddəsi  xaricdə  insan 

alverinin  qurbanı  kimi  müəyyən  edilmiş  Azərbaycan  Respublikası  vətəndaşlarının 

Azərbaycan  Respublikası  ərazisinə  qayıtması  məsələlərini  nəzərdə  tutur,  həmin 

qanunun 20-ci maddəsi isə insan alverinin qurbanı olan əcnəbilərin və vətəndaşlığı 

olmayan  şəxslərin  repatriasiyası  məsələlərini  özündə  əks  etdirir.  İnsan  alverinin 

qurbanı  olan  əcnəbilərin  nə  cür  müəyyən  edildiyini  nəzərə  alaraq  GRETA  onlara 

Azərbaycan Respublikasında yaşamaq üçün icazənin nadir hallarda verildiyini bildirir 

və  o  cümlədən  müvafiq  orqanlarla  əməkdaşlıq  etməyən  insan  alveri  qurbanlarına 


2. Nəticələr

24

müvəqqəti  yaşayış  icazəsinin  verilməsini  nəzərdə  tutan  qanunvericilik  bazasının 



tənzimlənməsini tövsiyə edir (Aze30, səh.37). İnsan alverinin qurbanı olan əcnəbilərin 

və ya vətəndaşlığı olmayan şəxslərin repatriasiyası üzrə aidiyyəti dövlət orqanlarının 

fəaliyyətini  əlaqələndirmək  məqsədi  ilə  2013-cü  ildə  Azərbaycan  Respublikasında 

“İnsan alveri qurbanlarının repatriasiya Qaydaları” Nazirlər Kabinetinin 252 nömrəli 

Qərarı ilə təsdiq edilmişdir. “İnsan alveri cinayəti qurbanlarının insan alverinə qarşı 

mübarizə üzrə xüsusi polis qurumuna təhvil verilməsi Qaydaları”nı da bu səpkidən 

olan  sənədlər  sırasına  aid  etmək  olar.  Eyni  zamanda,  2013-cü  il  tarixli  Miqrasiya 

Məcəlləsi iş icazəsinin və yaşamaq üçün icazənin verilməsi, həmçinin saxlanılma və 

geri qaytarılma məsələləri nöqteyi-nəzərindən bu kontekstdə əhəmiyyət kəsb edir. 

“İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 17.8-ci maddəsinə əsasən insan 

alverinin  qurbanı  olmuş  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  müdafiə  və 

yardım Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər səviyyədə təqdim olunur.

Yuxarıda qeyd olunmuş qanunvericilik aktlarının tətbiqi səviyyəsini qiymətləndirmək 

çətindir.  Sorğu  respondentləri  öz  mənşə  ölkələrinə  qayıtmaq  üçün  insan  alverinin 

qurbanlarına  göstərilən  dəstəyi  “müəyyən  dərəcədə  qənaətbəxş”  (n=4),  “bəzən 

qənaətbəxş” (n=1) və ya “qeyri-qənaətbəxş” (n=2) hesab etmişdirlər. GRETA-nın 2014-

cü il tarixli hesabatında sənədsiz əcnəbilərdən heç birinin insan alverinin qurbanı kimi 

müəyyən edilmədiyi vurğulanmışdır (Aze30, səh.40). Əməkçi miqrantların çoxu İnsan 

Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən insan alverinin qurbanı kimi tanınmır, 

“işlə bağlı şikayəti olan” şəxslər kimi qəbul olunur və buna görə də insan alverinin 

qurbanlarına şamil edilən müdafiə ilə təmin olunmur. Verilmiş məlumatlara əsasən 

müvafiq şəxsin ölkə ərazisində icazə verilmiş müddətdən artıq qalmasının obyektiv 

və  subyektiv  səbəbləri  ölkədən  çıxartma  proseduru  həyata  keçirilməzdən  əvvəl 

müəyyən edilir, habelə qanunsuz miqrantların insan alverinin potensial qurbanları 

olması ehtimalı da nəzərə alınır, lakin aparılmış yoxlamalar bir qayda olaraq istismar 

hallarının  deyil,  əmək  sahəsində  hüquqpozmaların  aşkar  edilməsi  ilə  nəticələnir. 

Respondentlərdən  biri  vurğulamışdır  ki,  Dövlət  Miqrasiya  Xidmətinin  qanunsuz 

miqrantların  deportasiyası  ilə  deyil,  könüllü  qayıdışı  məsələləri  ilə  məşğul  olması 

zəruridir

GRETA miqrantların geri qaytarılması prosedurunu həyata keçirməzdən əvvəl risklərin 

qiymətləndirilməsi  məsələsinə  diqqət  yetirməyin  vacibliyini  vurğulamışdır  (Aze30, 

səh.8; səh.40). Əməyin istismarına məruz qalmış Filippin mənşəli ev qulluqçusunun 

2015-ci ilin yanvar ayında repatriasiya prosesinə İnsan Alveri Qurbanlarına Kömək 

Fondunun cəlb edilməsi ilə əlaqədar vətəndaş cəmiyyəti təşkilatları arasında yaranmış 

mübahisələr Fond resurslarının nəzərdə tutulduğu kimi istifadəsi ilə bağlı müəyyən 

narahatlıqlara səbəb olmuşdur (Aze17, səh.18). Müsahibə iştirakçılarından biri qeyd 

etmişdir ki, bunun repatriasiya məsələsi ilə heç bir əlaqəsi yoxdur və sözügedən iş 

kütləvi  informasiya  vasitələri  tərəfindən  şişirdilib.

5

  BMqT  könüllü  qayıdışa  yardım 



proqramının  həyata  keçirilməsi  üçün  Azərbaycan  Respublikası  Hökuməti  ilə  saziş 

ABŞ Dövlət Departamentinin “İnsan alverinə qarşı mübarizəyə dair” 2015-ci il tarixli Hesabatında qeyd 



olunur  ki,  2014-cü  ilin  may  ayında  bir  cinayətkar  (siyasi  dairələrlə  əlaqəsi  olan  işgüzar  qadın)  təqsirli 

bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, sonradan bu cəza məhkəmə tərəfindən bir il 

müddətinə şərti məhkum etmə ilə əvəz olunmuşdur.


2. Nəticələr

25

bağlanması  üçün  razılığa  gəlmişdir  (Aze17,  səh.21).  Hazırkı  hesabatın  yazılması 



dövründə saziş hökumət tərəfindən nəzərdən keçirilməkdədir. 

Reabilitasiya və reinteqrasiya

“İnsan  alverinə  qarşı  mübarizə  haqqında”  Qanunun  15-ci  maddəsi  insan  alveri 

qurbanlarının  sosial  reabilitasiyasını  nəzərdə  tutur.  Həmin  qanunun  12.1  və  14-cü 

maddələrinə  uyğun  olaraq  2005-ci  ildə  ƏƏSMN  İnsan  Alveri  Qurbanlarına  Yardım 

Mərkəzi yaratmışdır və bu Mərkəz 2009-cu ildə fəaliyyətə başlamışdır. Bu DİN-nin 

sığınacağında insan alveri qurbanları üçün təklif olunan (psixoloji, tibbi və hüquqi) 

yardımlara oxşar xidmətlər göstərən xüsusi bir müəssisədir. Yeganə bir fərq ondan 

ibarətdir ki, Mərkəz işlə təmin olunma  və təhsili  davam etdirmə məsələləri ilə də 

məşğul  olur.  Mərkəz  hüquqi  yardım  göstərmək  və  məhkəmədə  təmsil  etmək 

imkanlarına malik olsa da, hələlik bu təcrübədə tətbiq olunmayıb. Özünü aşkar etmiş 

və  birbaşa  Mərkəzə  müraciət  etmiş  insan  alveri  qurbanlarına  müvafiq  yardımın 

göstərilməsi nəzərdə tutulsa da, 2012-ci ildən etibarən İnsan Alverinə qarşı Mübarizə 

Baş  İdarəsi,  Mərkəzə  142  insan  alveri  qurbanını  istiqamətləndirilmiş  (əsasən  iş 

tapmaq  və  təhsili  davam  etdirmək  üçün  köməkliyin  göstərilməsi  ilə  əlaqədar)  və 

onlar  Mərkəzin  xidmətlərindən  yararlanmışdır.  Bundan  əlavə  QHT-lər  tərəfindən 

də  Mərkəzə  qurbanlar  yardım  üçün  istiqamətləndirilir.  QHT-lər  reinteqrasiya 

xidmətlərinin,  o  cümlədən,  peşə  təhsili  sahəsində  köməkliyin  göstərilməsinə, 

habelə  vətəndaş  cəmiyyəti  təşkilatarı  ilə  səmərəli  əməkdaşlığa  görə  İnsan  Alveri 

Qurbanlarına Yardım Mərkəzinin işini tərifləmişdirlər (Aze17, səh.14). 

“İnsan  alveri  qurbanlarının  sosial  reabilitasiyasının  həyata  keçirilməsi  Qaydaları” 

haqqında 2006-cı il 6 mart tarixli, 62 nömrəli Qərara əsasən insan alveri qurbanlarının 

sosial  reabilitasiyası  Daxili  İşlər  Nazirliyi,  Səhiyyə  Nazirliyi  və  Əmək  və  Əhalinin 

Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2009-cu il 11 avqust tarixli, 123 

nömrəli Qərara uyğun olaraq sosial reabilitasiya və reinteqrasiya xüsusi müəssisələr 

tərəfindən  aidiyyəti  nazirliklərlə  (Daxili  İşlər  Nazirliyi,  Səhiyyə  Nazirliyi,  Əmək 

və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  və  Təhsil  Nazirliyi  ilə)  qarşılıqlı  əməkdaşlıq 

şəraitində həyata keçirilir. Təqdim olunmuş məlumatlara görə 2014-cü ildə müvafiq 

hökumət orqanları tərəfindən 53 insan alveri qurbanına 400 manat (250 ABŞ dolları) 

məbləğində  birdəfəli  müavinət  ödənilmişdir,  24  insan  alveri  qurbanı  işlə  təmin 

olunmuşdur və 35 insan alveri qurbanına peşə təlimləri keçirilmişdir (Gen1). İnsan 

alveri qurbanlarının sosial reabilitasiyası dövlət vəsaiti hesabına onların cəmiyyətə 

reinteqrasiyası məqsədi ilə həyata keçirilir və onlara yardımın göstərilməsini, onların 

təhsilinin davam etdirilməsini, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlərin 

görülməsini, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsini nəzərdə tutur. 

Bundan başqa, insan alverinin qurbanı olmuş uşaqların və onların ailələrinin sosial 

inteqrasiyasını monitorinq etməklə onlara müvafiq köməkliyin gösətrilməsi məqsədi 

ilə  “İnsan  alverinin  qurbanı  olmuş  uşaqların  sosial  reabilitasiyası  və  cəmiyyətə 

reinteqrasiyası üzrə” 2014-2016-cı illər üçün Proqram qəbul olunmuşdur. Reabilitasiya 

və  reinteqrasiya  sahəsində  insan  alverinin  qurbanları  ilə  işləyən  və  adətən  bunun 

üçün  bir  əlaqəli  şəxs  ayıran  digər  aidiyyəti  hökumət  təşkilatları  ilə  müqayisədə 

Təhsil Nazirliyi bu prosesə özünün iki idarəsi və yeddi şöbəsi ilə cəlb olunduğundan 

əsas  əlaqədar  təşkilat  hesab  oluna  bilər.  Lakin  vətəndaş  cəmiyyəti  təşkilatlarının 



2. Nəticələr

26

bu  sahədə,  xüsusilə  də  insan  alveri  qurbanlarının  uşaqları  üçün  yalnız  bir  uşaq 



bağçasının ayrılması ilə əlaqədar narazılıqları barədə məlumatlar mövcuddur (Aze17, 

səh.15).  İnsan  alveri  qurbanlarının  reabilitasiyası  və  reinteqrasiyası  tədbirlərinin 

həyata keçirilməsi işinə QHT-lərin cəlb edilməsi mümkün olsa da, təcrübədə həmin 

təşkilatlar bunun üçün dövlət tərəfindən zəruri maddi dəstək almırlar. İnsan Alverinə 

qarşı  Mübarizə  Baş  İdarəsi  İnsan  Alveri  Qurbanlarına  Yardım  Mərkəzinə  ayrılan 

vəsaitin və Mərkəzin resurslarının məhdud olduğunu bildirmişdir.  



Monitorinq

Müsahibə  iştirakçıları  dövlət  sığınacağı  ilə  əlaqədar  bir  və  beş  illik  hesabatların 

hazırlandığını  və  on  illik  hesabatın  hazırlanmasının  nəzərdə  tutulduğunu  qeyd 

etmişdirlər.  Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət  Komitəsinin  əməkdaşı 

bildirmişdir  ki,  Komitə  QHT  nəzdində  fəaliyyət  göstərən  sığınacaqları  monitorinq 

etmək  səlahiyyətinə  malikdir  və  11  hökumət  təşkilatı  bu  sahədə  monitorinq 

məsələlərinə  məsuliyyət  daşıyır.  Müsahibənin  bəzi  iştirakçıları  müdafiə  və  yardım 

sahəsində  monitorinq  işlərinin  səmərəli və qənaətbəxş olduğunu  qeyd etsələr də, 

müvafiq monitorinq hesabatlarını əldə etmək mümkün olmamışdır. İnsan Alverinə 

qarşı Mübarizə Baş İdarəsi MFP-nin yerinə yetirilməsi ilə əlaqədar öz saytında hesabat 

verir.

6

 İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İllik Hesabat kontekstində ümumi 



monitorinq səlahiyyətinə malik olsa da, insan alverinin qurbanları üçün xidmətlərin 

göstərilməsi üzrə monitorinq prosesində aparıcı rol oynamır. 



Müdafiə və yardım indikatorları

ÇƏRÇİVƏ indikatorları

ƏMƏLİYYAT indikatorları

Səviyyə 1

Səviyyə 2

Səviyyə 1

Səviyyə 2

2.1


Müdafiə və 

yardım (sığınacaq) 

xidmətlərinin 

maliyyələşdirilməsi

Birbaşa müdafiə 

və yardım 

xidmətləri 

üçün dövlət 

büdcəsindən 

maliyyə vəsaiti 

ayrılıb


QHT-lərin/

vətəndaş 

cəmiyyətinin 

dəstək xidmətləri   

üçün dövlət 

büdcəsindən 

maliyyə 

vəsaitinin 

ayrılması 

Büdcədən 

ayrılmış maliyyə 

vəsaiti maddi 

ehtiyacları 

qismən ödəyir 

Büdcədən 

ayrılmış maliyyə 

vəsaiti maddi 

ehtiyacları tam 

ödəyir

2.2


Xüsusən insan 

alverinə məruz 

qalmış insanlar 

üçün müvəqqəti 

müdafiə və yardım 

xidmətlərinin 

əlçatan olması

Sığınacaq 

daxilində 

hərtərəfli (tibbi, 

psixososial, 

hüquqi) 


xidmətlər zərfi 

mövcuddur

İnsan alveri 

qurbanları üçün 

sığınacaqdan 

kənar hərtərəfli 

(tibbi, 

psixososial, 

hüquqi) 

xidmətlər zərfi 

mövcuddur

Bəzi xidmətlər 

insan alveri 

qurbanlarının 

əksəriyyəti üçün 

bir sıra şərtlərlə 

mövcuddur 

Bütün xidmətlər 

insan alveri 

qurbanlarının 

hamısı üçün heç 

bir şərt olmadan 

mövcuddur 

2.3


Uzunmüddətli 

reabilitasiya, 

reinteqrasiya 

və geri qayıtma 

xidmətləri

Reabilitasiya və 

reinteqrasiya 

çərçivəsi 

mövcuddur 

Yaşama və geri 

qayıtma çərçivəsi 

mövcuddur

Reabilitasiya və 

reinteqrasiya 

üçün adekvat 

dövlət dəstəyi 

Dövlət təhlükəsiz 

və könüllü 

qayıtma 

prosesinə 

adekvat şəkildə 

cəlb olunmuşdur 

www.mia.gov.az/index.php?/en/content/153/



2. Nəticələr

27

ÇƏRÇİVƏ indikatorları



ƏMƏLİYYAT indikatorları

Səviyyə 1

Səviyyə 2

Səviyyə 1

Səviyyə 2

2.4


Müdafiə və yardım 

xidmətlərinin bir-

birindən ayrılması

Müdafiə 


və yardım 

xidmətləri xüsusi 

ehtiyaclara 

uyğun olaraq 

bir-birindən 

ayrılmışdır 

Uşaqların (mə-

sələn, ən yaxşı 

mənafelərin 

müəyyən 


edilməsi ilə 

əlaqədar) və 

əcnəbilərin 

(məsələn, 

yaşayışla bağlı) 

xüsusi ehtiyacları 

nəzərə alınmışdır

Müdafiə 


və yardım 

xidmətləri 

bəzi insanların 

bəzi xüsusi 

ehtiyaclarını 

ödəyir


Müdafiə 

və yardım 

xidmətləri 

bütün insanların 

bütün xüsusi 

ehtiyaclarını 

ödəyir

2.5


Müdafiə və yardım 

xidmətlərinin 

müvafiq 

standartları

Müdafiə 


və yardım 

xidmətlərinin 

minimum 

standartları 

nəzərə alınır 

Müdafiə 


və yardım 

xidmətlərinin 

monitorinq 

çərçivəsi 

mövcuddur

Müdafiə 


və yardım 

xidmətləri daxili 

qiymətləndirmə 

hesabına 

monitorinq 

olunur


Müdafiə 

və yardım 

xidmətləri (o 

cümlədən, 

insan alveri 

qurbanlarının 

rəyi) kənar 

qiymətləndirmə 

hesabına   

monitorinq 

olunur 

Qeyd:

Mümkün təkmilləşdirmə işlərinin aparılmasını nəzərdə tutan məsələlər yaşıl rəngli fonda

verilir.

2.3. Təhqiqat və cinayət təqibi

Azərbaycan Respublikası bu kimi beynəlxalq hüquqi sənədlərə tərəfdardır:

Ratifikasiya/Qoşulma__Azərbaycan__Respublikası__UNTOC'>Ratifikasiya/Qoşulma

Azərbaycan 

Respublikası

UNTOC - BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” 

Konvensiyası (2003-cü il) 

2003-cü il

İnsan alverinə qarşı Protokol - “İnsan alverinin, xüsusən qadın 

və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və 

cəzalandırılması haqqında” Protokol (2003-cü il)

2003-cü il



ICCPR - “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt 

(1976-cı il)

1992-ci il

ICESCR - “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” 

Beynəlxalq Pakt (1976-cı il)

1992-ci il

ICERD - “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi 

haqqında” Beynəlxalq Konvensiya (1969-cu il)

1996-cı il

CEDAW - “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv 

edilməsi haqqında” Konvensiya (1981-ci il)

1995-ci il


2. Nəticələr

28

Ratifikasiya/Qoşulma



Azərbaycan 

Respublikası

CAT - “İşgəncələr və digər qəddar, qeyri-insani və alçaldıcı rəftar 

və ya cəza əleyhinə” Konvensiya (1987-ci il)

1996-cı il

CRC - “Uşaq hüquqları haqqında” Konvensiya (1990-cı il)

1992-ci il



CRPD - “Əlillərin hüquqları haqqında” Konvensiya (2008-ci il)

2009-cu il



ICRWM - “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin 

hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiya (1990-cı 

il)

1999-cu il



İnsan Alverinə qarşı AŞ Konvensiyası - Avropa Şurasının “İnsan 

alverinə qarşı mübarizə” haqqında Konvensiyası [CETS No. 197] 

(2008-ci il)

2010-cu il 

(ratifikasiya olunub)

C029 - “Məcburi Əmək haqqında” 1930-cu il tarixli, 29 №-li 

Konvensiya

1992-ci il

C105 - “İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il tarixli, 

105 №-li Konvensiya

2000-ci il

C182 - “Uşaq əməyinin ən pis formaları haqqında” 1999-cu il 

tarixli, 182№-li Konvensiya

2004-cü il

“İnsan  alverinə  qarşı  mübarizə  haqqında”  Qanunun  8-ci  maddəsi  insan  alverinə 

qarşı mübarizənin həyata keçirilməsi məqsədi ilə vəzifələri MFP-də göstərilən xüsusi 

polis  qurumunun  yaradılmasını  nəzərdə  tutur.  Xüsusi  polis  qurumu  birbaşa  Milli 

Koordinatora tabedir.

Qanunvericilik bazası

Qəbul olunmuş “insan alveri” anlayışına uyğun olaraq 2013-cü ildə “İnsan alverinə 

qarşı mübarizə haqqında” 2005-ci il tarixli Qanuna və Cinayət Məcəlləsinə düzəlişlər 

edilmişdir. Cinayət Məcəlləsinin 144-1-ci maddəsi insan alverini bu cür müəyyən edir:

144-1.1.  İnsan  alveri,  yəni  zor  tətbiq  etmək  hədəsi  ilə  və  ya  zor  tətbiq 

etməklə,  hədə-qorxu  və  ya  digər  məcburetmə  vasitələri  ilə,  oğurlama, 

dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən 

sui-istifadə  etməklə,  yaxud  digər  şəxsə  nəzarət  edən  şəxsin  razılığının 

alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və 

ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, 

saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi – beş 

ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

 

Məcəllədə  verilmiş  qeyd  “insanın  istismarı”  anlayışını  əlavə  olaraq  müəyyən  edir, 



insan  alverindən  zərərçəkmiş  şəxsin  istismar  olunmasına  dair  razılığın  cəzanı 

yüngülləşdirən hal qismində nəzərə alınmadığını və insan alverinin qurbanı yetkinlik 



2. Nəticələr

29

yaşına  çatmamış  şəxs  olduqda  üsullardan  istifadə  edilib-edilməməsinin  nəzərə 



alınmadığını müəyyən edir:

1.  Bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi 

istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq 

vəziyyəti,  insan  orqanlarının  və  toxumalarının  qanunsuz  çıxarılması, 

şəxs  üzərində  qanunsuz  biotibbi  tədqiqatların  aparılması,  qadının 

surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar 

fəaliyyətə cəlb etmə başa düşülür.  

2.   İnsan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, 

həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən 

şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. 

3.   Yetkinlik  yaşına  çatmayan  şəxsin  istismar  məqsədi  ilə  cəlb  edilməsi, 

əldə  edilməsi,  saxlanılması,  gizlədilməsi,  daşınması,  verilməsi  və 

ya  qəbul  edilməsi  bu  Məcəllənin  144-1.1-ci  maddəsində  göstərilən 

üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir. 

Cinayət  Məcəlləsinin  144-1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  ağırlaşdırıcı  hallar 

eyni əməllərin digər amillərlə yanaşı iki və ya daha çox şəxs, yetkinlik yaşına çatmayan 

şəxs, hamilə vəziyyətində olan qadın barəsində, qabaqcadan əlbir olan bir qrup şəxs, 

mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən, zərərçəkmiş şəxsin orqanlarından 

və ya toxumalarından istifadə etmək məqsədilə qulluq mövqeyindən istifadə etməklə 

törədilməsindən ibarətdir. “Razılıq” məsələsi ilə əlaqədar verilmiş qeyd İnsan alverinə 

qarşı  Protokolda  nəzərdə  tutulmuş  beynəlxalq  anlayışdan  fəqlənir  (...göstərilmiş 

təsir  vasitələrindən  hər  hansı  biri  istifadə  edilibsə,  ...insan  alveri  qurbanının  ... 

razılığı nəzərə alınmır). Ölkə qanunvericiliyinə əsasən insan alverindən zərərçəkmiş 

şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı cəzanı 

yüngülləşdirən  hal  qismində  nəzərə  alına  bilməz.  Lakin  bu  qeyddə  şəxsin  insan 

alverinə  məruz  qalıb-qalmaması  faktının  müəyyənləşdirilməsi  zamanı  razılığın  rolu 

barədə heç nə deyilmir. Müsahibə prosesi zamanı bu məsələ ilə əlaqədar müəyyən 

qarışıqlıq müşahidə olunmuşdur. Müsahibə iştirakçılarından biri əsas problem kimi 

bunları qeyd etmişdir: “insanların çoxu fahişəliyi həyat tərzi kimi seçərək sonra öz 

rəqiblərinə əzab vermək üçün polisdən bir alət kimi istifadə edirlər”, “insan alveri 

qurbanlarının  çoxu anormal ailədə böyümüş, tüfeyli həyat tərzi sürən, aldadılaraq 

başqa ölkələrə aparılan və nəticədə cinsi istismara məruz qalan gənc qızlardır” və 

“işlərin  90%-də  onlar  öz  aralarında  problemləri  həll  etmək  üçün  hüquq  mühafizə 

orqanlarından bir platforma kimi isitfadə edirlər.” Eyni zamanda bildirilmişdir ki, gəlir 

əldə etmək üçün fahişəliklə məşğul olan, nəticədə isə gileylənən insanların şikayətləri 

hüquqların ciddi şəkildə pozulmasından ibarət bir hal kimi nəzərə alınmır.    

“İnsan  alveri”  anlayışı  “İnsan  alverinə  qarşı  mübarizə  haqqında”  Qanunun  1-ci 

maddəsində də nəzərdə tutulur:

1.0.1.  insan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, 

hədə-qorxu  və  ya  digər  məcburetmə  vasitələri  ilə,  oğurlama, 

dələduzluq,  aldatma  yolu  ilə,  təsir  imkanlarından  və  ya  zəiflik 


2. Nəticələr

30

vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən 



şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və 

ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədi ilə 

cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, 

verilməsi  və  ya  qəbul  edilməsi  (uşağın  istismar  məqsədi  ilə  cəlb 

edilməsi,  əldə  edilməsi,  saxlanılması,  gizlədilməsi,  daşınması, 

verilməsi və ya qəbul edilməsi bu maddədə göstərilən üsullardan 

istifadə olunmasa da insan alveri hesab edilir);  

1.0.2.   insanların istismarı - məcburi əmək (xidmət), cinsi istismar, köləlik, 

köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan 

orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində 

qanunsuz  biotibbi  tədqiqatların  aparılması,  qadının  surroqat  ana 

kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə 

cəlb etmə, habelə insanların digər formada istismar edilməsi (insan 

alveri  1.0.1-ci  maddədə  göstərilən  üsullarla  törədildikdə,  insan 

alveri qurbanının istismar olunmasına dair razılığı nəzərə alınmır).

Bu  anlayışa  əsasən  əgər  insan  alveri  burada  göstərilən  üsullarla  törədilmişdirsə 

insan  alveri  qurbanının  istismar  olunmasına  dair  razılığı  nəzərə  alınmır,  ,  lakin 

təcrübədə  insan  alverçiləri  razılıq  məsələsini  hərtərəfli  nəzərə  almayan  Cinayət 

Məcəlləsi  əsasında  cəzalandırılırlar.  “İnsan  alverinə  qarşı  mübarizə  haqqında” 

Qanunla və Cinayət Məcəlləsi ilə yanaşı digər qanunvericilik aktlarının, o cümlədən, 

Konstitusiyanın,  Əmək  Məcəlləsinin,  Miqrasiya  Məcəlləsinin,  habelə  2005-2014-

cü illər ərzində Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydaların və normativ 

hüquqi aktların insan alverinə qarşı mübarizə məsələlərinə aidiyyəti var.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin